Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6210/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 və onun vəkili Tahir Xanalıyevin iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 17.11.2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 16.11.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 6.746,71 manat, faiz borcu kimi 1.703,12 manat, cərimə kimi 876,52 manat, cəmi 9.326,35 manat cavabdehlərdən – borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 6.746,71 manat, faiz borcu kimi 1.703,12 manat, cərimə kimi 400 manat, cəmi 8.879,83 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, borcun məbləği 5.755,72 manat müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Tahir Xanalıyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlardan müəyyən olunur ki, cavabdehin (borc alanın) onun qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Cavabdeh borcun məbləğini mübahisələndirsə də etdiyi ödənişlər barədə sübut təqdim etməyib. Onun apellyasiya icraatı zamanı təqdim etdiyi hesabdan çıxarışda borcun məbləği 5.613,97 manat göstərilsə də, bu, 04.08.2021-ci il tarixinə olan qalıq borcdur. Qətnamə isə 4 il bundan əvvəl - 17.11.2017-ci il tarixdə qəbul olunub, cavabdeh həmin tarixdən sonra ödənişlər edib, nəticədə borcun məbləği azalıb. Qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılarkən qətnamənin qəbul etdiyi zaman olan məlumatlar əsas götürülür, qətnamə qəbul edildikdən sonra edilən ödənişlər qətnamənin icrası zamanı nəzərə alınır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin borc alana aid olan hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Zaminlər qətnamədən apellyasiya şikayəti vermədiklərinə görə qətnamənin zaminlərə aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 17.11.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6210/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6210/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver