Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6162/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(004)-281/2015 saylı qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4 MMC-yə və qeyrilərinə qarşı “kredit borcu və sair tələbi” barədə iddiasına dair ilk, iddiaçı X1 cavabdehlər notarius X3, İddiaçı-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 nömrəli, 29.03.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh4 MMCdən 29.04.2010cu il tarixli 441 saylı Kredit xətti (maksimal borclanma limiti) müqaviləsinə əsasən 27.06.2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 manat əsas borc, 37789,71 manat faiz borcu olmaqla 467841,71 manat borc, 13.12.2012-ci il tarixli, 017 saylı razılaşma üzrə isə 352980 manat əsas borc, 37215,86 manat faiz borcu olmaqla 390195,86 manat borc, ümumilikdə isə 858037,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, tutma ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 163.7 kv.m ümumi, 96.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan ünvan 2 ünvanda yerləşən 76.5 kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən 66.9 kv.m ümumi sahədən ibarət qeyr-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan ünvan 4, 28,3 kv.m ümumi, 19,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 saylı mənzilə, ünvan 4, 45,2 kv.m ümumi, 35,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzilə, ünvan 4, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi (4cü köndələn), ev 7, 39,15 kv m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 saylı mənzilə yönəldilərək həmin əmlaklar açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsaitin Cavabdeh4 MMC-nin İddiaçı-yə olan borcunun təmin edilməsinə yönəldilməsi, ilkin iddia tələbinin qalan hissədə və X1 İddiaçı-yə və notarius X3 qarşı onunla İddiaçı arasında bağlanmış 07.06.2010-cu il tarixli, 441 saylı və 14.02.2011 -ci il tarixli, 441/04 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin ona dair hissədə təmin olunmaması barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə 10.06.2019-cu il tarixdə qanuni qüvvəsini almış və 20.08.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 18.11.2019- cu il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli, 2(004)-281/2015 saylı icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 ərizəsi geri qaytarılmışdır. Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 18.11.2019- cu il tarixli qərardadından şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 07.09.2020-ci il tarixli qərardadı onun şikayəti təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7583/2020 saylı, 09.10.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 18.11.2019- cu il tarixli qərardadı ləğv edilərək, ərizəyə baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(004)- 281/2015 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 nömrəli, 29 mart 2015- ci il tarixli qətnaməsinə və icra vərəqəsinə aşağıdakı kimi izah verilmişdir: 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 nömrəli, 29 mart 2015-ci il tarixli qətnaməsi üzrə ünvan 4 ünvanında yerləşən 6 saylı mənzil, ünvan 4 ünvanında yerləşən 19 saylı mənzil, ünvan 4 ünvanında yerləşən 5 saylı mənzil, ünvan 4 ünvanında yerləşən 20 saylı mənzilin AR Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindəki qeydə və texniki pasportdakı texniki göstəricilərinə əsasən açıq hərraca çıaxrılsın, satılsın və qətnamənin icrasına yönəldilsin. 2) Tələbkarın icra sənədini icra olunmadan tam olaraq geri istəmək hüququ olduğu kimi, hissəvi icra olunmadan geri istəmək hüququ da vardır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri 26 fevral 2021-ci il tarixli, 2(004)-281/2015 saylı qərardadından ayrı-ayrılıqda şikayətlər verərək qərardadın ləğv edilməsini, mənzillərin texniki cəhətdən faktiki vəziyyəti nəzərə alınmaqla, icra vərəqəsinin icra edilməsinə dair izah verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şikayətlər onunla əsaslandırılmışdır ki, icra hərəkətlərinin həyata keçirilməsi zamanı müəyyən edilmişdir ki, mənzillərin arasındakı arakəsmə divarlar ləğv edilmiş və bunun nəticəsində vahid mənzil yaradılmışdır. Bunun nəticəsində isə mənzillərin ayrı-ayrılıqda satılması, yəni icra sənədinin icrası qeyri-mümkün olmuşdur. Bu baxımdan mənzillərin texniki cəhətdən faktiki vəziyyəti nəzərə alınmaqla, icra vərəqəsinin icra edilməsinə dair izah verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(004)-281/2015 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi və vəkili Qanuni nümayəndə şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(004)-281/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün onun qəbul edilməsi mübahisəli hüquq münasibətində müəyyənlik yaranmasına, pozulmuş və mübahisə edilən hüquqların real bərpasının təmin olunmasına xidmət edir. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olması səbəbindən onun icrası çətin və qeyri-mümkün olduqda, məhkəmə qətnaməsində olan çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. Kollegiya qeyd edir ki, işin halarına əsasən müəyyən edilmişdir ki, Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 6 saylı mənzil, MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 4 ünvaında yerləşən 20 saylı mənzil, MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 19 saylı mənzil, MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 5 saylı mənzil mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Qeyd edilən mənzillər İddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmiş, müvafiq hüquqlar qeydiyyata alınmaqla Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən ünvan 4 ünvanında yerləşən 6 saylı mənzilə dair MA seriyalı, ******* saylı, ünvan 4 ünvaında yerləşən 19 saylı mənzilə dair MA seriyalı, ******* saylı, ünvan 4 ünvanında yerləşən 20 saylı mənzilə dair MA seriyalı, ******* saylı, ünvan 4 ünvanında yerləşən 5 saylı mənzilə dair MA seriyalı, ******* saylı çıxarışlar verilmişdir. Göründüyü kimi, qeyd edilən mənzillərin hər biri barəsində Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində ayrı-ayrılıqda qeydiyyat aparılmış və müvafiq çıxarışlar verilmişdir. Kollegiya mənzillərin arasındakı arakəsmə divarların ləğv edilməsi və bunun nəticəsində vahid mənzil yaradılması barədə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(004)-281/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(004)-281/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6162/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6162/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver