Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6195/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “kredit borcunun tutlması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-648/2017 saylı işi üzrə 05 may 2021-ci il tarixli qərardadından cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(005)- 648/2017 nömrəli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 63.750 ABŞ dolları məbləğində əsas, 38.877 ABŞ dolları məbləğində faiz və 800 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 103.427 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(005)- 648/2017 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 648/2017 nömrəli, 05 may 2017-ci il tarixli qiyabi qətnaməsinin ləgv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(005)- 648/2017 nömrəli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(005)-648/2017 nömrəli qərardadından verdiyi şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli 2(103)- 3773/2021 nömrəli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili X2 şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(005)-648/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili X6 16 aprel 2021-ci il tarixdə prosessual müddətin bərpası haqqında 12 aprel 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə qiyabi qətnamənin İəğv edilməsi haqqında ərizənin verilməsi üçün müddət üzrlü səbəbdən ötürüldüyü üçün müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-648/2017 saylı işi üzrə 05 may 2021-ci il il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 133.1, 133.2, 133.3-cü maddələrinə istinadən) Cavabdeh1 nümayəndəsi və vəkili X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-648/2017 nömrəli, 05 may 2017-ci il tarixli qiyabi qətnaməsinin ləgv edilməsinə dair ərizənin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli, 2(005)-648/2017 nömrəli qiyabi qətnaməsinin İəğv edilməsi haqqında ərizənin verilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 648/2017 saylı 05.05.2021-ci il tarixli, qərardadını ləğv edib və prosessual müddətin bərpası haqqında cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1, 267.2, 267.3, 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə ərizəni təmin edərkən qərardadda da qeyd etdiyi məhkəmələrin qanuni qüvvəsini almış aktlarında qeyd olunmuş preyudisial əhəmiyyət daşıyan məsələləri nəzərə almamış, kobud surətdə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin məhkəmə cavabdehin vəkili və nümayəndəsi tələfindən təqdim edilmiş şablon ərizədə (belə qeyd etməyə ərizədə yazılanlar əsas verir. Bax ərizənin son abzasına) qeyd olunanların araşdırılmasına səthi yanaşmış, Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Birliyinin arayışı əsasında ötürülmüş müddəti üzrlü hesab edərək teztələsik qanunsuz qərar vermişdir. Halbuki, digər məhkəmə aktlarında olan və preyudisial əhəmiyyət daşıyan məsələlər, daha doğrusu aydınlaşdırılmış məsələləri məhkəmə mübahisələndirdiyimiz qərardadı qəbul edilərkən nəzərə almalı idi. Digər tərəfdən qiyabi qətnamədən apellyasiya şikayətinin verilməsi nəzərədə tutulduğu halda cavabdeh mülki prosessual qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etməmiş, icra mərhələsində olan qanuni qüvvəsini almış məhkəmə aktının icrasına qərəzli maneələr yaratmağa çalışaraq ləğv prosesində olan iddiaçı "İddiaçı” ASC-nin məhkəmə müdafiəsi hüququ kobud surətdə pozmaqdadır. Məhkəmə mübahisələndirdikləri qərardadı qəbul edərkən bundan öncə məhkəmələr tərəfindən həmin mülki iş üzrə qəbul etdikləri qanuni qüvvəsini almış aktlarda yer alan preyudisial əhəmiyyət daşıyan faktlara, yəni Cavabdeh1 22.05.2017-ci il tarixində müvafiq poçt xəbərnaməsinə rəsmi qaydada imza etməklə məhkəmə aktını qəbul etməsi, qanuni qüvvəsini almış məhkəmə aktından 10 gün ərzində ləğvi barədə ərizə verməli olduğu halda 3 il 9 ay sonra qətnamənin ləğvi barədə ərizə ilə müraciət etməsi, 10.02.2021 -ci il tarixli qərardaddan verdiyi şikayət ərizəsində qeyd etdiyi dəlil ilə, yəni "hər il, o cümlədən 2017-ci ilin may ayının əvvəlində cavabdeh və ailə üzvləri ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən bağ evinə köçüb yaşaması və s.” cavabdehin «prosessual müddətin bərpası haqqında» ərizədə qeyd etdiyi kimi, "Bundan başqa, 01.01.2015-ci il tarixdən fasiləsiz olaraq Xırdalan şəhəri ərazisində yaşayıram, məhkəmənin qətnamə göndərdiyi ünvanda qeydiyyatım isə formal xarakter daşıyır' kimi dəlil ilə tamamilə biri digəri ilə uzlaşmaması, biri digərini inkar etməsi və s. kimi faktlara göz yummuş, digər tərəfdən Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə istinad etməli olduğu halda, bunu etməmiş, qətnamənin icrası ilə bağlı müvafiq İcra şöbəsinin etmiş olduğu müvafiq məcburi icra hərəkətlərini nəzərə almamış, hansı ki, bu tədbirlər cavabdehin qətnamədən xəbərinin olmasını sübut edir (misal üçün 24.12.2018-ci il tarixli, 8(005)4537/2018 saylı Nərimanov Rayon Məhkəməsinin qərardadına əsasən borclu Cavabdeh1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırmışdır) və digər qeyd edə bilmədikləri əsaslar məhkəmənin mübahisələndirdikləri qərardadı qanusuz, əsassız qəbul etməsini sübüta yetirir . Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil X4 ərizənin təmin olunmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı-nin və cavabdeh “xxxx” MMC-nin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-133, 135, 238-253, 357, 360, 385.2, 387.1, 395.1, 395.2, 397.2 -ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir Belə ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) ki, tərəf bunu etməmiş, işdə olan qiyabi qətnamənin ləğvi barədə ərizəyə isə artıq mahiyyəti üzrə münasibət bildirilmişdir. Qeyd edilənlərdən əlavə birinci instansiya məhkəməsi müddətin üzrlü səbəbdən ötürülməsi əsaslarını şəxsin başqa ünvanda qeydiyatsız yaşaması ilə əsaslandırmış, lakin prosessual qanunvericiliklə müəyyən edilmiş iştirak edən şəxslərin və nümayəndələrin iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat vermək vəzifələrinin və belə məlumat olmadıqda, məhkəmə bildirişlərinin məhkəməyə məlum olan axırıncı ünvana çatdırılmalı olduğunu və çağırılan şəxsin artıq həmin ünvanda yaşamadığı halda belə məhkəmə bildirişinin rəsmi qaydada verilmiş hesab edilməli olduğunu nəzərdən qaçırmışdır. Digər tərəfdən prosessual qanunvericiliyin tələblərinə müvafiq diqqətə çatdırılmalıdır ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır, habelə qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra apellyasiya şikayəti verə bilərlər. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tətbiqi baxımından qəbul edilməli qərardadın səbəblərinə diqqət yetirməklə müddətin bərpası barədə ərizəni müzakirə etməli və əsaslı nəticəyə gəlməkdə özü səlahiyyətlidir. Belə ki, müddətin bərpası barədə ərizə təmin edildiyi təqdirdə məhkəmənin sonrakı prosessual hərəkətlərinin ardıcıllığı müəyyən edilməlilməlidir. Ona görə məhkəmənin qərardadı ləğv edilməli və şikayət qismən təmin edilməklə müddətin bərpası ərizəsinə yenidən qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-648/2017 saylı işi üzrə 05 may 2021-ci il tarixli qərardadı ləğv edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-6195/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6195/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver