Məhkəmə qərarları › İş №2(103)-6151/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6151/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6151/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinə, Cavabdeh1nə, Cavabdeh1 Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X14, X10, Abdullayev Azər Həsənpaşa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Nəsibov Seymur Hamlet oğlu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X17 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinə, Cavabdeh1nə, Cavabdeh1 Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X14, X10, Abdullayev Azər Həsənpaşa oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Nəsibov Seymur Hamlet oğlu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(006)- 1945/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X14 ilə Bilalova (Tağıyeva) Nigar Səyyaf qızı xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamışlar.

2. xx.xx.2016-cı il tarixli qəbzə əsasən Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən "xxxx" MMC-yə 350000 manat ödənilmişdir.

3. xx.xx.2017-ci il tarixli qəbzə əsasən, X14 tərəfindən Abdullayev Azər Həsənpaşa oğlunun adından "xxxx" MMC-yə 245.000 manat ödənilmişdir.

4. xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsi ilə "xxxx" MMCnin təsisçisi həmin hüquqi şəxsdə ona məxsus 35% payından 17,5% payı 297.500 manata X4, 17,5 % payı 297.500 manata X1.

5. xx.xx.2018-ci il il tarixli X14 və X10 ilə Abdullayev Azər Həsənpaşa oğlu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, X14 özünə məxsus olan 17,5% payı xx.xx.2018-ci il tarixə kimi onun özünə qaytarılması şərti ilə Abdullayev Azər Həsənpaşa oğlunun adına formal olaraq geri qaytarmışdır. Abdullayev Azər Həsənpaşa oğlu qeyd olunan tarixdə onun özünə geri qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür.

6. xx.xx.2018-ci il tarixdə verilmiş X9 Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) “X13 Şirkəti” QSC – 65%, X10 17,5%, X14 – 17,5%, təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırkı) “X13 Şirkəti” QSC – 65%, Abdullayev Azər Həsənpaşa oğlu – 35% olmuşdur.

7. 21 may 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən Abdullayev Azər Həsənpaşa oğlu "xxxx" MMC-dəki 35% təsis payını Nəsibov Seymur Hamlet oğluna satmışdır.

8. xx.xx.2019-cu il tarixdə Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən X14 özünə məxsus olan 17,5% payı Abdullayev Azər Həsənpaşa oğlunun vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq onun adına formal olaraq geri qaytardığını göstərmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 3909/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Abdullayev Azər Həsənpaşa oğlunun cavabdeh Nəsibov Seymur Hamlet oğluna qarşı “onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir.

10. İddiaçılar X14 və X10 cavabdehlər Abdullayev Azər Həsənpaşa oğlu,Bakı şəhəri 14 saylı noratiat ofisi, Nəsibov Seymur Hamlet oğlu və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə X14, X10 və Abdullayev AzərHəsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E6656, 7E6658 nömrəilə qeydə alınan və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Abdullayev Azər Həsənpaşa oğlu və Nəsibov Seymur Hamlet oğlu arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli, 3M451 saylı müəssisədəki payın alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X15 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Abdullayev Azər Həsənpaşa oğlu, X14, Bakı şəhəri 14 saylı noratiat ofisi, Nəsibov Seymur Hamlet oğlu və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindənverilmiş, reyestrdə 7E6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəriCavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Abdullayev Azər Həsənpaşa oğlu və Nəsibov Seymur Hamlet oğlu arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X15 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddialar üzrə mülki işlər bir icraatda birləşdirilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli, 2(004)- 1089/2020 nömrəli qətnaməsinə əsasən hər iki iddia rədd olunmuşdur

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3856/2023 saylı qətnaməsinə əsasən, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər X5, X14, Bakı şəhəri 14 saylı notariat ofisi, Nəsibov Seymur Hamlet oğlu və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 25 aprel 2018- ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, iddianın digər hissədə rədd olunması qət edilmişdir.

12. Həmin qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X14 ilə birgə nikah dövründə sonuncu tərəfindən alınmışdır. Mübahisəli əmlakın ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi halı da iddiaçı tərəfindən mübahisələndirilmir. Cavabdeh Seymur Nəsibovun Azər Abdullayev, Nazim Xudaverdiyev və Elman Bilalov arasında xx.xx.2017-ci il tarixli “müəssisədəki təsis payının alqı-satqı müqaviləsi” bağlanarkən alıcılar tərəfindən satıcıya hər hansı məbləğdə pulun ödənilmədiyinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar kollegiya hesab edir ki, bu dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan sonra iddiaçılar və cavabdeh Azər Abdullayev arasında müəssisədəki öz paylarının geri qaytarılmasını şərtləşdirən xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi bağlanmış və həmin tarixdə onlar notariat qaydasında təsdiq olunmuş müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair mübahisələndirilən ərizələr vermişlər. Daha sonra Azər Abdullayev 35% paya sahib olan təsisçi kimi təkrar qeydə alınmış və xx.xx.2018-ci il tarixdə həmin payın alqı-satqısı barədə sonuncu ilə Nəsibov Seymur arasında Bakı şəhəri 50 saylı notariat ofisində müqavilə bağlanmışdır. Bununla əlaqədar MMC-nin digər təsisçisi olan şirkətin qanuni təmsilçisinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmışdır. Məhkəmə üçüncü şəxsin verdiyi apellyasiya şikayəti ilə əlaqədar həm Ailə Məcəlləsinin, həm də Mülki Məcəllənin müddəalarına istinad edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki işin faktiki hallarından göründüyü kimi mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X14 ilə birgə nikah dövründə alınmışdır. Bundan sonra xx.xx.2018-ci il tarixə MMCnin Nizamnaməsinə dəyişiklik edilərək, X14 17,5 % paya sahib təsisçi kimi qeydə alınmışdır. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə əldə etdiklər təsis payı Elman Bilalov tərəfindən özgəninkiləşdirilərkən həmin əmlakın digər mülkiyyətçisi olan İddiaçı da razılığı tələb olunurdu və belə razılığın mövcud olmaması qanunvericiliyin tələbinə görə əqdi etibarsız saymaq üçün əsasdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1236/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023cü il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ərarvadın ümumi vəsaiti hesabına əldə olunmuş "xxxx" MMC-dəki 17.5 % payın dəyərinin yarısını təşkil edən 148750 manat məbləğində pul vəsaitinin vurulmuş zərərin əvəzi qismində cavabdeh Bakı şəhəri Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, X14 ilə Bilalova (Tağıyeva) Nigar Səyyaf qızı xx.xx.2011-ci il tarixdən rəsmi nikah münasibətlərinə daxil olmuşlar. xx.xx.2016-cı il tarixli qəbzə əsasən Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən "xxxx" MMC-yə 350000 manat ödənilmişdir. xx.xx.2017-ci il tarixli qəbzə əsasən, X14 tərəfindən Abdullayev Azər Həsənpaşa oğlunun adından "xxxx" MMC-yə 245000 manat ödənilmişdir. xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-nin təsisçisi həmin hüquqi şəxsdə ona məxsus 35% payından 17,5% payı 297500 manata X4, 17,5 % payı 297500 manata X1. xx.xx.2018-ci il il tarixli X14 və X10 ilə Abdullayev Azər Həsənpaşa oğlu arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, X14 özünə məxsus olan 17,5% payı xx.xx.2018-ci il tarixə kimi onun özünə qaytarılması şərti ilə Abdullayev Azər Həsənpaşa oğlunun adına formal olaraq geri qaytarmışdır. Abdullayev Azər Həsənpaşa oğlu qeyd olunan tarixdə onun özünə geri qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. xx.xx.2018-ci il tarixdə verilmiş X9 Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) «X13 Şirkəti» QSC – 65%, X10 17,5%, X14 – 17,5%, təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırkı) «X13 Şirkəti» QSC – 65%, Abdullayev Azər Həsənpaşa oğlu – 35% olmuşdur. 21 may 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən Abdullayev Azər Həsənpaşa oğlu "xxxx" MMC-dəki 35% təsis payını Nəsibov Seymur Hamlet oğluna satmışdır. xx.xx.2019-cu il tarixdə Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən X14 özünə məxsus olan 17,5% payı Abdullayev Azər Həsənpaşa oğlunun vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq onun adına formal olaraq geri qaytardığını göstərmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Abdullayev Azər Həsənpaşa oğlunun cavabdeh Nəsibov Seymur Hamlet oğluna qarşı “onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçılar X14 və X10 cavabdehlər Abdullayev Azər Həsənpaşa oğlu, Bakı şəhəri 14 saylı noratiat ofisi, Nəsibov Seymur Hamlet oğlu və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə X14, X10 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Abdullayev Azər Həsənpaşa oğlu və Nəsibov Seymur Hamlet oğlu arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli, 3M451 saylı müəssisədəki payın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X15 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçı X6 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı (bundan sonra – üçüncü şəxs) cavabdehlər Abdullayev Azər Həsənpaşa oğlu, X14, Bakı şəhəri 14 saylı noratiat ofisi, Nəsibov Seymur Hamlet oğlu və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Abdullayev Azər Həsənpaşa oğlu və Nəsibov Seymur Hamlet oğlu arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X15 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2020-ci il 18 may tarixli, 2(004)- 1594/2020 nömrəli qərardadı ilə iddiaçılar X14 və X2 iddiaları üzrə 2(004)-1089/2020 saylı mülki iş və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası üzrə 2(004)-1594/2020 saylı mülki iş bir icraatda birləşdirilmiş və icraat 2(004)-1089/2020 nömrə altında davam etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli, 2(004)-1089/2020 nömrəli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. İddiaçılar və üçüncü şəxs qətnamədən ayrıayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv, iddialarının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2021-ci il 21 oktyabr tarixli, 2(103)-1893/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1089/2020 saylı 09 oktyabr 2020- ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə 25 aprel 2018-ci il tarixdə X14, X10 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə "xxxx" MMCnin 35% payına dair Abdullayev Azər Həsənpaşa oğlu və Nəsibov Seymur Hamlet oğlu arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bununla bağlı X15 Dövlət Reyestrindən verilmiş çıxarış ləğv edilmişdir. Qətnamədən cavabdeh Nəsibov Seymur Hamlet oğlu kassasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini, iddiaçıların və cavabdeh Azər Abdullayevin əməllərində cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1750/2022 nömrəli 2022-ci il 5 may tarixli qərarı ilə cavabdeh Nəsibov Seymur Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1893/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli iş üzrə 2022-ci il 14 noyabr tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov, A.Tanrıverdiyev) iddiaçılar X14, X10 və müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən iddiaçı X14, cavabdeh Abdullayev Azər Həsənpaşa oğlu və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddialarının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1432/2023 nömrəli 2023-cü il 18 aprel tarixli qərarı ilə iddiaçı X6 və cavabdeh Abdullayev Azər Həsənpaşa oğlunun kassasiya şikayətləri təmin olunmamış, üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - üçüncü şəxs İddiaçı iddiasının rədd olunan hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli iş üzrə 2023-cü il 19 iyul tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. Qətnamədən üçüncü şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın rədd edilən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1236/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi 2(103)-3856/2023 nömrəli iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilmişdir. Bundan sonra isə AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1236/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və beləliklə Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni güvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023cü il tarixli qətnaməsindən də göründüyü kimi mübahisəli təsis payının xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X14 ilə birgə nikah dövründə sonuncu tərəfindən ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi faktı işin mübahisəsiz halıdır və X14 da daxil olmaqla, işdə iştirak edən şəxslərin heç biri tərəfindən mübahisələndirilməmişdir. Həmin qətnamədə qeyd olunan faktlara əsasən, mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni İddiaçı X14 ilə birgə nikah dövründə alınmışdır. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri təsis payı Elman Bilalov tərəfindən özgəninkiləşdirilərkən həmin əmlakın digər mülkiyyətçisi olan İddiaçı da razılığı tələb olunurdu və belə razılığın mövcud olmaması qanunvericiliyin tələbinə görə əqdi etibarsız saymaq üçün əsasdır. Göründüyü kimi tərəflərin arasında bağlanmış müqavilənin ləğvi 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrdə ifadə edilmişdir, həmin ərizələr verilən zaman İddiaçı razılığının olub-olmaması qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlanılmamışdır. Halbuki əmlaka sərəncam verilməsi haqqında müqavilə ləğv edilərkən, bu müqavilə əsasında Elman Bilalovun xeyrinə əmələ gəmiş hüquq barədə dövlət reyestrində müvafiq qeydlər mövcud olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. Belə olan halda mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 7E-6658 reyestr nömrəli ərizənin buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi nəticəsində üçüncü şəxs İddiaçı mülkiyyətindəki əmlakdan məhrum olması ilə nəticələnmişdir. Özgəninkiləşdirmə barədə əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsbit edilməsi əmlakından məhrum edilmiş şəxslərə zərər vurulmasında təqsirli olan şəxslərin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir. Mübahisə predmeti olmuş 17,5% təsis payının payı X14 tərəfindən 297.500 manata satın alındığını nəzərə alaraq, sözügedən payın dəyərinin yarısı hal-hazırda 148750 manatəşkil etmiş olur.

16. İddiaçı iddia ərizəsinə dəqiqləşmə ilə müraciət edərək, birgə nikah dövründə ərarvadın ümumi vəsaiti hesabına əldə olunmuş "xxxx" MMC-dəki 17,5% payın dəyərinin yarısını təşkil edən 148750 manat məbləğində pul vəsaitinin vurulmuş zərərin əvəzi qismində cavabdehlər Bakı şəhəri Cavabdeh3, Cavabdeh1ndən və Notariat, qeydiyyat və reyestr baş idarəsindən müştrərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Daha sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X12 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bilalova Səyyaf qızının cavabdehlər Cavabdeh1nə, Bakı şəhər Cavabdeh3na və üçüncü şəxs Maliyyə Nazirliyinə münasibətdə mümkünsüz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

18. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Abdullayev Azər Həsənpaşa oğlu "xxxx" MMC-dək 35% təsis payının Nəsibov Seymur Hamlet oğluna arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, sonradan Abdullayev Azər Həsənpaşa oğlu ilə X14 arasında bağlanmış alğı-satqı müqaviləsi nəticəsində paydan məhrum olduğunu iddia edən İddiaçı dəymiş ziyanın ödənilməsini X3 tələb etməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Göründüyü kimi iddia tələbinin Maliyyə Nazirliyi ilə əlaqəsi olmadığından iddia tələbi üzrə məsələlər tərəflər arasında tənzimlənməlidir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(006)- 1945/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

20. Qətnamənin əsaslarına görə, Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2023- cü il tarixli, 2(103)-3856/2023 saylı qətnaməsi ilə 25 aprel 2018-ci il tarixli ərizələrin etibarsız hesab olunması müəyyən edilmişdir. Həmin qətnamədə mübahisəli 17,5% təsis payının ər-arvadın birgə nikah dövründə ümumi vəsait hesabına əldə olunduğu, Elman Bilalovun isə bu payı sərəncam verərkən həyat yoldaşı İddiaçı razılığını almadığı təsdiq olunmuşdur. Beləliklə, əmlakın özgəninkiləşdirilməsi zamanı qanunsuzluq faktı sübuta yetirilmişdir. İddiaçının bu qanunsuzluq nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinin cavabdehlər – Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Bakı şəhəri Cavabdeh3na yönəldilməsi əsassızdır. İş materiallarından görünür ki, mübahisəli təsis payının sərəncamı zamanı qanunsuz hərəkət törədən şəxs məhz Elman Bilalov olmuşdur. Onun həyat yoldaşının razılığı olmadan birgə mülkiyyətə aid payı özgəninkiləşdirməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Notariat kontoru isə yalnız təqdim edilən ərizələri təsdiqləmiş, özü sərəncam əməliyyatının mahiyyətinə və tərəflərin ailə münasibətlərinə müdaxilə etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3856/2023 saylı qətnaməsinə əsasən 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilsə də, həmin qətnamə ilə edilmiş ərizələrin etibarsız hesab edilməsi notariat kontorunun qanunsuz hərəkəti nəticəsində olması müəyyən edilməmişdir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının göstərdiyi ziyanın birbaşa səbəbi Elman Bilalovun qanunsuz sərəncam hərəkəti olmuşdur və notariatın fəaliyyəti ilə iddiaçının zərəri arasında birbaşa səbəbli əlaqə mövcud deyildir. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, Nazirlik nə mübahisəli payın əldə olunması, nə də onun sonrakı sərəncam verilməsi ilə bağlı münasibətlərdə iştirak etməmiş, iş materiallarında Nazirliyin hər hansı qanunsuz hərəkəti və ya fəaliyyətsizliyi sübuta yetirilməmişdir. Beləliklə, Maliyyə Nazirliyinə qarşı tələbin mümkün hesab olunmaması tam əsaslıdır. Cavabdeh1 ilə bağlı da eyni nəticəyə gəlmək olar. Ədliyyə Nazirliyi, ümumiyyətlə bu mübahisəli əqdlərin tərəfi olmamış, təsis payının idarə olunmasında və ya özgəninkiləşdirilməsində iştirak etməmişdir. Onun məsuliyyətini müəyyən etmək üçün də heç bir hüquqi əsas mövcud deyildir. İddiaçının vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yalnız zərərə səbəb olmuş şəxs – Elman Bilalova qarşı irəli sürülə bilər. Dövlət orqanlarına və notariata məsuliyyətinin tətbiq olunması üçün isə nə qanunvericilikdə, nə də iş materiallarında hər hansı əsas (təqsir müəyyən olunmur) mövcud deyildir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4, 14, 21, 1096, 1097, 1111, 1115-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsində qeyd olunmuşdur ki, “Dövlət orqanlarına və notariata məsuliyyətinin tətbiq olunması üçün isə nə qanunvericilikdə, nə də iş materiallarında hər hansı əsas (təqsir müəyyən olunmur) mövcud deyil.” Göründüyü kimi məhkəmənin mövqeyi bu şəkildədir ki, notariata məsuliyyətinin tətbiq olunması üçün nəinki iş materiallarında, hətta qanunvericilikdə belə hər hansı əsas mövcud deyil. Halbuki, bu mövqe tamamilə yanlışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notariusərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. Halbuki, iş materiallarından göründüyü kimi tərəflərin arasında bağlanmış müqavilənin ləğvi notariat qaydasında təsdiq edilmiş ərizələrdə ifadə edilmişdir, həmin ərizələr verilən zaman İddiaçı razılığının olub-olmaması qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlanılmamışdır. Belə olan halda qeyd edilənlər mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 7E-6658 reyestr nömrəli ərizənin buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi nəticəsində üçüncü şəxs İddiaçı mülkiyyətindəki əmlakdan məhrum olması ilə nəticələnmişdir. Belə olduğu halda, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq olaraq “Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə olaraq, iş materialları ilə bərabər, həmçinin maddi qanunvericilikdə də notariata məsuliyyətinin tətbiq olunması üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə müvafiq olaraq maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qətnamədə qeyd olunmuşdur ki, “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3856/2023 saylı qətnaməsinə əsasən 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilsə də, həmin qətnamə ilə edilmiş ərizələrin etibarsız hesab edilməsi notariat kontorunun qanunsuz hərəkəti nəticəsində olması müəyyən edilməmişdir.” Halbuki yuxarıda yazılanlar heç bir halda həqiqəti əks etdirmir. Belə ki, məhz Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 3856/2023 saylı qətnaməsinin özündə açıq-aşkar göstərilmişdir ki: “İş materiallarından göründüyü kimi tərəflərin arasında bağlanmış müqavilənin ləğvi notariat qaydasında təsdiq edilmiş ərizələrdə ifadə edilmişdir, həmin ərizələr verilən zaman İddiaçı razılığının olubolmaması qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlanılmamışdır. Halbuki əmlaka sərəncam verilməsi haqqında müqavilə ləğv edilərkən, bu müqavilə əsasında Elman Bilalovun xeyrinə əmələ gəmiş hüquq barədə dövlət reyestrində müvafiq qeydlər mövcud olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 7E-6658 reyestr nömrəli ərizənin buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi nəticəsində üçüncü şəxs İddiaçı mülkiyyətindəki əmlakdan məhrum olması ilə nəticələnmişdir. Bu isə həmin ərizənin və onunla bağlı olan eyni tarixli 7E-6654 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi üçün qanuni əsas yaradır. Qanuni qüvvəyə minmiş sözügedən qətnamədən də açıq şəkildə göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin mövqeyi bu şəkildə olmuşdur ki, ərizələr verilən zaman Bilalov Elmanın həyat yoldaşı İddiaçı razılığının olub-olmamasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlanılması və notariusun bu barədə İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığını almaması nəticəsində o (İddiaçı) mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Üstəlik, Bakı Apellyasiya Məhkəməsi onu da qeyd etmişdir ki, “ . . . özgəninkiləşdirmə barədə birinci əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsbit edilməsi əmlakından məhrum edilmiş şəxslərə zərər vurulmasında təqsirli olan şəxslərin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir.” Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(103)- 3856/2023 saylı qətnaməsində nəinki ərizələrin etibarsız hesab edilməsinin notariat kontorunun qanunsuz hərəkəti nəticəsində olması qətnamədə müəyyən edilmişdir, həmçinin həmin ərizələrin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsbit edilməsinin əmlakından məhrum edilmiş şəxslərə zərər vurulmasında təqsirli olan şəxslərin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malik olduğu da vurğulanmışdır. Həmin qətnamə isə qanuni qüvvəyə mindiyindən artıq preyudisial əhəmiyyət daşıyır və sözügedən qətnamədə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3856/2023 saylı qətnaməsinə əsasən 25 aprel 2018-ci il tarixdə X14 və Abdullayev Azər Həsənpaşa oğlu tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi qət edilsə də, həmin qətnamə ilə edilmiş ərizələrin etibarsız hesab edilməsi notariat kontorunun qanunsuz hərəkəti nəticəsində olması müəyyən edilməmişdir” deyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin gəldiyi müvafiq nəticə əslində tamamilə yanlışdır və heç bir halda işin hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; 14.2.6. Başqa şəxsə zərər vurulması; 14.2.7. Əsassız varlanma; 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

29. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Maddə 17. Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; Maddə 26. Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. Maddə 35. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Maddə 40. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Maddə 46. Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

42. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır.

128. Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir, o cümlədən şahid ifadələrində imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmir.

129. Notarius imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

34. İddianın hüquqi əsasını “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi təşkil edir. Həmin normanın məzmununa görə notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.

35. İddianın faktikti əsası kimi notarius tərəfindən qanunsuz hərəkətə yol verilərək 25 aprel 2018-ci il tarixdə X14 tərəfindən verilmiş ərizə Bakı şəhəri Cavabdeh3 xüsusi notariusu tərəfindən təsdiq olunarkən iddiaçının razılığının alınmamasına istinad edilir. Yəni, yuxarıda qeyd olunan normaların məzmununa əsasən iddianın təmin olunması üçün notarius tərəfindən qanunsuz hərəkətə yol verilməsi faktı təsdiqini tapmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, istər Mülki Məcəllə, istərsə də notariat haqqında qanunvericilik notariusun üzərinə birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığının alınması öhdəliyini qoyur. Lakin mübahisə predmeti olmuş ərizə müqavilə deyildir, bir tərəfli iradə ifadəsidir və hər hansı bir ərizənin notarial qaydada təsdiqi zamanı notariusun vəzifəsi yalnız imzanı təsdiq etməkdir.

37. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 129-cu bəndində də qeyd olunur ki, notarius imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

38. Təlimatın 128-ci bəndində də hansı sənədlərdə olan imzaların təsdiq olunmasının yolverilməzliyi qeyd olunur: Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir, o cümlədən şahid ifadələrində imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmir. Göründüyü kimi mübahisə predmeti olan ərizə bu bəndin də təsiri altına düşmür.

39. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərin hansı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməsi qeyd olunmuşdur ki, mübahisə predmeti olan ərizənin bu hallara da aidiyyatı müəyyən edilmir. Yəni, notarius tərəfindən həmin ərizənin təsdiq olunmasından imtina etməsi qanunsuz olardı.

40. İddiaçının ərizədə və apellyasiya şikayətində istinad etdiyi əsas notariusun hərəkətinin qanunsuz olmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən təsdiqini tapmasıdır.

41. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

42. İddiaçının istinad etdiyi məhz Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3856/2023 saylı qətnaməsində də qeyd olunur ki, “tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 7E-6658 reyestr nömrəli ərizənin buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi nəticəsində üçüncü şəxs İddiaçı mülkiyyətindəki əmlakdan məhrum olması ilə nəticələnmişdir.”

43. MPM-nin 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilənin ləğv edilməsi yeni müqavilə ilə rəsmiləşdirilməli və bu zaman ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığı alnmalı idi. Buradan belə nəticəyə gəlinir ki, reyestrdə qeydiyyat aparan orqan dəyişikliyi Bilalov Elman tərəfindən verilmiş ərizə əsasında deyil, müqavilənin ləğvi barədə yeni müqavilə əsasında həyata keçirməli idi. Notariat haqqında qanunvericiliyin tələblərinə görə notariusun həmin ərizəni təsdiq etməkdən imtinası üçün əsaslar mövcud olmamışdır.

44. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(006)- 1945/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(006)- 1945/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar