Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6227/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(002)-102/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 19 sentyabr 2012-ci il tarixdə İddiaçı həyat yoldaşı X3 ilə Cavabdeh1 həyat yoldaşı X1 aralarında kredit müqaviləsi bağlanmış və müqavilə notarial qaydada qeydə alınmışdır.
2. Müqavilənin 1-ci bəndinə əsasən kredit verən kredit alana 20.000 manat pul vermiş, kredit alan isə göstərilən məbləğdə pulu 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürür.
3. İddiaçı həmin borcun 150.000 manat olduğunu və cavabdehlər tərəfindən qaytarılmadığını bildirərək, onları dələduzluqda təqsirləndirərək hüquq mühafizə orqanlarına şikayətlər etmişdir.
4. İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 29 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 ittiham edildikləri cinayət əməlləri üzrə təqsirsiz bilinmiş və barələrində bəraət hökmü çıxarılmışdır.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmış, apellyasiya şikayəti və protesti təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin hökmündən İddiaçı və dövlət ittihamçısı tərəfindən müvafiq olaraq kassasiya şikayəti və protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti və protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır.
8. 04 aprel 2017-ci il tarixdə Rəna Vəliyeva tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı tələb etdiyi pul məbləği barədə iddia qaldırmışdır. Həmin iddia Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə baxılmamış saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150.000 (yüz əlli min) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərikli ticarətlə məşğul olmaq adı ilə İddiaçı 150.000 manat məbləğində pul almışlar və üzərindən uzun zaman keçməsinə baxmayaraq, hələ də geri qaytarmamışlar. Şikayət ilə bağlı cinayət işi açılmış, külli miqdarda dələduzluq ittihamı ilə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə təqsirləndirilən şəxslərə bəraət vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdehlərin əməli nəticəsində iddiaçıya 150.000 manat məbləğində zərər vurulmuşdur. Cinayət işi materiallarında iddia tələbində göstərilən məbləğin bir hissəsi etiraf edilsə də, Cinayət Kollegiyası mülki xarakterli hesab etdiyindən bütün məbləğin verilməsini araşdırmamış və mülki məhkəmə icraatında mübahisələndirilməsinin mümkünlüyünü qeyd etmişdir. İddiaçı dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, 150.000 manat məbləğində pul ona geri qaytarılmamış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarının çıxdığı gündən bu günə kimi tələb edilən məbləğ iddiaçıya ödənilməmişdir.
11. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehlərin vəkili X2 məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində İddiaçı hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiaya baxılır. Belə ki, İddiaçı Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona vurduqları zərərə görə Cavabdeh1 və Cavabdeh2 150.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş edir. Belə ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 29 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 ittiham edildikləri cinayət əməlləri üzrə təqsirsiz bilinmiş və barələrində bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmış, apellyasiya şikayəti və protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmündən İddiaçı və dövlət ittihamçısı tərəfindən müvafiq olaraq kassasiya şikayəti və protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti və protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı iddia tələbində 19 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsaslanır. Lakin İddiaçı cavabdehlərə qarşı iddiası əsassızdır. Belə ki, həmin müqavilə İddiaçı ilə hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdeh1 və Cavabdeh2 arasında deyil, X4 arasında bağlanmışdır. Hüquqi baxımdan İddiaçı tələbi Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlməli deyil. Bundan əlavə, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmələr zamanı toplanmış materiallardan görünür ki, tərəflər arasında kredit müqaviləsi və buna əsaslanan faiz münasibətləri mövcud olmuşdur. Bu xüsusatları vaxtilə istintaq edilmiş cinayət işi üzrə toplanmış materiallardan açıq-aşkar görmək mümkündür. İddiaçı tərəfindən guya müvəkkillərinə 150.000 manat borc verilməsi xüsusatı məhkəmə prosesləri zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə prosesləri zamanı İddiaçı şahid qismində dindirilmiş qayınatası Yaqub Kazımov göstərilən məbləğdə pul vəsaitinin cavabdehlərə verilməsini görmədiyini göstərmişdir. İddiaçı iddia tələbinin əsassız olmasından əlavə, məhkəmənin iddiadan imtina etməsi üçün əsaslar mövcuddur. 19 sentyabr 2012-ci il tarixli müqavilənin 1-ci bəndində kredit alan göstərilən miqdarda pul vəsaitini 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyən olunur. Nəzərə aldıqda ki, sözügedən əqdlərin üzərindən 3 ildən artıq müddət keçişdir və bu müddət ərzində tələbkar bununla bağlı qanunla müəyyən olunmuş qaydada tələb irəli sürməmişdir, borcun ödənilməməsi riski tələbkarın üzərində qalır. Mülki Məcəllənin 375.2-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarına istinad edərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmış, buna görə də, bu tələblə bağlı iddia qaldırmaq üçün hüquqi əsasını itirmişdir. Bu səbəbdən, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin Cavabdehlərin vəkili X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyib, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, öncəki məhkəmə iclaslarında təqdim etdiyi, iddiaya etiraz ərizəsində iddia müddəti ilə bağlı da qeyd etmişdir. Lakin, MPM-nin tələbinə görə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilməlidir. İddiaya etiraz ərizəsindən əlavə, hazırda iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim etməyi zəruri hesab edir və bildirir ki, 19 sentyabr 2012-ci il tarixdə İddiaçı həyat yoldaşı X3 ilə Cavabdeh1 həyat yoldaşı X1 aralarında kredit müqaviləsi bağlanmış və müqavilə notarial qaydada qeydə alınmışdır. Müqavilənin 1-ci bəndinə əsasən kredit verən kredit alana 20.000 manat pul verir. Kredit alan isə göstərilən məbləğdə pulu 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürür. Ümumi olaraq Cavabdeh1 tərəfindən İddiaçı götürülmüş borcun ümumi məbləği 37.500 manat təşkil etmiş və bunun qarşılığında Cavabdeh1 tərəfindən iddiaçıya 47.587 manat faiz pulu ödənilmişdir. İddiaçı guya ona 150.000 manat məbləğində pul verməsi xüsusatı isə tamamilə yalan, şər və böhtandır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli və artıq qanuni qüvvəyə minmiş hökmünün 30-cu vərəqinin 6-cı abzasında məhkəmə aşağıdakı nəticəyə gəlmişdir: «hazırki cinayət işi üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə kollegiyası qəbul edir ki, İddiaçı ilə Cavabdeh1 arasında pul alınıb-verilməsi halları mövcud olmuşdur. Lakin, bu zaman, sonuncu həmin pulları İddiaçı onun iddia etdiyi kimi şərikli qaydada biznes qurmaq adı ilə aldadaraq almamış, əksinə özünün və ailəsinin biznes fəaliyyətində yaranmış çətinlikləri aradan qaldırmaq üçün borc olaraq sələmə götürmüşdür. Cavabdeh2 isə İddiaçı ümumiyyətlə pul götürməmiş, ancaq anası tərəfindən götürülmüş pulların faizlərinin qaytarılmasında iştirak etmişdir». Məhkəmənin gəldiyi bu nəticə qanuni qüvvəyə minmiş hökmlə öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə başlanmış və istintaq aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən 04 aprel 2017-ci il tarixdə İddiaçı tərəfindən hüquqlarını müdafiə etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı «150.000 manat məbləğində pul» tələbinə dair mülki iddia ilə çıxış etmiş, həmin mülki iddia məhkəmənin 28 noyabr 2017-ci il tarixli hökmü ilə baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 373.2, 380-ci maddələrinə, “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyə istinadən bildirir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 29 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 ittiham edildikləri cinayət əməlləri üzrə təqsirsiz bilinmiş və barələrində bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən zərər çəkmiş şəxs qismində tanınmış İddiaçı tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmış, apellyasiya şikayəti və protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmündən İddiaçı və dövlət ittihamçısı tərəfindən verilmiş müvafiq olaraq kassasiya şikayəti və protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti və protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəməyə təqdim etdiyi iddiaya etirazda da qeyd etdiyi kimi, İddiaçı iddia tələbində 19 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsaslanır. Lakin, İddiaçı cavabdehlərə qarşı iddiası əsassızdır. Belə ki, həmin müqavilə İddiaçı ilə hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdeh1 və Cavabdeh2 arasında deyil, X1 arasında bağlanmışdır. Hüquqi baxımdan, İddiaçı tələbi Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlməli deyil. Bundan əlavə, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmələr zamanı toplanmış materiallardan görünür ki, tərəflər arasında kredit müqaviləsi və buna əsaslanan faiz münasibətləri mövcud olmuşdur. Bu xüsusatları vaxtilə istintaq edilmiş cinayət işi üzrə toplanmış materiallardan açıq-aşkar görmək mümkündür. İddiaçı tərəfindən guya müvəkkillərinə 150.000 manat borc verilməsi xüsusatı məhkəmə prosesləri zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə prosesi zamanı İddiaçı şahid qismində dindirilmiş qayınatası Yaqub Kazımov göstərilən məbləğdə pul vəsaitinin cavabdehlərə verilməsini görmədiyini göstərmişdir. İddiaçı iddia tələbinin əsassız olmasından əlavə, məhkəmənin iddiadan imtina etməsi üçün əsaslar mövcuddur. 19 sentyabr 2012-ci il tarixli müqavilənin 1-ci bəndində kredit alan göstərilən miqdarda pul vəsaitini 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrə inanılsa, 150.000 manat məbləğində pul vəsaitini 2012-ci ilin dekabr ayının sonuna qədər Cavabdeh1 verdiyini göstərmişdir. Pul vəsaiti isə guya 19 sentyabr 2013-cü il tarixədək qaytarılmalı idi. Pul vəsaiti qaytarılmadığı üçün 28 aprel 2014-cü il tarixdə İddiaçı tərəfindən hüquq mühafizə orqanlarına şikayət edilmişdir. Həmin fakt üzrə başlanmış cinayət işi üzrə 04 aprel 2017-ci il tarixdə İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqlarını müdafiə etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iddia qaldırmışdır. Həmin mülki iddia məhkəmənin 28 noyabr 2017-ci il tarixli hökmü ilə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmış, həmin tarixdə hökm qanuni qüvvəyə minmişdir. Mülki Məcəllənin 381.2, 377.1, 375.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyə və s. istinad edərək bildirir ki, sözügedən əqdlərin üzərindən 3 ildən artıq müddət keçmişdir və bu müddət ərzində tələbkar bununla bağlı qanunla müəyyən olunmuş qaydada tələb irəli sürməmişdir, borcun ödənilməməsi riski tələbkarın üzərində qalır. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(002)- 102/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 İbrahım qızına və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasına cavabdehlər Cavabdeh1 İbrahım qızı və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 İbrahım qızına və Cavabdeh2 qarşı 150.000 manat pul tələbi üzrə iddiasına iddia müddəti tətbiq edilməklə İddiaçı iddiasının təmin edilməməsi və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 19 sentyabr 2012-ci il tarixdən 2012-ci ilin dekabr ayının əvvəllərinədək cavabdehlərə ümumilikdə 150.000 manat məbləğində borc verdiyinə əsaslanaraq 14 iyul 2021-ci il tarixdə iddia ərizəsi tərtib edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim etmiş, iddia ərizəsi 28 iyul 2021ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və mülki iş icraata götürülmüşdür. İddiaçı iddia ərizəsində cavabdehlərə 150.000 manat borc verməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi cinayət işi üzrə çıxarılmış məhkəmə aktlarında cavabdehlərin iddiaçıdan 150.000 manat almaları təsdiq olunmur, buna görə məhkəmə hökmləri 150.000 manat borcun alınmasını təsdiq edən preyudisial aktlar kimi qiymətləndirilə bilməz. Öncəki məhkəmə iclaslarında iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilmir, çünki, eyni şahidlərin cinayət işi ilə bağlı verdikləri ifadələrlə ziddiyyət təşkil edir. Məhkəmə yuxarıda qeyd olunan hallarla bağlı ətraflı məhkəmə araşdırmasına və sübutların qiymətləndirilməsinə zərurət görmür. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir və məhkəmə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməlidir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı 1 il müddətinə bağlanan və icra müddəti 19 sentyabr 2013-cü ildə başa çatan borc müqaviləsinə əsaslanaraq 14 iyul 2021-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun şikayətləri ilə əlaqədar cinayət işlərinin getdiyi müddətlər çıxılsa belə, Qanunla müəyyən edilmiş 3 illik müddəti ötürmüşdür.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-373.5ci, 377.1-377.4-cü, 381.1-381.2-ci, 375.1-375.2-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qeyd edir ki, guya iddiaçı 28 iyul 2021-ci il tarixdə iddia qaldırmışdır. Lakin iddianın qaldırılması müraciət edilən tarixdən, yəni iddia ərizəsinin tərtib edilib göndərildiyi tarixdən hesablanır. İddia müddətinin keçməsi ilə bağlı məhkəmənin mövqeyini isə hüquqi baxımdan doğru hesab edilmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2012-ci ildə başlamış və 2013-cü ildə cavabdehlərin pulu geri qaytarmaq fikri olmadığını yəqin edən iddiaçı dələduzluqla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə, daha sonra Baş Prokurorluğa müraciət etmişdir. BMCMİ-də işə baxılmış, işin nəticəsində narazı qalan iddiaçı Baş Prokurorluqda qəbula yazılmış, X7 köməkliyi ilə işin faktları dinlənilmiş və Baş Polis İdarəsində cinayət işi açılmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı cavabdeh D. Kifayət təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətiimkan tədbiri seçilmişdir. İddiaçı cavabdehin işin nəticəsində cavabdehin dələduzluqla bağlı cinayət işi üzrə azadlıqdan məhrum ediləcəyinə inanmışdır. İşlə bağlı 2013-cü ildən 2019-cu ilədək araşdırma getmişdir. Bundan başqa bütün instansiyalarda cavabdehin etirafları mövcuddur və bu müddəti axmağa qoymur. Bu etiraflarla bağlı BMCMİ-də, istintaqda və məhkəmədə olan ifadələr məhkəməyə təqdim edilmişdir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə tanış olduqdan sonra iddia müddəti hüquqi baxımdan keçməsə belə məhkəmənin mövqeyinin fərqli olduğunu sezərək müddətin bərpa edilməsi barədə əsaslandırılmış ərizə belə tərəflərindən təqdim edilmişdir. Məhkəmə iddia müddətinin keçməsi ilə bağlı bu faktları araşdırmamış və görməzdən gəlmişdir. Hətta tərəflərindən verilən müddətin bərpası və ötürülməmiş hesab edilməsinə dair ərizəyə qətnamədə münasibət bildirilməmişdir. Cinayət işi üzrə Apellyasiya Məhkməsinin hökmündən belə 3 il müddət keçmədən verilən iddia necə ola bilər ki, iddia müddətinin keçməsi əsası ilə geri qaytarılsın. Ən azından məhkəmə hətta iddia müddətinin keçməsi qənaətinə gəlsə belə iş üzrə 2019-cu ilə qədər cinayət araşdırması getdiyini nəzərə alaraq müflis vəziyyətdə olan iddiaçının Ali Məhkmənin qərarından sadəcə iki il sonra verdiyi iddianı üzrlü səbəbdən müddəti ötürülmüş hesab edə bilərdi. İddiaçı cinayət işinin gedişində də mülki iddia verib və bu baxılmamış saxlanıb. Ali Məhkəməyə qədər mübarizə aparan iddiaçı, hətta Avropa Məhkməsinə də müraciət etmişdir. Bundan başqa məhəkəmə bu ifadələri qeyd edir: məhkəmə yuxarıda qeyd edilən hallarla bağlı ətraflı məhkəmə araşdırmasına və sübutların qiymətləndirilməsinə zərurət görmür. Belə ki , iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir və məhkəmə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməlidir”. Yuxarıda göstərilən ifadələrdən də göründüyü kimi məhkəmə ətraflı araşdırma aparmadığını və iddia müddətinə əsaslanaraq işin aqibətini həll etdiyini özü etiraf edir. Lakin əslində məhkəmə iddia müddəti keçsə belə işi tam və hərtərəfli araşdırmalı idi. Prosesin 8 ay çəkməsi isə heç də hərtərəfli araşdırma deyil, pandemiya və iclasların təxirə salınması səbəbindən olub. Məhkəmənin mövqeyinə görə sanki tərəflər arasında hüquq münasibəti kredit müqaviləsindən doğur. Lakin bu heç də belə deyil. 20 min manat məbləğində iddiaçının əri ilə cavabdehin əri arasındakı müqavilə cinayət işi materiallarında öz əksini tapıb və notarius belə iş üzrə dindirilib və pulu görmədiyini qeyd edib. Əvvəlcədən iddiaçı tərəfindən verilmiş pulu sadəcə iddiaçı və cavabdehin ərləri gedib notariusda sənədləşdiriblər. İddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ hissə-hissə onlara verilmiş 150 min manat məbləğində puldur. Şahidlər dəfələrlə onların cinayət işi üzrə məhkəmədəki ifadələrinin təhrif edildiyini qeyd etmişlər. Qaradağ Məhkəməsində ifadə verən şahidlərin ifadələri iclas protokolunda olduğu kimi əksini tapmamışdır. Buna görə də şahidlərin yenidən dindirilməsinə də zərurət yaranmışdır. Ortada bu qədər sübut ola-ola, cinayət işi materiallarında təkzibedilməz sübutlar və etiraflar ola-ola məhkəmə iddia müddətinin guya keçdiyini əsas gətirərək işi araşdırmamış və sübutlara özünün də qeyd etdiyi kimi ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə hüquq münasibətinin əmələ gəlməsi əsası kimi kredit müqaviləsini göstərir ki, bu tamamilə səhvdir. Cavabdehlər birlikdə iş qurmaq məqsədilə iddiaçıdan hisə-hissə 150 min manat məbləğində pul alaraq onu geri verməmişlər. Kredit müqaviləsinin əslində əvvəlcədən verilmiş pulun sənədləşdirilməsi məqsədilə olmasına baxmayaraq bu məsələ məhkəmədə bildirilsə də araşdırılmamışdır. İddia müddətinin keçməsi ilə bağlı bütün faktlar araşdırılmamışdır. Cavabdehin məhkəmədə iştirakında, ilk baxışda işin həllində bunun xüsusi əhəmiyyəti olduğunu dəfələrlə vurğulayan məhkəmə sonrakı baxışlarda onun iştirakını təmin etmək üçün heç bir real addım atmamış və hətta qətnamə elan olunan gün cavabdehlərin heç biri, eləcə də onların vəkilləri məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlərə 150000 manatlıq onlara qarşı qaldırılmış iddia tələbinin nəticəsi maraqlı olmamış və hətta vəkilləri belə məhkəmə qətnaməsinin nə olduğunu dinləməyə gəlməmişdir. İddia müddətinin keçməsi sübuta yetirilməmişdir. Buna dair sadəcə iddiaçının hüquqlarının pozulduğu tarixdən məhkəməyə iş daxil olan tarixədək müddət hesablanmış və 3 illik müddət tətbiq olunmuşdur. Lakin cinayət işinin getdiyi müddətə daha ətraflı münasibət bildirilməmiş, müddətin keçdiyinin necə hesablandığının izahı verilməmişdir. Cavabdehin etirafları isə ümumiyyətlə araşdırılmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
20. Bununla belə məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf iddia edir ki, götürülmüş borc qaytarılmışdır, lakin bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cinayət işi zamanı cavabdeh pulu almasını etiraf etmişdir. Lakin bu zamanda hər hansı sübut təqdim edə bilməmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddia müddəti ötürülmüş olsa belə birinci instansiya məhkəməsi işi araşdırmalı idi, lakin iddia üzrə hər hansı araşdırma aparılmamışdır. Eyni zamanda iddia müddətinin ötürülməsinin üzrlü olması barədə iş materiallarında kifayət qədər sübutlar olsa da məhkəmə bunlara qiymət verməmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlərin vəkili X2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə pulun verilməsi barədə iş materiallarında hər hansı sübut olmamışdır. Həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
Tətbiq edilən maddi hüquq normaları:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
24. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
25. Həmin Məcəllənin 373.1-373.5-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
26. Həmin Məcəllənin 377.1-377.4-cü maddələrinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
27. Həmin Məcəllənin 381.1-381.2-ci maddələrinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.
28. Həmin Məcəllənin 375.1-375.2-ci maddələrinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı 19 sentyabr 2012-ci il tarixdən 2012-ci ilin dekabr ayının əvvəllərinədək cavabdehlərə ümumilikdə 150.000 manat məbləğində borc verdiyinə əsaslanaraq 14 iyul 2021-ci il tarixdə iddia ərizəsi tərtib edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim etmiş, iddia ərizəsi 28 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və mülki iş icraata götürülmüşdür.
34. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərə 150.000 manat borc verməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi cinayət işi üzrə çıxarılmış məhkəmə aktlarında cavabdehlərin iddiaçıdan 150.000 manat almaları təsdiq olunmur, buna görə məhkəmə hökmləri 150.000 manat borcun alınmasını təsdiq edən preyudisial aktlar kimi qiymətləndirilə bilməz.
35. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, belə ki, İddiaçı 1 il müddətinə bağlanan və icra müddəti 19 sentyabr 2013-cü ildə başa çatan borc müqaviləsinə əsaslanaraq 14 iyul 2021ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun şikayətləri ilə əlaqədar cinayət işlərinin getdiyi müddətlər çıxılsa belə, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürmüşdür.
36. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur, belə ki, iddiaçı tərəfindən cavabdehlərə tələb etdiyi pulun verilməsinə dair hər hansır mötəbər sübut təqdim etməmişdir, eləcə də müqavilə üzrə icra müddəti 19 sentyabr 2013-cü ildə başa çatsa da iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı cinayət prosesi zamanı iddiaçının mülki iddiası baxılmamış saxlanılmış, həmin iş üzrə 14 dekabr 2018-ci il tarixdə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul edilmiş, lakin iddiaçı hazırki iddia tələbi ilə 28 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
37. Göründüyü kimi iddia tələbi əsassız olduğundan eləcə də iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
40. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə ləğv edilə görə bilməz.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ət e t d i :
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(002)-102/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.