Məhkəmə qərarları › İş №2(103)-6221/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6221/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6221/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X4, ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X5, Cavabdeh1 vəkili X7, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8 qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, 176 nömrəli mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, AN-İ ******* saylı, Cavabdeh1 ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ, ******* nömrəli alqı-satqı müqavilələrinin və həmin mənzillə bağlı X8 verilmiş çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X12 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızının əşyaları ilə birlikdə mülkiyyətində olan ünvan 1, 176 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi; cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızından hər ay üçün 3000 (üç min) manat hesablanmaqla 2018-ci ilin iyul ayından hazırkı vaxtadək, yəni 7 ay müddət üçün 21000 (iyirmi bir min) manat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 (üç min) manat hesablanmaqla əldən çıxmış faydanın, vurulmuş mənəvi zərərə görə 5000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh2 və İddiaçı mübahisəli mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq Tamila Paşayevaya təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı (qarşılıqlı iddiada cavabdeh) İddiaçı qətnamədən apellyasiya şikayəti şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən mübahisə predmeti olan mənzil satılarkən mənzilin satılmasına dair onun verməli olduğu notarial təsdiqli razılıq ərizəsi Cavabdeh2(etibar edilən) tərəfindən ona verdiyi xx.xx.2016-cı il tarixli etibarnaməyə əsasən imzalanmışdır.Mülki Məcəllənin 324-cü maddəsinin tələblərinə cavab verdiyi üçün razılıq ərizəsi digər subyektlərin arasında hüquq və öhdəliklərin yaranmasına əsas olan iradə ifadəsidir və onların arasında əqdin bağlanmasına yönəlib. Etibarnamə kimi razılıq ərizəsi də abstrakt əqddir, çünki onun qüvvəsi imzalanmasına əsas olmuş əqdin qüvvəsindən asılı deyil, yəni əsasında durduğu digər əqdin etibarsız hesab olunması, ya ləğv olunması razılıq ərizəsinin də etibarsız olmasına yaxud ləğv olunmasına gətirib çıxarmır. Digər tərəfdən razılığın müstəqil əqd olmasını təsdiq edən başqa bir hal ondan ibarətdir ki, əsasında durmuş mülki münasibətlər mübahisələndirilmədən həmin münasibətlərin yaranmasına verilmiş razılıq müstəqil surətdə mübahisələndirilə və ləğv edilə bilər.xx xxxxxx 2016-cı ildə alqı-satqı müqaviləsinin bağlanması zamanı, həmin müqavilənin bağlanmasına əsas olmuş onun adından verilən razılıq ərizəsi (birtərəfli əqd) etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Bu Mülki Məcəllənin 359.3-cü maddəsinin (Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz) tələblərinin birbaşa pozulmasıdır. Maddədə göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqlan təmin edilməlidir.Məhkəmə həmçinin nəzərə almamışdır ki, faktiki olaraq qeyd olunan halda alqı-satqı da olmamışdır. Mübahisə olunan mənzil Cavabdeh2 yaxın qohumunun Cavabdeh1 götürdüyü sələmin təminatı kimi Cavabdeh1 adına müvəqqəti keçirilmişdir, hazırda da Cavabdeh1 mənzili qaytarmaqdan imtina edir.Nəsimi rayon məhkəməsi, iddia ərizəsinin təmin olunmaması üçün yeganə səbəb xx xxxxxx 2016-cı il tarixli etibarnamə ilə Cavabdeh2 “bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda adından ərizə verməyi,imzalamağı, işləri aparmağı və adından istənilən formada ərizə yazmağı etibar etdiyini qeyd etmişdir. Hesab edir ki, məhkəmə burada da kobud yanlışlığa yol vermişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) X12 da qətnamədən apelyasiya şikayəti verərək, qarşılıqlı iddia tələbini təmin olunmayan hissəsində qətnamənin ləğv, qarşılıqlı iddianın tam təmin ediməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi ev 30A, 176 saylı mənzil dəyəri tam ödənilməklə X12 tərəfindən alınmış və çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh2 və İddiaçı mülkiyyətində olan, mənzildə qeydiyyatda olmasalar da həmin mənzildə qanunsuz olaraq yaşayırlar. «xxxxx» MTK tərəfindən verilmiş, xx xxxxxxx 2018-ci il tarixli, 20-017 saylı arayışa əsasən, ünvan 1, 176 saylı mənzildə Cavabdeh2 və Qafarova (Məlikova) Ayşən Eldəniz qızı yaşayırlar. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və onun ailə üzvü İddiaçı hazırki vaxtadək mülkiyyətində olan mənzildən çıxmamış, mənzili boşaltmamışlar və faktiki olaraq mənzil X1 verilməmişdir. X12 tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehlərə rəsmi qaydada müraciət (prenetziya) edilərək, xx xxxxxxxx 2018-ci il tarixədək mülkiyyətində olan mənzildən çıxmaları və mənzili boşaltmaları xahiş olunmuş, lakin bu dəfə də cavabdehlər mənzildən çıxmamışlar. Göründüyü kimi, öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir, yəni xüsusi mülkiyyətindən qanunsuz olaraq məhrum edilmiş, cavabdehlər mənzilə qeyri-qanuni sahiblik edir. Cavabdehlər mülkiyyətində olan mənzili vaxtında, yəni 2018-ci ilin iyul ayında boşaldıb, həmin mənzildən çıxaraq mənzili həmin vaxt onun faktiki sahibliyinə versəydilər, həmin mənzili kirayə verərək qazanc əldə edə bilərdi. ünvan 1 ünvanında yerləşən, («X9») mülkiyyətində olan təmirli, ümumi sahəsi 164,1 kv metr olan 176 saylı mənzilin hər ay üçün kirayə məbləği 3000-5000 manat arasında dəyişir. Cavabdehlərin qanunsuz hərəkətləri mənəvi iztirablar keçirməsinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, dəfələrlə mənzilə kirayəşin axtarıb tapmış, lakin cavabdeh dəfələrlə müraciət etməsinə baxmayaraq X8 məxsus mənzildən çıxmamış və bu səbəbdən mənzili kirayə verə bilməmişdir. Bütün bunların nəticəsində əsəb, stress keçirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9266/2019 saylı, xx xxxx 2019-cu tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiasının təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsində yerləşən 30 “A” nömrəli evin 176 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və həmin mənzillə bağlı X8 verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iş üzrə restitusiya tətbiq edilməsi, xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 310.000 (üz yüz on min) manatın Cavabdeh1 tutularaq X8, xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 314.000 (üç yüz on dörd min) manatın isə Cavabdeh2 tutularaq Cavabdeh1 ödənilməsi, cavabdeh Tamila Paşayevanın Cavabdeh2 və İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və X12 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)1750/20 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9266/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə xx xxxx 2020-ci il tarixli 2(102)-1750/20 saylı qərarında qeyd etlmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi halına maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının verdiyi etibarnaməyə Mülki Məcəllənin əqdin təmsilçi vasitəsilə də bağlanması qaydalarını nizama salan 359-366-cı maddələri baxımından heç bir qiymət verməmişdir. İşin müəyyən edilmiş mübahisəsiz halından biri də odur ki, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, mənzil 176 İddiaçı ilə Cavabdeh2 birgə mülkiyyəti olmuşdur. xx.xx.2016-cı il tarixli etibarnamə ilə İddiaçı harada yerləşməsindən asılı olmayaraq bütün əmlaklarına dair sərəncam vermək hüququnu Cavabdeh2 vermişdir. Apellyasiya instansiyası məhkəməsi mənzilin satılmasına İddiaçı razılıq ərizəsinin olubolmamasından asılı olmayaraq, İddiaçı əri ilə birgə mülkiyyətdə olan mənzilin öz payına düşən hissəsinə dair sərəncam hüququnu xx.xx.2016-cı il tarixli etibarnamə ilə ərinə verməsini və bunun nəticəsi olaraq alqı-satqı müqaviləsinin də həmin etibarnamə əsasında təmsilçi vasitəsilə bağlanmasını, belə olan halda da razılıq ərizəsinin verilməsinə zərurət olub-olmamasını Mülki Məcəllənin 359-366-cı maddələri kontekstində araşdırmamışdır. Bundan əlavə, Cavabdeh2la Cavabdeh1 arasında müqavilə xx xxxxxx 2016-cı ildə bağlanmış, iddiaçı bu müqaviləni 2018-ci ilin oktyabrında, yəni 2 il 8 aydan sonra mübahisələndirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən normadakı müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, əqdlərin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı müddətlər kəsici olduğuna görə müddətin tətbiq edilməsi barədə ərizə verilməsinə zərurət yoxdur. Buna baxmayaraq iş üzrə Cavabdeh1 mübahisəyə müddətin tətbiq edilməsi barədə ərizəsi olsa da, apelyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiası ilə bağlı müddəti ötürüb-ötürməməsi halını Mülki Məcəllənin 377.1 və 354-cü maddələrinin tələbləri baxımından qiymətləndirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Cavabdeh1 ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və bu tələbdən doğan həmin mənzillə bağlı X8 verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsi həm də Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini pozmuş, X8 münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olub olmamasını, onun mənzili vicdanlı əldə edən olub-olmamasını araşdırmamış və bunu qətnamədə də əsaslandırmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X13 təmsil etdiyi şəxsin adından yazılı izahat təqdim etdi və orada göstərilənləri təsdiq etdi. İzahatda bildirilir ki, qanunverici əmlaka sərəncam verməklə, əmlakın satılmasına razılıq verməyin formalarını fərqləndirir. Əqdin etibarsızlığına dair müddətin ötürülməsinə gəlincə, Cavabdeh2 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlansa da bu başqa əqdi pərdələmək məqsədi daşımışdır. Belə ki, Cavabdeh1 peşəkar olaraq sələmçiliklə məşğul olur və Cavabdeh2 yaxın qohumuna müəyyən məbləğdə verdiyi sələmin müqabilində əmlakı öz mülkiyyətinə keçirməyi tələb kimi qoymuşdur. Sonradan tərəflər arasında nə isə alınmamış və hazırki durum yaranmışdır. Bunu sübut etmək üçün elektron məhkəmə saytında Cavabdeh1 adını sorğu vermək kifayətdir ki, hazırki predmetə uyğun olan bir neçə məhkəmə mübahisəsində iddiaçıların ondan nə tələb etdiyi görünsün. Alqı-satqı müqaviləsinin yalan əqd olması səbəbindən, Cavabdeh1 və Cavabdeh2 mənzilin satılması barədə ona məlumat verməmişlər, mülkiyyətçinin dəyişməsindən xəbəri olmayıb. İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək onun alqı-satqıdan xəbəri olmaması səbəbindən müddətin ötürülməsindən söhbət gedə bilməz.Əqdin yalan əqd olmasına dair əlavə deyəcəyi də ondan ibarətdir ki, bu yaxınlarda Cavabdeh2la əvvəllər iş birliyində olan Sadıqov İsa və Səmədov Seymur adlı şəxslərlə söhbət zamanı ona məlum olmuşdur ki, əri ümumi mülkiyyətlərində olan mənzili Cavabdeh1 götürülmüş 185 000 (yüz səksən beş min) ABŞ dolları miqdarında borcun təminatı kimi onun adına keçirmişdir. Həmin şəxslər həmçinin təsdiq etmişlər ki, alınan borc üzrə faizlərin Cavabdeh1 çatdırılmasında dəfələrlə özləri iştirak etmişlər. Bütün qeyd olunanlarla yanaşı təkrar-təkrar qeyd edir ki, Cavabdeh2 tərəfindən mübahisə predmeti olan mənzil satılarkən mənzilin satılmasına dair onun verməli olduğu notarial təsdiqli razılıq ərizəsi Cavabdeh2(etibar edilən) tərəfindən ona verdiyi 06.02.2.016-cı il tarixli etibarnaməyə əsasən imzalanmışdır. Əslində ikinci alqı-satqı müqaviləsi də uydurma əqddir və hər iki cavabdeh faktiki olaraq eyni şəxsdir, formal olaraq alqı-satqı müqaviləsi bağlayaraq vicdanlı alıcı obrazı yaratmaq istəmişlər. Çünki, R. Hüseynov peşəkar sələmçi olmaqla aldatdığı müştərilərin hansı iddia ilə çıxış edəcəyini əvvəlcədən yaxşı bilirdi. Belə ki, Tamila Paşayeva nəinki evin quruluşundan xəbərdar deyil, hətta evin yerləşdiyi ərazinin belə harda olmasından bixəbərdir. Belə olan halda nə qədər inandırıcıdır ki, şəxs evə baxmadan bu qədər məbləğ ödəyib mənzil alsın?! Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X14 təmsil etdiyi şəxsin adından yazılı izahat təqdim etdi və orada göstərilənləri təsdiq etdi. İzahatda bildirilir ki, 2016-cı ildə ona borc vəsait lazım olduğundan bir çox şəxslərlə danışıqlar aparırdı. Digər sələmçilərin vasitəsi ilə Cavabdeh1la bir araya gəldilər və Xətai ərazisində kafedə görüşdülər. Cavabdeh1 bir müddət istədiyi vəsaiti ona verməkdən çəkinsə də sonradan faiz məbləğində artım və yaşadığı evin onun adına keçirilməsi şərti ilə vəsati verməyə razı oldu. Mənzilin müvəqqəti olaraq onun adına keçirilməli olması və həyat yoldaşının razılıq verməyəcəyindən çəkindiyindən həyat yoldaşına bu barədə məlumat vermədi və müəyyən əməliyyatlar üçün ona etibarnamə verilməsini istədi. Etibarnaməni aldığı gündən sonrakı gün, ASAN xidmətdə əmlakı Rafiqin adına keçirməklə borc məbləğini ondan aldı. Borc müqabilində 90000 (doxsan min) ABŞ dolları məbləğində faiz ödənilmişdir. Bu məbləğin bir hissəsini özü, digər hissəsini isə tanışları vasitəsi ilə Rafiqə çatdırmışdır.Borcun qaytarılma vaxtı çatanda borc götürdüyü məbləğdən əlavə 50000 (əlli min) ABŞ dolları məbləğində vəsaiti ödəməklə mənzilin ona qaytarılmasını Cavabdeh1 xahiş edəndə, ondan 130 000 (yüz otuz min) ABŞ dolları məbləğində əlavə vəsait istədi və bildirdi ki, onları tanış edən Seymur adlı şəxsə xatir yalnız 30000 (otuz min) ABŞ dolları ona güzəşt edə bilər. Bu əsnada aralarında mübahisə yarandı və ondan məhkəməyə şikayət edəcəyini bildirdi. Həmin vaxt dedi ki, ona heç bir şey edə bilməyəcək və bir müddət sonra öyrəndi ki, evini başqa şəxsin adına rəsmiləşdirmişdir. Hətta bundan sonra belə Rafiq istədiyi məbləği verəcəyi halda mənzilini ona qaytaracağını bildirdi.Bu müddət ərzində həyat yoldaşının qeyd olunanlardan xəbəri olmamışdır. Evin başqa şəxsin adına rəsmiləşdirilməsindən xəbər tutandan sonra münasibətləri soyumuşdur və sonradan məhkəməyə müraciət etdiyindən xəbər tutmuşdur.Bir daha məhkəmənin diqqətinə çatdırır ki, Rafiqlə aralarında yalnız borc münasibətləri olmuşdur, mənzilidə onun adına rəsmiləşdirməyi borca görə təminat qismində olmuşdur. Cavabdeh1 borcu qaytarmadığı halda məhkəməyə getmək istəmədiyini əsas gətirərək evi girov kimi qəbul etməkdən imtina etmişdi və müvəqqəti olaraq evi adına keçirməyini istəmişdi.Qeyd olunanlar ümumi tanışları və digər sələmçilərin də məlumatı olmaqla baş verdiyindən, Rafiqin onu aldadacağına inanmırdı, nəticəsi isə hazırki vəziyyət oldu. Məhkəmə iclasında Cavabdeh1 vəkili X15 bildirdi ki, Cavabdeh2 alqı-satqı prosesindən sonra Cavabdeh1 müraciət edərək aldığı mənzili onun özünə kirayə verməsini xahiş etmiş və bu barədə aralarında razılıq əldə olunaraq elə həmin tarixdə də, yəni xx.xx.2016-cı ildə mənzilə dair kirayə müqaviləsi bağlanmış və Cavabdeh1 mənzili Cavabdeh2 kirayə vermişdir.Sonradan, 12 saylı dövlət notariat kontorunda bağlanmış AN-İ № ******* saylı, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan mənzili X8 qanunvericiliklə müəyyən olunmuş qaydada satmışdır.Cavabdeh2 həyat yoldaşı olan İddiaçı mənzilin satılmasından və mənzilin onlara kirayə verilməsindən tam məlumatı olmuş, özü şəxsən mənzilin satılması üçün Cavabdeh2 notarial qaydada qanuna müvafiq olaraq etibarnamə vermiş və mənzildə uzun müddət kirayə qalmışlar. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 vəkili və nümayəndəsi X10 bildirdi ki, Tamila Paşayeva mübahisəli mənzili əldə edərkən vicdanlığını şübhə altına alan heç bir hal aşkar edilməmişdir. O, alqı-satqı müqaviləsi bağlayarkən mənzil Cavabdeh1 mülkiyyətində və sahibliyində olmuş, ev üçüncü şəxslərin yüklülüyündə olmamışdır. Tamila Paşayeva mənzili alarkən mümkün olan bütün ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərmişdir. Həmin vaxt onun tərəfindən resyestrin tamlığını şübhə altına almağa heç bir əsas olmamışdır. İşə baxılması vaxtı və yeri haqqında 3-cü şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddiaçının apellyasiya şikayəti təmin edilməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı arasında nikah xx.xx.2008-ci il tarixdə bağlanmış və birgə nikah dövründə ünvan 1, 176 saylı mənzil xx xxxxxx 2009-cu il tarixində 915600(doqquz yüz on beş min altı yüz) manata alınmışdır. Sonradan İddiaçı Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixdə AR-İ 423565 saylı etibarnamə verərək bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, adından istənilən formada ərizə yazmağı və s. səlahiyyətləri etməyi xx xxxxxx 2026-cı ilədək Cavabdeh2 etibar etmişdir. Sözügedən etibarnaməni imza etməsi 51 saylı notariat kontorundan əldə edilmiş notarial işinin materiallarında öz əksini tapır. RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1, 176 saylı mənzil xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 bu əsasla ünvan 1, 176 saylı mənzili Cavabdeh1 satmış və bundan sonra Cavabdeh1 ünvan 1, 176 saylı mənzili X8 xx.xx.2018-ci il tarixdə satmış və RX seriyalı 1337931saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1, 176 saylı mənzil xüsusi mülkiyyət kimi X6 qeydiyyata alınmışdır. İddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin və həmin mənzillə bağlı X8 verilmiş çıxarışın etibarsız hesab olunmasını xahiş etsədə, məhkəmə iclasında bunu sübut edə bilməmişdir. Qarşılıqlı iddia üzrə: ünvan 1, 176 saylı mənzil iddiaçı X3 xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan yaşayış sahəsindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X3 cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızından hər ay üçün 3000 (üç min) manat hesablanmaqla 2018-ci ilin iyul ayından hazırkı vaxtadək, yəni 7 ay müddət üçün 21.000 (iyirmi bir min) manat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 (üç min) manat hesablanmaqla əldən çıxmış faydanın onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızından ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğindən pulun onun xeyrinə tutulması tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin tələb təmin edilə bilməz. Belə ki, X12 iddianın həmin hissəsinin əsasına dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın təmin edilən hissədə təmin edilməməsi üçün əsasdır, cavabdeh Tamila Paşayevanın apellyasiya şikayəti isə mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İlk iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilən hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə ilk iddiaçının şikayəti üzrə ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilən hissəsində, qarşılıqlı iddiaçının şikayəti üzrə isə qarşılıqlı iddianın təmin edilməyən hissəsi üzrə yoxlanılır, digər şəxslərə münasibətdə isə qətnamə yoxlanılmır. Hazırki iş üzrə, ilk iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın isə təmin edilən hissədə faktiki əsası(faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin bu hissələr üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, iddiaçının əri Cavabdeh2 etibarnamə verməsi və sonuncunun həmin etibarnaməyə əsasən iddiaçının adından mübahisəli mənzilin satılmasına etirazının olmamasına dair ərizə yazaraq mənzili alqı-satqı müqaviləsi əsasında satması fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin mənzilin satılmasına iddiaçının həqiqətən razı olub-olmaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Əlbətdə, iddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Lakin həqiqətən də mənzilin əri tərəfindən satılmasında iddiaçının həqiqi iradə ifadəsi olsaydı bunu, yəni mənzilin satılmasına razı olmasını özü şəxsən də notariat orqanına ərizə verməklə ifadə edə bilərdi. Lakin razılığın bu formada icra olunmaması da digər hallar kimi ilk iddianın əsaslılığına dəlalət edən amillərdəndir. Çünki, həqiqətən ilk iddiaçının buna razılıq verməməsi təkzib olunmur. İkincisi, mübahisə predmeti olan mənzilin ilk iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə, birgə gəlirlər hesabına xx xxxxxx 2009-cu il tarixində 915600(doqquz yüz on beş min altı yüz) manata əldə etmələri və bu günə qədər ailəsi ilə birlikdə həmin mənzildə yaşamaları da işin mübahisələndirilməyən hallarındandır. Cavabdeh1 həmin mənzili xx xxxxxx 2016-cı il tarixdə alqısatqı müqaviləsi əsasında həqiqətən almasını göstərsə də ilk iddiaçının ailəsi ilə birlikdə bugünədək orada yaşamasını sonuncunun əri Cavabdeh2la mənzilə dair kirayə müqaviləsi bağlaması ilə izah edir. Lakin həmin kirayə müqaviləsi həqiqi olsa belə bundan da ilk iddiaçının məlumatlı olması ümumiyyətlə təsdiq olunmur. Bu hal da ilk iddiaçının mənzilin satılmasından bu hadisəni bildiyi vaxtadək məlumatlı olmadığını təsdiq edir. Üçüncüsü, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxsin iştirakı, həqiqi iradə ifadəsini bildirilməsi, iradə ifadəsinin zədəli olmaması, forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin işin faktiki hallarından və tərəflərin izahatlarından ilkin iddiaçının birgə mülkiyyətində olduğu və bu günədək yaşadığı mənzilin satılmasına həqiqətən razılıq verdiyi təsdiq olunmur. Dördüncüsü, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Başqa sözlə uydurma əqd həm də üçüncü şəxsləri aldatmaq məqsədi ilə görünüş üçün bağlanılır. Cavabdeh1la Tamila Paşayeva arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi də etibarlı əqd hesab edilə bilməz. Çünki, qeyd olunduğu kimi bu mənzil həm qanuna əsasən yüklü olmuş, həm də birgə mülkiyyətçinin iradəsinə zidd özgəninkiləşdirilmişdir. Bundan əlavə, mübahisəli mənzilin mənzil bazarında mövcud olan real bazar dəyərindən üç dəfə ucuz qiymətə, yəni birinci alqı-satqı üzrə 314000(üç yüz on dörd min) manata, ikinci alqı-satqı müqaviləsi üzrə 310000(üç yüz on min) manata satıldığının göstərilməsi də alqı-satqı müqavilələrinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Mənzil alan şəxslər isə şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idilər. Çünki, mülki dövriyyədə mənzili görmədən, onun real mövcud olub-olmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, orada yaşayanların kimiliyini öyrənmədən, və.s. məsələləri araşdırmadan alqı-satqının həyata keçirilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o, hansısa əşyanı özününkü etmək üçün başqa sözlə alqı-satqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Çünki, insanın həyat tərzi də bunu tələb edir. X16 bu istəklərin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən vicdanlı şəxs kimi mənzil aldığı ümumiyyətlə inandırıcı deyildir. Beşincisi, Tamila Paşayevanın vicdanlı alıcı olması və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamamlığı prezumpsiyasının mövcudluğuna dair dəlillər ilə bağlı da qeyd edilməlidir ki, mülki qanunvericilikdə bu prezumpsiyanı istisna edən bir sıra hallar mövcuddur. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Tamila Paşayeva mübahisəli mənzili əldə edərkən vicdanlı olsa belə, bu vəziyyət mənzilin paylı mülkiyyətçisi olan İddiaçı iradəsi ilə əhatə olunmadığından alqı-satqı müqaviləsinin də etibarsızlığını labüd edir. Mülki Məcəllənin 225.6-cı maddəsi bu Məcəllənin 140, 148.2 və 149.2-ci maddəsinə açıq-aşkar zidd olduğu görünə bilər. Lakin 225.6-cı maddə həmin maddələrlə müqayisədə xüsusi normadır. Ümumi və xüsusi normalar arasında ziddiyyət olduqda isə şübhəsiz ki, xüsusi norma tətbiq olunmalıdır. Çox güman ki, 225.6-cı maddənin mövcudluğu və qanunvericilik sistemində yer alması daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan ərin(arvadın) hüquqlarını vicdanlı üçüncü şəxslərlə müqayisədə daha üstün formada qorumaq məqsədindən irəli gəlir. Əks halda qanunverici orqanın bu normanı dəyişdirməsi üçün indiyədək elə bir maneə mövcud deyildir. Altıncısı, mübahisə predmeti olan mənzilin ilk iddiaçının iradəsinə zidd satılması onun bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Sadəcə baş vermiş hadisədən 1 ildən artıq vaxt keçməsi əsası ilə ilk iddiaçının qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əvəzedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin, o cümlədən birgə mülkiyyətçinin özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Hazırki iş üzrə də ilk iddiaçının birgə mülkiyyətində olan, hal-hazıradək yaşadığı mənzil etibarsız əqd əsasında mülkiyyət hüququ əvvəlcə Cavabdeh1 adına, daha sonra isə başqa bir etibarsız əqd əsasında Tamila Paşayevanın adına qeydə alınması həmin mənzil üzərində sonuncuların mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi ilk iddiaçı bu günə qədər yaşadığı mənzilin 2018-ci ildə cavabdeh Tamila Paşayevanın adına qeydiyyatdan keçənə qədər bu hadisələrdən məlumatsız olmuşdur. Həmin vaxta qədər Ayəşn Məlikovanın həqiqətən bu hadisəni bildiyi yaxud bilməli olduğunu sübut etmək yükü isə artıq qarşı tərəfin üzərinə düşür. Lakin qarşı tərəf bu halları sübuta yetirə bilməmişdir. Yeddincisi, ilkin iddianın təmin edilməsi, avtomatik olaraq qarşılıqlı iddianın təmin olunmamasını labüd edir. Çünki, ilk iddia təmin edildiyindən, qarşılıqlı iddianın əsaslılığı tam aradan qalxır. Ona görə də, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinin ayrıca xüsusi olaraq yoxlanılmasına ümumiyyətlə lüzum qalmır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olduğu kimi, əqdin etibarsızlığının nəticələrinin tətbiqi üçün bunun tələb edilməsi zəruri deyil. Başqa sözlə, məhkəmə, 337.5-ci maddəni öz təşəbbüsü ilə tətbiq etməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-657/2019 saylı qətnaməsi Tamila Paşayevanın mübahisələndirdiyi, yəni qarşılıqlı iddanın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-657/2019 saylı qətnaməsi İddiaçı mübahisələndirdiyi, yəni ilkin iddianın rədd, qarşılıqlı iddanın isə təmin edilən hissələrində ləğv edilsin, qarşılıqlı iddianın təmin edilən hissəsi də təmin edilməsin, ilk iddia isə təmin edilsin: Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsində yerləşən 30 “A” nömrəli evin 176 nömrəli mənzilinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 ilə X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və həmin mənzillə bağlı X8 verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. İş üzrə restitusiya tətbiq edilərək xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 310.000 (üz yüz on min) manat Cavabdeh1 alınaraq X8, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 314.000 (üç yüz on dörd min) manat isə Cavabdeh2 alınaraq Cavabdeh1 ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar