Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6207/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi və əsassız hesablanmış borc məbləğininin silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borc məbləğininin silinməsi” barədə qarşılıqlı iddia ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-282/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Təbii X3nın pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, abonent kodu **********00080 olan Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.
2. İş materiallarında olan İddiaçı Bakı X6 Departamentinin xx.xx.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cəmi 13392 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.
3. Təbii X3nın pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abonent kodu **********00080 olan Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyriqanuni istifadə edildiyi aşkar edilmişdir.
4. İddiaçı Bakı X6 Departamentinin xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cəmi 7992 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.
5. Təbii X3nın pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abonent kodu **********00080 olan Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyriqanuni istifadə edildiyi aşkar edilmişdir.
6. İddiaçı Bakı X6 Departamentinin xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cəmi 19440 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.
7. Təbii X3nın pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent kodu **********00080 olan Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyriqanuni istifadə edildiyi aşkar edilmişdir.
8. İddiaçı Bakı X6 Departamentinin xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cəmi 7992 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.
9. Abonent kodu **********00080 olan Cavabdeh “abonentin saldosu”ndan görünür ki, 2021-ci ilin dekabr ayında abonentə qalıq və aktlar üzrə 1517,76 manat, 2022-ci ilin mart ayında 959,04 manat, 2022-ci ilin noyabr ayında 2332,80 manat, 2023-cü ilin yanvar ayında 1,20 manat, fevral ayında isə 959,04 manat borc hesablanmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3725-9/4031 saylı ekspert rəyindən görünür ki, hazırkı iş üzrə İddiaçınə 1 gün ərzində vurulmuş maddi ziyan 6 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5746,04 manat məbləğində zərərin və 77,47 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5823,51 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində AKX-02000xx/xx-2020 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X6 Departamenti tərəfindən**********00080 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 1517,76 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 959,04 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 2332,80 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 959,04 manat; cəmi 5768,64 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 1517,76 zərərdən 22,60 manat məbləğində ödəniş etmişdir.
13. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borc məbləğininin silinməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ləğv edilmiş hesab etdikləri xətt mənzilə sayğac quraşdırılmazdan əvvəl qaz sərfiyyatı adambaşına hesablandığı vaxtlarda mövcud olmuş xəttdir. Həmin xəttdən istifadə edilməsi mümkün deyildir, ora qaz verilmir. Çəkilmiş fotoşəkillər də həmin xəttdə aiddir, təkrar-təkrar aktlar tərtib edilərkən həmin fotoşəkildən istifadə edilmişdir. O, tam qanuni yolla çəkilmiş qaz xəttindən istifadə etmiş, heç bir vaxt sayğacdan kənar qeyıi-qanuni istifadəyə yol verməmişdir. Sayğacdan kənar xəttin ləğv edilməsi barədə aktlar tərtib edilməsinə baxmayaraq faktiki olaraq heç bir xətt ləğv edilməmişdir. Mövcud olmayan birləşmənin ləğv edilməsi nə dərəcədə məntiqlidir. Sayğacdan kənar qeyri-qanuni xəttin mövcudluğu və ləğv edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır. Onun tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmiş və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Onun sayğacdan qeyriqanuni istifadə etməyi ilə bağlı hər hansı bir sübut da yoxdur. Əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 282/2024 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh 180 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutularaq İddiaçınə ödənilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00080) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən hesablanmış borc məbləğinin 2458,80 manat hissəsinin silinməsi, 44,54 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin ilk iddia üzrə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X2)
16. Birinci instansiya məhkəməsinin hakimi belə qənaətə gəlmişdir ki, Məhkəmə tərəflərin məhkəmə iclasında bildirdiklərini, iş materiallarında olan sənədləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/3725-9/4031 saylı ekspert rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ilk iddia ərizəsi qismən – 1 ay müddətində ilk iddia üzrə iddiaçıya dəyimiş ziyan – 180 (=6x30) manat hissəsində əsaslıdır. Qarşılıqlı iddia ərizəsi isə (*silinməsi tələb olunan məbləğ əsassız hesablanmış borcdan az olduğundan) tam həcmdə təmin edilməli, 2454,80 manat məbləğində əsassız hesablanmış borc silinməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, mövcud olan qeyri-qanuni qaz xəttinin elə birinci dəfə 2021-ci ildə akt tərtib edildikdə təməlli olaraq aradan qaldırılması mümkün və zəruri idi. Bu barədə müvafiq akt tərtib edilsə də, hər il tərtib edilən yeni aktlardan sonra əlavə edilən fotoşəkillərin faktiki olaraq dəyişməyən mənzərəni əks etdirməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır.
17. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci, 14-cü, 21-ci, maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 2-ci, 4.2, 4.6, 4.7, 4.8, 4.9-cü , 5.4-cü, 6.5-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən ilk iddia üzrə İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilkin iddia üzrə tələbin təmin edilməyən və qarşılıqlı iddia tələbi üzrə təmin edilən hissələrində ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətində göstərilmişdir ki, Abonentin təqsirsiz olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan sübutlara nəzər yetirdikdə cavabdehin qaz xəttinə boru vasitəsi ilə sayğacdan uzun müddət istifadə etməsi açıq-aşkardır. Bu hal isə onu deməyə əsas verir ki, Məhkəmənin cavabdehin təqsirsiz olmasına dair formalaşmış fikri iş materiallarında olan sübutlarla müqayisədə öz təsdiqini tapmamışdır. İddiaçı İB-nin iddia tələbinin qismən təmin edilməsi abonenti təbiiqazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçıtərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyanhəcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkənqənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı öz nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3” 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi
1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. İlk iddia üzrə iddiaçı tərəfindən qətnamə ilk iddia tələbinin təmin olunmayan hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilən hissələrinin ləğv edilməsi xahiş edildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, hazırkı işdə əməlin baş verib-vermədiyi, cavabdehin hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca kənar müdaxilə edilməklə qaz itkisinin baş verməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz İddiaçı İB-nin üzərinə düşür.
32. İçin faktiki hallarına əsasən iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/3725-9/4031 saylı ekspert rəyinə əsasən 1 ay müddətində ilk iddia üzrə iddiaçıya dəymiş ziyan – 180 (=6x30) manatdan ibarətdir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, mövcud olan qeyri-qanuni qaz xəttinin elə birinci dəfə 2021ci ildə akt tərtib edildikdə təməlli olaraq aradan qaldırılması mümkün və zəruri idi. Bu barədə müvafiq akt tərtib edilsə də, hər il tərtib edilən yeni aktlardan sonra əlavə edilən fotoşəkillərin faktiki olaraq dəyişməyən mənzərəni əks etdirməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır.
33. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 13-cü maddəsinin 6-cı və 8-1-ci hissəllərinin tələbinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı, eləcə də istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazın verilməsi dayandırılmalıdır. Lakin cavabdehin ünvanına quraşdırılmış sayğaca müdaxilə edilməsi, həmin müdaxilənin onun təqsiri nəticəsində baş verməsi, həmçinin bu halın hansı müddətdə baş verməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
34. Hazırda isə iş materialları ilə cavabdehin iddiaçıya təbii qazın sərfiyyatına görə 180 manat həcmində ödənilməmiş borcu qaldığı təsdiq edilir.
35. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
36. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, xx.xx.2021-ci il tarixli ilk aktdan sonra qaz paylayıcısının qeyriqanuni qoşulma yolu ilə əldə edilmiş qaz sərfiyyatının olduğu halda, qarşısının alınması üçün tədbirlər görməməsi cavabdehin kənar xətdən uzun müddət qeyri-qanuni istifadə etməsinə zəmin yaratdığından həmin akt əsasında hesablanmış ziyan məbləğləri əsassız olmaqla həmin hissələrdə iddia təmin edilə bilməz.
39. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-282/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Hazırkı iş üzrə mübahisələndirilən iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 282/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.