Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6169/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5127/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs "xxxx" MMCyə və Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı cavabdehlərin ərazidən məcburi çıxarılması və ərazinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilməklə iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16/2022 saylı, 18 noyabr 2022ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Üçünçü şəxs “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaçı "xxxx" MMC-ni hüquqi varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5127/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək mülki işin məhkəmə baxış iclasına təyin olunması qərara alınmışdır Bu qərardaddan Cavabdeh1 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5127/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən verilmiş şikayətdə birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 386 və 387-ci maddələrini pozaraq qəbul etdiyi qərardadın cavabdehin hüquqlarını pozduğu qeyd edilmişdir. Şikayətdən görünür ki, cavabdeh qərardadın ləğv edilməsi barədə mövqeyini sadəcə işin hallarını sadalayaraq və ümumi ifadələrdən istifadə etməklə bildirmiş, lakin sözügedən pozuntuların nədən ibarət olduğunu göstərməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 386 və 387-ci maddələrinin pozulduğunu və bu pozuntuların cavabdehin hüquqlarına toxunduğunu qeyd edirsə, həmin pozuntuların nədən ibarət olmasını və bununla da cavabdehin hansı hüquqlarına toxunulduğunu şikayətdə bildirməli idi. Lakin işdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanından göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və Fərmanda sadalanan digər qurumların əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından "xxxx" MMC öz fəaliyyətini dayandırmışdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsnin qanuni və əsaslı qərardadı cavabdehin formal mülahizələrinə əsasən ləğv oluna bilməz. Odur ki, şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5127/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5127/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6169/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6169/2023
04.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver