Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6160/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səməndər oğlunun hüquqi varisi X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının hüquqi varisi X12 və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Səməndər oğlunun hüquqi varisi X6 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki şəxsə vurulmuş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2851/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin mülki iddiaçı İ.Z.Həsənovun İddiaçı qarşı mülki iddiası qismən təmin edilmişdir, eləcə də iddianı təmin etmə tədbiri qismində hökmdə sadalanan əmlakların üzərinə həbs qoyulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, İddiaçı zərərçəkmiş şəxs X4 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında İxtiyar Həsənova qaytarıb qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İxtiyar Həsənova 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı həmin epizod üzrə cəza təyin edilməmiş, hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 07 (yeddi) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarından mərhum məhkum İddiaçı müdafiəçisi X13 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 11 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi yeni məhkəmə baxışına qaytarılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarı ilə mərhum məhkum İddiaçı, müdafiəçisi X17 və zərərçəkmiş şəxs X14 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, İddiaçı CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, onun zərər çəkmiş şəxs X4 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında İxtiyar Həsənova qaytarıb qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərər çəkmiş şəxs İxtiyar Həsənova 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və İddiaçı vəfat etdiyindən ona həmin epizod üzrə cəza təyin edilməmiş, sonuncunun təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş İxtiyar Həsənova 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsinə dair hissə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmündən xaric edilmiş, bu epizod üzrə ona cəza təyin edilməmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından mərhum məhkum İddiaçı müdafiəçisi C.S.Yusifov kassasiya şikayəti, digər müdafiəçisi X18 isə kassasiya şikayətinə əlavə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2020-cu il tarixli qərarı həmin kassasiya müraciətlərinə əsasən ləğv edilmiş, cinayət işi isə yeni apellyasiya baxışına təyin edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü ilə müdafiəçi X17 və mərhum məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri (apellyasiya şikayətinə əlavə ilə birlikdə) qismən təmin edilmiş, zərər çəkmiş şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi 300.000 manat məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmiş, İddiaçı CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən İddiaçı həmin maddə ilə cəza təyin edilməmiş, zərər çəkmiş şəxs İ.Z.Həsənov tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 25.000 manat məbləğində İ.Z.Həsənovun xeyrinə tutulması, iddianın təmin tədbiri kimi məhkum olunmuş şəxsə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1284 saylı bağ evinin üzərinə həbs qoyulması, həbs qoyulmuş əmlak hesabına cinayət nəticəsində vurulmuş ziyan ödənildikdən həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin qalıq hissəsinin İddiaçı vərəsələrinə qaytarılması, İddiaçı məxsus «Mercedes GLK300» markalı, **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə, həmçinin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X2 ev 3/6, 4-cü mənzil üzərinə, eyni zamanda Bakı şəhəri S.Rüstəmov küçəsi ev 3/6, 16-cı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-471/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Ölüm haqqında şəhadətnaməyə görə İddiaçı xx.xx.2019-cu il tarixində ölmüşdür.
9. "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6130***-*******01 nömrəli kredit müqaviləsinə görə bank ona xx.xx.2022-ci il tarixinə kimi qaytarmaq və illik 29% ödəmək şərti ilə 14.650 manat kredit vermişdir.
10. X16 ilə X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-696 reyestr nömrəli kredit müqaviləsinə görə ona xx.xx.2019-cu il tarixinə kimi qaytarmaq şərti ilə 20.000 manat kredit vermişdir.
11. “X19” ASC ilə X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 15466sİNSH/19 nömrəli kredit müqaviləsinə görə bank ona 84 ay müddətinə illik 29% ödəmək şərti ilə 10.000 manat kredit vermişdir.
12. X12 ilə X20 arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1651 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə X12 ünvan 1 ünvanında yerləşən 0,026760 ha torpaq sahəsinin istifadəsində olan ümumi sahəsi 984,50 m2 dən ibarət fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus, 3-cü mərtəbə ½ hissə payını 200.000 manat qarşılığında X11 satmışdır.
13. "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6ZİNAS119823102 nömrəli girov müqaviləsinə görə ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzil bankın xeyrinə girov ilə yüklü edilmişdir.
14. "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli NSNPU-3298 nömrəli kredit müqaviləsinə görə bank ona 36 ay müddətinə illik 18% ödəmək şərti ilə 12.700 manat kredit vermişdir.
15. "xxxx" QSC ilə X12 arasında bağlanmış girov müqaviləsinə görə xx.xx.2021-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 1347 ABŞ dolları olan qiymətli metal "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X8 12 ay müddətinə illik 40% ödəmək şərti ilə 3.430 manat kredit vermişdir.
16. "xxxx" QSC ilə X12 arasında bağlanmış girov müqaviləsinəə xx.xx.2021-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 1347 ABŞ dolları olan qiymətli metal "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X8 1 ay müddətinə illik 40% ödəmək şərti ilə 3.200 manat kredit vermişdir.
17. "xxxx" QSC ilə X12 arasında bağlanmış girov müqaviləsinə görə “iPhone 12 Pro Max” markalı smartfonu "xxxx" QSC-nin xeyrinə girov ilə yüklü edilməklə, X8 12 ay müddətinə illik 35% ödəmək şərti ilə 3.099 manat kredit vermişdir.
18. X15 ilə X9 arasında notarial qaydada təsdiq edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-26 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə X15 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 986M ünvanında yerləşən 296,41 m2 bağ evini və mülkiyyətində olan 0.06 ha torpaq sahəsini 42.000 manat qarşılığında X1.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı Səməndər oğlunun hüquqi varisi X12 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya şəklində 500.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq tam həcmdə ona ödənilməsi və yazılı surətdə üzr istənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı tələbini belə əsaslandırmışdır ki, məhz yuxarıda adlarını sadaladığı şəxslərin etdiyi qanunsuzluqlar nəticəsində ailələri həm dərin mənəvi, həm də maddi sarsıntı keçirmişdir. Belə ki, ziyalı bir ailənin ziyalı ailə başçısı törətmədiyi əmələ görə həbs edilərək ləyaqəti alçaldılmış ailə başçısını həbsdə itirmiş ailə isə mənəvi baxımdan məhv olmuşdur. Ona hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, məhkəmə iclasları zamanı çəkilmiş məhkəmə xərcləri, qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində çəkilmiş digər xərclər ailələrini maddi cəhətdən də sarsıtmışdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı dövründə ailələrinin maddi vəziyyəti ağır olmuş və ona görə də mərhum həyat yoldaşı İddiaçı hüquqi müdafiəsini təşkil etmək üçün borc almışdır. Borc alınmış maliyyə vəsaiti hesabına ona hüquqi yardım göstərilməsi üçün vəkil tutmuşdur. Hesab edir ki, mərhum həyat yoldaşının günahsız olaraq, törətmədiyi bir cinayət əməlinə görə cəza çəkməsinə görə ailəsinə vurulmuş maddi və mənəvi zərərin qarşılığı olan 500.000 manat məbləğində pul vəsaiti mərhum həyat yoldaşı İddiaçı varisi kimi dövlət hesabından tutularaq ona ödənilməlidir.
21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 avqust 2024-cü il tarixli 2(006)-2851/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia rədd edilmişdir.
22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, mərhum İddiaçı Səməndər oğluna yalnız işin bir epizodu üzrə (300.000 manat məbləğində dələduzluq epizodu) bəraət verilmiş, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin maddə üzrə ona CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Başqa sözlə ifadə etdikdə, mərhum İddiaçı Səməndər oğlu barəsində bəraət hökmü çıxmamışdır, ittihamedici əsaslar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməmişdir.
23. Məhkəmə hesab etmişdir ki, İddiaçı Səməndər oğlu bəraət qazanmış şəxs hesab olunmur (ona münasibətdə CPM-nin 55, 56-cı maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil). Belə ki, hətta onun barəsində hissəvi bəraət verilməsi ilə bağlı məhkəmə qərarında da bu barədə hüquq izah olunmamışdır. Qeyd edilməlidir ki, mərhum məhkuma Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və vəfat etdiyi anadək həmin qətimkan tədbiri üzrə həbsdə saxlanmışdır. Sonradan onun barəsində əməlin 178.2.4-cü maddəyə tövsif edilməklə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cəza təyin edilməməsi onun barəsində seçilmiş həbsi qanunsuz hesab etməyə əsas verən hal deyildir. Bu səbəbdən, cinayət təqibini həyata keçirən orqanların əməli ilə iddiaçıya münasibətdə hər hansı hüquq pozuntusu törədilməmişdir. Odur ki, iddiaçıya qarşı hər hansı maddi və mənəvi ziyan vurulması müəyyən edilmədiyindən hazırki iddia tələbi əsaslı hesab edilə bilməz.
24. Məhkəmə gəldiyi nəticəni «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
28. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
30. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
31. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
42. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
47. Göründüyü kimi iddiaçının əri mərhum İddiaçı iki epizod üzrə (eyni şəxsə qarşı törədilmiş 25000 manat və 300.000 manat məbləğində dələduzluq epizodu) ittiham verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
48. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi 300.000 manat məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmiş, İddiaçı CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən İddiaçı həmin maddə ilə cəza təyin edilməmişdir.
49. Beləliklə aydın olur ki, mərhum İddiaçı Səməndər oğluna işin bir epizodu üzrə (300.000 manat məbləğində dələduzluq epizodu) bəraət verilmiş, digər epizod üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin maddə üzrə ona CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir.
50. Hökmdən müəyyən edilir ki, zərərçəkmiş şəxs İxtiyar Həsənov bildirmişdir ki, təxminən 2011-ci ilin avqust ayının ortalarında 50000 manat pulu Əzizə vermişdir.
51. Həmin hökmdən həmçinin müəyyən edilir ki, mərhum İddiaçı Səməndər oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2018-ci il tarixdən hesablanmışdır.
52. İddiaçı 27 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir.
53. Göründüyü kimi 21 avqust 2018-ci il tarixdən mərhum İddiaçı Səməndər oğlu azadlıqdan məhrum edilmişdir.
54. Mərhum təqsirli bilindiyi cinayət əməlini (25000 manat məbləğində dələduzluq epizodu) 2011-ci ilin avqust ayının ortalarında törətmişdir.
55. Belə olan halda 21 avqust 2018-ci il tarixdə İddiaçı Səməndər oğlu barəsində həbs qətimkan tədbiri seçildikdə, təqsirli bilindiyi 25000 manat məbləğində dələduzluq epizodu üzrə artıq onun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir.
56. Qeyd olunanlara əsasən müəyyən edilir ki, mərhum İddiaçı Səməndər oğlu 21 avqust 2018-ci il tarixdən vəfat etdiyi 27 oktyabr 2019-cu il tarixə qədər, yəni 1 il 2 ay müddətində qanunsuz həbsdə saxlanılmışdır.
57. Buna görə də iddiaçı mərhum əri İddiaçı Səməndər oğlunun qanunsuz həbsdə saxlanılması səbəbindən ona (iddiaçıya) dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə etməkdə haqlı olmuşdur.
58. Kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
59. İddiaçı maddi və mənəvi zərərə görə kompensasiya şəklində 500000 manat (işə birinci instansiya məhkəməsində baxılarkən 250000 manat maddi, 250000 manat mənəvi zərər tələb etdiyini bildirmişdir) tələb etsə də, Kollegiya nəzərə alır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
60. Kollegiya bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Çünki burada söhbət qanunsuz məhrumiyyətlərə məruz qalmış şəxsin özündən yox, onun ailə üzvündən gedir.
61. Həmçinin, iddiaçı yalnız özünə dəymiş zərəri tələb edə bilər.
62. Maddi zərər hissəsində Kollegiya qeyd edir ki, məhkəmə xərcləri, həmçinin maddi zərər kimi tələb edilən digər xərclər üzrə hər hansı sübut təqdim edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Təqdim olunmuş sənədlərin (kredit və alqısatqı müqavilələrinin) isə hazırki işə aidiyyəti müəyyən olunmur.
63. Həmçinin yazılı surətdə üzr istənilməsi hissəsində də iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Həmin tələb “şərəf və ləyaqətin müdafiəsi” tələblərində keçərli ola bilər.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2851/2024 nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının hüquqi varisi X6 xeyrinə mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.