Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6221/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(003)-2263/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İB BRQSD ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli 03-2016 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.
2. Cavabdeh adına olan abonent saldosundan (abonent kodu **********02940) görünür ki, cavabdehin hesabına 7069,40 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 5449,9 manat hissəsi xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli 0132001, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış borcdan ibarətdir.
3. “Gasrep” çıxarışından görünür ki, cavabdehin abonent hesabına 2017-ci ilin iyul ayında 1609,20 manat məbləğində borc hesablanmışdır. Həmin məbləğ ümumilikdə yaranmış borcun bir hissəsini təşkil edir.
4. Abonent saldosundan görünür ki, 2020-ci ilin may ayından noyabr ayınadək cavabdehin sərf etdiyi qazın dəyərini ödəmədiyinə görə 110,3 manat məbləğində borcu yaranmış, lakin cavabdeh həmin borcun 100 manat hissəsini 2020-ci ilin noyabr ayında ödəməklə sərf etdiyi təbii qaza görə 10,3 manat məbləğində borcu qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7069.4 məbləğində dəymiş ziyan, 300 manat hüquqi yardıma görə xərc, həmçinin 30 dövlət rüsumu, olmaqla cəmi 7399.4 manat pulun məcburi qaydada tutularaq İddiaçı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı oarədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı iB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02940 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifad qaydaları”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayn şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsı olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazda oanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktlara əsasən cəmi 6651,10 manat məbləğində zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 110,30 manat, əvvəlki illərdən isə 308 manat borcu qalmışdır. Məlumat üçün bildirilmişdir ki, cavabdeh 2017-2020-ci illin may ayınadək (mexaniki sayğac quraşdırılanadək) ərzində təbil qaza pul ödəməmişdir (aktlar yazıldığı dövrü əhatə edir). Bu da ona göstərir ki cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılmış (bu barədə kəsim aktları tərtib olunmuşdur), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinə də ziyan vurmuşdur). Cavabdehin İddiaçı İB-ə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi 7069,40 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 7069,40 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.
8. Daha sonra iş üzrə cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və iddiaya mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(003)-2263/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 841,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaçınə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2017-ci ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək hər ay təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə 2018-2020-ci illərdə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin X1nın pozulması ilə bağlı halların mövcudluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, 2018-2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb olunan zərər (borc məbləği) əsassızdır. Bundan başqa 2017-ci ilin iyul ayında 1609,20 manat məbləğində borcun hansı əsaslarla cavabdehin abonent hesabına hesablanması, həmin borcun nədən yaranması barədə sübutlar məhkəməyə təqdim edilməməklə, həmin borcun yaranmasına səbəb olmuş halların, həmin borcun cavabdehin abonent hesabına əsaslı olaraq hesablanmasını iş materialları ilə də müəyyən edilməsi mümkün deyil. Odur ki, məhkəmə hesab etmişdir ki, 1609,20 manat məbləğində borcun cavabdehin abonent hesabına hesablanaraq ondan tələb edilməsi əsassızdır. Eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatını, onun tərəfindən qəbul edilmiş aktları, yəni 2017-ci ildə tərtib edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə məhkəmə hesab etmişdir ki, həmin aktlar əsasında qazın itkisinə görə dəymiş zərərin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh həmin hissədə etirafedici izahat verməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İş materiallarında olan həmin ildə tərtib edilmiş aktlardan və abonent saldosundan görünür ki, 2017-ci ildə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına cəmi 831,4 manat məbləğində borc hesablanmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdeh tərəfindən istifadə edilmiş lakin dəyəri ödənilmiş qaza görə qalıq qalmış 10,3 manat məbləğində pul da cavabdehdən tutulmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci, 21-ci, 21.2-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci, 6.6-cı, 6.7-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsi xahiş edilmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübutedir. Qeyd edilməlidir ki, aktlar təbii qazdan qanunsuz istifadə edilməsinə dair əsaslardır. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin məhkəmə cavabdehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən apelyasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, 2017-ci ilin qış aylarından yaşayış sahəsində olmamışdır. Həmin ildə isə qeyri-qanuni olaraq təbii qazdan istifadə etmişdir. Bundan başqa tərtib edilmiş aktlardan isə məlumatı olmamışdır. Digər tərəfdən iddiaçı ilə müqavilə bağlandıqdan sonra yaranmış 110.3 manat borcdan 100 manat hissəsini ödəmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, yaşadığı evdə 2017-ci ildə qeyri-qanuni olaraq əlavə xətt çəkməklə təbii qazdan istifadə etmiş, lakin sonradan hər hansı bir əlavə qoşulma etməmişdir. Ümumiyyətlə isə 2017-ci ildən sonra iddiaçı ilə qazın verilməsinə dair müqavilə bağlanana qədər, yəni 2020-c ilədək evdə yaşamamışdır. Bundan başqa qeyd edir ki, evdə olarkən dörd gözlü qaz sobası, dəmir soba və su qızdırıcısından istifadə etmişdir. 2020-ci ildən sonra isə evə kombi istilik sistemini çəkdirmişdir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
21. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin dəyişdirilməklə, iddia tələbinin tam təmin edilməsi xahiş edilmiş, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası izahatı bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, tərəflər arasında 03 aprel 2020-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
28. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin abonent hesabına 2017-ci ilin iyul ayında 1609,20 manat, aktlar əsasında 5449,9 manat və sərf etdiyi lakin dəyərini ödəmədiyi qaza görə 10,3 manat, ümumilikdə 7069,40 (1609,20+5449,9+10,3) manat borc hesablanmışdır.
29. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübutedir. Qeyd edilməlidir ki, aktlar təbii qazdan qanunsuz istifadə edilməsinə dair əsaslardır.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf qanunsuz xətti aşkar etsə də həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmişdir. Bunun əksinə olaraq isə müxtəlif tarixlərdə aktlar tərtib etmişdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərtib edilmiş aktların ziddiyyətli olması dəyən ziyanın hesablanmasının mötəbərliyini şübhə altına alır.
32. Belə ki, iş materiallarına əlavə edilmiş aktlarda – kombi, dəmir soba, PQ4, radiator olmaqla müxtəlif qurğuların adları qeyd edilmişdir, həmçinin 1 ay fərqlə (06 fevral 2018-ci il tarixli akt) tərtib edilmiş aktlarda əvvəlki ayda (09 yanvar 2018-ci il tarixli akt) qeyd edilmiş qurğuların deyil, başqa qurğunun adı qeyd edilmişdir. Həmçinin aktlardan görünür ki, eyni qurğuya dair sərfiyyatın hesablanma qaydası müxtəlif olmuş, eləcə də hər dəfə aktlarda fərqli qurğuların adları qeyd edilmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən tərtib edilmiş aktlara dair hesablanmış və tələb olunan zərərin (borc məbləği) əsassız olması qənaətinə gəlmişdir.
34. Həmçinin birinci instansiya məhkəməsi iddia ərizəsinin - pozulmuş hüquqların bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərcin tutulması hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə heç bir sənəd və ya sübut növünü təqdim etməmişdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(003)-2263/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov