Məhkəmə qərarları › İş №2(103)-6191/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6191/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6191/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2021 saylı, 18.03.2021-ci il iltarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdir ki, “Texnikabank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 66/2013 nömrəli 10 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 58 500 (əlli səkkiz min beş yüz dollar sıfır sent) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh1 arasında 10.05.2013cü il tarixli 66/2013 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. ipoteka predmeti qismində “BMW 630i” minik avtomobili (Ban:WBAEA11000CX47438) çıxış edir. Eyni zamanda həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yasamal Rayon Məhkəməsinin 5(004)-1182/2015 saylı 09 sentyabr 2015-ci il tarixli qərarına əsasən, cinayət işinin obyektiv araşdırılması məqsədilə kredit müqavilələri və əlaqəli sənədlərin əsli vəsatətlə “Texnikabank" ASC-dən götürülmüşdür. Bu səbəbdən iddia ərizəsinin qoşmasına həmin sənədlərin kserosurətləri əlavə edilmişdir. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən ğec olmamaq şərti ilə “borcalan"-ın bütün borclarının ödənilməsinə zamin olur. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və "xxxx" MMC “Texnikabank’’ASC-yə ləğvedici təyin edilmişdir. Lakin, sonradan Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Texnikabank’' ASC-nin ləğvedicisi "M.M.M. Perfekt Konsaltinq” MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. Yuxarıda adı çəkilən 66/2013nömrəli 10 may 2013cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 41971.25 (qırx bir min doqquz yüz yetmiş bir dollar iyirmi beş sent) ABŞ dolları, faiz borcu üzrə 18655.66 (on səkkiz min altı yüz əlli beş dollar altmış altı sent) ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 30.04.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6238.10 (altı min iki yüz otuz səkkiz dollar on sent) ABŞ dolları borc, cərimə borcu üzrə 22475.60 (iyirmi iki min dörd yüz yetmiş beş dollar altmış senti ABŞ dolları, cəmi 89340.61 (səksən doqquz min üç yüz qırx dolları altmış bir sent) ABŞ dolları borcu mövcuddur. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş 03 oktyabr 2013-cü il tarixində müvafiq qeydiyyat orqanında qeydiyyatdan keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 "Texnikabank” ASC-nin xeyrinə əsas borc üzrə əsas borc üzrə 41971.25 (qırx bir min doqquz yüz yetmiş bir dollar iyirmi beş sent) ABŞ dolları, faiz borcu üzrə 18655.66 (on səkkiz min altı yüz əlli beş dollar altmış altı sent) ABŞ dolları, cərimə borcu üzrə 22475.60 (iyirmi iki min dörd yüz yetmiş beş dollar altmış sent) ABŞ dolları, cəmi 89340.61 (səksən doqquz min üç yüz qırx dollar altmış bir sent ) ABŞ dolları kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz manat) AZN dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “BMW 630i" markalı avtomobilə (Ban WBAEA11C00CX47438) yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsi, İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 41971.25 ABŞ dolları əsas, müqavilə müddəti bitdiyi tarixdən 03.07.2019cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 6611.22 ABŞ dolları, borcu gecikdirdiyinə görə hesablanmış 0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48582.47 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması, tutmanın ipoteka predmeti olan "BMW 630i" markalı avtomobilə (Ban-WBAEA 11000CX47438) yönəldilməsi, onun açıq hərrqcdan satılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kafayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2021 saylı, 18.03.2021-ci il iltarixli qətnaməsi ilə qət olunmuşdur: iddia qismən təmin edilsin. Cavabdeh1 və X5 müştərək qaydada iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 41971.25 ABŞ dolları əsas, müqavilə müddəti bitdiyi tarixdən 03.07.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 6611.22 ABŞ dolları, cəmi 48582.47 (qırx səkkiz min beş yüz səksən iki dollar 47 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu ləğv prosesində olan Texnikabank” ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan "BMW 630i" markalı avtomobilə (Ban-WBAEA 11000CX47438) yönəldilsin, satışdan əldə olunan vəsait kredit müqaviləsi üzrə borca yönəldilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin İddia qalan hissədə təmin edilməsin. Həmin qətnamədən iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən birinci instansiya məhkəməsində dəfələrlə bildirilmişdir ki, ipoteka predmeti olan BMW 630İ markalı avtomobil Banka (bankın nümayəndəsi Heydər adlı şəxsə təqdim edilmiş və borc əvəzləşdirilmişdir. Lakin Məhkəmə tərəfindən bu hal araşdırılmamış. Heydər adlı şəxs cəlb edilməmiş, məsələnin mahiyyəti üzrə obyektiv həlli üçün müvafiq qurumlara sorğular göndərilməmiş və nəticədə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. 2014-cü il tarixdə borcu ödəyə bilmədiyi üçün ipoteka predmeti olan BMW 630İ markalı avtomobil Bankın nümayəndəsi olan X9 tərəfimdən təqdim edilmişdir. Həmin vaxt Heydər Bankın səlahiyyətli nümayəndəsi idi. Hətta 54 saylı notariat kontorunda X9 tərəfindən 17.01.2014cü il tarixdə etibarnamə verilmişdir. X14 bankın səlahiyyətli nümayəndəsi olduğundan onun tərəfindən avtomobil barəsində qeyri qanuni əməliyyatların aparılması barədə qəti heç bir fikrim olmamışdır. X6 ona “ödəyə bilmirsənsə avtomobili bizə təvil ver və borcla əvəzləşdirək” dediyində dərhal razılaşmış və avtomobili təqdim etmişdir. İşin qeyd olanan xüsusatları qəti məhkəmə tərəfindən araşdırılmamışdır.Halbuki. MM-nin 527.1-ci maddəsinin tələblərinə əsasən Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə. borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi müqavilə münasibətləri əsasında öhdəlik yaranmış və qarşılıqlı əvəzləşdirmə ilə öhdəliyə xitam verilmişdir. Məhkəmə qətnamədə yalnız birtərəfli qaydada bank tərəfindən təqdim edilmiş sənədlərə qiymət verməklə düzgün olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində İpoteka Haqqında qanunun 36-cı maddəsinin tələblərinə əməl olunmasına münasibət bildirilməmişdir. Belə ki, 36.3-cü maddənin tələblərinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanmm dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə hallarda davam edə bilməz.Bu səbəbdən də, belə hesab edir ki, yuxarıda göstərilmiş əsaslar üzrə hazırkı apellyasiva şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməklə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2021 saylı, 18.03.2021-ci il iltarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin banka təhvil verilməsi barədə təhvil-təslim aktı yoxdur.Həmin nəqliyyat vasitəsinə görə ona Radar cərimələri gəldiyi üçün avtomobil 2018-ci ildən DYP-nin xüsusi dayanacağına təhvil verilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin rədd edilməklə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2021 saylı, 18.03.2021-ci il iltarixli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2021 saylı, 18.03.2021-ci il iltarixli qətnaməsi ləğv edilərək yeni əlavə sübutlar əsasında qətnamə qəbul edilməlidir.iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 10.05.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsinin sürətindən görünür ki, "Kredit verən" 58500 ABŞ dolları məbləğində krediti 36 ay müddətinə illik 18 % faizlə "Kredit alan"ın mülkiyyətinə verir və "Kredit alan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri “Kredit verən"ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanan 16.04.2014-cü il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2, borc alan Cavabdeh1 ilə kredit verən İddiaçı ASC arasında bağlanan 10.05.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 may 2013-cü il tarixli, 66/2013 saylı ipoteka müqaviləsinin sürətindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən “BMW 630i" markalı avtomobil banka girov qoyulmuşdur. İş materiallarında olan 10.05.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsinə əlavədən görünür ki, aylıq ödəniş 2114,92 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “BMW 630i" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, ərizə ilə Azərbaycan Respublikası DİN BDYPİ-nə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 58.182,0 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 04.07.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 41971,25 ABŞ dolları əsas, 0,00 ABŞ dolları faiz, 0,00 ABŞ dolları cərimə, 6611,22 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 48582,47 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21327 nömrəli, 13.12.2019-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10.05.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 (sualnüzrə tarixə) LPO "xxxx" ASC olan borcu 60651.89 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 41971.25 ABŞ dolları, faiz borcu üzrə 18680.64 ABŞ dolları. Məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, 10.05.2013-cü il tarixli, 66/2013 saylı kredit razılaşması əsasında Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 58 500 (əlli səkkiz min beş yüz dollar sıfır sent) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh1 arasında 10.05.2013-cü il tarixli 66/2013 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Bakı Apellyasiya məhkəməsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə 09 iyul 2021-ci il tarixli sorğusuna cavab olaraq hazırkı iş üzrə zamin X7 barəsində 4(004)- 1181/2015 saylı və 5(004) -1182/2015 saylı işlər üzrə çıxarılmış yekun məhkəmə aktları məhkəməyə təqdim olunmuşdur.Həmin sənədlərdən müəyyən olunur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ifadəsində bildirmişdir ki, “BMW 630i" markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil bankda girovda olmuş, maddi vəziyyəti ilə bağlı krediti ödəməyə çətinlik çəkmiş, X11 borcu olduğu üçün həmin borc müqabilində avtomobili ona vermiş, sonuncu isə avtomobili Məmmədov qalib Yusif oğluna satmışdır.Avtomobil nasaz olduğu üçün sonradan Məmmədov qalib Yusif oğlu avtomobili geri qaytarmış və pulunu tələb etmişdir.Mübahisə bununla bağlı yaranmışdır. Bakı Apellyasiya məhkəməsinin Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Baş X20 İdarəsinə 09 iyul 2021-ci il tarixli sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, “BMW 630i" markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil 10.05.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.Həmçinin, “BMW 630i" markalı avtomobilə 14.11.2014-cü il tarixdə mülkiyyətçisi dəyişmədən **-HE-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla yeni AC 298850 nömrəli Qeydiyyat şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasmı tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh X4 bank ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələb etmək hüququ vardır. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, Texnikabank” ASC ilə kredit və zaminlik müqaviləsi bağlayaraq, üzərlərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə müştərək qaydada məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 41971,25 ABŞ dolları əsas borc, 6611,22 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 48582.47 ABŞ dolları (qırx səkkiz min beş yüz səksən iki dollar, 47 sent) borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Beləliklə, iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır və heç bir sübutla təsdiq olunmur.Belə ki, Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin banka təhvil verilməsi barədə təhvil-təslim aktı yoxdur.Həmin nəqliyyat vasitəsinə görə ona Radar cərimələri gəldiyi üçün avtomobil 2018ci ildən DYP-nin xüsusi dayanacağına təhvil verilmişdir.Bakı Apellyasiya məhkəməsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə 09 iyul 2021-ci il tarixli sorğusuna cavab olaraq hazırkı iş üzrə zamin X7 barəsində 4(004)-1181/2015 saylı və 5(004) -1182/2015 saylı işlər üzrə çıxarılmış yekun məhkəmə aktları məhkəməyə təqdim olunmuşdur.Həmin sənədlərdən müəyyən olunur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ifadəsində bildirmişdir ki, “BMW 630i" markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil bankda girovda olmuş, maddi vəziyyəti ilə bağlı krediti ödəməyə çətinlik çəkmiş, X11 borcu olduğu üçün həmin borc müqabilində avtomobili ona vermiş, sonuncu isə avtomobili Məmmədov qalib Yusif oğluna satmışdır.Avtomobil nasaz olduğu üçün sonradan Məmmədov qalib Yusif oğlu avtomobili geri qaytarmış və pulunu tələb etmişdir.Mübahisə bununla bağlı yaranmışdır.Bakı Apellyasiya məhkəməsinin Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Baş X20 İdarəsinə 09 iyul 2021-ci il tarixli sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, “BMW 630i" markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil 10.05.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.Həmçinin, “BMW 630i" markalı avtomobilə 14.11.2014-cü il tarixdə mülkiyyətçisi dəyişmədən **-HE-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla yeni AC 298850 nömrəli Qeydiyyat şəhadətnaməsi verilmişdir. Beləliklə, Məhkəmə Kollegiyası eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 41971.25 ABŞ dolları əsas,müqavilə müddəti bitdiyi tarixdən 03.07.2019cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 6611.22 ABŞ dolları, cəmi 48582.47 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsait tutulmalı, tutma ipoteka predmeti olan "BMW 630i" markalı avtomobilə (BanWBAEA 11000CX47438) yönəldilməli, satışdan əldə olunan vəsait hesabına qeyd edilən kredit müqaviləsi üzrə borc ödənilməlidir. İddia tələbini ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq Ləğv prosesində olan Texnikabank” ASC-nin xeyrinə ödənilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada X8 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-39/2021 saylı, 18.03.2021-ci il iltarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndn və X5 müştərək qaydada iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 41971.25 ABŞ dolları əsas, müqavilə müddəti bitdiyi tarixdən 03.07.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 6611.22 ABŞ dolları, cəmi 48582.47 (qırx səkkiz min beş yüz səksən iki dollar 47 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu ləğv prosesində olan Texnikabank” ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan BMW 630i" markalı avtomobilə (**-HE-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla yeni AC 298850 nömrəli Qeydiyyat şəhadətnaməsi) yönəldilsin, satışdan əldə olunan vəsait kredit müqaviləsi üzrə borca yönəldilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar