Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6216/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Çingiz) Süleyman oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, istifadə hüququnun itirilmiş hesab olunması, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı (Çingiz) Süleyman oğlunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi, real və əldən çıxmış fayda ilə bağlı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, evdən və torpaq sahəsindən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-nin 30 avqust 1990-cı il tarixli 15 saylı qərarı ilə X7 Mərdəkan qəsəbəsi, 3/434 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 450 m2 torpaq sahəsi ayrılmış, həmin sahədə tikilmiş ümumi sahəsi 378,8 m2 olan yaşayış sahəsi 3/434 saylı ev olaraq Araz Dadaşevin adına qeydiyyata alınmışdır.
2. X9 ilə X10 xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Dadaşeva” soyadı verilmiş, nikahlarından xx.xx.2000-ci il tarixdə Məhəmmədəli, xx.xx.2002-ci il tarixdə Əmirəli, xx.xx.2003-cü il tarixdə Orucəli, xx.xx.2008-ci il tarixdə Şahzadə adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə nikahın pozulması, nikahlarından doğulmuş uşaqlarının – Məhəmmədəli Araz oğlunun, Cavabdeh4, Cavabdeh5 və X3 Cavabdeh1 yanında qalmaları qət edilmişdir.
3. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evi 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsi əsasında X10 tərəfindən 30 000 (otuz min) manata İddiaçı (Çingiz) Süleyman oğluna satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixdə verdiyi çıxarışla əmlak Bilal (Çingiz) Süleymanlının adına qeydiyyata alınmışdır.
4. Cavabdeh1 İddiaçı (Çingiz) Süleyman oğluna və X7 qarşı “onunla X10 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan evin və ünvan 3 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinin X7 bağışlanmasına dair müqavilələrin, X10 ilə İddiaçı (Çingiz) Süleyman oğlu arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinə dair AN- İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi” tələbləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 mübahisəsi gedən evə istifadə hüququ itirilmişdir (iş səh. 39).
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Cavabdeh1 X7 və digərlərinə qarşı “bağışlama müqaviləsinin ləğv olunması” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
10. Cavabdeh1 İddiaçı (Çingiz) Süleyman oğluna, X7 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 6 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyriyaşayış sahəsinə dair X10 ilə İddiaçı (Çingiz) Süleyman oğlu arasında bağlanmış 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li və 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli və 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən İddiaçı (Çingiz) Süleyman oğlunun vəkili Vəkil2 ünvanlanmış 20 sentyabr 2018-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh3 xx.xx.2016-cı il, Cavabdeh4 xx.xx.2018-ci il, Cavabdeh5 xx.xx.2016-cı il tarixdən ünvan 7 ünvanına qeydiyyata alınmışlar.
14. 17 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 007024 №-li “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnaməyə görə, X2 adını Çingizdən “Bilal”a dəyişdirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı (Çingiz) Süleyman oğlu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları məqsədilə onların həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən sındırılmış qapının təmiri və bərpası ilə bağlı 500 (beş yüz) manat miqdarında real maddi zərərin, əldə çıxmış fayda ilə bağlı 2500 (iki min beş yüz) manat miqdarında maddi zərərin, mənəvi zərərlə əlaqədar 10 000 (on min) manatın Cavabdeh1 və Cavabdeh2 xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, X10 ilə arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evini 30 000 manata satın almış, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 17 avqust 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* №-li çıxarışla həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 sözügedən ünvandakı fərdi yaşayış evinə müvafiq ardıcıllıqla xx.xx.2016-cı il, xx.xx.2018-ci il və xx.xx.2016-cı il tarixlərdə qeydiyyata alınmışlar. O cümlədən, xx.xx.2008-ci il təvəllüdlü X8 da həmin ünvanda qeydiyyatdadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə X10 arasında olan rəsmi nikah qeydiyyatının pozulması, onların övladları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 Cavabdeh1 ilə birlikdə qalmaları qət edilmişdir. 26 may 2018-ci il tarixdə iş üzrə cavabdehlərin onun mülkiyyətində olan evə daxil olmalarına dair məlumat alan kimi bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 20 iyul 2018-ci il tarixli qərara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Evin açarlarının hal-hazırda onda olmasına baxmayaraq, evə daxil ola bilmir, evə dair mülkiyyət hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması barədə məlumatlı olduqları halda, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 iradəsinə zidd olaraq və qapını sındırmaqla evinə daxil olmuşlar. 29 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsə də, sözügedən qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərarı ilə 29 avqust 2018-ci il tarixli qərar qanunsuz və əsassız olması səbəbilə ləğv edilmişdir. Sözügedən şəxslərin hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı mənəvi zərər də vurulmuşdur. Belə ki, cavabdehlərin onu qanunsuz olaraq mülkiyyət hüququndan məhrum etməsi, məsələ ilə bağlı polis idarəsində olması, hüquqlarının müdafiə və təmsil olunması üçün vəkil tutması, eləcə də göstərilənlərlə əlaqədar olaraq mənəvi iztirablar, əsəb, sarsıntılar keçirməsi cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulmasına dəlalət edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində sındırılmış qapının təmiri və bərpası ilə bağlı ona 500 (beş yüz) manat, mənəvi ziyanla əlaqədar isə 10 000 (on min) manat zərər dəymişdir. Mühüm məqamlardan biri də əldən çıxmış fayda ilə bağlıdır. Belə ki, yay mövsümü ilə əlaqədar olaraq həmin fərdi yaşayış evinin yerləşdiyi ərazi həm də əlverişli turistik-rekreasiya imkanlarına malik olduğundan bir neçə ay müddətinə mülkiyyətində olan həmin fərdi yaşayış evini 500 manat məbləğində kirayə haqqı ödənilməklə digər şəxslərin müvəqqəti əvəzli istifadəsinə vermək niyyətində olmuşdur. Lakin qeyd edilən səbəblərdən bu mümkün olmamış, 5 ay (yəni may, iyun, iyul, avqust və sentyabr ayları) üçün 2500 manat miqdarında fayda əldən çıxmışdır. Bununla da real zərərdən əlavə, həm də əldən çıxmış fayda ilə əlaqədar zərər dəymişdir. X1 arvadı Cavabdeh1 X7 və ona qarşı Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi döngə 8, ev 5C ünvanında yerləşən fərdi yaşayış evinə dair bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, həmin yaşayış evinin ona qaytarılmaqla mülkiyyət hüququnun bərpa edilməsi və uşaqları ilə birlikdə sözügedən mənzilə köçürülməsini xahiş etmiş, məhkəmənin 26 oktyabr 2016cı il tarixli qətnaməsinə əsasən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən yuxarı instansiya məhkəmələrinə verilmiş şikayətlər nəticə etibarilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun və həmin hüququn tərkib hissələrindən biri olan istifadə hüququnun bağışlama müqaviləsi ilə X7, daha sonra AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinə əsasən ona keçməsi Cavabdeh1 övladları ilə birlikdə həmin evə köçürülmə tələbini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinin tələbləri baxımından istisna etmişdir. Cavabdehlərin hazırda həmin evdə qeydiyyatda olmaları onların istifadə hüququna dəlalət etmir və bu baxımdan heç bir hüquqi nəticəyə səbəb olmamalıdır. Odur ki, cavabdehlərin sözügedən yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların istifadə hüququnun məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi zəruridir.
17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, qətnamənin Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
18.1. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. 18.2. Belə ki, qanunvericiliyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. 18.3. Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. 18.4. Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X8 iddiaçıya məxsus ünvan 8 ünvanında qeydiyyatda olmaqla orada yaşasalar da, həmin evdən istifadə hüquqları barədə onlarla evin mülkiyyətçisi-iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehlərin həmin evdən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və ona görə də onların mübahisəli evdən istifadə hüquqları əmələ gəlməmişdir. 18.5. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının mövcud olmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, onların mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində rədd edilməlidir. 18.6. Eyni zamanda, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, onlar həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı və bu qətnamənin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 fərdi yaşayış evindən qeydiyyatdan çıxmaları üçün əsas olması nəzərə çatdırılmalıdır. 18.7. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Bunun nəticəsində iddiaçı mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxmamaları maneçilik törədir. Beləliklə, işin hallarına əsasən İddiaçı (Çingiz) Süleyman oğlunun fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1 -ci maddəsinin pozulması kimi də baxıla bilər. 18.8. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sındırılmış qapının təmiri və bərpası ilə bağlı 500 (beş yüz) manat miqdarında real maddi zərərin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əldə çıxmış fayda ilə bağlı 2500 (iki min beş yüz) manat miqdarında maddi zərərin, eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənəvi zərərə görə 10000 (on min) manat dəyərində pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı öz tələbinin qeyd olunan hissədə əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır.
19. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152-ci, 157-ci, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad etmişdir.
20. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, cavabdehlərin mübahisəsi gedən evdə hansı əsaslarla yaşadıqlarını və hansı əsaslarla evə qeydiyyata alındıqlarını araşdırmadığı, istifadə hüquqları olduğu və iddiaçının da bunu bildirməsinə baxmayaraq cavabdehlərin istifadə hüquqlarının olmadığı barədə qanunsuz nəticəyə gəldiyi, cavabdehlərdən ikisinin uşaq olduqlarını nəzərə almadığı, Mülki Məcəllənin 228-ci maddəsinin tələbini, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il və xx.xx.2020-ci il tarixli qərarlarındakı mövqeləri gözardı etdiyi, nəticəsinin işin hallarına uyğun gəlmədiyi, qanunu səhv təfsir etdiyi arqumentləri ilə əsaslandırmışdır. b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
21. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 isə şikayətin əsassız olduğunu bildirmiş, işə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
30. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
31. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
32. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
35. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun
36. Maddə 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
37. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
40. Maddə 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.
41. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onların rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, Cavabdeh1 isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Başqa sözlə qətnamənin, iddianın təmin olunmaması ilə bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bilal (Çingiz) Süleymanlının mülkiyyətindədir və cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin ünvanda pasport qeydiyyatındadırlar.
52. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, cavabdehlərin heç birinin iddiaçının mülkiyyətində olan sözügedən evə istifadə hüquqları mövcud deyildir. Belə ki, Cavabdeh1 ünvan 8 ünvanında yerləşən evə istifadə hüququnun olmadığı Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təsbit edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, eləcə də evə qeydiyyata alınmış Cavabdeh6a cavabdeh Lalə Dadşevanın övladları olmaqla onlar, Lalə Dadaşova ilə X5 nikahlarının pozulduğu dövrdə yetkinlik yaşına çatmayan şəxslər olmuş (Cavabdeh6a hazırda da yetkinlik yaşına çatmamışdır), Mülki Məcəllənin 27.2-ci maddəsinin mənasına görə onların yaşayış yerləri himayəsinə verildikləri Cavabdeh1 yaşayış yeri olmuşdur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir.
54. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. ...Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008-ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. ...Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”.
55. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, “Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları” nəticəsinə gəlməkdə haqlı olmuşdur.
56. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 25,26).
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
58. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdehlərin mübahisəsi gedən ev üzərində hər hansı hüquqları mövcud deyildir və onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etmələri, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə haqlı olaraq təmin etmişdir.
59. Kollegiya, birinci instansiya məhkəməsinin “qətnamənin Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması” nəticəsi ilə də razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi yaşayış sahəsindən çıxarılma barədə qətnamənin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğunu təsbit etmişdir (§ 37).
60. Kollegiya onu da qeyd edir ki, iş üzrə cavabdehlər qismində göstərilmiş Cavabdeh4, Cavabdeh5 və X8 iddia ərizəsi məhkəməyə verildiyi zaman yetkinlik yaşına çatmayan şəxslər olsalar da (Cavabdeh6a hazırda da yetkinlik yaşına çatmamışdır), onları faktiki olaraq qanuni nümayəndələri olan anaları Cavabdeh1 təmsil etmişdir (§ 40).
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-12/2022 saylı iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov