Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6207/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(009)-1557/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin həyətinə girişdə sağdan 3-cü qapılı 1,2 kvadrat metr sahəli sanitar qovşağından hamam otağı kimi istifadəsinin təmin olunması üçün cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(009)-1557/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla) ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, iş hal-hazırda hakim Fuad Abdıyevin icraatındadır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla) ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən olunması tələbinə dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hakim Fuad Abdıyevin icraatında olan İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla) ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən olunması tələbinə dair 2(103)-5598/2023 saylı mülki iş, hazırki 2(103)-6207/2023 saylı mülki işlə əlaqəli olmaqla, əvvəl icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. (maddə 169.3). Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-5598/2023 və 2(103)-6207/2023 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair 2(103)-6207/2023 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla) ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən olunması tələbinə dair 2(103)-5598/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6207/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6207/2023
01.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver