Məhkəmə qərarları › İş №2(103)-6203/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6203/2024

23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6203/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil1 oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(011)-5664/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi faktiki olaraq qanuni əsaslarla Cavabdeh3 sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh3 isə “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsini Cavabdeh1 satılmasına dair onunla şifahi razılığa gəlmiş, maşının ümumi dəyəri 30.000 manat müəyyən edilmiş, 10.000 manat məbləğində pulu Cavabdeh1 qabaqcadan ödəmiş, 20.000 manat məbləğində pulu isə sonradan Cavabdeh3 ödəyəcəyini bildirmişdir. Lakin aralarında nəqliyyat vasitəsinin alqı-satqısına dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair verilmiş saxta etibarnamə ilə Cavabdeh2 məxsus olan “BMW 528Xİ” markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqları Cavabdeh1 etibar edilmiş, həmin tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “BMW 528 Xl” markalı nəqliyyat vasitəsi tərəfindən Cavabdeh1 tərəfindən buna səlahiyyəti olmadığı halda mülkiyyətçisinin iradəsinə zidd olaraq X3 mülkiyyətinə keçirilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən X7 tərəfindən X1. X14 isə adıçəkilən nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsinə dair X9 etibarnamə vermişdir. ML-132 nömrəli Lizinq obyektinin alğı-satqı müqaviləsi ilə “BMW 528 Xl” markalı avtomobil X5 vermiş olduğu etibarnamə əsasında X15 tərəfindən 23850 manat müqabilində İddiaçı MMC-nin mülkiyyətinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, “BMW 528 Xl” markalı avtomobil İddiaçı MMC tərəfindən X17 lizinqə verilmişdir. X16 vurulmuş ziyan İddiaçı MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW 528 Xl” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü İl tarixli, 1(001)- 13/2024 saylı hökmündan zərərçəkmiş şəxs İddiaçı MMC apellyasiya şikayəti verərək, hökmün “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması hissəsində ləğv edilərək, həmin avtomobilin vicdanlı alıcı hesab edilən İddiaçı MMC-nə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)- 13/2024 saylı hökmündən zərərçəkmiş şəxs İddiaçı MMC, maraqlı şəxs X18 və məkhum edilmiş Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı. xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs İddiaçı MMC-nin və maraqlı şəxs X12 apellyasiya şikayətləri təmin edilməmiş, məkhum edilmiş Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 13/2024 saylı hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı məhkum Cavabdeh1 cəza təyini hissəsində dəyişdirilərək 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 4000 (dörd min) manat cərimə cəzası 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası ilə əvəz edilmişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10000 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh1 13850 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi, cavabdehlərdən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 163 manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “BMW 528 Xİ” minik markalı (Buraxılış ili 2012, BAN-WBAXH5C55DDW13335, rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli, ML-132 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən alınmışdır və hal-hazırda İddiaçı MMC-nin mülkiyyətindədir (Nəqliyyat vasitəsinin uçot kartoçkası: Qeydiyyat şəhadətnaməsi №BB203796; Dövlət qeydiyyat nişanları **-PL-***; Verilmə tarixi: xx.xx.2022). "BMW 528 Xİ” markalı **-PL-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli ML-132 nömrəli alqısatqı müqaviləsi üzrə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində vəsait X9 İddiaçı MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***, BAN-WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi Cavabdeh2 geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***; BANWBAXH5C55DDW13335; Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində İddiaçı MMC-yə 23.850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində zərər dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilib ki, “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012; Dövlət qeydiyyat nişanları **-PL-***; BANWBAXH5C55DDW13335; Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinə görə 10.000 (on min) manat məbləğində vəsait Cavabdeh3 Cavabdeh1 tərəfindən ödənilmişdir. Hökmdə göstərilmişdir ki, Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “BMW 528 Xİ” markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, onun sahibliyi və istifadəsində olmuşdur. Hesab edir ki, İddiaçı MMC-yə dəymiş zərərin əvəzi Cavabdeh2, Cavabdeh3 ümumilikdə 10.000 (on min) manat və Cavabdeh1 13850 (on üç min səkkiz yüz əlli) manat) tərəfindən ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(011)- 5664/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən-maddi ziyanın əvəzi olaraq 13.850 (on üç min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 131.55 (yüz otuz bir manat əlli beş qəpik) manat olmaqla, ümumilikdə 14.281.55 (on dörd min manat iki yüz səksən bir manat əlli beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan “BMW 528 Xİ” markalı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən tərtib edilmiş saxta etibarnamə nəticəsində qanuni mülkiyyətçi Cavabdeh2 mülkiyyətindən onun iradəsinə zidd şəkilində çıxarılaraq X3 mülkiyyətinə keçirilmişdir. Qeyd edilən əmlakın mülkiyyətçiləri olmuş X7, X14 və X15 maşının ilkin satış zamanı sənədlərində problem olmasına və bununla bağlı məlumatlı olmalarına baxmayaraq, bu problemi onlar yaratmamış və hər biri aralarında alqı-satqını “qanuni yolla” etmişdir. Göründüyü kimi hazırkı mübahisədə hərəkətləri ilə digər şəxslərə ziyan vuran şəxs, yəni təqsirli şəxs yalnız Cavabdeh1 olmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü İl tarixli, 1(001)-13/2024 saylı hökmündan zərərçəkmiş şəxs İddiaçı MMC apellyasiya şikayəti verərək, hökmün “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması hissəsində ləğv edilərək, həmin avtomobilin vicdanlı alıcı hesab edilən İddiaçı MMC-nə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı MMC apellyasiya şikayəti təmin edilməmişdir. Adıçəkilən hökmdən İddiaçı MMC-nin “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin 23850 manata satın aldığını müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanın miqdarı da 23.850 manat müəyyən edilməlidir. Belə ki, bu məbləğ nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində ona dəymiş olacaq ziyanı ifadə edir. Məhkəmə iddia tələblərinin “Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10.000 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində hesab etmişdir ki, iddia əsaslı deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh3 zərərçəkmiş şəxs qismində cinayət işinə cəlb edilmişdir. Belə ki, hökmün 4-cü səhifəsinin 3-cü abzasından qeyd edilmişdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Cavabdeh3 istifadəsində olan “BMW” markalı “**-EY-***" dövlət qeydiyyat nişanlı avtomobili ondan 30.000 (otuz min) manat pul müqabilində almağa şifahi razılaşmış, Cavabdeh3 10.000 (on min) manat verərək pulun qalan hissəsini daha sonra verəcəyini vəd etməklə onu aldadaraq həmin avtomobili 2021-ci ilin noyabr ayında şifahi razılıqla ələ keçirərək Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra xüsusi proqram vasitəsilə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq mülki etibarnamə düzəltməklə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsində 29.01 2022-ci il tarixdə Elgiz adlı Sumqayıt şəhər sakinin mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Cavabdeh2 isə hökm ilə nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisi hesab edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi nəqliyyat vasitəsi onun iradəsinə zidd şəkildə mülkiyyətindən çıxmışdır. Hazırkı məhkəmə araşdırması zamanı da Cavabdeh2 hərəkətləri nəticəsində İddiaçı MMC-yə ziyan dəyməsi faktı müəyyən edilməmişdir. Odur ki, iddia ona aid edilən hissədə rədd edilməlidir. Qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024 cü il tarixli hökmü ilə “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində İddiaçı MMC-yə 23.850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində zərər dəymişdir. “BMW 528 Xİ” markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, Cavabdeh3 sahibliyi və istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsinə görə 10.000 (on min) manat məbləğində vəsait Cavabdeh3 Cavabdeh1 tərəfindən ödənilmişdir. Hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi cavabdehlər tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. 1096.1. “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.( hərəkət və ya hrəkətsizlikdir)”. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1 -ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası və 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmış, Cavabdeh1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Həmin hökm ilə mülki iddiaçı X10 mülki Cavabdeh1 qarşı mülki iddiası təmin edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) X13 dəymiş maddi ziyanın məbləği tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, ABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilməsi, “BMW” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobil ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılması qərara alınmışdır. Həmin hökmün 64-cü səhifəsində hazırda mübahisəsi olun “BMW” minik markalı 77- PL-253 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə bağlı qeyd edilmişdir ki, həmin nəqliyyat vasitəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olsa da, faktiki olaraq Cavabdeh3 istifadəsində və sahibliyində olmuşdur. Daha sonra Cavabdeh3la Cavabdeh1 arasında həmin avtomobilin Cavabdeh1 satılması barədə şifahi qaydada razılıq əldə edilmiş, Cavabdeh1 Cavabdeh3 10.000 manat pul verərək, qalan 20.000 manat məbləği hissəhissə verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə Cavabdeh2 ona məxsus olan BMW 528i **-NH-*** nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqlarını Cavabdeh1 etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan nəqliyyat vasitəsi onun xəbəri olmadan Cavabdeh1 tərəfindən X3 adına keçirilmişdir. Həmin avtomobili İlqar Məmmədov dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Səməndər Məmmədovun idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, X11 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Elgiz Eldarlının köməyi ilə sonuncunun tanışı X5 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Kərəmova Səbinənin mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə “BMW 528 Xl” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X14 tərəfindən X9 nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. X9 X14 tərəfindən etibarnamə verilən zaman Elvin Əmirov həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında X5 mülkiyyətində olan avtomobil X15 tərəfindən İddiaçı MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil İddiaçı MMC tərəfindən X17 lizinqə verilmişdir. Göründüyü kimi, “BMW” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindən iradəsinə zidd olaraq X3, daha sonra isə X5 mülkiyyətinə keçirilmişdir. X7, X14 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında İddiaçı MMC-nin mülkiyyətinə keçirən X15 da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Göründüyü kimi, həmin avtomobil etibarnamə əsasında İddiaçı MMC-nin mülkiyyətinə keçdikdən sonra lizinq müqaviləsinə əsasən X17 lizinqə verilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı X22 ifadə verərək həmin nəqliyyat vasitəsinə görə heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş olan ziyanın İddiaçı MMC tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə “BMW” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qanuni mülkiyyətçisinin mülkiyyətindən qanunsuz olaraq onun iradəsinə zidd olaraq çıxarılmasını, daha sonra saxta etibarnamə əsasında X3, daha sonra isə X5 mülkiyyətinə keçirilməsini, həmin alıcıların avtomobili alarkən həmin avtomobilin Cavabdeh2 iradəsinə zidd olaraq onun mülkiyyətindən çıxarılmasından məlumatlı olduqlarından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinin tələblərinə görə vicdanlı alıcı hesab edilmədiklərini, daha sonra X15 tərəfindən ona verilmiş etibarnamə əsasında İddiaçı MMC-nin mülkiyyətinə keçirilməsini, İddiaçı MMC tərəfindən avtomobilin lizinqə verildiyi X16 hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın İddiaçı MMC tərəfindən ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil ilkin qanuni mülkiyyətçisi Cavabdeh2 qaytarılmalıdır. Həmin hökmün 22-ci səhifəsində qeyd edilmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telman 2A ünvanında ailəsi ilə birlikdə yaşayır. X29 2021-ci ildə biznes fəaliyyəti ilə məşğul olmaq üçün qardaşları Oqtay və Məhəmmədin adına cəmi 6 ədəd “Toyota Prius” markalı avtomobil aldı ki, həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verib aylıq pul alsın. 2021-ci ilin iyun ayının sonlarında tanımadığı Cavabdeh1 adlı şəxs atasını tapıb icarə müqaviləsi bağlamağa hazır olduğunu, “Bolt” taksi şirkətinin nümayəndəsi olduğunu deyərək bu cür avtomobilləri götürüb taksi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Atası Cavabdeh1la razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə atası və qardaşı Məhəmməd ilə birlikdə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən 52 saylı notariat ofisə gedib, orada Məhəmmədin adına qeydiyyatda olan “10- RY-288”, “**-RY-***”,”**-RY-***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili və digər qardaşı Oqtay Məmmədovun adına qeydiyyatda olan “99-RB252”,”**-OZ-***”,”**-VJ-***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili icarə müqaviləsi bağlayaraq Cavabdeh1 vermişlər. Qardaşı Oktay həmin vaxt həqiqi hərbi xidmətdə olduğundan onun adına olan avtomobilləri atası X25 təmsilçisi kimi icarəyə vermişdir. Həmin müqaviləyə əsasən “10- RY288”, ”**-RY-***”, ”**-RY-***”, ”99-RB252”, ”**-OZ-***”, ”**-VJ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilləri icarəyə vermək haqqında müqavilələrə əsasən onlar həmin avtomobilləri aylıq 750 manat müqabilində taksi xidməti göstərməsi məqsədi ilə Cavabdeh1 vermişdilər. Bundan sonra Şahidin həmin avtomobilləri kiməsə sürmək üçün verdiyindən məlumatı olmamışdır. Şahid həmin avtomobillərə görə olan icarə haqqını mütəmadi ödəmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Şahid atasına bildirdi ki, qardaşı Oqtay Mədətovun adına qeydiyyatda olan “**-RB-***”,”**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin mühərrikində problem olduğu üçün onları satıb yenisini almaq istəyirlər. Buna görə də atasından bütün hüquqların etibar edildiyi etibarnamə verilməsini istəmiş və atası da qardaşının adına olan iki ədəd həmin avtomobillərlə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamələr vermişdir. Şahid isə həmin avtomobilləri satmış və 1 ay sonra yeni “50- EG156” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili atasının adına almış və onu da Şahidə icarəyə vermişdir. Bundan başqa o, 2021-ci ilin sentyabr ayında 20.000 manat borc götürüb üstünü düzəldərək aldığı “BMW F10” markalı avtomobili Şahidlə razılaşıb 30.000 manata Şahidə satmışdır. Həmin avtomobilə görə Şahid 10.000 manat pul verərək digər 20.000 manatı da sonra verəcəyini bildirmişdir. Aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır və Şahidə avtomobilə görə heç bir etibarnamə verilməmişdir. Şahid də həmin maşını sonradan başqa adama satmışdır. O, sonradan öyrənmişdir ki, Şahid qardaşı ilə onun adına olan “Toyota Prius” markalı avtomobilləri səlahiyyəti olmadığı halda Hacıqabul rayonunda notariat ofisinə gedib öz adına etibarnamə almış və həmin avtomobilləri ayrı-ayrı adamlara sataraq pulunu ələ keçirmişdir. Bundan başqa “BMW F10” markalı avtomobili də hansısa saxta sənəd düzəldərək dostu Anar adlı şəxsə saxta etibarnamə düzəldərək Anarın adından Sumqayıt sakini olan Elgiz adlı şəxsə satmışdır. Bütün olanlarla bağlı atası hüquqmühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “BMW-528» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, onun sahibliyi və istifadəsində olmuşdur. Cavabdeh1 qabaqcadan 10.000 manat pul ödəyərək qalan 20.000 manat pulu tezliklə ödəmək adı ilə həmin avtomobili ondan satın almışdır. Aralarında heç bir rəsmi müqavilə imzalanmamışdır. Sonradan ona məlum olmuşdur ki, etibarnamə əsasında avtomobili başqa şəxsin mülkiyyətinə keçirtmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olsa da, faktiki olaraq onun sahibliyi və istifadəsində olmuş avtomobilin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)- 13/2024 saylı hökmündən zərərçəkmiş şəxs İddiaçı MMC, maraqlı şəxs X18 və məkhum edilmiş Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs İddiaçı MMC-nin və maraqlı şəxs X12 apellyasiya şikayətləri təmin edilməmiş, məkhum edilmiş Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-13/2024 saylı hökmü dəyişdirilmişdir. Belə ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddə ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən, Cavabdeh1 Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə nəzərəd tutulmuş cinayət məsuliyyətdən azad edilməklə, barəsində həmin maddələrə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3 və 29, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 4000 (dörd min) manat cərimə cəzası və 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti oaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı məhkum Cavabdeh1 cəza təyini hissəsində dəyişdirilərək 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 4000 (dörd min) manat cərimə cəzası 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası ilə əvəz edilmişdir. Göründüyü kimi qeyd olunan hökmdə İddiaçı MMC-nin “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin 23.850 manata satın aldığını müəyyən edilir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, ML-132 saylı lizinq obyektinin alqısatqı müqaviləsinin surətindən də görünür ki, X15 ilə İddiaçı MMC arasındakı “Daxili lizinq” müqaviləsinin əsas məbləğini 23.850 manat təşkil edir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, mübahisə predmenti olan “BMW 528 Xİ” markalı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən tərtib edilmiş saxta etibarnamə nəticəsində qanuni mülkiyyətçi Cavabdeh2 mülkiyyətindən onun iradəsinə zidd şəkilində çıxarılaraq X3 mülkiyyətinə keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya dəymiş ziyanın miqdarı da 23.850 manat müəyyən etmişdir. Həmçinin iş materiallarından görünür ki, qeyd edilən əmlakın mülkiyyətçiləri olmuş X7, X14 və sonuncunun nümayəndəsi X15 maşının ilkin satış zamanı sənədlərində problem olmasına və bununla bağlı məlumatlı olmalarına baxmayaraq, bu problemi onlar yaratmamış və hər biri aralarında alqı-satqını özlərinin təbirincə “qanuni yolla” etmişdir. Göründüyü kimi hazırkı mübahisədə hərəkətləri ilə digər şəxslərə ziyan vuran şəxs, yəni təqsirli şəxs, yalnız Cavabdeh1 olmasa da, iş materiallarından görünür ki, tələb həm də ona qarşı irəli sürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, tələbin sürüldüyü digər şəxslər, yəni, “Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 10.000 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində tələb əsassız olmuşdur. Belə ki, qeyd edilən hökmün 4-cü səhifəsinin 3-cü abzasından qeyd edilmişdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Cavabdeh3 istifadəsində olan “BMW” markalı “**-EY-***" dövlət qeydiyyat nişanlı avtomobili ondan 30.000 (otuz min) manat pul müqabilində almağa şifahi razılaşmış, Cavabdeh3 10.000 (on min) manat verərək pulun qalan hissəsini daha sonra verəcəyini vəd etməklə onu aldadaraq həmin avtomobili 2021-ci ilin noyabr ayında şifahi razılıqla ələ keçirərək Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra xüsusi proqram vasitəsilə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq mülki etibarnamə düzəltməklə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsində 29.01 2022-ci il tarixdə Elgiz adlı Sumqayıt şəhər sakinin mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Eyni zamanda Cavabdeh2 isə hökm ilə nəqliyyat vasitəsinin qanuni mülkiyyətçisi hesab edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin Cavabdeh2 qaytarılması nəticəsində ona dəymiş olacaq ziyanı ifadə edir. İşin faktiki hallarından da müəyyən edildiyi kimi nəqliyyat vasitəsi Cavabdeh2 iradəsinə zidd şəkildə mülkiyyətindən çıxmışdır. Hazırda Cavabdeh2 hərəkətləri nəticəsində İddiaçı MMC-yə ziyan dəyməsi faktı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “BMW 528 Xİ” markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olsa da, Cavabdeh3 sahibliyi və istifadəsində olması və həmin nəqliyyat vasitəsinə görə 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh3 Cavabdeh1 tərəfindən ödənilməsi kimi halların mövcudluğu sözügedən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hərhansı bir ziyan vurması kimi qiymətləndirilə bilməz. Həmçinin iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən də görünür ki, Cavabdeh3 zərərçəkmiş şəxs qismində cinayət işinə cəlb edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İstinad olunan maddələrin tələbləri baxımından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər-hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir və onlardan pul tələbinə dair irəli surülən əsaslar anlaşılan deyildir. Halbuki, iddiaçı hazırkı mübahisədə Cavabdeh1 başqa Cavabdeh2 və Cavabdeh3 qarşı deyil, hərəkətləri ilə ona ziyan vuran digər şəxslərə qarşı tələb sürmək hüququndan yararlana bilərdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(011)- 5664/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar