Məhkəmə qərarları › İş №2(103)-622/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-622/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-622/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, "xxxx" ASC mübasihə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, "xxxx" ASC mübasihə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, xx.xx.2022-ci il tarixə saat 11 radələrində Cavabdeh idarə etdiyi Mercedes Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkətdə olan zaman Caspian Shoping Ticarət Mərkəzinin qarşısında düzgün ara məsafəsi seçməməsi səbəbindən idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin zaman qarşısında dayanmış vəziyyətdə olan X6 idarə etdiyi Toyota Prius markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən Toyota markalı avtomobilin ön hissəsi özü qarşısında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi Mazda CX-5 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə, Mazda markalı avtomobilin ön sağ hissəsi isə, qarşısında ona perpendikulyar vəziyyətdə dayanmış X2 idarə etdiyi Volksvagen Passat markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə toqquşmuşdur.

2. Bakı Şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X14 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunur ki, aparılmış təhqiqat araşdırması zamanı xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X9 və X5 dərəcəsi təyin edilməyən bədən xəsarətləri aldıqları müəyyən edilmişdir. Hazırda qüvvədə olan cinayət qanunvericiliyinə əsasən qeyd olunan xəsarətlər cinayət məsuliyyətinə səbəb olmadığından və toplanmış materialda hər hansı bir cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin yol-nəqliyyat hadisəsi Mercedes-Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən və hərəkətlərində “X21“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələbinə uyğunsuzluq olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməlidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı, "xxxx" ASC mübasihə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 14500.75 manat məbləğində ziyanın və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsindən sonra "xxxx" ASC tərəfindən “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilərək “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablama aktı tərtib olunmuşdur. Qeyd edilən hesablama aktında “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3.870 manat müəyyən edilmişdir. Lakin İddiaçı şəxsi vəsaiti hesabına "xxxx" MMC-də həyata keçirtdiyi texniki baxış zamanı “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə 14500.75 manat ziyan vurulduğu müəyyən edilmişdir. “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın düzgün qiymətləndirilmədiyindən iddiaçı “hesablama aktı” imzalanmamış, yenidən ekspertiza həyata keçirilməsi barədə "xxxx"ASC-yə məktub ünvanlasa da müsbət nəticə əldə edə bilməmişlər.

5. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ““Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 10549,50 (on min beş yüz qırx doqquz manat əlli qəpik) manat və ödənilmiş 134 manat dövlət rüsumunun 96,50 manatı tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 300 (üç yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması və hadisədə Cavabdeh təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd etmişdir ki, nəqliyyət vasitəsinə vurulmuş zərərin məbləğini müəyyən etmək üçün mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyində qeyri-dəqiqliklər olduğundan mülki iş rəy verilməsi üçün yenidən ekspertizaya gönərilmişdir və alınmış son ekspert rəyindən avomobilə vurulmuş zərərin 12871 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh idarə etdiyi “Mercedes Benz ML350” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olduğundan sığortaçı "xxxx" ASC tərəfindən 2321,50 manat pul faydalanan şəxs İddiaçı ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ödənilməli olan zərərin məbləği müəyyənləşdirilərkən avomobilə dəymiş zərərin məbləği olan 12871 manat puldan ödənilməli sığortalı ödənişinin məbləği, yəni 2321,50 manat pul çıxılmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-288/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, avtomobilin təmir olunmadığı barədə iddiaçı tərəf məhkəməyə yanlış məlumat versə də, “Мazda CХ-5” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi tərəfindən çoxdan təmir edilərək istifadə edildiyi barədə məlumat aldığından, həmin avtomobilin hadisənin baş verdiyi tarixdən hazırkı vaxta kimi Bakı şəhəri ərazisində hərəkətdə olub-olmaması, həmin avtomobili idarə edən sürücünün yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilibedilməməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə və Baş X27 İdarəsinə sorğularla müraciət ediblər. Həmin sorğu məktublarına vaxtında cavab verilmədiyi üçün, sübutların tələb ediməsi barədəxx.xx.2023cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktının hansı meyarlarla tərtib edilməsi, ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün avtomobilin zədələnmiş hissələrinin necə müəyyənləşdirilməsi, həmin hissələrin sökülüb-sökülməməsi, sonradan həmin hissələrin avtomobilin üzərinə bağlanılıbbağlanılmaması, yaxud harada saxlanılması barədə rəsmi cavabın verilməsinin a "xxxx" MMC-dən tələb edilməsini, habelə “Мazda CХ-5” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisənin baş verdiyi tarixdən hazırkı vaxta kimi Bakı şəhəri ərazisində hərəkətdə olub-olmaması, həmin avtomobili idarə edən sürücünün yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilibedilməməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən tələb edilməsini xahiş ediblər. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi vəsatətlə bağlı hər hansı qərar qəbul etmədi. Bundan başqa, tərəflərindən dəfələrlə iddiaçıya və onun nümayəndəsinə bildirilmişdir ki, avtomobil artıq təmir olunmuşdursa, təmirə çəkilmiş xərcləri təsdiq edən müvafiq maliyyə sənədlərini təqdim etsin. Əgər avtomobil hələ təmir olunmayıbsa, avtomobilə dəymiş ziyanın dəqiq və qərəzssiz müəyyənləşdirilməsi üçün avtomobili bizim iştirakımızla ixtisaslı mütəxəssisin baxışına təqdim etsin. Həmçinin bildirmişdilər ki, avtomobili onların iştirakı ilə ixtisaslaşmış müvafiq müəssisədə təmir etdirməyə və təmirlə bağlı bütün xərcləri çəkməyə hazırdırlar. Lakin iddiaçı tərəf məhkəmə iclaslarında dəfələrlə inadla bildirmişdir ki, avtomobil hadisədən sonra olduğu vəziyyətdə saxlanılır, təmir olunmayıb. Avtomobil yalnız "xxxx" MMC- də təmir oluna bilər. Başqa heç bir yerdə təmirinə razı deyillər. Buna baxmayaraq, sonradan onların sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan “Mazda CX-5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “X21” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirmədən etibarnamə əsasında idarə etdiyinə görə vətəndaş X15 barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə EQ13309761 nömrəli elektron qərar qəbul edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə həmin Qanunun 42-ci maddəsinin tələbinə riayət etməyərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə avtomobili etibarnamə əsasında idarə edən vətəndaş X10barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Bu, onu göstərir ki, iddiaçı avtomobili artıq təmir etmiş və avtomobili idarə edən iki müxtəlif şəxslər nəqliyyat vasitəsinin istismarı və yol hərəkəti qaydalarını pozduğuna görə inzibati tənbehə məruz qaldığı halda, iddiaçıməhkəmə iclasında düzgün olmayan məlumat verərək avtomobilin guya təmir olunmadığını iddia etmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 təkrarən müraciət edərək avtomobili iddiaçı tərəfin iştirakı ilə təmir etdirməyə hazır olduqlarını bildirdilər. Lakin Vəkil1 buna razı olmadığını bildirdi. Daha sonra avtomobilin təmir olunubolunmaması barədə soruşulduqda, Vəkil1 “Mazda CX-5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunmasını və idarə edilməsini təkrarən gizlədərək həmin avtomobilin təmir olunmasına çəkilmiş xərclərlə bağlı hər hansı sübut təqdim etmədi. Onlar avtomobilin artıq təmir olduğunu və idarə edildiyini təsdiq edən DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubunu məhkəməyə təqdim ediblər. Bundan sonra hakim işi kifayət qədər hazırlanmış hesab edərək işin məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxardı. Növbəti prosesdə, yəni xx.xx.2023-cü il tarixdə məhkəmənin baxış iclasında iddiaçının nümayəndəsi avtomobilin təmir olunduğunu bildirərək, guya avtomobilin Məmmədov Sərxan adlı şəxs tərəfindən təmir edildiyini, təmirin ümumi dəyərinin 13300 manat olduğunu, həmin puldan 300 manat endirim məbləği çıxarıldıqdan sonra 13000 manat ödəniş edilməsi barədə xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərini təqdim etmişdir. Cavabdeh tərəf olaraq, onlar iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin saxta olmasını və qoyulmuş tələblərə cavab vermədiyini, habelə, Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər tərəfindən sübutların birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək təqdim edilməli olduğunu məhkəmənin diqqətinə çatdıraraq, həmin qəbzlərin sübut kimi qəbul edilməməsini məhkəmədən xahiş etsələr də, məhkəmə heç bir əsas gətirmədən qanunsuz olaraq, onların xahişini nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, bu hadisə xx.xx.2022-ci il saat 22:30-da baş verib. Orada zərərçəkmişin 3 nəqliyyat vasitəsi olub, 2 nəqliyyat vasitəsi heç bir problem olmadan həll edilib. İcbari sığortadan 5000 manat ayrılıb və orada heç bir narazıçılıq olmayıb. Bu hadisədən bir ay keçdikdən sonra iddiaçının nümayəndəsi ona zəng edərək onlara 13-14.000 manat pul verməli olmağını dedi. Ondan kim olduğunu soruşduqda "xxxx" MMC-nin departamenti direktorunun dostu olduğunu dedi. O, belə başa düşüb ki, o, burada pul qazanmaq istəyir. Ona bildirib ki, maşını təmir etmək istədiyi halda o, maşını təmir edə bilər. O, maşın Yaponiyanın istehsal etdiyi nəqliyyat vasitəsidir, o avtomobil "Mazda Servis"-də təmir edilməli, rənglənməlidir. Halbuki, maşının buraxılışı 2017-ci ildir. Birinci instansiya məhkəməsində 8 aya yaxın müddətdə 6-7 məhkəmə iclası keçirilib. Məhkəmə iclaslarında qarşı tərəfin vəkili və nümayəndəsi hakimə düzgün və həqiqətə uymayan məlumatlar verib. Hətta, nəqliyyat vasitəsinin "Mazda Servis" də təmir edilməsini də üzərinə götürmüşdü. Onlar X27 Xidmətinə sorğu verib nəqliyyat vasitəsinin çoxdan təmir edilməsi barəsində məlumat aldılar, nəqliyyat vasitəsi hərəkətdə imiş hətta, bir neçə dəfə cərimə də edilib. Qarşı tərəfin vəkili və nümayəndəsi sentyabr ayında iclasın təyin edildiyi gün fevral ayına aid olan maşının təmir edilməsi ilə bağlı 9 sənədi məhkəməyə təqdim edib. Hansı ki, qarşı tərəfin vəkili və nümayəndəsi maşının yapon istehsalı olduğuna görə yalnız "Mazda Servis" də təmir edilə biləcəyini bildirmişdir. 2 dəfə ekspertiza təyin edilməsinə baxmayaraq nəqliyyat vasitəsi heç bir halda ekspertizaya təqdim edilməyib. Nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsinin elə bir əhəmiyyəti yoxdur. Ekspertiza təyin edilməlidir, çünki qəbzdə 22 detallar yazılıb. X25 markalı avtomobilə görə baş verib. Burada birinci əziyyət çəkən Toyota Prius və Volkswagen markalı avtomobillərdir, üçüncü maşın isə Mazda markalı avtomobildir. 22 adda detallar yazılıb, həmin o qüsur aktı "Mazda Servis"-də tərtib edilib. Orada necə qeyd edilibsə, ekspert elə də rəy verib. Onlar orada təmir edib bu qiymətləri alacaqlarına əmin idilər. Nəqliyyat vasitəsinin özü tərəfindən təmir edilməməsinin səbəbi qarşı tərəfdir. Bu qəbzlər 16 fevralda qüsur aktı ilə eyni xəttlə yazılmış qəbzlərdir. 3870 manat ziyan hesablanmışdır, o, onun 2000 manatdan çox hissəsini ödəməyə hazır olduğunu bildirdi və ya nəqliyyat vasitəsini təmir etmək üçün ona verməsini ilk gündən deyib. Mazda markalı avtomobili vurmayıb. Onun vurduğu maşın yolda dayanıqlı vəziyyətdə olub. İlk gündən deyib ki, nəqliyyat vasitəsini ona versinlər, o təmir etsin. İddiaçı da deyir ki, yapon maşınıdır. Hadisə olanda onun amortizasiya xərclərinin 5 ili keçmişdi. Bu maşın yalnız "Mazda Servis"də təmir edilib, rənglənməlidir. Amma, məlum oldu ki, yük maşınlarının təmir edildiyi yerdə təmir edilib. Qəbz də "xxxx" MMC Servisi tərəfindən təqdim edilib. Bununla bağlı sorğunun cavabı var. Sərxan Məmmədov orada maşınların təmiri ilə məşğuldur. Həmin maşını idarə edən xanım da "xxxx" MMC departament müdirinin xanımıdır. Bundan başqa iki dəfə ekspertiza təyin edilib və maşın ekspertizaya təqdim edilmədiyindən birinci instansiya məhkəməsində iş uzanıb. Ekspertin nəqliyyat vasitəsinə baxış keçirildiyi deyilsə də, amma ekspert baxmayıb. Vəkilin bildirdikləri yalandır. 2 maşını özü təmir edib. Vəkil ona zəng vurdu ki, şirkətin rəhbəri onun dostudur, 10-14 min manat ondan alacaqlar. Ekspertiza keçiriləndə guya nəqliyyat vasitəsinin təmirdə olduğunu bildiriblər. Nəqliyyat vasitəsinin rəngli şəkilləri göz qabağındadır. 2321 manatı sığorta ödəyib. İlk gündən o deyibki, maşını ona versinlər, təmir etdirsin. İlk gündən vəkil Yapon maşını olduğunu bildirib. Birinci instansiya məhkəməsində sorğu ediblər. Maşının radara düşdüyünü öyrəndilər. Sığorta şirkətinin verdiyi qüsur aktına görə qalıq məbləğdən əlavə 1000 manat ödəyər. "Mazda Servis"ə gedib, maşının orada olmadığını deyiblər.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, avtomobilin təmir edilməsinə çəkilmiş xərclər barəsində sənədlər məhkəmənin hazırlıq iclasında yox, baxış iclasında, yəni 19 sentyabrda təqdim edilmişdir. Hakim 20 sentyabrda onların iştirakı olmadan qətnaməni elan etmişdir. Ümumiyyətlə, həmin qəbzlərin sübut kimi məhkəmədə qəbul edilməməli idi. Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının hazırlıq iclasında sübutları təqdim etmək üçün kifayət qədər vaxtı var idi. Onlar ayın 19-da avtomobilin artıq hərəkətdə olduğunu və yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə inzibati qaydada tənbeh edildiyini sübut edən sənədləri məhkəməyə təqdim etdikdən sonra qarşı tərəfin vəkili və nümayəndəsi bu qəbzləri təqdim etmişdir. Yəni, qəbzlər sonradan tərtib edildiyinə görə və hazırlıq iclasında məhkəməyə təqdim edildiyinə görə məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir. Bundan başqa onlar vergi orqanlarına sorğu verdilər. Sorğunun cavabından məlum oldu ki, qəbzləri verən şəxs X11 fəaliyyət göstərmir. Fəaliyyət göstərmədiyi halda onun verdiyi qəbzlərin saxta və qeyrimötəbər olduğu ortaya çıxır. Sərxanın özünün o maşını təmir etmədiyini dediyi səs yazıları da var. Cavabdeh ehtiyat hissələrini aldığı halda Sərxan o qiymətləri necə yaza bilər. Yəni, qəbzi xahiş edərək yazdırıblar. "xxxx" MMC-yə də sorğu göndərmişdilər, sorğunun cavabında belə bir avtomobilin sökülmədiyini qeyd edib. O sənədi təmir ediləndən 6 ay sonra saxta şəkildə tərtib ediblər. Qəblər o şəkildə verilməli deyildi. Sərxan bu qiymətləri yazıb, o detalları özü satıb. O əvvəl məhkum edilmiş hazırda ustalıqla məşğul olan şəxsdir. Söhbət nəqliyyat vasitəsinin detallarının alqı-satqısından gedir. O adam ustalıqla məşğuldur və alqı-satqı ilə məşğul ola bilməz. Ola bilsin ki, bununla bağlı ona cərimə tətbiq edilib, çünki biz vergi orqanlarına sorğu yazanda bu məsələlər aydınlaşdı. Həmin qəbzlər müəyyənləşmiş standartlara uyğun deyil. Ekspert onların təqdim etdiyi sənədlərə əsasən dəymiş ziyanın 3000-dən çox olduğunu və "Mazda Servis"-in təqdim etdiyi sənədlərə əsasən isə bu qədər olduğunu bildirib, yəni ekspert heç bir araşdırma aparmayıb. Hər bir tərəf öz tələblərində istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfin vəkili sözlərə istinad edir. İddiaçı dəfələrlə bildirib ki, avtomobil yanlız "Mazda Servis"də təmir edilə bilər. Onlar məhkəmə prosesində yenidən avtomobilin onlara təmir edilmək üçün verilməsini təklif etdilər, razılaşmadılar. Avtomobilin işləyib-işləmədiyini, təmir edilibedilmədiyini soruşduqda işləmədiyini və təmir edilmədiyini bildirdilər. Onlar yanlız Nazirliyə sorğu verdikdən sonra avtomobilin işlədiyini və istifadədə olduğunu öyrəndilər. Hətta, inzibati xəta törətdiyinə görə protokol da tərtib edilib. Məlum olub ki, avtomobil "Mazda Servis"də yox, başqa yerdə təmir edilib. Həmin qəbzləri də ekspertiza təyin edilə bilməsə də,məlum olur ki,bu heç də həqiqəti əks etdirməyən qəbzlərdir. Avtomobil Mazdada təmir edilməli olduğu halda üçüncü yerdə təmir edilib. Məhkəmənin qərardadında ekspertizanın avtomobilə baxış keçirilməklə keçirilməsi yazıldığı halda, avtomobilə baxış keçirilmədən keçirilib. Ekspert rəyi yalnız hesablama aktına əsasən verilib. Onlar niyə "Mazda Servis"in düzgün qiymətləndirdiyini, lakin, "xxxx" ASC-nin yanlış qiymətləndirdiyini desinlər. Halbuki, "xxxx" ASC hadisədən dərhal sonra maşına baxaraq qiymətləndirməni edib. Ekspertiza keçririlməsindən ekspert imtina edib, bunun səbəbi zərərçəkənin avtomobili ekspertizaya təqdim etməməsidir. Hesab edir ki, avtomobili iddiaçı tərəf qəsdən, şüurlu şəkildə ekspertizaya təqdim etməyib. Mötəbər olmayan sübutları məhkəməyə sübut kimi təqdim etməyə çalışıb. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İlkin ekspertiza rəyini sübut kimi qiymətləndirmək olmaz. Ona görə də onlar hesab edir ki, ekspertizanın imtinası barədə ekspertin məktubu əsaslıdır. İddiaçı tərəf borclu idi ki, avtomobil ekspertizaya təqdim edilsin və ekspert avtomobilə baxış keçirib rəy versin. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır, iddia tələbi də rədd edilməlidir. Cavabdeh tərəfin iddiaçıya ödəməli olduğu məbləğ "xxxx" ASC-nin təqdim etdiyi aktda nə qədər zərər vurduğu dəqiq göstərilib, həmin zərər hissəsində onlar cavabdehdirlər. Onun da "xxxx" ASC əsas hissəsini ödəyib. "xxxx" ASC-nin müəyyən etdiyi 3870 manat məbləğdən 2321 manatını ödənilib. Cavabdeh 1000 manat da əlavə ödəyəcəyini bildirir. Onlar dəfələrlə deyiblər ki, avtomobili gətirsinlər və onlar təmir etsinlər.

13. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o vətəndaşla danışanda ona sığortadan pulu almağını və ona heç bir pul verməyəcəyini dedi. İkinci dəfə zəng edəndə isə ən çoxu 1000 manat qoyub verəcəyini dedi. Ona o stop işığının birinin qiymətinin 2750 manat olduğunu və gedib istədiyi yerdən araşdırmasını deyib. Maşın hər iki tərəfdən əzildiyinə görə orada detalların sayı çox olub. Onlar vətəndaşla dəfələrlə razılığa gəlməyə çalışıblar, hətta qətnamə çıxandan sonra belə cavabdehin vəkili və nümayəndəsi ilə əlaqə saxlayıb razılığa gəlməyi təklif ediblər. Ona 9000 manat verdiyi halda məsələnin həll olunacağını bildirib, amma onunla razılaşmadı. "xxxx" MMC-nin maşınları da həmin servisdə Avtovağzal tərəfdə yerləşən servisdə təmir edilib. Onun iş yoldaşı olmasına baxmayaraq onunla arasında soyuq münasibət yaranmışdı. Hadisə iyun ayının 25-da baş vermişdi, sentyabrın 23-də iclas təyin edilmişdi. 3 dəfə ekspertiza təyin edilib. Onun işin ekspertizadan qayıtmasından xəbəri olmurdu. O maşının təmir edilib-edilməməsi barədə heç maraqlanmırdı. Hakim soruşanda ondan maşını düzəldib-düzəltməməyini soruşub, ona maşını başqa servisdə düzəltməsini dedi. Ondan hansı səbəblə başqa servisdə düzətdirdiyini soruşduqda o, iş yeri olduğundan bəlkə qiymətləri ucuz olacağını fikirləşdiyinə görə orada etdiyini bildirdi. Maşının təmirini ucuz qiymətə ediblər. "Mazda Servis" maşını elə-belə təmir edib, sonra maşının altında nə qədər problemlər çıxdı. Bundan sonra həmin o problemlərə görə əlavə xərclər çıxıb. Ekspert rəyində 12.900 manat qeyd edilib, amma onların oraya 14.500 manat xərci çıxıb. Onların işlədiyi yerdə olan Sərxan qəbzlərdə detalların qiymətini daha ucuz qiymətə yazdığını bildirirdi. Maşının görünməyən təmir olunmalı yerləri var, hansı ki, bunu nə "Mazda Servis" nə də digər yerdə görməyiblər. 3 dəfə ekspertiza keçirilib "Mazda Servis"in rəyi var. O qarşı tərəfi məhkəməyə verəcəyini bildirib, nəyisə alacağını deməyib. Sığorta məbləği cəmi beş min olduğuna görə pulu bölüblər. Ekspert rəyində "Mazda Servis" dəyən ziyanı 14500 manatla dəyərləndirib, amma ziyan 12900 manatdır. Qarşı tərəfin ekspert qarşısında qoyduğu suallar birinci ekspertizada qoyulmuş suallardır, yəni, bu suallara ekspert cavab verib. Ekspert rəyində 12941 manat özü,14500 manat Mazda Servisin ziyanı müəyyən etməsini bildirir. Sığorta onlara 2150 manat ödəyib, amma məhkəmə onu 2500 manat qeyd edib. Maşını həmin yerdə təmir ediblər, onlar gedib Sərxanın orada işlədiyini görüblər və qəbzləri onlara Sərxan verib. Maşın hal-hazırda istifadə edilir. Amma, onlar maşını ekspertizaya təqdim edə bilərlər. Ustanın biri şəhid olduğuna görə onu və işdən çıxmış digər işçi iştirak edə bilməyəcəklər. Sərxanı çağıra bilərlər. O ekspertə zəng edib. Ekspert ondan maşının harada olduğunu, sürülüb-sürülmədiyini və təmir olunubolunmadığını soruşdu. Ona maşının onlarda olduğunu, hazırda sürüldüyünü və təmir olunduğunu deyib. Ekspert dedi ki, onda baxış üçün zərurət yoxdur. O da ekspertdən bu məsələnin sonradan problem olub-olmayacağını soruşub. Özü dedi ki, maşın təmir edildikdən sonra baxışın mənası yoxdur. "xxxx" ASC özü də etiraf etmişdi ki, çox məbləğ təyin edə bilməz. Onlara 2500 manat təyin etmişdilər. Birinə 1500,digərinə 1000 manat təyin etmişdilər. Maşının bir arxa işığı 2750 manatdır, maşının ziyanını da 3800 manat qiymətləndirmişdilər. Bu məntiqsizdir, orada təkər də əzilmişdi. Onlar məhkəmə qətnaməsindən 5-6 ay əvvəl maşını təmir etdirmişdilər. Nərimanov Rayon Məhkəməsində ekspertiza olub, Bakı Apellyasiya Məhkəməsində ekspertizaya olub. Heç birində təhvil verilmə olmayıb. 3 dəfə ekspertiza keçirilib. Maşını təqdim etməmək gülünc fikirdir. Onlar maşını təqdim etmədiyi halda bu ekspertiza rəyində göstərilməli idi. Xahiş edir ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Servis 14.000 manata maşını təmir edib. Onlar "Mazda Servis" də maşını saxladılar, 3 ay maşın orada qaldıqdan sonra onlar maşını götürməyi tələb etdilər. Onlar orada qalmasına görə 1200 manat da pul ödəyiblər. Maşınının hissələrini də yığdılar. Bir müddət onlarda qaldı, ondan sonra onlar maşını ustaya verdilər. Nərimanov Rayon Məhkəməsində barışmaq istədiyini bildirib, amma indi heç nəyə razı deyil.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası "xxxx" ASCnin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

21. İşin halları odur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi Mercedes Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkətdə olan zaman Caspian Shoping Ticarət Mərkəzinin qarşısında düzgün ara məsafəsi seçməməsi səbəbindən idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin zaman qarşısında dayanmış vəziyyətdə olan X6 idarə etdiyi Toyota Prius markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən Toyota markalı avtomobilin ön hissəsi özü qarşısında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi Mazda CX-5 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə, Mazda markalı avtomobilin ön sağ hissəsi isə, qarşısında ona perpendikulyar vəziyyətdə dayanmış X2 idarə etdiyi Volksvagen Passat markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi tərəfindən hadisə ilə əlaqədar olaraq araşdırılma aparılmış, əməldə cinayət tərkibi olmadığı müəyyən edildiyindən “cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən yol-nəqliyyat hadisəsi Mercedes-Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən və hərəkətlərində “X21“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələbinə uyğunsuzluq olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməli olduğu qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilərək “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablama aktı tərtib olunmuşdur. Qeyd edilən hesablama aktında “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3.870 manat müəyyən edilmişdir. Lakin İddiaçı şəxsi vəsaiti hesabına "xxxx" MMC-də həyata keçirtdiyi texniki baxış zamanı “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə 14500.75 manat ziyan vurulduğu müəyyən edilmişdir. “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın düzgün qiymətləndirilmədiyindən iddiaçı “hesablama aktı” imzalanmamışdır. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə dəymiş zərərin Cavabdeh tutulmasını xahiş edir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli və "Rotary Motors” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Mazda CX-5” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12841 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, Nəqliyyat nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422- li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2017-ci il buraxılışlı “Mazda CX 5 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-288/2023 №-li mülki iş materiallarında olan (cild i.v 21-27) 28.07.202-ci il tarixli, “Hesabat” və “Atəşgah" ASC-nin xx.xx.2022-ci il tarixli “Hesabat aktı” əsasında hesablanır. 1.1. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" MMC- nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə “Hesabat”a əsasən 2017-ci il buraxılışlı “Mazda CX 5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə aşınma tətbiq etməklə təmir-bərpa xərci təxminən 12871,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 10070,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2771,00 manat. 2. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" ASC-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə “Hesabat"a əsasən 2017-ci il buraxılışlı “Mazda CX 5” markalı, 10-CC171 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə aşınma tətbiq etməklə təmir-bərpa xərci təxminən 3785,00 manat müəyyən edilir ki, bundan dəyişilməli hissələrinin qiyməti 3115 manat, təmirbərpa işlərinin qiyməti 670 manat təşkil edir

23. İşə baxan məhkəmənin qənaəti belə olmuşdur ki, ekspert rəyində qeyri-dəqiqliklər olduğundan mülki iş rəy verilməsi üçün yenidən ekspertizaya gönərilmişdir və alınmış son ekspert rəyindən avomobilə vurulmuş zərərin 12871 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən ödənilməli olan zərərin məbləği müəyyənləşdirilərkən avomobilə dəymiş zərərin məbləği olan 12871 manat puldan ödənilməli sığortalı ödənişinin məbləği, yəni 2321,50 manat pul çıxılıb ödənilməlidir.

24. O cümlədən işdən müəyyən olunur ki, iddiaçı tərəf avtomobili Hesabatı verən mərkəzdə deyil, başqa bir yerdə təmir etdirmişdir. Təmirə dair icraçı Sərxan Məmmədovun təqdim etdiyi qəbzlərdə təmirə çəkilmiş xərclər endirim edilməklə 13000 manat olduğu qeyd edilmişdir. Bu səbəbdən avtomobilə baxış keçirməklə həqiqətən də qəbzlərdə qeyd edildiyi kimi təmirin aparılıb-aparılmamasını müəyyən etmək üçün məhkəmə texnikiəmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Lakin iddiaçı tərəf avtomili təqdim etmədiyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-9/822-8/326/2024 saylı məktubla ekspertizanın aparılmasından imtina edilmişdir.

25. İddiaçının nümayəndə və vəkili izahatında qeyd etmişdir ki, "xxxx" MMC-nin maşınları da həmin servisdə, Avtovağzal tərəfdə yerləşən servisdə təmir edilib.... Ondan hansı səbəblə başqa servisdə düzətdirdiyini soruşduqda o, iş yeri olduğundan bəlkə qiymətləri ucuz olacağını fikirləşdiyinə görə orada etdiyini bildirdi. Maşının təmirini ucuz qiymətə ediblər. "Mazda Servis" maşını elə-belə təmir edib, sonra maşının altında nə qədər problemlər çıxdı. Bundan sonra həmin o problemlərə görə əlavə xərclər çıxıb. Ekspert rəyində 12.900 manat qeyd edilib, amma onların 14.500 manat xərci çıxıb. Onların işlədiyi yerdə olan Sərxan qəbzlərdə detalların qiymətini daha ucuz qiymətə yazdığını bildirirdi.

26. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, nə qədər ki, iddiaçının avtomobili birinci instansiya məhkəməsinin əsaslandığı ekspert rəyində istinad olunan Hesabatı verən mərkəzdə təmir edilməmişdir, həmin məbləğ mütəbər sübut kimi nəzərə alınmamalıdır. Digər tərəfdən iddiaçı avtomobili rəsmi servis mərkəzində deyil, başqa tanış bir servisdə təmir etdirdiyini bildirir. Məhkəmə isə həmin servisin verdiyi qəbzlərdə qeyd olunan təmir işlərinin həqiqətən də görülməsini və məbləğin müəyyən edilməsi üçün avtomobilə baxış keçirməklə ekspertizanın keçirilməsi barədə qərar qəbul etsə də iddiçı tərəf avtomobili ekspertə təqdim etməmişdir.

27. Belə olan halda mhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan “Atəşgah" ASC-nin xx.xx.2022-ci il tarixli “Hesabat aktı”mötəbər sübut kimi əsas götürülməlidir.

28. O da nəzərə alınmalıdır ki, iddiaçının avtomobilinə zərər zəncirvarı toquşma nəzticəsində dəymişdir. Cavabdeh idarə etdiyi avtomobillə Toyota Prius markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən Toyota markalı avtomobilin ön hissəsi özü qarşısında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi Mazda CX-5 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə, Mazda markalı avtomobilin ön sağ hissəsi isə, qarşısında ona perpendikulyar vəziyyətdə dayanmış X2 idarə etdiyi Volksvagen Passat markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə toqquşmuşdur. “Atəşgah" ASC-nin xx.xx.2022-ci il tarixli “Hesabat aktı”na görə arxa bamper 600 manat, ön bamper 620 manat, ön sağ işığın suvuranı 150 manat, ön üzlük 420 manat, arxa bamperin sol xizəyi 20 manat, ön sağ işıq 1350 manat, arxa sağ havakeş 40 manat, rəngsaz 300 manat, dəmirçi 250 manat, armatur işi 50 manat və disk təmiri 70 manat olmaqla, cəmi 3870 manat məğbləğ müəyyən edilmişdir. Ekspert rəyində həmin məbləği avtomobilin ehtiyyat hissələrinə aşınma tətbiq etməklə təmir-bərpa xərci təxminən 3785,00 manat müəyyən edildiyini qeyd etmişdir.

29. "xxxx" ASC-nin sığorta aktında “Mazda CX-5” modelli, 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği olaraq 3870 manat olduğu və ümumi zərərdə payı 46,43% olmaqla 2321,50 manat ödəniş edilməli olduğu qeyd olunmuşdur. 2321,50 manat məbləğində pul sığortaçı tərəfindən ödənilmişdir.

30. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəf əlavə 1000 manat ödəniş edə biləcəyini bildirmişdir. Yəni, 3870-2321.5=1548.5 Cavabdehin tərəfin əlavə olaraq 1000 manat da ödəniş etmək istəyini nəzərə alaraq cəmi 2548.5 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını məhkəmə kollegiyası ədadlətli və işin hallarına uyğun hesab edir.

31. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh ““Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 2548,50 (iki min beş yüz qırx səkkiz manat əlli qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə tərəflərin özünə aid edilməli, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza xərcinin əvəzi olaraq 150 manat məbləğində ekspertiza xərci İddiaçı və 150 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

32. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh ““Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 2548,50 (iki min beş yüz qırx səkkiz manat əlli qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə tərəflərin özünə aid edilsin. 150 manat məbləğində ekspertiza xərci İddiaçı və 150 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar