Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-615/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil və Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə aldıqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilinə onun və Cavabdeh 1/2 hissədə olmaqla paylarının müəyyən edilməsi, mənzilin kredit qalıq borcunun tərəflər arasında bərabər qaydada ödənişlərinin müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı «sərf olunmuş pulun bölünməsi, kredit kartına nikah pozulandan sonra ödənilən pulun bölünməsi, əmlakı dəyərinin müəyyən edilərək 1/2 hissəsinin İddiaçı onun xeyrinə tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi; ünvan 1 ünvanda yerləşən, 1xx/xx/1222/12 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən 18.915 manat 20 qəpik pulun 1/2 hissədə bölünməsi; «X6» kredit kartına boşandıqdan sonrakı tarixdə ödədiyi 3.937 manat 99 qəpik məbləğində pulun 1/2 hissədə bölünərək 1.969 manat məbləğində pulun İddiaçı onun xeyrinə tutulması; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə inşa olunmuş yaşayış evinin bu günkü dəyərinin və torpağın dəyərinin müəyyən edilərək 1/2 hissəsində olan pul məbləğinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi qət edilmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-67/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi ilə Cavabdeh ərizəsi təmin edilmiş və aşağıdakılar qət edilmişdir: “Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-67/2023 saylı, 13 avqust 2023-cü il tarixli qətnaməsində İddiaçı məhkəməyə verdiyi izahatı aşağıdakılardan ibarətdir: İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.” İddiaçı Qaradağ Rayon Məhkəməsinin e-2(002)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılan zaman iddiaçı və cavabdeh hazırki mübahisə ilə bağlı razılıq əldə etdiklərindən barışıq sazişi bağladıqlarını və ərizələrlə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizələrə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. Hər iki tərəf bəyan edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-615/2024 saylı iş üzrə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan mübahisəyə barışıq ilə son qoyulmasını elan edirlər.
2. Cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən 18915.2 AZN manat pulun ½ hissədə bölünməsi, “X6” kredit kartına boşandıqdan sonrakı tarixdə ödədiyim 3937,99 AZN məbləğində pulun ½ hissədə bölünərək 1969 AZN məbləğində pulun İddiaçı tutulub ona ödənilməsi və Bakı şəhəri, Qaradağ Rayonu, Lökbatan qəsəbəsində yerləşən 300kv.m sahədə inşa olunmuş yaşayış evinin bugünkü dəyərinin və torpağın dəyərinin müəyyən edilərək ½ hissəsində olan pul məbləğinin İddiaçı tutularaq ona ödənilməsinə dair iddiasından imtina edir. - Bakı şəhəri, Qaradağ Rayonu, Lökbatan qəsəbəsində yerləşən 300kv.m sahədə inşa olunmuş yaşayış evinə olan hüquqlarından imtina edir.
3. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə aldıqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilinə onun və Cavabdeh 1/2 hissədə olmaqla paylarının müəyyən edilməsi, mənzilin kredit qalıq borcunun tərəflər arasında bərabər qaydada ödənişlərinin müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması dair iddia tələbindən imtina edir və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilinə olan hüquqlarından imtina edir. - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilin Cavabdeh mülkiyyətinə verilməsinə (mülkiyyətində qalmasına) razılıq verir. - Həmçinin öhdəsinə götürür ki, 01 sentyabr 2024-cü il tarixədək Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilindən qeydiyyatdan çıxmaqla mənzildən də çıxacaqdır.
4. Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər.
Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə və əlavə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı ilə Cavabdeh bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. Hər iki tərəf bəyan edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-615/2024 saylı iş üzrə aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və bu mübahisənin həlli üçün tərəflər arasında olan mübahisəyə barışıq ilə son qoyulmasını elan edirlər.
2. Cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən 18915.2 AZN manat pulun ½ hissədə bölünməsi, “X6” kredit kartına boşandıqdan sonrakı tarixdə ödədiyim 3937,99 AZN məbləğində pulun ½ hissədə bölünərək 1969 AZN məbləğində pulun İddiaçı tutulub ona ödənilməsi və Bakı şəhəri, Qaradağ Rayonu, Lökbatan qəsəbəsində yerləşən 300kv.m sahədə inşa olunmuş yaşayış evinin bugünkü dəyərinin və torpağın dəyərinin müəyyən edilərək ½ hissəsində olan pul məbləğinin İddiaçı tutularaq ona ödənilməsinə dair iddiasından imtina edir. - Bakı şəhəri, Qaradağ Rayonu, Lökbatan qəsəbəsində yerləşən 300kv.m sahədə inşa olunmuş yaşayış evinə olan hüquqlarından imtina edir.
3. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə aldıqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilinə onun və Cavabdeh 1/2 hissədə olmaqla paylarının müəyyən edilməsi, mənzilin kredit qalıq borcunun tərəflər arasında bərabər qaydada ödənişlərinin müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması dair iddia tələbindən imtina edir və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilinə olan hüquqlarından imtina edir. - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilin Cavabdeh mülkiyyətinə verilməsinə (mülkiyyətində qalmasına) razılıq verir. - Həmçinin öhdəsinə götürür ki, 01 sentyabr 2024-cü il tarixədək Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilindən qeydiyyatdan çıxmaqla mənzildən də çıxacaqdır.
4. Bu saziş qüvvəyə mindikdən sonra hər iki tərəf öhdəsinə götürür ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-67/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi və e-2(002)- 67/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci və 400 manat qiymətləndiriciyə ödənilməli olan xidmət haqqı ilk iddia üzrə İddiaçı aid edilsin, 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi hesaba, 400 manat qiymətləndiriciyə ödənilməli olan xidmət haqqı tutularaq "xxxx" MMCnin təqdim etdiyi hesaba ödənilsin. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova