Məhkəmə qərarları › İş №2(103)-6203/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6203/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6203/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2747/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2747/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh qətnamədən şikayət vermişdir (iş səh.62). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, tərəflərə məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə göndərilməsinə baxmayaraq ünvana çatması barədə xəbərnamədən (ziddiyyətli və üzərində düzəliş edilmiş tarixlər qeyd edildiyindən - səh.27,28,33) prosessual müddətin ötürülməsini müəyyən etmək mümkün olmamış, məhkəmə aktı icraya yönəlmiş, qətnamə qanuni qüvvəsini almışdır (səh.29). Bundan əlavə, işin materiallarına istinad etməklə qətnamənin düzgün hesab etmədiyi əsaslar (sübutlar və ya onların təmin edilməsi üçün vəsatətlər) cavabdeh tərəfindən apellyasiya şikayətində əks (əlavə) edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 361.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar apellyasiya şikayətində göstərilməlidir Diqqətə çatdırılmalıdır ki, (mülki prosessual) qanunvericilikdən (hüquqlardan) suiistifadə yolverilməzdir. Ona görə, qanuni qüvvəsini almış məhkəmə aktından verilən şikayətə münasibətdə prosessual müddətlər və sair əsaslar baxımından birinci instansiya məhkəməsi səlahiyyətləri həddində qiymət verməlidir. Şərh olunanlara və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 3.1, 9, 263, 264, 360-366, 372, 402-406, maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2747/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar