Məhkəmə qərarları › İş №2(103)-6218/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6218/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6218/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3658/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6906/2024 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 30 noyabr 2010-cu il tarixdə 1587 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh tutulub cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş 05801 nömrəli vəsiqənin surətindən görünür ki, 2-ci qrup gözdən əlil Cavabdeh xx.xx.2015-ci il tarixdən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür. N.Tusi adına Hospitalın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən bugünədək N.Tusi adına Hospitalın Fizioterapiya və tibbi reabilitasiya bölməsinin masajçısı vəzifəsində çalışır və aylıq əmək haqqısı 550 manatdır. Müvafiq vergi tutulmalarından sonra qalıq məbləğ 495 manatdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-867/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.1952-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gələn və hazırda yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşaq üçün təyin edilən 100 manat məbləğində alimentin dəyişdirilərək bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin cavabdehdən tutulması, həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavadehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 noyabr 2010-cu il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1587 saylı akt qeydi ilə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında bağlanmış nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6906/2018 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 100 manat məbləğində alimentin tutulması və s. tələblər barədə qətnamə qəbul edilmişdir. Cavabdehdən tutulmuş olan alimenti cavabdeh sabit şəkildə ödəmir. Həmçinin həmin aliment hal-hazırki Yaşayış minimumu haqqında Qanunun tələblərinə əsasən uyğunsuzluq təşkil edir. Cavabdeh iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6906/2018 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulması qət edilmişdir. Aliment tələbi olaraq məhkəmə tərəfindən müəyyən olunan məbləğ onun tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Övladlarının saxlanılması üçün hal-hazırda davam etdirilən alimentin (200 manat) ödənilməsinə heç bir etiraz etmir. Lakin o, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvü olduğuna görə sağlamlıq imkanının məhdud olması (2-ci qrup əlil) və eyni zamanda atası X6 xəstəliklə bağlı qətnamə ilə fəaliyyət qabiliyyətsiz elan olunmuş şəxsin onun himayəsində olması səbəbindən övladlarının saxlanılması üçün aliment məbləğinin artırılması iddiasına etiraz edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsinə etirazına uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, iki uşağa görə cəmi 200 manat aliment ödəyir. Ən uzağı iki uşağa görə cəmi 300 manat aliment ödəyə bilər. Belə ki, gözdən əlildir və fəaliyyət qabiliyyəti olmayan atası hazırda onun himayəsindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3658/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6906/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən 6 ilə yaxın müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bununla belə, yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, cavabdehin 2-ci qrup gözdən əlil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə isə rədd edilməlidir. Çünki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşaqların maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı X7 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3658/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X7 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gələn və hazırda yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşaq üçün təyin edilən 100 manat məbləğində alimentin dəyişdirilərək bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin cavabdehdən tutulması, həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3658/2024 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6906/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X3 xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Aşağıdakılara əsasən hesab edir ki, qətnamə əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabdeh İİ qrup gözdən əlildir. Bundan əlavə olaraq onun himayəsində fəaliyyət qabiliyyətsiz elan olunmuş şəxs yəni atası vardır. Həmçinin də cavabdehin rəsmi iş fəaliyyətinin olması qeyd edilmişdir. Burada sual yaranır ki, necə olur ki, cavabdeh əlil olması ilə yanaşı o başqa bir şəxsin də qəyyumu kimi çıxış edir. Deməli onun fiziki imkanları məhdud sayılsa da gündəlik həyat və yaşam şəraiti üçün kifayət qədər sağlamlıq imkanı vardır. Onun hazırda rəsmi iş fəaliyyəti var, əlilliyə görə təqaüd alır və digər formada yardımlar almaqdadır. Cavabdehlə birgə nikahlarından dünyaya gələn övladlarına baxmaq ata kimi onun vəzifəsidir. Belə çıxır ki, cavabdehin imkanı yalnızca özünə görədir. Məhkəmə tərəfindən bütün bu hallar nəzərə alınmalı, cavabdehin əmək haqqı alması, əlilliyə görə təqaüd alması, uşaqların xərclərinin günü-gündən çox olması, cavabdehin bir ata kimi vəzifələrini laiqli şəkildə yerinə yetirməməsi, hətta nikah pozulduqdan sonra onların yaşaması üçün bir şərait də qurmaması nəzərə alınmalıdır. Uşaqların digər bütün xərcləri sırf idiaçı tərəfindən qarşılanır. Bunların içində onların müxtəlif növ əyləncələri, profilaktik olaraq həkim müayinələri, kurs və digər məşğələləri, geyim, oyun və sair xərcləri aylıq bir uşaq üçün 800 manatdan çoxdur iki uşaq üçün də 2000 manata kimi xərclər çıxmaqdadır. O, həmin xərclərin yarısını deyil, qanunda nəzərdə tutulmuş minimum həddlərdə, yəni bir uşaq üçün 235 manat olmaqla aliment tələb edir. Bütün bunlar nəzərə alınarkən məhkəmə tərəfindən qiymətləndirilməlidir ki, uşaqlarının təlim-tərbiyəsində təkcə o, iştirak edir. Cavabdehin yaxından və ya uzaqdan onların təlim-tərbiyəsində, dünya görüşlərinin artırılması üçün müəyyən tədbirlərdə iştirakında, gələcəkdə ölkəyə və vətəninə laiqli və savadlı bir şəxs olması üçün iddiaçı tək başına onlara həm ata həm anadır. Bütün bunlar nəzərə alınarkən məhkəmə qiymətləndirilmə apardığı zaman uşaqların təkcə alimentlə deyil, əlavə ehtiyaclarının da olması nəzərə alınmalıdır. Məhkəmə tərəfindən düzgün araşdırılma aparılsaydı cavabdehin rəsmi əmək haqqından əlavə nəqədər gəliri olması, yəni ki, əlilliyə görə təqaüd alması, qəyyum kimi əlil olduğu halda necə çıxış etməsi, ümumiyyətlə qəyyum təyin edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamının olubolmaması, yoxdursa buna görə ona aliment təyin edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmaması qiymətləndirilər və minimum həddə yəni bir uşaq üçün 235 manat olmaqla alimentin tutulması qərara alınardı. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarili, 2(004)-3658/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş edib izahatında göstərmişdir ki, o təyin olunan alimenti vaxtı-vaxtında ödəyir, bundan başqa övladları üçün geyim əşyaları alır, onların istirahətinin təmin edilməsi üçün əlavə vəsait xərcləyir. Masajçı kimi iş olduğu təqdirdə əlavə qazancı olur. İddiaçı həkim olmaqla qazanca malikdir. Gözdən əlil olduğundan, himayəsində xəstə atası olduğundan alimentin artırılmasına razı deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. -Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilərək Cavabdeh tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 200 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək artırılması barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, alimentin təyin olunduğu vaxtdan artıq altı il müddət keçmiş, uşaqlara çəkilən xərclər artmış, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Bundan başqa cavabdehin izahatı ilə müəyyən olunur ki, onun rəsmi gəlirləri ilə yanaşı əlavə gəlirləri də vardır. Ona görə də cavabdehdən, İİ qrup əlil və himayəsində xəstə valideyni olmasını nəzərə alıb, hazırda iki uşağa görə tutulmalı olan alimentin 300 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Bundan başqa aliment ödəyən valideynin işləməməsi və ya az qazanca malik olması belə onu uşaqlarını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd edilməlidir ki, ailə qanunvericiliyinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Kollegiya hesab edir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına uyğundur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3658/2024 nömrəli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulmalı olan alimentin məbləği hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar