Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6155/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-369/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 7761.56 manat əsas borc, 1321.81 manat faiz borcu və 337.58 manat cərimə borcu olmaqla, cəmi 9420.95 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx xxxx 2016-cı il tarixli 104.LN.1010.140616.00005 kredit müqaviləsi (səh.9), maliyyə arayışı (səh.8), xx xxxx 2016-cı il tarixdə bağlanmış müqaviləyə 1 saylı Əlavə (səh.18), xəbərdarlıq məktubu (səh.23) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-369/2020 saylı işi üzrə xx.xx.2020ci il il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxx 2016-cı il tarixli 104.LN.1010.140616.00005 kredit müqaviləsi 7761 manat 56 qəpik əsas borc, 1321 manat 81 qəpik faiz borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 9113 manat 37 kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Qaradağ rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-369/2020 saylı qətnaməsini ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MM-nin 440.2;Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 bəndi;Azərbaycan Respublikası MPM-nin 9.1, 14.1, 385.1.2, 386, 387.1, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, həmin kreditdən əsas borcu demək olar xeyli hissəsini ödəsə də bank əsassız olaraq ondan 7761,56 manat məbləğində əsas borcun tutulmasını tələb etmişdir. Ödədikləri cərimə borcuna hesablanmışdır. Bu səbəbdən də dəqiq borcun müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş, hansı əsasa əsas və faiz borcunun hesablanması araşdırılmamışdır. Bütün bunlar məhkəmə qətnamə qəbul edərkən nəzərə alınmamış, hesablanmış faiz borcları artıq yazılmaqla heç bir güzəşt edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, alınmış kreditin həmin vaxt sistemə vurulmadığından restruktuzasiya halının həmin kreditə şamil olunmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 63, 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 470-477, 478-488, 522, 550-554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə qarant olduğu borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin sübut əsasları olmayan dəlilləri əsassız olduğundan eksprertiza təyin edilməsi üçün əsaslar müəyyən edilmir və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-369/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6155/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6155/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver