Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6156/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(002)-1825/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCin xeyrinə 21 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 25506,41 manat əsas borc, 1854,31 manat faiz, 266,70 manat cərimə borcunun və 172,88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(002)- 1825/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Qətnamə 22 iyul 2023-cü il tarixli reyestrlə qətnamə tərəflərə göndərilmiş, Cavabdeh2 (bundan sonra cavabdeh) xx.xx.2023-cü il tarixdə xəbərnaməni imzalamaqla, qətnaməni rəsmi qaydada almışdır. Qətnamə ilə razılaşmayan cavabdeh ondan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1825/2023 nömrəli qərardadı ilə şikayət qaytarılmışdır (dövlət rüsumunun müəyyən olunmuş məbləğdə ödənilməməsi əsası ilə). Cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti verilmiş, şikayət iş materiallarına əlavə olunaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Belə olan halda isə qətnamədən həmin tərəfin şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixdə bitir. Lakin, cavabdeh tərəfindən sonuncu apellyasiya şikayəti (nöqsanlar aradan qaldırıldıqdan sonra) yalnız xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmçinin, cavabdeh tərəfindən ilk dəfə xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixli qərardadla qaytarılmış, qərardad həmin günü cavabdehin elektron kabinetinə yüklənmiş, bununla da tərəf şikayətdəki nöqsanlardan xəbərdar olmuş, lakin həmin nöqsanlar qətnamədən şikayət verilməsi müddətinin bitməsi tarixinədək (xx.xx.2023-cü il tarixi) aradan qaldırılmamış, bununla da müvafiq prosessual müddət bitmişdir. Çünki, şikayətin qanunvericiliyin tələblərinə uyğun verilməməsinə görə qaytarılması halı özü-özlüyündə müvafiq prosessual müddətin axımının dayanmasına və ya kəsilməsinə əsas orlmur. Tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(002)-1825/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6156/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6156/2023
29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver