Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6208/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-652/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək Cavabdeh 15.000 ABŞ dollar pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi xeyli müddətdir ki, tanıyır. Cavabdeh ona məxsus “Hüquq ədəbiyyatı” nəşriyyatında işlədiyi zaman 2015-ci ilin may ayında 15.000 dollar məbləğində borc almış, hətta 2016-cı ilin mart ayının 3-də həmin pulu 2016-cı ilin dekabr ayını axırınadək qaytaracağını vəd etmiş, bununla bağlı öz əl yazması ilə yazaraq öhdəlik götürmüş, lakin pulu qaytarmaq öhdəliyini nəzərdə tutulmuş müddətdə icra etməmişdir. Bu günə kimi dəfələtlə ondan borcunu qaytarmasını tələb etsə də Cavabdeh həmin pulu qaytarmaqdan yayınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-652/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, İddiaçı xeyrinə ondan 15.000 ABŞ dolları tutulsa da, onun 5.000 manat borcunun olduğunu, həmin məbləği ödəməyə etiraz etməyərək hissə-hissə ödəməyə hazır olduğunu və 2015-ci ildə devalivasiyadan öncə 15.000 ABŞ dolları aldığını, bu borcdan 9.500 manat ödədiyini, daha sonra sonuncu maaşından 500 manat əlavə ödəyərək 10.000 manat ödədiyini bildirmişdir. Bununla belə məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütünfaktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırlmış iddiaçı məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş Cavabdeh tərəfindən yazılmış əlyazmada qeyd edilmişdir ki, “Mən Cavabdeh 2015-ci ilin mayında İddiaçı 15000 (on beş min) dollar məbləğində borc olaraq pul götürmüşəm. Bu günə qədər o puldan 9500 (doqquz min beş yüz) manat pulu yəni milli pulla qaytarmışam. Qalan məbləği də, qaytardığım pulu da dollarla hesablayıb 15.000 dolları ona qaytarmağa söz verirəm. Hər ay müəyyən məbləği borcum qaytarmağa söz verirəm aylıq ödəməyə söz verirəm. 2016-cı ilin dekabr ayının axırınadək 15.000 dolları tam ödəməyə söz verirəm.” Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, təhqiqat zamanı izahatı alınmış Cavabdeh 2015-ci ilin aprel ayında İddiaçı 15000 ABŞ dolları borc pul aldığını etiraf etmişdir. Bundan başqa, cavabdeh iş materiallarında olan borcun etirafı barədə qəbzin də özü tərəfindən yazıldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 bildirmişdir ki, o, İddiaçı arvadıdır. Cavabdeh onların kirvəsidir və ailəvi dostları olan Fərəcli Mayılın qardaşı oğludur. O, böyüklərinin icazəsi olmadan evləndiyi üçün kənddən qovulmuşdur. Cavabdeh onlardan ev almaq üçün 15000 ABŞ dolları pul istəmiş, onlar da həmin pulu ona vermişlər. Bu zaman Cavabdeh borcunu hər ay 1000 manat olmaqla qaytaracağını bildirmişdir. Yoldaşı İddiaçı cavabdehə nəşriyyatda direktor vəzifəsi vermiş, seyfin açarı da onda olmuşdur. Seyfdən 90.000 ABŞ dolları oğurlandıqdan sonra ondan şübhələnmiş, polisə şikayət etmişlər. Lakin sonradan ailəvi dostlarına görə şikayəti geri götürmüşlər. Bundan sonra, Səddamı notariusa aparmaq istəmiş, lakin cavabdeh arvadının təyziqi ilə şəxsiyyət vəsiqəsinin itirdiyinii bəhanə gətirərək, bundan yayınmış, daha sonra Səddamın onlara 15000 ABŞ dolları məbləğində borcu olmasını ilə bağlı özü yazılı etiraf etmişdir. Borcdan 9500 manat pulu qaytarması barədə yazsa da, cavabdeh əslində borcdan heç bir məbləğ ödəməmiş, sadəçə olaraq başqa cür etiraf ala bilmədikləri üçün, etirafın bu formada tərtib olunmasına razı olmağa məcbur olmuşlar. Belə ki,cavabdeh borcunu tam etiraf etmək istəmirdi. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəası baxımından iddiaçı və cavabdehlər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehlərəqarşı tələbi tərəflər arasında yaranmış borc münasibətlərindən (şifahi borc müqaviləsindən) irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olsa da, onlardan iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğində səhvə yol vermişdir. Belə ki, cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən 9500 manat qaytarmış olduğu iş materiallarında olan əl yazısında öz əksini tapmışdır. Kollegiya cavabdehin, mübahisənin başladığı ilk dövrdən səmimi davranaraq mövcud borcunu etiraf etdiyini və iddianın faktiki olaraq onun etirafı nəzərə alınmaqla əsaslı hesab olunduğunu nəzərə almaqla hesab edir ki, alınmış borcdan 9500 manatının qaytarılmış olması nəticəsinə gəlmək mümkündür. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 9412 (15000 – 9500/1.70= 9412 dollar) ABŞ dolları pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-652/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh 15.000 ABŞ dollarının məbləğində pulun öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 9412 (doqquz min dörd yüz on iki) ABŞ dolları məbləğində pul (öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə) alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6208/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6208/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver