Məhkəmə qərarları › İş №2(103)-6206/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6206/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6206/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızı Mərdanovanın sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin prosessual hüquq varisi X1 iştirakları ilə, İddiaçı “xxxxxxxxx” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-783/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxxxxx” QSC-nin xeyrinə 12A000025839 saylı kredit müqaviləsi üzrə 1208,68 manat məbləğində kredit borcu, 245,91 manat məbləğində faiz borcu və 431,68 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 1886,27 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxx” QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki iş üzrə icraat cavabdehin hüquqi varisinin müəyyən edilməsiilə əlaqədar dayandırılması qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-783\2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında X4 cavabdehin hüquqi varisi qismində mülki işə cəlb edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-783/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxxxxxxx” QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki iş üzrə Cavabdeh öldüyündən və onun maddi hüqqu münasibətləri çərçivəsində hüquqi varisi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-783/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunması, X3 Cavabdeh hüquq varisi kimi məhkəmə prosesinə cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” QSC-nin nümayəndəsi məhkəmə prosesində qeyd etmişdir ki, Cavabdeh həyat yoldaşı cavabdehin Banka olan borcu ilə bağlı müraciət etdiyinə görə hüquqi vərəsə kimi cəlb edilməlidir. Halbuki məhkəmə prosesində təqdim olunmuş iş materiallarına əlavə edilmiş ərizə və xx.xx.2015-ci il tarixli 12A000025839S saylı sazişdən də görünür ki, X4 həyat yoldaşı Cavabdeh vəfat etdikdən sonra “xxxxxxxxxx” QSC-yə müraciət edərək mərhum həyat yoldaşı Cavabdeh vəfat etdiyini, onun həyat yoldaşının hüquq varisi olduğunu və İddiaçı-yə olan borcunu güzəşt olunmaqla ödəmək istədiyini bildirmişdir. “xxxxxxxxxx” QSC ilə X4 arasında xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixdə bağladığı 12A000025839 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. X4 xx.xx.2015-ci il tarixli sazişi imzalamaqla mərhum həyat yoldaşının İddiaçı-yə olan borcunu ödəməyə razılığının olması ilə bağlı iradə ifadəsini bildirmişdir. Həmçinin X4 məhkəmə prosesində ifadəsində borcu ödəmək istədyini. Bankdan güzəşt etməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-783/2020 saylı xx.xx.202020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, şikayətə onun iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli mülki işüzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bundan başqa iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli ödəniş qrafiklərində görünür ki, Cavabdeh (iddia ərizəsinə əlavə olunmuşdur-iş vərəqəsi 8.) və onun həyat yoldaşı X4 (məhkəmə iclasında təqdim edilmişdir-iş vərəqəsi 94.) həmin qrafikləri imzalamışlar. Göründüyü kimi, iddiaçı Cavabdeh xx.xx.2015-ci il tarixdə vəfat etdiyi halda xx.xx.2015-ci il tarixdə ödəniş qrafikini imzalaması mümkün deyildi. Kollegiya hesab edir ki, bank Cavabdeh vəfat etdiyini bilə-bilə onun adından ödəniş qrafikinə saxta imza atmış, hüquqlarından kobud şəkildə sui-istifadə edərək, ölmüş şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəmə müraciət etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz şikayət ərizəsində cavabdehin həyat yoldaşı ilə xx.xx.2015-ci il tarixdə səaziş imzalanmasını qeyd etmişdir. Bununla da, bir daha təsdiq olunur ki, iddiaçı artıq xx.xx.2015-ci il tarixdə cavabdehin vəfat etməsi barədə məlumatlı idi. Vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması qanunvericilikdə nəzərdə tutulmadığından kollegiya hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxx” QSC tərəfindən verilmiş şikayət qismən təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-783/2020 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qəraradad qəbul edilsin. İddiaçı “xxxxxxxxx” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar