Məhkəmə qərarları › İş №2(103)-6172/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6172/2020

11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6172/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun vəkili X2iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1130/2016 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(004)- 1130/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı borcun qaytarılması barədə iddia tələbi təmin edilərək Cavabdeh1 ödənilməmiş borc qismində 15812 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti və apelyasiya şikayəti verilmə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1130/2016 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1130/2016 saylı qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(004)-1130/2016 saylı qətnaməsi qəbul edilərkən cavabdehə məhkəmə iclasının yeri va vaxtı barədə məhkəmə tərəfindən poçt vasitəsi ilə heç bir məlumat verilməmişdir. Həmin məhkəmə qətnaməsi xx xxxxxx 2019-cu il tarixdə cavabdehə təqdim edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apelyasiya şikayətini xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə rəsmi təqdim etmişdir. Buna görə də o, həmin qətnamədən şikayət vermək hüquqlarından məhrum olmuşdur. Göstərilənlərə əsasən müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və iddiaçının vəkili hər biri ayrı-ayrılıqda şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh1 ərizəsində bildirmişdir ki, məhkəmə iclasının yeri və vaxtı ona bildirilməmiş, qətnamədən xəbəri olmamışdır. Lakin iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 Lerik rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx xxxx 2016-cı il tarixli izahatına görə cavabdeh Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(004)-1130/2016 saylı qətnaməsi ilə ondan tutulması qət edilmiş məbləğin onun təqaüdündən tutularaq iddiaçıya ödənilməsi yolu ilə icra edilməsini xahiş etmişdir. Bundan əlavə Lerik Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 3(048)-47/2018 saylı inzibati tənbeh vermə haqqında qərarından da görünür ki, Lerik Rayon Məhkəməsi cavabdehin iştirakı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxmış və Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(004)-1130/2016 saylı qətnaməsini icra etməməyə görə onun barəsində inzibati tənbeh tədbiri görmüş və həmin vaxt cavabdeh məhkəmədə izahat verərək əmək qabiliyyəti olmadığından və heç yerdə işləmədiyindən qətnaməni icra edə bilməməsini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti üzrlü səbəb olmadan ötürmüş, birinci instansiya məhkəməsi də haqlı olaraq qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1130/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar