Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6156/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştiraki ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3109/2021 nömrəli iş üzrə qəbul etdiyi 08 may 2021-ci il tarixli qərardadından iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli FN-00149-00/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 16.12.2020-ci il tarixinə ödənilməmiş 2935.49 manat əsas borc, 531.57 manat faiz borcu, 115.15 manat dəbbə borcu, ümumilikdə 3582.21 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Talıbov ƏliHəsən Elçin oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, Cavabdeh2 mülkiyyətində olan “BMW 520İ” minik markalı, **-ZK-*** və “QAZ 3110 121” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehə avtomobillərdən istifadə etmək qadağan edilməklə avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(006)- 6298/2016 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3109/2021 nömrəli iş üzrə qəbul etdiyi 08 may 2021-ci il tarixli qərardadı ilə iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “BMW 520İ” minik markalı, **-ZK-*** və “QAZ 3110 121” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə iddianın təmin tədbiri kimi mübahisə başa çatana kimi həbs qoyulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti qeyd olunan qərardaddan şikayət verərək Suraxanı Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(010)-3109/2021 saylı iddianın təmin tədbirinin rədd edilməsi barədə qərardadının ləğv edilməsini və Cavabdeh2 mülkiyyətində olan “BMW 5201 ” minik markalı, **-ZK-*** və “QAZ 3110 121” minik markalı **-SB-*** avtomobillərin üzərinə həbs qoyulması, cababdehə avtomobillərdən istifadə etmək qadağan edilməkə avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə ərardad qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi şikayəti müdafiə etdi. Cavabdeh lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrində isə təsbit olunmuşdur ki, iddianı təmin etmək üçün hakim müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etməklə və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etməklə əlaqədar tədbir görə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi hissəsində ərizə əsaslıdır. Bununla yanaşı Kollegiya hesab edir ki, həmin avtomobilin cərimə meydançasında saxlanca verilməsi hissəsində ərizə təmin edilə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 158-ci maddəsində bu növ iddianın təmin etmə tədbiri nəzərdə tutulmayıb, eyni zamanda bununla bağlı ərizədə göstərilənlərin həmin maddədə nəzərdə tutulmuş hər hansı iddianın təmin etmə tədbirinə aid edilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq, Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bank “xxxx” ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3109/2021 saylı mülki iş üzrə 08 may 2021-cı il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Cavabdeh2 mülkiyyətində olan “BMW 520İ” minik markalı, **-ZK-*** və “QAZ 3110 121” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardad dərhal icra olunsun. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6156/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6156/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver