Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6159/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 işitrakı ilə İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi barədə iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsindən iddiaçınin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1239,79 ABŞ dolları məbləğində pul vəsaiti ödənişanında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq X3 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən yuxarıda göstərilən məbləğdə borcun, 30 manat iddia verilməsi üçün, 10 manat isə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun, habelə 20 manat xidmət haqqının tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan sarılaraq əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, vəsait kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şxəsrlərin həmin evdən çıxarılmaları və evin boşaldılaraq banka təhvil verilməsi, həmçinin, bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxx” İKB ASC (indiki “xxxxxxxxx” ASC) ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 25 faizlə 60 ay müddətinə 38325 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliklərə lazımınca əməl etməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, xx xxxxxx 2019-cu il tarixə 8664,42 ABŞ dolları məbləğində əsas, 1239,79 ABŞ dolları məbləğində faiz, 55,24 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə borcu yaranmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən. iddiaçının nümayəndəsi Məcidov iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib əlavə olaraq izahatında göstərdi ki, bank tərəfindən iddia verildikdən sonra cavabdeh borcundan ödəniş etmiş, xx xxxx 2020-ci il tarixə əsas borcu qalmamışdır. Beləliklə hazırda Cavabdeh banka 1889,8 ABŞ dolları faiz, 250,35 ABŞ dolları cərimə, 97,2 ABŞ dolları məbləğində isə əldən çıxmış fayda olmaqla ümumilikdə 2140,15 ABŞ dolları məbləğində borcu vardır. İddiaçının nümayəndəsi xx xxxx 2020-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim edərək iddianın arayışda göstərilən məbləğlərə uyğun təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. İddiaçı “xxxxxxxxx” ASC-nin səlahiyətli nümayəndəsi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2020-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edəni iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədil rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmamış, yəni cərimə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinin rədd olunması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 55,24 ABŞ dolları məbləğində cərimə pulu (1239,79 ABŞ dolları məbləğində faiz+55,24 ABŞ dolları məbləğində cərimə), cəmi 1295,03 ABŞ dolları ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq X3 Səhmdar Cəmiyyətinə ödənilməlidir, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməli, ipoteka predmetinin açıq hərracdan sarılaraq əldə edilmiş vəsait hesabına banka olan borc ödənilməli, vəsait kifayət etmədikdə qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalı, tutma ipoteka predmetinə yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli, cavabdeh və digər şxəsrlər həmin evdən çıxarılmaları və evin boşaldılaraq banka təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (372.6). Apellyator qətnaməni iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, belə əsas gətirmişdir ki, Bank tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunduqdan sonra Cavabdeh kredit borcu üzrə ödənişlər etməsi nəticəsində hazırda iddiaçıya əsas borcunun olmaması nəzərə alınmaqla məhkəmə hesab edir ki, əsas borc olmadığı halda cavabdehdən cərimə borcunun tutulması əsaslı deyildir, buna görə də, iddia borcun tutulması hissəsində yalnız faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi hazırkı halda cavabdeh tərəfindən əsas borc tam olaraq ödənildyindən, iddia tələbin ipoteka predmetinə yönəldilməsi və bundan irəli gələn digər hissələrdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən rədd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamədə əsaslandığı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsi xx xxxxxx 2018-ci il tarixdə həmin qanundan çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. İşin hallarından görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı bank tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl sonuncu ödənişi xx xxxxxx 2016-cı ildə etmişdir.Məhkəməyə iddia ərizəsi ilə müraciət olunduqdan sonra xx xxxx 2020-ci il tarixdə banka olan borc məbləğindən qismən ödəniş etmişdir.Həmin ödəniş də cavabdehin əsas borc məbləğinə silinmişdir. Görünrdüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozmuşdur, ödənişləri qrafik üzrə vaxtında etməmişdir. Bundan başqa işə baxan məhkəmə dəbbə pulunu ümumiyyətlə tutmamaqla kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olsa da, həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, borcunu vaxtında ödəməmiş, buna görə də, “xxxxxx” İKB ASC-nin ona qarşı borcun qaytarılması tələbinə dair iddia hüququ yaranmışdır. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməklə səhv nətcəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “xxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış, yəni cərimə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinin rədd olunması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 55,24 ABŞ dolları məbləğində cərimə pulu (1239,79 ABŞ dolları məbləğində faiz+55,24 ABŞ dolları məbləğində cərimə), cəmi 1295,03 ABŞ dolları məbləğində cərimə), cəmi 9 959,45 ABŞ dolları ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan əmlaka yönəldilsin, ipoteka predmeti açıq hərracdan sarılaraq əldə edilmiş vəsait hesabına banka olan borc ödənilsin, vəsait kifayət etmədikdə qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun, tutma ipoteka predmetinə yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, cavabdeh və digər şəxslər həmin evdən çıxarılsın və ev boşaldılaraq banka təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6159/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6159/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver