Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6185/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" X6 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin icrası, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin icrası, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 2.985,34 (iki min doqquz yüz səksən beş manat otuz dörd qəpik) manat məbləğində əsas kredit borcunun, 853,89 (səkkiz yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 381,59 (üç yüz səksən bir manat əlli doqquz qəpik) manat məbləğində cərimə borcunun, cəmi 4.220,82 (dörd min iki yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı X6 xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı X9 ilə bağlanmış xx xxxx 2014-cü il tarixli 009CASA141830003 nömrəli kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə illik 27% dərəcəsi ilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh arasında xx xxxx 2014-cü il tarixli 009FİZAM45862201 nömrəli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. X2 ərizəsinə, eləcə də öhdəlik üzrə onun zamini Cavabdeh razılığına əsasən xx xxxx 2014-cü il tarixli 009CASA141830003 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair Razılaşma imzalanmışdır. xx xxx 2015-ci il tarixli Razılaşmaya əsasən X5 36 ay müddətinə illik 27% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5.705 (beş min yeddi yüz beş) manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür, (əsas öhdəliyin bitmə tarixi xx xxx 2018-ci il müəyyən edilmişdir). Məlumat üçün qeyd edilməlidir ki, X5 xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdeh (zamin) Cavabdeh dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi (və zaminlik müqaviləsi) üzrə öhdəliklər icra edilmədiyindən İddiaçı X9 tərəfindən xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, Cavabdeh ümumilikdə 4.220,82 (dörd min iki yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə uyğun olaraq, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6666/2019 nömrəli xx xxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia baxılmamış saxlanılmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən fərman qanuni qüvvəyə mindikdən sonra onun müddüaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırki işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Eyni zamanda həmin qərardadda iddiaçıya izah olunmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə maneə olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının son icra müddəti xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Bu səbəbdən də, qeyd olunan fərmanın icra müddəti başa çatdıqdan sonra məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə İddiaçı X8 2.985,34 (iki min doqquz yüz səksən beş manat otuz dörd qəpik) manat məbləğində əsas kredit borcu, 853,89 (səkkiz yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 381,59 (üç yüz səksən bir manat əlli doqquz qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış cərimə olmaqla, cəmi 4.220,82 (dörd min iki yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində borc qaldığından yuxarıda qeyd olunan kredit borcunun Cavabdeh İddiaçı X6 xeyrinə tutulması barədə yenidən iddia qaldırılmışdır. Göründüyü kimi, İddiaçı X9 ilə X5 arasınsda xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanılaraq ona 24 ay müddətinə illik 27% dərəcəsi ilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir (bu müqaviləyə xx xxx 2015-ci il tarixdə əlavə Razılaşma bağlanmışdır), bu öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh orasında xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. X5 xx xxxx 2016-cı il tarixdə vəfat etmiş və iddiaçı tərəfindən öhdəlik üzrə zamin Cavabdeh qarşı xx xxxx 2018-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1498/2020-ci il saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin iş № 2(005)-1498/2020-ci il saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum X2 ölməsi barədə iddiaçıda 2018-ci ilin iyun ayında məlumat olmuş, öhdəlik üzrə zamin Cavabdeh qarşı isə xx xxxx 2018-ci il tarixdə məhkəmədə iddia qaldırılmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6666/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından sonra xx.xx.2020-ci il tarixdə yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsində zaminə qarşı iddianın irəli sürülmə müddəti əsas borclunun ölüm anından deyil, zaminliklə bağlı müvafiq müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia irəli sürülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, (borclu öldüyü təqdirdə) bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələrə və ya zaminə qarşı tələb irəli sürülə bilər. Belə olan halda, öhdəlik üzrə zamin Cavabdeh qarşı verilmiş iddia qanuni və əsaslıdır, o cümlədən qanunla müəyyən edilmiş müddətdə verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı X6 “Əhmədli” filialı ilə cavabdeh X5 arasında xx xxxx 2014-cü il tarixdə 009CASA14183003 nömrəli krediti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 20% dərəcəsi ilə, 24 ay müddətinə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. xx xxxx 2014-cü il tarixli, 009FİZAM45862201 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh X2 İddiaçı X6 “Əhmədli” filialı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Sonradan xx xxx 2015-ci il tarixdə tərəflərin razılığı əsasında qeyd olunan kredit müqaviləsinin restrukturizasiyası həyata keçirilmişdir. Razılaşmanın şərtlərinə əsasən banka olan borc restrukturizasiya olunaraq əsas borc 5.281,82 (beş min iki yüz səksən bir manat səksən iki qəpik) manat, faiz borcu 225,72 (iki yüz iyirmi beş manat yetmiş iki qəpik) manat, hesablanmış penya 197,46 (bir yüz doxsan yeddi manat qırx altı qəpik) manat məbləğində müəyyən edilmiş, razılaşmanın 3.1.2-ci bəndinə əsasən kreditin məbləği 5.705 (beş min yeddi yüz beş) manat 36 ay müddətinə illik 27% olmaqla müəyyən edilmişdir. İş üzrə İddiaçı X6 “Əhmədli” filialı həmin məbləğdə pulu X4 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliklərin lazımınca icrasını təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdeh X5 xx xxxx 2016-cı il tarixdə vəfat etmiş, iddiaçı öhdəlik üzrə zamin Cavabdeh qarşı xx xxxx 2018-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Həmçinin, iş materiallarından əsas borclu Ulduz Zeynalova öldükdən sonra onun vərəsələrinin olması və kreditor Bank tərəfindən vərəsələrə qarşı həmin müqavilə üzrə öhdəliklərin icrasına dair tələb irəli sürülməsi halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli Qərarında qeyd edilir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. KM-nin Plenumunun qeyd edilən Qərarında sərgilədiyi hüquqi mövqeyə görə, borclu şəxs öldükdə, kreditor öhdəliyin icrasını ilk növbədə borclunun vərəsələrindən tələb etlməlidir. Yalnız vərəsələr tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə, kreditor öhdəliyin icrasını zamindən tələb edə bilər. Həmçinin, qərardan göründüyü kimi KM-nin Plenumu vərəsələr tərəfindən mirasın qəbulunun vaxtla bağlı məsələ olduğunu, bu səbəbdən kreditor tərəfindən öhdəliyin icrasının tələb edilməsi üçün mülki qanunvericilikdə mirasın qəbulu üçün müəyyən edilmiş maksimal altı aylıq müddətin gözlənilməli olduğunu müəyyən etmişdir. Həmin Qərarda birbaşa göstərilməsə də, onun məzmunundan belə müəyyən edilir ki, ölmüş borclu şəxsin vərəsələri olmadıqda, kreditor zamindən öhdəliyin icrasını tələb edə və bununla bağlı zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin bu halda da, kreditor əvvəlcə ölmüş borclunun vərəsələrinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş altı aylıq müddəti gözləməli, bundan sonra zamindən öhdəliyin icrasını tələb etməlidir. Hazırkı işin müəyyən edilmiş hallarını KM-nin adı çəkilən Qərarındakı hüquqi mövqedən çıxış edərək qiymətləndirərkən müəyyən edilir ki, kreditor İddiaçı ASC əsas borclu Ulduz Zeynalovanın xx.xx.2016-cı il tarixdə ölümündən altı ay keçdikdən sonra onun vərəsələrinə qarşı hər hansı bir tələb irəli sürməmiş, ümumiyyətlə onun vərəsələrinin olub-olmadığını müəyyən edilməmiş, Bank xx xxxx 2018-ci il tarixdə isə birbaşa zamin Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq kollegiya hesab edir ki, borclu şəxsin vərəsələri olmadığından İddiaçı ASC ilə borclu X5 arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış və xx xxx 2015-ci il tarixdə restrukturizasiya edilmiş kredit müqaviləsi üzrə borclu Ulduz Zeynalova xx xxxx 2016-cı il tarixdə vəfat etdikdən sonra mirasın qəbulu üçün mülki qanunvericiliklə müəyyən edilmiş altı aylıq müddətin bitdiyi tarix, yəni xx xxxxxx 2017-ci il öhdəliyin icrası vaxtının çatdığı gün kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya qeyd edir ki, qeyd edilən normanın dispozisiyasında öhdəliyə xitam verilməsi üçün müəyyən edilmiş bir il müddətinin əvvəli yuxarıda göstərildiyi kimi, öhdəliyin icrası vaxtının çatdığı xx xxxxxx 2017-ci il tarixdən hesablanmalıdır. Başqa sözlə, İddiaçı ASC Cavabdeh qarşı onların arasında bağlanmış zaminlik müqaviləsinə əsaslanan hazırkı iddia tələbi ilə məhkəməyə xx xxxxxx 2017-ci il tarixdən başlayaraq bir il ərzində, yəni xx xxxxxx 2018-ci il tarixə qədər müraciət etməli idi. Lakin iş materialları ilə müəyyən edilir ki, Bank hazırkı iddia tələbi ilə Cavabdeh qarşı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə ilk dəfə xx xxxx 2018-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş müddətin son tarixindən altı ay gec müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş bir illik müddət kəsici müddət olduğundan və həmin müddətin tətbiq edilməsi üçün qarşı tərəfin bununla bağlı ərizəsinə zərurət olmadığından, bu müddəti pozmaqla verilmiş iddianın rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini İddiaçı ASC-nin Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş bir illik müddəti ötürməklə məhkəməyə müraciət etməsi səbəbindən zaminliyə xitam verilməsi əsası ilə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı ASC əsas borclu Ulduz Zeynalovanın 2016-cı ildə ölməsindən yalnız 2018-ci ilin iyun ayında xəbər tutmasını bildirir. Lakin Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş bir illik müddətin hesablanması iddiaçının bu faktı bilməli olduğu tarixlə deyil, zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı günlə əlaqələndirilmişdir. Ona görə də, iddiaçının bu dəlilini kollegiya əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı "İddiaçı" X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin iş № 2(005)-1498/2020-ci il saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6185/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6185/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver