Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6196/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-77/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 6.245 manat, faiz üzrə 3.903,05 manat olmaqla, ümumilikdə 10.148,05 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətində olan «Volkswagen Touareq» markalı ** EN *** dövlət qeydiyyat nişanlı (2008-ci il buraxılışlı, WVGZZZ7LZ9DO14788 ban nömrəli, ağ rəngli) minik avtomobilinə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-77/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 6.245 manat əsas borcu, 54,15 manat faiz borcu olmaqla, cəmi 6.299,15 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan «Volkswagen Touareq» markalı ** EN *** dövlət qeydiyyat nişanlı (2008-ci il buraxılışlı, WVGZZZ7LZ9DO14788 ban nömrəli, ağ rəngli) minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı BOKT QSC-yə ödənilməsi, İddiaçı BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq İddiaçı BOKT QSCyə ödənilməsi, ekspertiza tədqiqatının ümumi dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavadeh Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-77/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh isə məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından (etibarnamə əsasında) “X3 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. xx.xx.2015-ci il tarixdə İddiaçı QSC-nin nizamnaməsində edilmiş dəyişikliklərə görə, Fərmanda nəzərdə tutulmuş aktivlərin Kredit Təşkilatı tərəfindən alınması və idarə olunması ilə bağlı qərarları Nizamnaməyə uyğun olaraq Kredit Təşkilatının Səhmdarlarının Ümumi Yığıncağı, Müşahidə Şurası, Təftiş Komissiyası və İdarə Heyəti qəbul edir. Həmin aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsi ilə həyata keçirir (göstərilən məzmunda Nizamnaməyə 2.5-ci bənd əlavə edilmişdir). “X3 Edilməsi Agentliyi” MMC-nin Nizamnaməsindən görünür ki, MMC Fərmanla İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədi ilə yaradılmışdır, onun təsisçisi İddiaçı QSC-dir, cəmiyyət müstəqil balansa, kredit təşkilatlarında cari və hesablaşma hesabına, habelə digər hesablara, möhürə, müvafiq ştamplara və blanklara malikdir, öz adından müqavilələr bağlayır, əmlak və şəxsi qeyriəmlak hüquqları əldə edir və vəzifələr daşıyır, məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edir, öz öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyır, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər istisna olmaqla, cəmiyyət dövlətin, dövlət isə cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır. "xxxx" MMC-nin Nizamnaməsinin 3-cü bəndindən görünür ki, cəmiyyətin əsas məqsədi Fərmanın icrasını təmin etmək məqsədilə Fərmanın 1-ci hissəsinə uyğun olaraq İddiaçı QSC tərəfindən alınmış aktivlərin idarə edilməsindən ibarətdir və cəmiyyət aktivlərin idarə edilməsində iştirak edərkən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: … 3.2.2. ödəmə vaxtı keçmiş borcların (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görür. … Beləliklə, aydın olur ki, "xxxx" ASC-nin problemli kreditləri üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüş, sonuncu da həmin problemli kreditlərin əldə edilməsindən yaranacaq aktivlərin idarə edilməsi məqsədilə "xxxx" MMC-ni təsis etmişdir. Bununla belə, sonuncu müstəqil hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır. Düzdür, "xxxx" MMC-nin nizamnaməsində aktivlərin idarə edilməsi məqsədilə kredit borclarının qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq imkanı ehtiva olunmuşdur, lakin nəzərə almaq lazımdır ki, İddiaçı QSC tərəfindən tələb hüququ "xxxx" MMC-yə ötürülmədiyindən, sonuncu müstəqil şəkildə belə bir hüquqa malik deyil. "xxxx" MMC hazırki iddia ərizəsini İddiaçı QSC-nin verdiyi etibarnamə əsasında sonuncunun adından vermişdir. Kollegiya qeyd edir ki, belə bir imkan xx.xx.2018-ci il tarixədək mümkün olmuşdur, belə ki, həmin tarixədək Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə nəzərdə tutulmuşdur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Yəni, hüquqi şəxs istənilən hüquqi və ya fiziki şəxsə etibarnamə verməklə həmin şəxs vasitəsilə məhkəmədə təmsil oluna bilərdi. Lakin 31 oktyabr 2017-ci il tarixli 853-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə edilmiş dəyişiklikdən sonra belə imkan aradan qalxmışdır. Qeyd olunan normaya edilmiş dəyişikliyə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir, ona görə də "xxxx" QSC-nin məhkəmədə nümayəndəsi ola, müvafiq olaraq onun adından iddia qaldıra bilməz. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan Agentliyin icraçı direktoru tərəfindən imzalandığından, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 391, 400, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-77/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6196/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6196/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver