Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6171/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin ilk iddia üzrə Cavabdeh qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zəbt olunmuş qeyri-yaşayış sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin ilk iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Zeynalova (Məmmədova) Günay Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh faktiki istifadə etdiyi ünvan 1 ünvanda yerləşən 18 kv.m sahə Azərbaycan Memarlıq və İnşaat Universitetinin balansındadır.
2. Qeyd edilən sahə xx.xx.2015-ci il tarixdə X1 adlı şəxs ilə bağlanmış “Köməkçi sahənin xidməti istifadəsi haqqında müqavilə”yə əsasən 3 il ərzində ayda 100 manat icarə haqqı ödənilməsi şərti ilə sonuncuya icarəyə verilmişdir.
3. ünvan 1 ünvanda yerləşən 18 kv.m sahədən hazırda Cavabdeh istifadəsində və sahibliyindədir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli iltizamla 2021-ci ilin avqust ayına qədər ünvan 1 ünvanda yerləşən yardımçı sahəsini boşaldaraq təhvil verəcəyini öhəsində götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin balansında olan giriş-çıxış qapısına nəzarət edən, mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsindən Cavabdeh və onun məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazilər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara uyğun olaraq, inzibati binadan və korpuslardan müəllim, tələbə heyyətinin və texniki işçiləin istifadəsi məqsədi ilə giriş-çıxış qapılarının sayının artırılmasına zərurət yaranmışdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələr və müəllimlərin Ayna Sultanova küçəsi istiqamətindən giriş-çıxış qapısı kimi uzun illər istifadə etdiyi mühafizə otağı, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Vəkilər Kollegiyasının üzvü olmadan hüquqi xidmətlər adı altında qanunsuz fəaliyyətlə məşğul olur. Dəfələrlə mühafizə otağının boşaldılması ilə bağlı yazılı və şifahi müraciət etsələr də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Cavabdeh zəbt etdiyi qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələb olunmasına baxmayaraq, o, müxtəlif bəhanələlə bundan yayınır.
7. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ilkin məhkəmə prosesi üzrə 2021-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində eyni məzmunlu iş araşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadından görünür ki, iş materiallarında olan AZEMİS elektron sistemindən çıxarışa əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdən VÖEN almış, VÖEN nömrəsi ********** kimi qeyd edilmişdir. Məhkəmə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və mülki iş materiallarını araşdıraraq mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Hazırki iş üzrə hər iki tərəf vergi ödəyicisidir və qarşı tərəf bu halı məhkəmədən gizlətmişdir. Belə ki, MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndəilməsi barədə əsaslandırılmış qərardad qəbul edir. Qərardada əsasən məhkəmə qeyd etmişdir ki, iş üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universiteti hüquqi şəxsdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan və mübahisə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan 2(004)-3356/2021 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsində isə iddia əizəsi qarşı tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması səbəbindən mülki iş baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra, Cavabdeh iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Memarlıq və İnşaat Universitetindən müqavilə şərtlərini pozduğuna görə 700 manat reklamların dəyəri, 300 manat köçürülmə ilə bağlı xərc, 200 manat yeni iş yeri tapılmasına ödəniləcək makler xərci, illik 7000 manat iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından hesablanmaqla əldə edəcəyi gəlir, 1000 manat sağlamlığına soyuqdəymə səbəbindən müayinə və ev şəraitində müalicə xərcinin tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bundan sonra, Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Memarlıq və İnşaat Universitetindən müqavilə şətlərini pozduğuna görə 700 manat reklamların dəyəri, 300 manat köçürülmə ilə bağlı xərc, 200 manat yeni iş yeri tapılmasına ödəniləcək makler xərci, iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından hesablanmaqla əldə edəcəyi 7000 manat gəlir, 1000 manat sağlamlığına soyuqdəymə səbəbindən müayinə və ev şəraitində müalicə xərci olmaqla, cəmi 9200 manat pulun tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanlanmış şikayətində bildirmişdir ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən tətbiq edilmiş sərt karantin rejimində və 27 sentyabr 2020-ci il “Vətən müharibəsi” ərəfəsində işləməyə icazə olmadığından işə çıxmamışdır. Lakin hal şahidləri və videogörüntülər onun reklamlarının qabaqcadan xəbərdar edilmədən Univesitetin prorektorunun göstərişi ilə işçilər tərəfindən sökülərək oğurlandığını təsdiq edə bilələr. Baş Polis İdarəsi hazırki şikayətinə baxaraq işi aidiyyəti üzrə araşdırılması üçün Yasamal Rayon 26-cı Polis Bölməsinə göndərmişdir. Hazırki cinayət işi üzrə qərar qəbul edilmiş və mülki mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hazırki iş üzrə reklamların dəyəri 700 manat, köçürülmə ilə bağlı xərcləri 300 manat, yeni iş yei tapılmasına ödəniləcək makler xərci qismində 200 manat, bundan əlavə iş yerinin dəyişdirilməsi səbəbindən əldə edəcəyi gəliri 2020-ci ilin mart ayından hesablansa təqribi olaraq hazırki vəziyyətdə o, illik 7000 manatdən gəlirdən olmuşdur. Həmçinin, elektrik enerjisinin kəsilməsi səbəbindən həkimlərə müraciət etmiş, sağlamlığına soyuqdəymə nəticəsində müayinələrə xərclədiyi 500 manat və ev şəraitində etdiyi müalicələrin xəci 1000 manat təşkil edir.
11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1353/2022 saylı qətnaməsi ilə (hakim K.Xudayev) ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh icarə müddəti bitməsinə baxmayaraq, qanunvericiliyin tələbinə əməl etməmiş və istifadə etdiyi obyekti qaytarmamışdır, ona görə də ilk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti qeyri-yaşayış sahəsindən Cavabdeh və ona məxsus əşyaların çıxarılması barədə tələbi irəli sürməkdə haqlı olmuşdur.
13. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının dəlilləri əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir.
14. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 700.3, 689.1, 152.1, 152.5, 157.2, 157.4, 21.1, 21.2, 1096, 1097, 1117-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri
15. Qarşılıqlı iddia üzrə iddiaçı Zeynalova (Məmmədova) Günay Faiq qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-1353/2022-saylı, xx.xx.2022– ci tarixli qətnaməsinin ləğv edilərək iş üzrə qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ilkin prosesslərdə və hazirki işlərdə də tərəfindən təqdim edilən müqavilə, fotoşəkillər və şahidlərinin dindirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli məhkəmə prosesi qətnamə qəbul edilən zaman onunla əlaqə saxlanılmamışdır. Artıq neçə ildir ki, o, qarşı tərəfin ona etdiyi təsir, təzyiqlər və işiğının kəsilməsi səbəbi ilə gəlirindən və sağlamlığından məhrum olmuşdur. Osteoxondroz və adını açıqlaya bilmədiyi qadın xəstəliyindən uzun müddətli müalicə almaqdadır. Qış fəslində soyuqdəymə nəticəsində sağlamlığına dəymiş ziyan və yoluxduğu xəstəlik səbəbi ilə gündəlik dərmanlar qəbul edir və hətta sistem qoşdurmalı olur. Dərmanların təsirindən məhkəmə prosesi günü fikrindən yayınmışdır. Hazirki iş üzrə qarşı tərəf ilə aralarında bağlanmış müqavilədə onun 3 il müddətinə bağlandığı qeyd edilmişdir. Lakin qarşı tərəf müqavilənin ləğvi ilə bağlı müraciət etməmişdir, əksinə ondan ödənişləri qəbul etmişdir. Həmin ödənişləri alan şəxsin yazışmaları onda mövcuddur. Hesab edir ki, hazirki qətnamə əsassız olaraq notarial təsdiq edilməmiş iltizama və həmçinin müqavilə müddətinə baxaraq onun həmin sahəni zəbt etdiyini bildirir. Hesab edir ki, hazirki iş yenidən apellyasiya instansiya məhkəməsində baxılıb onun qarşılıqlı iddia ərizəsinə münasibət bildirməlidir. O, bir vergi ödəyicisi olaraq karantin rejimində ödədiyi vergilərə əsasən dövlətdən yardım alaraq işləyə bilməmişdir. Daha sonra onun reklamlarının götürülüb Universitet tərəfindən gizlədilməsi özbaşınalıqdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Qarşılıqlı iddia ilə bağlı dəymiş maddi və mənəvi zərərin müəyyən edilməsi istiqamətində müvafiq ekspertiza təyin edilməməmişdir. Birinci instasiya məhkəməsi iş üzrə birtərəfli qaydada işə baxaraq qətnamə qəbul etmişdir ki, bunun əsası olaraq qarşılığlı iddia ərizəsinə hüquqi qiymət verilməmiş və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üzrə heç bir araşdırma aparılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
19. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı Zeynalova (Məmmədova) Günay Faiq qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Zeynalova (Məmmədova) Günay Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlilləri yalnız qarşılıqlı iddianın təmin edilməməsinin əsassız oması ilə bağlı olmuşdur. Həmçinin, qarşılıqlı iddiaçı qətnamə ləğv edilməklə yalnız qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş, ilk iddianın təmin edilməsi hissəsində pozuntuların nədən ibarət olması, onun razılaşmadığı məqamlarla bağlı hər hansı dəlil göstərməmişdir. Göründüyü kimi, apellyatorun xahişi yalnız mübahisələndirilən qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsi ilə bağlı olmuşdur. Bu səbəbdən apellyasiya baxışının predmetini qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınının Konstitusiyasının:
24.13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 30.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
33. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
34. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
35. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
36. 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.
37. 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Belə ki, iş materiallarına əlavə edilmiş bir tərəfdən “istifadəyə verən” adlanacaq Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə digər tərəfdən “istifadəçi” adlanacaq Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli köməkçi sahənin xidməti istifadəsi haqqında müqavilənin surətindən ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ünvan 1 ünvanda yerləşən 18 kv.m sahəni Cavabdeh hüquqi xidmət göstərilməsi üçün 3 il ərzində aylıq 300 manat icarə haqqı müqabilində icarəyə vemişdir.
46. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 2021-ci ilin avqust ayına qədər ünvan 1 ünvanda yerləşən yardımçı sahəsini boşaldaraq təhvil verəcəyini öhdəsində gtürmüşdür.
47. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsində qeydiyyatdadır. (VÖEN **********)
48. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3356/202 nöməli icra sənədinin icrası ilə əlaqədar icra məmuru Bəxtiyar Babayev, tələbkar Cavabdeh, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi Kərimov Aqşin, hal şahidləri Zeynalov Asəf və Məmmədova Ceyran tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən köməkçi sahənin elektrik enerjisi bərpa olunmuşdur.
49. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ofisinin reklam lövhələrinin sökülməsi barədə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinə əsasən araşdırma zamanı şikayətə zəmin yaradan halların baş verməsinə səbəbkar olduğunu güman etdiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbər vəzifəli şəxsləri Bakı şəhəri Baş Polis İdarəsinə dəvət olunaraq proflaktik söhbətlər aparılmış və müraciətin müqavilənin şərtlərinin pozulması xüsusunda olması nəzərə alınaraq mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
50. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qeydiyyat vərəqələrinin surətindən görünür ki, Cavabdeh müayinə üçün 61 manat vəsait xərcləmişdir.
51. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi müqavilə şərtlərinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən pozulması və ona məxsus reklam lövhələrinin universitetin əməkdaşları tərəfindən götürülməsi nəticəsində ona dəymiş 700 manat ziyan dəyməsi hissəsində iddiaçı öz tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Doğrudur, qarşılıqlı iddiaçı iddia ərizəsində bu faktı təsdiq edəcək şahidlərin olduğunu bildirmişdir, lakin həmin şahidlərini məhkəməyə təqdim etməmiş, məhkəməyə təqdim etdiyi “iş üzrə mötəbər əhəmiyyət kəsb edən sübutların təqdim edilməsinə dair” yazılı ərizədə də şahidlərin məhkəmə iclasında çağırılıb dindirilməsinə dair vəsatət verməmiş, hər hansı videogörüntü təqdim etməmişdir. Qeyd edilən ərizəyə əlavə edilmiş fotoşəkilləri isə məhkəmə qaşılıqlı iddianın həmin hissədə əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin fotoşəkillərin nə zaman çəkilməsi, orada əks olunmuş reklam lövhələrinin kim tərəfindən və hansı vaxt quraşdırılması və ya sökülməsi bəlli olmur.
52. Göründüyü kimi, qarşılıqlı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşısa da, qarşılıqlı iddia tələbini tələbi qeyd edilən hissədə sübuta yetirə bilməmişdir.
53. Qarşılıqlı iddianın köçürülmə ilə bağlı 300 manat, yeni iş yeri tapılması üçün makler xərcləri olaraq 200 manat və iş yerinin dəyişdirilməsi səbəbindən 2020-ci ilin mart ayından etibarən əldə edəcəyi 7000 manat gəlirdən məhrum olmasına dair hissəsələri ilə bağlı kollegiya hesab edir ki, bu iddia tələblərinin qanuni əsasının nədən ibarət olması müəyyən deyildir.
54. Belə ki, qarşılıqlı iddiaçı müqavilə müddətinin bitməsi ilə bağlı icarə obyektini tərk etməsi və yeni qeyri yaşayış sahəsinə köçməsi ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin onun qarşısında hansı əsasla mülki məsuliyyət daşımasına dair hər hansı dəlil göstərməmişdir.
55. Habelə, iddiaçının özünün də etiraf etdiyi kimi, onun 2020-ci ilin mart ayından etibarən pandemiya ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsi səbəbi ilə mübahisəli icarə obyektində fəaliyyət göstərə bilmədiyini göstərmişdir.
56. Belə olan halda, qaşılıqlı iddiaçı üzrə cavabdehin ona əldən çıxmış faydaya görə, 7000 manat ziyan ödəməli olması ilə bağlı tələbi əsassız olmuşdur.
57. Qarşılıqlı iddia tələbinin digər hissəsi icarə obyektinə elektrik enerjisinin verilişinin dayandırılması və bu səbəbdən obyektin qızdırılmaması nəticəsində qarşılıqlı iddiaçının xəstələnməsi və müalicə olunması üçün 1000 manat xərc çəkməsi ilə bağlı olmuşdur.
58. Qeyd edilən tələbinin əsası kimi qarşılıqlı iddiaçı məhkəməyə təqdim etdiyi tibbi sənədlərə istinad etmişdir.
59. Həmin sənədlərdən müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdeh 2022-ci ilin fevral və aprel aylarında tibbi müayinədən keçmiş və müalicə almışdır.
60. Qeyd edilən tibbi sənədlər qarşılıqlı iddiaçının həmin vaxtlarda səhhəti ilə əlaqədar müayinə və müalicə olunmasını təsdiq etsə də, onun səhhətində yaranmış problemlərin qarşılıqlı iddia üzrə cavabdehlə hər hansı əlaqəsinin olmasına, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə dair heç bir sübut təqdim etməmişdir.
61. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə alıb haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, lakin qarşılıqlı iddiaçı qeyd edilən halları sübuta yetira bilməmişdir.
62. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
63. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zeynalova (Məmmədova) Günay Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1353/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.