Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6177/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2436/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2436/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızının və xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızının və xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat pul tutularaq İddiaçı ödənilməsi, həmçinin mediasiya keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızının və xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin və 13 saylı Mediasiya təşkilatına ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızı və xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlu anadan olmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş, uşaqların onun himayəsində saxlanılması və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 160 manat müəyyən edilmişdir. Hal-hazırda uşaqlar 7 və 5 yaşındadırlar. Uşaqlar böyüdükcə onların tələbatları da artır və verilən alimentlə uşağın saxlanılmasında çətinlik çəkir. Uşaqların bütün qayğısını ehtiyacını əsasən o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2436/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsinə (hakim: Səbinə Nuriyeva) əsasən, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh xx.xx.2016cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızının və xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızının və xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat pul tutularaq İddiaçı ödənilməsi, həmçinin mediasiya keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 76, 78 və 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 112.1.3, 119.1, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, e-2(005)-2436/2023 saylı 19 iyul 2023-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qeyri-obyektiv və əsassız olduğu üçün ləğv edilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən mənimlə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur və birgə nikahdan olan övladlarımın hər birisi üçün 160 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Qeyd etmək istəyirəm ki, tərəfimdən hər ay heç bir qecikmə olmadan aliment ödənilibdir. Qətnamədə göstərildiyi kimi, hal-hazırda mən Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda montyor vəzifəsində çalışaraq, aylıq əmək haqqım 422 manat məbləğində təşkil edir. Lakin qətnamədə bu da qeyd olunur ki, guya mənim adıma iki ədəd avto nəqliyyat vardır, halbuki, bu avto nəqliyyatlar tərəfimdən idarə olunmur, yəni, avto nəqliyyatlar formal olaraq mənim adımadır. Bunu da bildirmək istəyirəm ki, hal-hazırda mən ailə həyatı qurmuşam və ikinci ailəmi və anamı aldığım 422 manat məbləğində olan əmək haqqımın hesabına dolandırıram. Birinci instansiya məhkəməsində elektron portal vasitəsi ilə sübuta yetirilmişdir ki, cavabdehin aylıq gəliri 422 manat məbləğində təşkil edir. Ailə Məcəlləsinin 76-ci maddəsinə əsasən iki uşağa görə 1/3 hissəsi əmək haqqından tutulmalıdır. Bu məbləğ bir övlada görə 140.67 manat təşkil edir. Halbuki, cavabdeh tərəfindən bu günə qədər hər övlada görə 160 manat məbləğində pul vəsaiti ödənilirdi. Aylıq gəliri 422 manat məbləğində olmaqla, hər uşağa görə cavabdeh hər ay 220 manat məbləğində, ümumi 440 manat məbləğini necə ödəsin, bundan başqa bu halda ikinci ailəni necə təmin etsin.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
9. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
10. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
11. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
14. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiyanın
15. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün.
16. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun
17. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.
22. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
23. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
24. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
25. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2436/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, hazırki iddia tələbinin əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
36. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4717/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, qətnamənin xx.xx.2018-ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğluna münasibətdə dərhal icra olunması, xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızına münasibətdə isə alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
37. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda montyor vəzifəsində işləyir, əmək haqqı 422 manatdır. Həmçinin Cavabdeh adına iki yol nəqliyyat vasitəsi qeydə alınmışdır.
38. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı rəsmi iş yeri - əmək müqaviləsi yoxdur, onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır.
39. Müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızı və xx.xx.2018- ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlu adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Gülay Niyaməddin qızının və xx.xx.2018- ci il təvəllüdlü Əliyev Tunar Niyaməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılaraq hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat müəyyən edilməsini xahiş etmişdir.
40. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
41. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. Apellyasiya şikayətinin əsas dəlili isə iş üzrə cavabdehin ikinci dəfə ailə qurmasını və cavabdehin maddi imkanının pis olmasından ibarətdir.
42. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, uşaqların yaş həddi, onların təhsili, cavabdehin rəsmi iş yerinin olması, onun əmlak vəziyyəti – adına nəqliyyat vasitəsinin qeydə alınması, məhkəmə iclasında sürücülük fəaliyyəti ilə məşğul olduğunu bildirməsi, iddiaçının maddi və əmlak vəziyyəti, 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu, habelə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınaraq, alimentin məbləğinin artırılması məqsədəmüvafiq hesab edilir.
43. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və s. dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
44. Həmçinin nəzərə alınmalıdır ki, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
45. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
46. Eyni zamanda qeyd edilməlidir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin maddi imkanın pis olması səbəbi isə onun övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar və cavabdehdən tutulması müəyyən olunan hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat pul məbləği 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu əhatə etsə də həmin məbləğ heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə kollegiyası, apellyasiya şikayətinin əsasını təşkil edən halları nəzərə alınmaqla cavabdehin öz uşaqlarının artan tələbatlarının qarşılanmasında iştirak etməsindən azad olunmasını uşağın üstün mənafelərinə uyğun hesab etmir.
47. Qeyd edilənləri nəzərə almaqla məhkəmə haqlı olaraq hesab etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4717/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla hər ay hər uşaq üçün 220 manat manatadək artırılmalıdır.
48. Alimentin tutulma müddəti ilə bağlı da məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2436/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.