Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6164/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Birləşdirilmiş iş üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı - birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı və birləşdirilmiş iş üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı-birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq hesablanmış məbləğin silinməsinə və faizin dayandırılmasına dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MM/69304/50/23 nömrəli kredit sazişinə əsasən-götürülmüş əsas kredit məbləğinə, hesablanmış faiz və cərimə məbləğinə dair artıq hesablanmış məbləğin silinməsinə və faizin hesablanmasının dayandırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ASC cavabdehlər İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iddiaçı CavabdehSC-nin xeyrinə 7993,5 ABŞ dolları məbləğində əsas borcun, 8855,93 ABŞ dolları məbləğində faiz borcunun, 201,88 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 17051.31 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 09.04.2015-ci il tarixdə bağlanmış MM/69304/50/23 nömrəli kredit sazişinə əsasən nəğd pul layihəsi müqaviləsinə əsasən 92 ay müddətinə, illik 23% olmaqla 13188 ABŞ (on üç min yüz səksən səkkiz) dolları məbləğində kredit götürmüşdür. Kreditin ödənişi ilə bağlı 2015-ci il tarixdə 2618 (iki min altıyüz on səkkiz) manat, 2016-cı ildə 3720 (üç min yeddi yüz iyirmi) manat, 2017-ci ildə 2700 (iki min yeddi yüz) manat və 2018-ci ildə 600 (altı yüz) manat, ümumilikdə 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində pul cavabdehin hesabına ödəmişdir. 2018-ci ildə ödəniş edə bilmədiyi üçün iddiaçıya ödənişlə bağlı güzəştlər edilməsi üçün 05 aprel 2018-ci il tarixdə cavabdehə məktubla müraciət edilmiş, lakin məktuba cavab verilməmişdir. Yuxarıda qeyd olunduğu kimi götürülən kredit 13188 ABŞ (on üç min yüzsəksən səkkiz) dolları təşkil edir, həmin məbləği manata konvertasiya etsək 22419,60 (iyirmi iki min dörd yüz on doqquz) manat təşkil edir. Hazırki dövrə kimi ödənilən 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləği 22419,60 (iyirmi iki min dörd yüz on doqquz) manat məbləğdən çıxılsa yerdə 12781,60 (on iki min yeddi yüz səksən bir manat 60 qəpik) qalır. Lakin qeyd olunanlara baxmayaraq bank iddiaçıdan 16.01.2020ci il tarixə (yeddi min doqquz yüz doxsan üç dollar 50 sent) ABŞ əsas, 8692,42 (səkkiz min altı yüz doxsan iki dollar 42 sent) ABŞ faiz və 201,88 (iki yüz bir dollar 88 sent) ABŞ dolları dolları cərimə borcunu tələb edir. Sual yaranır - iddiaçının 2015-ci ildən 2018-ci il tarixə kimi ümumilikdə ödədiyi 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğ niyə bankın iddiaçıdan tələb etdiyi məbləğdən çıxılmayıb? Digər sual- 2018-ci ildən banka ödəniş edə bilmir, nəyə görə və hansı səbəbdən bank, 2 ildir ki, borcun tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmir? Axırıncı ödəniş iddiaçı tərəfindən 2018-ci ildə olmuşdur. Lakin cavabdeh yalnız 31.01.2019cu il tarixdə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki iş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin hakimi Günel Abbasovanın icraaatına daxil edilmişdir. Cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bunun da nəticəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin iş № 2(001)-3080/2019, 29.04.2019-cu il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmışdır. Cavabdeh məhkəməyə müraciət etməmişdən öncə iddiaçıya və zaminlərə bir neçə dəfə müxtəlif vaxtlarda və məbləğlərdə kreditin ödənilməməsi ilə bağlı məktubla müraciət etmişdir. İddiaçıya – Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 3941 nömrəli bildirişdə kredit məbləğinin 09.07.2018-ci il tarixinə 14077,41 (on dörd min yetmiş yeddi dollar 41 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zamin - Maraqlı şəxs2 Cavabdeh ASC tərəfindən göndərilən PK-İ № 657 09.07.2018-ci il tarixli bildirişdə kredit məbləğinin 09.07.2018-ci il tarixinə 14096,59 (on dörd min doxsan altı dollar 59 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zamin - Maraqlı şəxs1 Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 656 09.07.2018-ci il tarixli bildirişdə kredit məbləğinin 09.07.2018-ci il tarixinə 14096,59 (on dörd min doxsan altı dollar 59 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zaminlər - Maraqlı şəxs1 və Maraqlı şəxs2 Cavabdeh ASC-i tərəfındən göndərilən PK İ № 930 nömrəli bildirişdə kredit məbləğinin 18.10.2018-ci il tarixinə 14635,79 (on dörd min altı yüz otuz beş dollar 79 sent) ABŞ dolları olması qeyd edilmişdir. İddiaçıya – Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 6820 ci il tarixli bildirişdə kredit məbləğinin 18.10.2018-ci il tarixinə (on dörd min beş yüz doxsan üç dollar 5 sent) ABŞ dolları olması qeyd edilmişdir. İddiaçıya –Cavabdeh ASC-i tərəfindən göndərilən № MZF-996/18 ci il tarixli bildirişdə kredit məbləğinin 26.07.2018-ci il tarixinə 14179,61 (on dörd min yüz yetmiş doqquz dollar 61 sent) ABŞ dolları olması qeyd edilmişdir. Cavabdeh 31.01.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində 7993,50 (yeddi min doqquz yüz doxsan üç dollar 50 sent) ABŞ əsas, 8692,42 (səkkiz min altı yüz doxsan iki dollar 42 sent) ABŞ faiz və 201,88 (iki yüz bir dollar 88 sent) ABŞ dolları cərimə borcunu qeyd etmişdir. Kreditin ödənişi ilə bağlı iddiaçı tərəfindən 2015-ci il tarixdə 2618 (iki min altı yüz on səkkiz) manat, 2016-cı ildə 3720 (üç min yeddi yüz iyirmi) manat, 2017-ci ildə 2700 (iki min yeddi yüz) manat və 2018-ci ildə 600 (altı yüz) manat, ümumilikdə 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində pulu cavabdehin hesabına ödənilmişdir. Ümumilikdə cavabdehin hesabına ödənilən 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində vəsait barədə cavabdeh nə bildirişlərində nə də ki, məhkəməyə verdiyi iddia ərizəsində qeydlər aparmamışdır. Müxtəlif məbləğlər hesablandığı üçün məhkəmə mühasibatlıq ekspertizası təyin ediiməlidr. Əsas, faiz və cərimə məbləğləri yenidən hesablanmalıdır. Birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırlmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 09.04.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 92 ay müddətinə, illik 23% olmaqla 13188 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda borclu “ödəniş cədvəli” nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 09.04.2015-ci il tarixli müqavilə üzrə cavabdeh İddiaçı artıq hesablanmış 405,96 ABŞ dolları faiz borcun ilk iddia üzrə Cavabdeh ASC əb tərəfindən silinməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, birləşdirlmiş iş üzrə cavabdehlər İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 7993,5 ABŞ dolları əsas, 8449,97 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə borcu (ödəniş günü manata olan məzənnə ilə) olmaqla, ümumilikdə 16473,47 ABŞ (on altı min dörd yüz yetmiş üç ABŞ dolları, 47 sent) məbləğində pul və 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, birləşdirilmiş iş üzrə iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh ASC-dən, İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 müştərək qaydada tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı - birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(0051-1386/2020 saylı 01.12.2020ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2020-ci il tarixli 9/2900 №-li ekspert rəyinə əsasən mühasibat uçotu qeydlərinin təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqatına əsasən MM/69304/50/23 saylı kredit sazişinə görə əsas borc 8200 ABŞ dolları və faiz borcu 5623,11 ABŞ qeyd edilmişdir. Sonradan yenidən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2020ci il tarixli 9/4611 №-li ekspert rəyinə əsasən mühasibat uçotu qeydlərinin təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqatına əsasən MM/69304/50/23 saylı kredit sazişinə görə” əsas borc 8032,84 ABŞ dolları və faiz borcu 9727,87 ABŞ qeyd edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 09.04.2015-ci il tarixdə bağlanmış MM/69304/50/23 №-li kredit sazişinə əsasən iddiaçı 92 ay müddətinə, illik 23% olmaqla 13188 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülən kreditə görə iddiaçı tərəfindən banka 2015ci il tarixdə 2618 manat, 2016-cı ildə 3720 manat, 2017-ci ildə 2700 manat və 2018-ci ildə 600 manat ümumilikdə 9638 manat pul ödənilmişdir. 2018-ci ildə iddiaçı ödəniş edə bilmədiyi üçün güzəşt edilməsi üçün, 05 aprel 2018-ci il tarixə Cavabdeh ASC-yə yazılı müraciət etmişdir, lakin müraciəti nəticəsiz qalmışdır. İddiaçının götürdüyü 13188 ABŞ dolları kredit məbləği manata konvertasiya edildikdə 22419,60 manat təşkil edir. Hazırki dövrə kimi iddiaçının ödədiyi 9638 manat məbləği 22419.60 manat məbləğdən çıxdıqda 12781,60 qalır, yenidən həmin məbləğ dollara konvertasiya edildikdə 7509,75 dollar təşkil edir. Deməli iddiaçının banka ümumlikdə 7509,75 dolları məbləğində borcu var. Bank isə iddiaçıdan ABŞ əsas, 8692,42 ABŞ faiz və 201,88 ABŞ dolları cərimə borcunu tələb edir. Belə olan halda bank iddiaçı tərəfindən 2015-ci ildən 2018ci il tarixinə qədər ödənmiş 9638 manat məbləği tələb olunan məbləğdən çıxmamışdır və 2018-ci ildən banka ödəniş edə bilmədiyi üçün bank 2 ildir ki, borcun tələb edilməsi barədə iddia ərizəsi ilə müraciət etməmişdir. İddiaçı tərəfindən banka son ödəniş 2018-ci ildə edilmişdir, lakin Cavabdeh ASC yalnız 31.01.2019-cu il tarixdə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarlıması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2020-ci il tarixli 9/2900 №-li ekspert rəyində əsas borc 8200 ABŞ dolları və faiz borcu 5623,11 ABŞ dolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2020ci il tarixli 9/4611 №-İi ekspert rəyində əsas borcu 8032,84 ABŞ dolları və faiz borcu 9727,87 ABŞ dolları və Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin 2(005)-1386/2020 saylı mülki iş üzrə 01.12.2020-ci il tarixli qətnaməsinin 4-cü abzasında - əsas borc 7993,5 ABŞ dolları və faiz borcu 8449,97 ABŞ dolları qeyd edilmişdir. Hər üç nəticədə əsas və faiz məbləğləri müxtəlif rəqəmdə qeyd edilmişdir, bu da məhkəmə tərəfindən çıxarılmış qətnamənin apellyasiya instansiyası mərhələsində yenidən araşdırılmasına əsas verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2020- ci il tarixli 9/2900 №-li, 02 noyabr 2020-ci il tarixli 9/4611 №-li ekspert rəylərini. Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin 2(005)-1386/2020 saylı mülki iş üzrə 01.12.2020-ci il tarixli qətnaməsinin 4-cü abzasında - qeyd olunan əsas və faiz borclarını və 2015-ci ildən 2018-ci il tarixlərə kimi ümumilikdə banka ödənilmiş 9638 manat məbləği nəzərə alınaraq yenidən ekspertizanın keçirilməsi vacibdir. Qətnamədən həmçinin birləşdirilmiş iş üzrə iddiaçı- ilk iddia üzrə Cavabdeh ASC də apelyasiya şikayəti verərək, Narimanov rayon Məhkəməsinin 2(005)-1386/2020 saylı, 01.12.2020ci il tarixli qətnaməsinin X4 Cavabdeh ASC-уа qarşı iddia tələbi və məhkəmə məsrəflərinin bölünməsi hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-уа qarşı iddiasının rədd edilməsi, məhkəmə xərclərinin X5 aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə ilə İddiaçı Cavabdeh ASC-yə qarşı iddiasının qismən təmin edilərək 405,96 ABŞ dolları faiz borcunun Cavabdeh ASC tərəfindən silinməsi qənaəti başadüşülən deyil. Əslində Cavabdeh ASC-nin təmin edilən iddia tələbinə əsasən faiz borcu ekspertiza rəyinə uyğun olaraq 405,96 ABŞ dolları həcmində azaldıldığı üçün məhkəmə 405,96 dolları silərək yekun borcu qət etmişdir. Amma qətnamədə belə görünür ki, bundan sonra 405,96 dollar bir daha silinməlidir. Faiz borcunun hansı məbləğdən silinməli olduğu aydın göstərilməmişdir. Qəbul edilmiş qətnamə hamı üçün anlaşılan və aydın formada olmalıdır. Qətnamənin birinci abzasında olan borcun silinməsi tələbi qeyri-müəyyənlik yaradır. Ekspert rəyindən də göründüyü kimi Cavabdeh ASC-nin iddia tələbi ilə ekspert rəyindəki hesablanmış məbləğlər demək olar ki, eynilik təşkil edir. Belə ki, iddia ərizəsi ilə tələb etdikləri 17051,31 ABŞ dollar məbləğində iddia tələbinin 16473,47 ABŞ dollarlıq hissəsi təmin edilmişdir. Başqa sözlə iddia tələblərinin 97% hissəsi təmin edilmişdir (3% fərqi cariməyə silinmiş ödənişlərin ekspert tərəfindən faizdən silinmasidir). Beləliklə də, bu faktı nəzərə alaraq qeyd olunmalıdır ki, bu əsaslara istinad olunsa, qətnamə çıxarılarkən məhkəmə məsrəfləri ən pis halda iddia tələbləri təmin edilməmiş 3% hissəsində Cavabdeh ASC-dən tutulmalı, hətta ümumiyyətlə tutulmamalı idi. Halbuki, məhkəmə yanlış qənaətə gələrək məhkəmə məsrəfini müştərək qaydada tutmaqla məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid etməmişdir. Məhkəmə kollegiyasının iclasında birləşdirilmiş iş üzrə iddiaçı- ilk iddia üzrə cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X8 öz apellyasiya şikayətlərini müdafiə etdi, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, təmin edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı-birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, birləşdirilmiş iş üzrə cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasına və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ilk iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən və rədd edilən hissələrində, birləşdirilmiş iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən və ekspertiza xərcinin tutulması hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Həmçinin iş üzrə zaminlər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan: 11.02.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat 40 qəpik (on manat 40 qəpik) məbləğində dövlət rüsumu ödəmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında aktqeydləri kitabında 29.04.2006-cı il tarixdə 362 nömrə ilə qeyd edilmişdir. MM/69304/50/23 nömrəli, 09 aprel 2015-ci il tarixli kredit sazişindən görünür ki, İddiaçı, illik 23%-lə, 92 (doxsan iki) ay müddətinə, 13188 ABŞ dolları (on üç min yüz səksən səkkiz ABŞ dolları) məbləğində kredit verilmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 zamin durmuşlar. İş materiallarında olan Cavabdeh ASC tərəfindən 26.07.2018-ci il tarixli, MZF-996/18 nömrəli məktubda İddiaçı 09.04.2015-ci il tarixliMM/69304/50/23 saylı müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 92 ay müddətinə 13188 ABŞ dolları kredit götürüldüyünü və 26.07.2018-ci il tarixinə banka olan borcun 14.179,61 ABŞ dolları məbləğ (7993,50 ABŞ dolları əsas borc, 5984,23 ABŞ dolları faizborcu, 201,88 ABŞ dolları) təşkil edir. 19.06.2014-cü il tarixli, BALBL2544523/14 saylı müqaviləyə əsasən 850 AZN kredit götürüldüyünü və 26.07.2018-ci il tarixinə banka olan borcun 901,52 AZN məbləğ (759,87 AZN əsas borc, 141,65 AZN faiz borcu) təşkil edildiyi qeyd edilmişdir. 09.07.2018-ci il tarixli və 18.10.2020-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, İddiaçı, zaminlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 bank tərəfindən borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. 23.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka 7993,5 ABŞ dolları əsas, 8855,93 ABŞ dolları faiz və 201,88 ABŞ dolları cərimə borcu vardır. Müxtəlif tarixlərdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən kredit sazişi üzrə ödənişlər həyata keçirilmişdir. Ödəniş cədvəlindən görünür ki, X9 cədvəlüzrə aylıq 306 manat 15 qəpik (üç yüz manat on beş qəpik) ödəniş etməsi barədə üzərinə kredit öhdəliyi götürmüşdür. 26 iyul 2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin mərkəz filalına 10 (on) manat məbləğində ödəniş etmişdir. Kassa məxaric orderindən görünür ki, 13.188 ABŞ dolları (on üçmin yüz səksən səkkiz ABŞ dolları) məbləğində olan pul vəsaitini İddiaçı imzalayaraq qəbul etmişdir. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan 18.05.2018-ci il tarixli 3815 nömrəli məktubdan görünür ki, 19.06.2014-cü il tarixli, BALBL2544523/14 saylı müqaviləyə əsasən 850 AZN məbləğində bolkart kredit kartı, 09.04.2015-ci il tarixli, MM/69304/50/23 saylı müqaviləyə əsasən 13.188 ABŞ dolları məbləğində güzəştli şərtlərlə nağd pul krediti rəsimləşdirilmişdir. Müştəri məmuniyyətinin təmin olunmasını özünün əsas fəaliyyət prinsiplərindən biri kimi müəyyən edən bank iddiaçıya 20.06.2018-ci il tarixədək ABŞ dolları valyutasında olan kredit üzrə borcun 10(on) faizi həcmində ilkin ödəniş etmək şərti ilə kreditin illik faiz dərəcəsinə 8 (səkkiz) faizgüzəşt olunmaqla qalıq borcun manata konvertasiya edilərək yenidən rəsimləşdirilməsi o cümlədən kredit borcunun xüsusi güzəştli şərtlərlə tam ödənilməsi təklif olunmuşdur. Cavabdeh ASC tərəfindən 05.09.2018-ci il tarixdə 1564 nömrəli müraciətin məzmunundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Böyük mütəxəsissi vəzifəsində işləyən Maraqlı şəxs1 ilə Cavabdeh ASC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən o, ona bank tərəfindən İddiaçı verilmiş kredit üzrə borclunu öhdəlikləri icra edəcəyinə zamin durmuş və bununla da borcun ödənilməsi öhdəliyinin icra edilməsi məsuliyyətini öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinə görə kredit alan üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi ilə zaminhəmin borcun ödənilməsini dərhal təmin etməli olduğu qeyd edilmişdir. Bildirişdən görünür ki, İddiaçı borcu 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəlyin icrasınıtəmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindənicra qeydi aparılacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2020-ci il tarixli 9/1352 nömrəli rəyi ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 09 aprel 2015-ci il tarixli MM/69304/50/23 nömrəli kredit müqaviləsi üzrə borcalanın Cavabdeh ASC-ə ödənilməli olan 26 iyul 2018-ci il tarixə əsas borc 8200,0 ABŞ dolları, faiz borcu 5623,11 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2020-ci il tarixli 9/4611 nömrəli rəyi ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 09 aprel 2015-ci il tarixli MM/69304/50/23 nömrəli kredit müqaviləsi üzrə borcalanın Cavabdeh ASC-ə ödənilməli olan 23 fevral 2020-ci il tarixə əsas borc 8032,84 ABŞ dolları, faiz borcu 8449, 97 ABŞ dolları, 02 noyabr 2020-ci il tarixə 8032,84 ABŞ dolları əsas kredit borcu, 9727,87 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. 11 sentyabr 2014-cü il tarixli BALBL2626623/14 saylı və DK 9959123/14 saylı Cavabdeh ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri müqavilələrindən görünür ki, Maraqlı şəxs2 10.000 manat maksimal pul məbləğində, illik 36 faiz, 12 ay müddətində kredit xətti açılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək, kredit məbləği ilkin iddia üzrə iddiaçıya verilmiş, sonuncu tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, birləşdirilmiş iş üzrə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, rayon Məhkəməsinin əsas, faiz və cərimə borcunun ilkin iddia üzrə iddiaçıdan birləşdirilmiş iş üzrə iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, birləşdirilmiş iş üzrə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması barədə gəldiyi nəticə isə MPMnin 119.1-ci maddəsinin müddəasına uyğun olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı faiz borcunun çox hesablanmasını mübahisələndirməsinə münasibətdə haqlıdır. Eyni zamanda birləşdirilmiş iş üzrə iddiaçı bank isə əsas borcun 7993, 5 ABŞ dolları olaraq tələb edilməsində haqlıdır. Odur ki, kollegiya birləşdirilmiş iş üzrə iddiaçının bu hissədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə ilkin iddia üzrə faiz borcuna artıq hesablanmış 405,96 ABŞ dolların bank tərəfindən borcdan silinməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-nin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, dəbbə pulu azaldılmalı və 30 ABŞ dollarına endirilməlidir. Kollegiya ilkin iddia üzrə iddiaçının borcun düzgün müəyyəq edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, onun tərəfindən işdə olan maliyyə sənədləri və ekspert rəylərini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmamışdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2020-ci il tarixli 9/1352 nömrəli rəyində həmçinin qeyd olunur ki, İddiaçı tərəfindən ödənişlər Azərbaycan manatı ilə ödənilmiş və bank tərəfindən həmin ödənişlər hər gün üçün konvertasiya edilərək nəzərə alınmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normaları düzgün tətbiq etmiş, qətnamənin ilk iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən və rədd edilən hissələrində, birləşdirilmiş iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən hissələrində qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissələrdə faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin həmin hissələrdə dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin qeyd olunan hissələrdə ləğv edilməsi üçün əsaslar olmamaqla, həmin hissələrdə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan, apellyasiya şikayətləri həmin hissələrdə təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçının apellyasiya şikayəti ekspertiza xərcinin tutulması hissəsində qismən təmin edilməli, həmin hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 192 (yüz doxsan iki) manatı müştərək qaydada İddiaçı, Maraqlı şəxs1 və X2, 8 (səkkiz) manatı isə Cavabdeh ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Birləşdirilmiş iş üzrə iddiaçı- ilk iddia üzrə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı- birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsi ekspertiza xərci ilə bağlı hissədə dəyişdirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 192 (yüz doxsan iki) manatı müştərək qaydada İddiaçı, Maraqlı şəxs1 və X2, 8 (səkkiz) manatı Cavabdeh ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə mübahisələndirilən-ilk iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən və rədd edilən hissələrində, birləşdirilmiş iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6164/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6164/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver