Məhkəmə qərarları › İş №2(103)-6197/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6197/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6197/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb edilməklə) “ kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 354/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı LPO "Zamin Bank” ASC Cavabdeh qarşı ( iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək Cavabdeh 44706,34 manat əsas, 44.352,41 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.105,24 manat olmaqla, cəmi 90.163,99 manat pulun və iş üzrə ödənilmiş 361 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Zamin Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 009 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 138.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "Lalə” MTK ilə Cavabdeh arasında bağlanmış 84/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 009/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi,Cavabdeh xx.xx.2008-ci il tarixli 009 nömrəli kredit müqaviləsi üzrə banka 44706,34 manat əsas, 42.913,87 faiz borcu və gecikdirilmiş vaxt üçün 1.105,24 manat illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 88725,45 manat borc pul vəsaitinin və 361 manat dövlət rüsumunun LPO "Zaminbank” ASC-nin xeyrinə tutulması,iddia tələbinin qalan hissədə təmin edilməməsi,məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 290 manatın Cavabdeh tutularaq, CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 269.4, 269.5, 271.1, 317.1, 307.3, 309.1, 319.1, 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 745.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına; “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 36.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7, 103.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı "Zamin Bank” ASC (bundan sonra - bank) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilin cavabdeh tərəfindən alınmasına görə sonuncuya lazımı pul vəsaitinin verilməsi məqsədi ilə borc münasibətləri yaranmış, nətiəcədə xx.xx.2008-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, bank tərəfindən cavabdehə illik 15% olmaqla 180 ay müddətinə qaytarılmaq şərtilə 13800 manat kredit pul vəsaiti verilmişdir Həmin borcun qaytarılmasının təminatı olaraq sözügedən mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və yenə nəticədə tərəflər arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmışdır.Tərəflər arasında kredit müqaviləsinin bağlanması və 138000 manat vəsaitin bank tərəfindən cavabdehə verilməsi işin mübahisəsiz halıdır.Lakin cavabdeh bildirir ki, o, borc məbləğini xx.xx.2016-cı ildə ümumilikdə 77700 manat banka birdəfəlik ödəməklə bağlamışdır. Yəni hazırda onun iddiaçıya borcu yoxdur. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2016-cı il tarixə 44706,34 manat əsas borc üzrə borcu olmuş və həmin tarixə faiz borcu olmamışdır. Hər iki ekspert rəyi verilərkən iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə ödənilmiş 77700 manat pul vəsaiti nəzərə alınmışdır.Göründüyü kimi, cavabdehin banka hər hansı borcunun olmadığı barədə gətirdiyi dəlilləri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamış, əksinə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə təkzib olunmuşdur. Göstərilənlərə əsasən, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin o, kredit vəsaitini ödəməli olmasına dair vəzifələrini tam icra etməyərək, pul öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə ödənilməmiş 42913,87 manat faiz borcu vardır. Belə olan halda, tərəflər arasındakı öhdəlik münasibətlərinə iddiaçı tərəfindən cavabdehə pretenziya ilə müraciət edildiyi tarixdən xitam verildiyindən tərəflər arasındakı öhdəlik münasibətləri ləğv edildikdən sonra iddiaçı ləğv olunmuş öhdəlik üzrə faizlər tələb edə bilməz. Bu səbəbdən də,cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 42913,87 manat (iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubunda tələb edilən tarixə) pul məbləği tutulması məqsədəmüvafiqdir. İddianın gecikdirilmiş vaxt üçün cavabdehdən illik 5% hesablanmaqla 1105,24 manat borcun tutulması barədə hissəsinə hüquqi qiymət verərək , iddia göstərilən hissədə əsaslıdır, bu səbəbdən də təmin edilməlidir. iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1105,24 manat pulun tutulmasını əsaslı hesab edərək, həmin hissədə təmin edilməsini qanunauyğun hesab edir. Həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və s. tələblərinə dair hissəsini də araşdıraraq belə qənaətə gəlir ki, iddianın bu hissələr də əsassızdır. İddiaçının "kredit borcu üzrə tutmanın mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi” ilə bağlı iddia tələbinə münasibətdə belə tələb irəli sürməkdə iddiaçı haqlı deyildir. Belə ki, 009/1 saylı xx.xx.2011 -ci il tarixli mənzilin ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə kredit borcunun ödənilməsinin təminatı kimi tutmanın həmin mənzilə yönəldilməsini xahiş edir və iddia tələbini bu hissədə qanunvericiliyin ipoteka haqqında müddəalarına əsaslanmaqla irəli sürür. Göründüyü kimi, iddiaçı hazırda mənzilə dair hər hansı rəsmiləşdirilmə olmadan (ipoteka müqaviləsi olmadan), çıxarış alınmadan müvafiq müddəaya əsaslanmaqla, tutmanın mübahisəli mənzilə yönəldilməsini tələb edir. Belə olan təqdirdə, iddiaçının belə tələb irəli sürməsinin hüquqi əsası olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından, ipoteka müqaviləsi özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, bu məqsədlə ipoteka müqaviləsinin bağlanması və əmlakın yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmiş, əksinə daha sonra digər şəxs Afərdə Əsədovanın adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olanda hazırda iddiaçının bu hissədə təmin edilməsi digər şəxsin hüquq və mənafelərinə uyğun olmamaqla, qanunvericiliyin də müddəalarına ziddir. Məhkəmə iddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi və kreditin ödənilməsi cədvəlinin surətindən görünür ki, müqavilənin müddətinin bitmə tarixi xx.xx.2023-cü il tarixidir. Yəni kredit müqaviləsi üzrə iddia müddətinin axımı da həmin tarixdə başlamış və iddia müddətinin son tarixi xx.xx.2026-cı il olmalıdır. Bu səbəbdən də iddia müddətinin ötməsi barədə cavabdehin ərizəsi əsassızdır. 4.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - "ZaminBank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 009 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 15% olmaqla 180 ay müddətinə, 138.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3cü maddəsində müəyyən edilmişdir ki, kredit borcalana Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilin alınmasına görə verilir;- "Zamin Bank” ASC ilə Abbasov Rauf Allahverdi oğlu arasında bağlanmış xx.xx.2008- ci il tarixli 009/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, mənzilin ümumi dəyəri 138.000 manat məbləğində müəyyən edilmişdir;- LPO "Zaminbank” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023- cü il tarixli "kredit borcunun ödənilməsinə dair” xəbərdarlıq bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə LpO "Zamin Bank” ASC-nə 43.279,4 əsas, 42.913,87 manat faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üzrə 108,18 manat faiz borcu qalmışdır. Borcludan 3 gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir;- xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli 009 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 43.279,40 manat, faiz borcu üzrə 42.913,87 manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 1075,79 manat, cəmi 87.269,06 manat təşkil edir;- xx.xx.2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən "Zamin Bank” ASC-nə 77.700 manat pul vəsaiti ödənilmişdir;- Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10B, giriş A, 38 saylı mənzil xx.xx.2016-cı il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10B, giriş A, 38 saylı mənzilin pay dəyəri olan 13800 manat tam şəkildə ödənilmişdir;- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı LPO "Zamin Bank” ASCnə olan borcu aşağıdakı kimi müəyyən edilir: Müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə:-əsas borc üzrə 44.706,34 manat,-faiz borcu üzrə 44.352,41 manat Maliyyə arayışında borcun hesablandığı xx.xx.2023-cüi il tarixə:-əsas borc üzrə 44.706,34 manat,faiz borcu üzrə 44.352,41 manat-müqavilə müddətinin bitdiyi tarixdən 5%-lə hesablanmış faiz borcu üzrə -1.105,24;- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilənlər nəzərə alınmaqla Cavabdeh İddiaçı LPO "Zamin Bank” ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir:xx.xx.2016-ci il tarixə:-əsas borc üzrə 44.706,34 manat,-faiz borcu üzrə 0,0 manat,Müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü tarixə:-əsas borc üzrə 44.706,34 manat,-faiz borcu üzrə 44.352,41 manat Maliyyə arayışında borcun hesablandığı xx.xx.2023-cüi il tarixə:-əsas borc üzrə 44.706,34 manat,-faiz borcu üzrə 44.352,41 manat-müqavilə müddətinin bitdiyi tarixdən 5%-lə hesablanmış faiz borcu üzrə - 1.105,24 Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-354/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsini qismən ləğv edilərək iddianın tam təmin edilməməsi bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 546, 739.1, 739.2, 745.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 88, 385.1.1, 386.1, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddianın faktiki əsaslarına görə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 005 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 138.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 84/R saylı müqavilə əsasında; Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsində 1130-cu məhəllədə, 2-ci yaşayış binasının A blokunda olan 16 mərtəbəli binada yerləşən 138 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 38 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 009/1 ipoteka müqaviləsi bağlanmışdır.Lakin mövcud olan ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Cavabdeh müqavilə bağlanan tarixdən etibarən 8 il ərzində ipoteka üzrə hissə-hissə ödənişlər həyata keçirmiş, 2016-cı ildə isə birdəfəlik 77700 manat ödəməklə bankın müəyyən etdiyi yekun borc məbləği ilə tamamilə ödəyib qurtarmışdır. Bank da ona borcun ödənilməsinin bitdiyini bildirmişdir. Hazırda ipoteka predmeti olan mənzil yüklü deyildir. Bankın borcun tam şəkildə ödənilməsi barədə etirazının olmadığına dair məktub olduğundan, MTK-nın ümumi yığıncağında cavabdehə münasibətdə ipoteka predmeti olan mənzilə dair çıxarış verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş ipoteka qoyana göndərilməli və DƏDRX-də həmin bildirişi qeydiyyata almalı idi. Lakin iddiaçı göstərilən tələblərə də riayət etməmişdir. Həmçinin bankın ləğv edildiyi vaxtdan iddia müddəti ötmüş hesab olunur. Hesab edir ki, birinci instansiya məhkəməsi araşdırma nəticəsində müəyyən edilən və məhkəməyə təqdim olunan subutlara düzgün qiymət verməməklə tərəflər arasında olan münasibətlərə də yuxarıda yuxarıda qeyd edilən maddi hüquq normalarını mübahisə üzrə səhv tədbiq etmişdir.Hazırki halda isə hesab edirik aşağıda sadaladığları maddi hüquq normalasını tədbiq etməklə iddianı tam rədd edilməsi haqqında qətnamə çıxarmalı idi. Məhkəmə iş üzrə toplanmış subutları düzgün qiymətləndirməməklə qismən olmaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən məhkəmə sorğusuna alınmış rəsmi cavab məktubu ilə məhkəməyə daxil olmuş subutların sırasında "xxxx" MTK tərəfindən 14 iyul 2016-cı il tarixdə keçirilən ümumi yığıncağın 1 nömrəli protokolundan çıxarış yer almışdır. Həmin çıxarışda payçı tərəfindən pay haqqının tam ödənilməsi və Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarış verilməsinə razılığın verilməsi göstərilmişdir. İşdə olan 16 iyul 2016-cı il tarixli 77700 manat cavabdeh tərəfindən birdəfəlik ödəniş edilməsini təsdiq edən qəbz də təsdiq edir ki, bankın razılığı ilə həmin dövrə olan borc məbləği müəyyənləşərək ödənilmiş olduğundan bank mənzilin ipoteka yülkülüyündən azad olunmasına da razılıq verməklə kredit müqaviləsinə də faktiki olaraq xitam vermişdir. 7 ildən sonra isə hazırki iddianın qaldırılması absurddur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qətnaməsində bir tərəfdən iş materilallarında olan xx.xx.2017-ci il tarixli maliyyə arayışında X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev 10B, giriş A, 38 saylı mənzilin pay dəyəri olan 138000 manat tam şəkildə ödənilməsinin qeyd edildiyini göstərir, digər tərəfdən isə iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyin tədqiqat hissəsində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nə borcu olmasını qeyd etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdeh tərəfindən banka olan borcunun tam şəkildə ödənildiyini və onun bank qarşısında heç bir öhdəliyinin qalmadığını, MTK-nın ümumi yığıncağında da borc tam ödənildiyindən cavabdeh mülkiyyətçi kimi tanındığını, həmçinin həmin dövrdə bankın da borcun tam ödənilməsini təsdiq etdiyini, 7 ildən sonra tamamilə əsassız olaraq belə bir iddia qaldırdığını qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsinin tam qanuni və əsaslı qətnamə qəbul etdiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 8.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs "xxxx" MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən və kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) hissədə yoxlanılmalıdır. Tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı iddiaçı razılaşdığından və mübahisələndirmədiyindən, cavabdeh isə iddianın tam rədd edilməsini tələb etdiyindən ipoteka predmetinə aid iddianın hissəsi apellyasiya baxışı predmeti ola bilməz. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 307.3. ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.7. ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməlidir. 309.1. daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; 427.1 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1 əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739. (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

11. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarına əsasən: 1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulanəşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.Cavabdeh tərəfindən kredit borcunun tam şəkildə ödənildiyini və artıq bank qarşısında icra olunmamış öhdəliyinin qalmadığını mübahisələndirsə də, öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

14. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402 və 406-cı maddələrinə rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-354/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar