Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6228/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ticarət Mərkəzinin nümayəndəsi X4, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X6 vəkili X7 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(002)- 181/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ticarət Mərkəzi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X16 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk İddiaçı cavabdeh “Sədərək" Firmasına qarşı “əmlakın sahibliyə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 sentyabr 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 6055 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənubşərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi; Cavabdeh Firmasından maddi zərər qismində 43.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 63.200 (altmış üç min iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçının vəkili iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, 02 sentyabr 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 6055 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənubşərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsindən İddiaçı istifadə və sahiblik etməsinə cavabdeh tərəfindən maneə törədilməsinin qanunsuz hesab edilərək, qadağan olunması və qeyri- yaşayış sahələrinin İddiaçı istifadə və sahibliyinə verilməsi; Cavabdeh Firmasından maddi zərər qismində 61.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 81.200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaitinin tutlaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2010-cu ildə cavabdehlə iddiaçı arasında 6055 saylı Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi İddiaçı Bakı səhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 240 kv. metr sahəyə daimi Təyinatı üzrə istifadə hüququ alır. Müqaviləyə görə iddiaçı obyektin hər bir kv. metrinə görə 1000 manat olmaqla ümumilikdə 240.000 manat ödəməli, cavabdeh isə tikinti işlərinin son bəzək-tamamlama işlərinədək mövcud vəziyyətdə təhvil verməlidir. Müqavilənin sonuna edilmiş qeyddən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin, onlara məlum olmayan səbəblərdən 2018-ci ilin əvvəllərində Həsənov X12 olduğu zaman Əkrəm tərəfindən alınmış 240 kv. metrlik sahə Cavabdeh Firması tərəfindən zəbt edilmiş və iddiaçının dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, ona geri qaytarılmamışdır. Şərh olunanlardan da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 240 kv. metr seyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış, həmin qeyri-yaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən ödənilsə də, qeyri-yaşayış sahələri 2 ildir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Müqavilənin 5.1 və 5.2-ci bəndlərinin tələblərini nəzərə alaraq, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə tərəflərindən cavabdehə yazılı şəkildə müraciət olunaraq, bütün maneələrin aradan qaldırılması, 02 sentyabr 2010- cu il tarixli, 6055 saylı müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi, Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində ticarət mərkəzində yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi xahiş olunmuş və əks təqdirdə qeyri-yaşayış sahəsinin verilməsi, maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh müraciətləri poçt vasitəsi ilə qəbul etsə də, cavablandırmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı mübahisə predmeti olan obyektdən hər ay 1800 (min səkkiz yüz) manat gəlir əldə edirdi. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində son 2 il ərzində həmin gəlirdən məhrum olmuşdur. Bu isə hər ay 1800 manat olmaqla son iki il ərzində ümumilikdə iddiaçıya 43.200 (qırx üç min iki yüz) manat zərər vurulması deməkdir. Maddi zərərlə yanaşı iddiaçıya mənəvi ziyan da vurulmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2 ildən artıq müddət ərzində öz əmlakından məhrum olmuş və cavabdehin bu hərəkəti iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və nəticədə iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərərin məbləğinə gəlincə isə cavabdehin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirik ki, iddiaçıya vurulmuş mənəvi zərərin 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan olardı. Tərəflərindən hazırki iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edilmiş, lakin Qaradağ rayon Məhkəməsinin 2(002)-596/2020 saylı, 23 yanvar 2020-ci il tarixli Qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmış və hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduqları izah edilmişdir. Daha sonra tərəflərindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, lakin Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-686/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı ilə işə ümumi məhkəmədə baxılmalı olması səbəbindən iş üzrə icraata xitam verilmişdir. İddiaçı vəkili 30.03.2020-ci il tarixdə birinci instansiya məhkəməsinin ünvanına iddia ərizələrinə etiraz ərizəsi göndərərək, etirazını onunla əsaslandırmışdır ki, icraatınızda İddiaçı Cavabdeh Firmasına qarşı iddia ərizəsi üzrə 2(002)-181/2021 saylı mülki iş vardır. Məlum olduğu kimi həmin iş üzrə Cavabdeh Firması tərəfindən qarşılıqlı iddia ərizəsi ilə müracəit edilərək, 02 sentyabr 2010-cu il tarixli, 6055 saylı müqaviləyə Cavabdeh Firmasından heç bir pul məbləği tutulmadan xitam verilməsi xahiş olunmuşdur. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 ilə X16 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Ticarət Mərkəzinin ərazisində yerləşən qeyriyaşayış sahələrinə Xalça- Sıra 1, Korpus-2, yer 26/28 120 kv. metr və Xalça-Sıra 2, Korpus-2, yer 25/27 120 kv. metr istifadə hüquqlarının tanınması və onlarla daimi istifadə hüququ barədə müqavilə bağlamaq öhdəliyinin Cavabdeh Firmasının üzərinə qoyulması; İddiaçı 2010-cu ildən 2018-ci ilin may ayı daxil olmaqla onların vəsaitini qanunsuz olaraq özündə saxladığı 132.000 manat vəsait və illik 5 % olmaqla 6600 manat faiz borcunun tutulması və X15 ilə X8 ödənilməsi və Cavabdeh Firmasının və digər üçüncü şəxslərə X15 ilə X6 ticarət fəaliyyətinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk növbədə qarşılıqlı iddia ərizəsi ilə bağlı mövqeyimizi bildirmək istərdilər: 1) Qarşılıqlı iddia ərizəsinin əsaslarını İddiaçı guya 02 sentyabr 2010-cu il tarixli, 6055 saylı müqavilə üzrə ödəniş etməməsi, tərəflər arasında müqavilə predmeti olan obyektin təhvil-təsliminə dair aktın olmaması, İddiaçı mübahisə predmeti olan obyektləri Cavabdeh Firmasının razılığı olmadan qanunsuz olaraq icarəyə verməsi, 01 dekabr 2011-ci il tarixdə İddiaçı Cavabdeh Firması tərəfindən müqavilənin ləğv edilməsinə dair məktub göndərilməsi və bu məktubun İddiaçı tərəfindən 02 dekar 2011-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş xəbərnamə ilə alınması təşkil edir; 2) İddiaçıla Cavabdeh Firması arasında bağlanmış 02 sentyabr 2010- cu il tarixli müqavilədən görünür ki, müqavilənin sonunda cavabdeh tərəfindən tarix (02.09.2010) və məbləğ (240.000 manat) qeyd edilərək imzalanmış və möhürlənmişdir. Müqavilə bağlanandan bir il sonra isə, daha dəqiq desək 02 sentyabr 2011-ci il tarixdə İddiaçı mağazalara dair üzərində “Sədərək" Firmasının möhürü vurulmuş 2 ədəd qeydiyyat vərəqəsi verilmişdir; 3) Cavabdehin nümayəndəsinin təqdim etdiyi 02 sentyabr 2010-cu il tarixli ərizədən də görünür ki, ərizənin üzərində, daha dəqiq desək yuxarı hissəsində Cavabdeh Firmasının əməkdaşları tərəfindən imza edilərək, “Azer" və «ləğv olunsun» qeydləri yazılmış və 30.01.2018 tarixi qoyulmuşdur; 4) İş materiallarında olan onların tərəflərindən təqdim edilmiş Cavabdeh Firması ilə Sadıqov Zakir adlı şəxs arasında bağlanmış 25 aprel 2017-ci il tarixli müqavilənin sonundakı qeydlərdən də göründüyü kimi Cavabdeh Firması ödənişlərlə bağlı yenə də məbləğ və tarixlər göstərilməklə imza etmiş və möhür vurmuşdur. Bu hal Cavabdeh Firmasının ödənişlə bağlı digər şəxslərə də əlavə sənəd vermədiyini, ciddi hesabat blankı olan sənədlərdən istifadə etmədiyini və müqavilə üzrə edilmiş ödənişləri elə müqavilənin sonunda imza və möhürlə təsdiq etdiyini birbaşa sübut edir. İddiaçı tərəfindən müqavilə bağlanılan zaman Cavabdeh Firmasına məxsus bir neçə kitabda imza olunmuş və obyektə dair bütün qeydlər həmin kitablarda aparılmışdır. Cavabdeh Firması qarşılıqlı iddia ərizəsinə tərəflər arasında bağlanmış 6055 saylı müqaviləyə xitam verilməsi barədə 01 dekabr 2011-ci il tarixli imzasız məktub və həmin məktubun guya iddiaçıya çatdırılmasını təsdiq edən xəbərnamənin kserosurətini əlavə etmişdir. İlk növbədə qeyd edək ki, 01 dekabr 2011-ci il tarixli imzasız məktubun əsli cavabdehi məhkəmədə təmsil edən nümayəndə Azər İbrahimov tərəfindən “əsli ilə düzdür” yazılaraq təsdiq edilmişdir. Belə olan halda cavabdeh tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyət yaranır. Bir sənəddə müqavilənin 2011-ci ilin noyabr ayında, digərində isə 2018-ci ilin yanvar ayında ləğv edildiyi göstərilir. Digər tərəfdən təqdim edilmiş xəbərnamə onların tanımadıqları Allahverdiyev Murad adlı şəxs tərəfindən 02 dekabr 2011- ci il tarixdə imzalanmışdır. Qaradağ rayonundan Sabunçu rayonuna dövlət poçtu ilə göndərilən məktubun 1 gün ərzində ünvana çatdırılması inandırıcı deyildir. Xəbərnamənin üzərində Binəqədi rayonunda yerləşən 6 saylı Poçt Fiiialının 124 saylı Poçt Şöbəsinin AZ1124 indeksli, 30 noyabr 2011-ci il tarixli və 05 dekabr 2011-ci il tarixli möhürləri vurulmuşdur. Bu hal məktubun həmin poçt filialından 30 noyabr 2011-ci il tarixdə göndərildiyini təsdiq edir. Xəbərnamənin arxa hissəsində isə 5 saylı Poçt Filialının 81 saylı Poçt Şöbəsinin AZ1081 indeksli 02 dekabr 2011-ci il tarixli möhürləri vurulmuşdur. Bu hal məktubun Binəqədi rayon ərazisindən Qaradağ rayon ərazisinə göndərildiyini və 02 dekabr 2011-ci il tarixdə çatdınldığını təsdiq edir. Belə olan halda 01 dekabr 2011-ci il tarixdə tərtib edilmiş məktubun 1 gün öncə, 30 noyabr 2011-ci il tarixdə poçt şöbəsinə necə təhvil verildiyi və Sabunçu rayon ərazisinə göndərilən məktubun hansı səbəbdən Qaradağ rayonu ərazisində yerləşən poçt şöbəsi tərəfindən qəbul edildiyi naməlum qalır. Bununla yanaşı işə cavabdehlə Şahin Ələkbərov adlı şəxs arasında guya 28 yanvar 2015ci il tarixdə bağlanmış icarə müqaviləsi və borc tələbinə dair “Sədərək Firması” tərəfindən yazılmış 05.01.2016-cı il tarixli məktub əlavə edilmişdir. İcarə müqaviləsinin firmanın direktoru Y.Qədimbəyli tərəfindən, məktubun isə icraçı direktor V.Hüseynli tərəfindən imzalandığı göstərilsə də, hər iki imza eynidir. Sadalanan xüsusatlar Cavabdeh Firmasının adından məhkəməyə təqdim edilən sənədlərin sonradan tərtib edildiyini, dövlət poçtu tərəfindən verilən 2011-ci il tarixli xəbərnamənin arxa hissəsində isə İddiaçı adının və ünvanının yazıldığı qrafanın əvvəlcə doldurulmadığını və boş olduğunu, yalnız məhkəmə ərəfəsində saxtalaşdırılıraq, İddiaçı adının və ünvanının sonradan oraya qeyd edildiyini, əslində həmin xəbərnamənin tamam başqa bir məktubla, şəxslə və ünvanla bağlı olduğunu təsdiq edir. Bu hallar özü-özlüyündə qarşılıqlı iddia ərizəsində yazılanların cəfəngiyyat olduğuna dəlalət edərək, qarşılıqlı iddianın tamami ilə qanunsuz və əsassız olduğunu, müqavilə üzrə İddiaçı tərəfindən pul vəsaitinin hələ müqavilə bağlanılan tarixdə ödənildiyini və Cavabdeh Firması tərəfindən bu günə qədər də müqavilənin ləğvinə dair İddiaçı hər hansı bir məktub göndərmədiyini birbaşa təsdiq edir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialanna gəlincə isə aşağıdakıları bildirmək istərdilər: 1) Müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən irəli sürülən iddia tələblərinin əsasını hər hansı bir müqavilə olmadan İddiaçı guya icarə adı ilə 2010-2018-ci ilin may ayına qədər 132.000 manat pul ödənilməsi və İddiaçı onlann hesabına əsassız varlanması təşkil edir. 2) İlk növbədə qeyd etmək lazımdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən də qeyd olunduğu kimi İddiaçıla onların arasında hər hansı bir müqavilə münasibəti mövcud deyildir və İddiaçı onlardan pul almasına dair hər hansı bir yazılı sübut da məhkəməyə təqdim edilməmişdir. 3) Digər tərəfdən iddia ərizəsində göstərilənlər özüözlüyündə gülüncdür. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi müstəqil tələb irəli sürən üçüncü şəxslər guya 8 il ərzində Cavabdeh Firması və onun əməkdaşlarından (nəzarətçiləri) “qaçdıqlarını”, müxtəlif bəhanələr gətirərək, ödənişlər etməkdən yayındıqlarını və İddiaçı onları aldatdığı üçün ödənişləri firmaya deyil, Ə. Həsənova ödədiklərini bildirmişlər. Belə olan halda Cavabdeh Firması ilə onların arasında 28 yanvar 2015-ci il tarixdə hansı səbəbdən icarə müqaviləsi bağlamasının məntiqi izahını tapmaq mümkün deyil. Bununla yanası iddiaya əlavə edilmiş məktubdan görünür ki, quya Cavabdeh Firması müstəqil tələb irəli sürən üçüncü şəxslərə qarşı 05 yanvar 2016-cı il tarixdə 86.400 manat məbləğində icarə pulunun ödənilməsi tələbi ilə müraciət etmiş və sonuncular bu pulun ödənilməsi üçün vaxt istəmişlər. Lakin, nədənsə daha 2 il varım ərzində İddiaçı quya icarə haqqı ödəmişlər. Bu xüsusatlar müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən iddianın məhz Cavabdeh Firmasının təsiri və təzyiqi ilə irəli sürüldüyünü və həmin iddiaya əlavə edilmiş 05 yanvar 2016-cı il tarixli məktub və 28 yanvar 2015-ci il tarixli icarə müqaviləsinin də sonradan tərtib edildiyini birbaşa təsdiq edir. 4) Bundan əlavə qeyd etmək lazımdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları tamami ilə əsassız olsa da, sonuncular əsassız varlanma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 2 illik kəsici müddəti də ötürmüşlər. Cavabdeh Firmasının İddiaçı qarşı “02 sentyabr 2010cu il tarixli, 6055 saylı müqaviləyə Cavabdeh Firmasından heç bir pul məbləği tutulmadan xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin əsassız olması səbəbindən rədd edilməsi; müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 ilə X6 Cavabdeh Firmasına və İddiaçı qarşı Cavabdeh Ticarət Mərkəzinin ərazisində yerləşən qeyri-yaşayış sahələrinə Xalça-Sıra 1, Korpus-2, yer 26/28 120 kv. metr və Xalça-Sıra 2, Korpus-2, yer 25/27 120 kv. metr istifadə hüquqlarının tanınması və onlarla daimi istifadə hüququ barədə müqavilə bağlamaq öhdəliyinin Cavabdeh Firmasının üzərinə qoyulması; İddiaçı 2010-cu ildən 2018-ci ilin may ayı daxil olmaqla onların vəsaitini qanunsuz olaraq özündə saxladığı 132.000 manat vəsait və illik 5 % olmaqla 6600 manat faiz borcunun tutulması və X15 ilə X8 ödənilməsi və Cavabdeh Firmasının və digər üçüncü şəxslərə X15 ilə X6 ticarət fəaliyyətinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddialarının əsassız olmaları və iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X10 ilkin iddiası rədd edilməsi; "xxxx" Firmasının verdiyi qarşılıqlı iddia təmin edilməsi və Sədərək Firması ilə X25 arasında bağlanılmış 02.10.2010-cu il tarixli 6055 saylı müqaviləyə "xxxx" Firmasından heç bir pul məbləği tutulmadan xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı (qarşılıqlı İddia ərizəsində isə cavabdeh) məhkəməyə müraciət edərək, 02.09.2010-cu ildə İddiaçı ilə "xxxx" Firması arasında bağlanılmış 6055 saylı müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dimir yolu stansiyasının cənubunda, Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində yerləşən 240 kv metr qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və Cavabdeh "xxxx" Firmasından maddi zərər qismində 43.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 63.200 manat məbləğində pul vəsaitinin tutaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Qaradağ rayon məhkəməsinə iddia ərizısi ilə müraciət etmiş X13 iddiası tam əsassız və iddia tələbləri onunla bağlanılmış 6055 saylı 02.09.2010-cu il tarixli müqavilənin müddəalarına tam zidd olduğuna görə rədd edilməlidir. Ayrıca iddia müddətinin tətbiqi ilə bağlı vəsatət ərizələri iş materiallarındadır. Eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini aşağıdakı qaydada əsaslandırırlar. 08.10.2020-ci il tarixində məhkəmə iclasının keçirilməsi barədə Firmanın nümayəndəsinin telefonuna SMS bildiriş 01.10.2020-ci il tarixində saat 12:10-də daxil olmuşdur. İddiaçı (qarşılıqlı iddia ərizəsində isə cavabdeh) 02.09.2010-cu il tarixində "xxxx" Firmasına ərizə ilə (ərizə məhkəməyə təqdim edilmişdir) müraciət etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer ayrılmasını xahiş etmiş və ərizəsində bilavasitə ona veriləcək obyekti "şəxsən özünün işlədəcəyinə" təminat verdiyini bəyn etmişdir. Ərizədə göstərilmişdir ki, "gələcəkdə bu obyekti kirayə verdiyi təqdirdə mənim üçün nəzərdə tutulmuş güzəştlərin ləğv olunacağına etiraz etmirəm". Bundan sonra onunla "xxxx" Firması arasında 02.09.2010-cu il tarixində 6055 saylı müqavilə bağlanılmış və müqavilənin predmeti ticarət fəaliyyətinin həyata keçriilməsi üçün 50% güzəştli şərtlərlə topdansatış obyekti olmuş və müqavilənin qiyməti 240.000 manat müəyyən olunmuşdur. Müqavilədən görünür ki, müqavilə bağlanan zaman müqavilənin 1.3 bəndinə əsasən obyekt mövcud olmuşdur. Müqavilənin 1.4 bəndindən görünür ki, «Sifariçi sifariş etdiyi obyektin işlətmək hüququnun dəyərinin 100%-ni bir dəfəyə 240.000 manat olmaqla 02.09.2010-cu ilədək ödəməlidir.» İddiaçı (qarşılıqlı iddia ərizəsində isə cavabdeh) iddia ərizəsində bildirir ki, müqavilə üzrə müəyyən olunmuş 240.000 manat pul Cavabdehə ödənilmişdir. Bunu onunla əsaslandırır ki, " müqavilənin sonuna edilmiş qeyddən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir". Bu qeyddən başqa İddiaçı heç bir sübut təqdim edə bilmir. İddiaçı bilməlidir ki, "xxxx" maliyyə sənədi deyildir. Müqavilənin sonunda yazılmış və Sədərək Firmasının möhürü ilə təsdiq olunmuş 240.000 manat məbləğ müqavilənin dəyərini göstərir və pulun Firma tərəfindən qəbul edilməsi anlamına gəlmir. "xxxx" Firması tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışından görünür ki, X21 tərəfindən Sədərək Firmasına heç bir vəsait ödənilməmişdir. Nəğd vəsaitlərin kassaya mədaxili müəsisənin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan Kassa mədaxil orderi (Forma N KO-1) ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Mədaxil orderi ilə və ona əlavə edilən sənədlərlə pul alındıqdan sonra bu sənəd tarix (gün, ay, il) göstərilməklə dərhal xəzinədar tərəfindən imzalanır, ona əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə ''Ödənilib'' qeydi edilir. Belə sübut məhkəməyə İddiaçı tərəfindən təqdim edilmir. İddiaçı qurduğu ssenariyə əsasən hərəkət edir, qanunların tələblərinə uyğun yox! Belə ki, hətta fərziyələrə və İddiaçının ssenarisinə inansalar belə, müqavilənin arxasında "ÖDƏNİLİB" sözü də yazılmamışdır. Tərəf heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Müqavilənin 1.7 bəndindən görünür ki, « Sifarişçi ilə İcraçı arasında Ticarət Mərkəzi istismara veriləndən sonra, müqavilənin dəyəri tam olaraq ödənildiyi təqdirdə əlavə olaraq təhvil təslim aktı tərtib ediləcəkdir.» Belə aktın olmaması da tam əsas verir ki, müqavilə üzrə müəyyən olunan 240.000 manat Firmanın kassasına mədaxil edilməmişdir. Müqavilənin 1.9 bəndindən görünür ki, «obyektiv səbəblərdən sifarişçi obyekti işlədə bilmədiyi halda, İcraçının iştirakıyla üçüncü şəxsə 20% yuxarı qiymətə sub icarəyə verə bilər, yalnız bu təqdirdə (1.7) (1.1) bəndlərinə edilən güzəştli məbləğ Firmaya ödəniılməlidi» Müqavilənin şərtindən görünür ki, hətda İddiaçı obyekti Firmanın razılığı ilə icarəyə vermiş olsaydı belə o zaman ümumi icarə dəyərinin ancaq 20%-i ona çatmalıd idi. Müqavilənin 6.2 bəndindən görünür ki, «Bu müqavilə üzrə öhdəliklər və hüquqlar vərəsəlik halları istisna olmaqla İcraçının yazılı razılığı olmadan (Sub icarəyə vermə haqda İcraçının yazılı razılığı olmadıqda) digər üsulla (notarial kontoru, fiziki və ya hüquqi şəxslə bağlanmış digər müqavilə vasitəsilə hır hansı bir üçüncü şəxsə verilə bilməz. » Tərəflər arasında bağlanılmış müqavilənin xarakterindən görünür ki, 6055 saylı müqavilə istifadə hüququ əsas götürməklə icarə müqaviləsidir. Mülki qanunvericilyə uyğun olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər seçdiyi kontraqentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. ( Konstitusiya məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair “ 2015- ci il 14 iyul tarixli qərarı). İddiaçının (qarşılıqlı İddia ərizəsində isə Cavabdeh) məhkəməyə təqdim etdiyi iddia ərizəsinin 2-ci səhifəsinin 4-cü abzatsında yazır: «məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı mübahisə predmeti olan obyektdən hər ay 1800 manat gəir əldə edirdi.» Onun tərəfindən «gəlir əldə edirdi» ifadəsi obyektin qeyri qanuni yolla icarəyə verilməsindən əldə etdiyi gəlir kimi başa düşülməlidir. İddia ərizəsində İddiaçı (qarşılıqlı İddia ərizəsində isə Cavabdeh) yazır: (1-ci səhifə,4-cü abzats) «.... qeyri yaşayış sahələri 2 ildir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir». "xxxx" Firmasının obyekti zəbt etməsi hansı sübutlara və faktlara əsaslanır? Sədərək Firması özünə məxsus olan əmlakı niyə zəbt etməlidir? Bu məhkəməyə izah olunmalıdır. Əgər obyektlər Əkram Həsənov tərəfindən qeyri qanuni yolla Şahin və Elşən Ələkbərov qardaşlarına 2010-cu ildən icarəyə verilmişsə və həmin dövrdən hal-hazıra qədər həmin obyektdə Şahin və Elşən Ələkbərovlar fəaliyyət göstərirsə sual olunur: “ Sədərək" Firması bu obyektləri necə zəbt etmişdir.?! İddiaçı sübut etməlidir ki, həmin obyektlər ona məxsus olmaqla yanaşı onun tərəfindən istifadə edilmişdir. Göründüyü kimi İddiaçı (qarşılıqlı İddia ərizəsində isə Cavabdeh) iddia ərizəsində onunla bağlanılmış müqavilənin 6.2 bəndinin pozduğunu birbaşa etiraf edir. İddiaçı heç bir əsasla və müqavilənin heç bir müddəasına əsaslanaraq həmin obyektlərdən heç bir icarə haqqı ala bilməzdi və gəlir götürə bilməzdi. Müqavilənin şərtlərinə görə o, ancaq sahibkarlıq fəaliyyəti göstərməli idi və sahibkarlıq fəaliyyətindən gəlir əldə bilərdi. Bu işlə bağlı Azərb.Resp. Ali Məhkəməsinin 10.04.2020-ci il tarixli Qərarında da onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması öz əksini tapmışdır. Göründüyü kimi o heç bir sahibkarlıq fəaliyyəti göstərməmiş və bu qarşı tərəfdən 1800 manat almaqla əsassız varlanmış və "xxxx" Firmasına aid olan icarə pullarını mənimsəmiş və qanunsuz surətdə varlanmışdır. İddiaçı tərəf iddia ərizəsində əldə etdiyi «1800 manat gəlirin» hansı əsasla və kimdən aldığını göstərmir. Başqa sözlə, o, icarəyə verdiyi şəxsləri də aldatmış və onları inandırmışdır ki, ticarət obeykti onun mükiyyətindədir. Mübahisə üzrə predmet 6055 saylı müqavilədir. Müqavilənin şərtləri hər iki tərəf tərəfindən razılaşdırılaraq təsdiqlənmişdir. Bu şərtlərin pozulması müqavilənin ləğv edilməsi üçün əsasdır. Bundan başqa, məhkəməyə təqdim etdiykləri sübutdan da görünür ki, 01 dekabr 2011-ci il tarixində müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya (Əkram Həsənova) 253 saylı 01/12/2011-ci il tarixində rəsmi xəbərnaməli məktub göndərilmiş və ona tərəflər arasında olan müqavilənin 3.5-ci bəndinin tələblərini pozduğu və müqavilənin 21 noyabr 2011-ci il tarxidən ləğv olunduğunu rəsmi qaydada bildirilmişdir. Lakin qarşı tərəf bu məktubu 02.12.2011-ci il tarixdə alsa da ona cavab verməmişdir. İddia müddətinin 3 il olduğunu nəzərə alsaq iddia müddəti də buraxılmışdır. Bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Ticarət obyektləri ümumiyyətlə İddiaçının istifadəsində olmadığına, müqavilə şərtlərinin pozulması və müqavilədə göstərilən 240.000 manat məbləğin ödənilməməsi səbəbindən müqaviləyə xitam verilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X16 cavabdehlər İddiaçı və "xxxx" Firmasına qarşı “ qanunsuz icarə haqqının geri qaytarılması, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sədərək Ticarət mərkəzinin ərazisində yerləşən qeyi yaşayiş sahələrinə Xalça- Sıra 1, Korpus-2, yer 26/28 120 kv.m və Xalca- Sıra -2, korpus 2, yer 25/27, 120 kv.m istifadə hüquqlarının tanınması, və onlarla daimi istifadə hüququ barədə müqavilə bağlamaq öhdəliyi Cavabdeh Firmasının üzərinə qoyulması; X9 2010-ci ildən 2018-ci ilin may ayı daxil olmaqla onların vəsaitləri qanunsuz olaraq özündə saxladığı 132000 manat manat vəsait və və illik 5 % olmaqla 6600 manat faiz borcu Əkrəmdən tutulması və onlara ödənilməsi və Sədərək Firmasına və digər üçüncü şəxslərə onların ticarət fəaliyyətlərinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia əriəzlərini onunla əsaslandırmışdırlar ki, onlar, X16 və X2 Hüseyn oğlu Həsənovla Cavabdeh Firması arasında Qaradağ rayon məhkəməsində məhkəmə prosesi getdiyindən bu yaxınlarda xəbər tutdular. Onlar da bu işdə tərəfdirlər və müstəqil tələb irəli sürməlidirlər. Bu tələblərini aşağıdakı arqumentlərlə əsaslandırırlar. İddia predmeti olan hər iki yer 10 ildən çoxdur ki onların istifadəsindədir və onların tərəfindən tam təmir olunub və işlək vəziyyətə gətirilib. O, qardaşları X16 və X15 ilə birlikdə 2009-cu ildən Ticarət mərkəzi fəaliyyətə başladığı vaxtdan Cavabdeh Ticarət mərkəzinin ərazisində fərdi ticarət fəaliyyəti ilə məşğuldurlar. Xalça bazarı adlanan ərazidə xalça satıışı ilə məşğuldurlar. Həmin vaxtlar bazar yenicə açıldığına görə qarışıqlıq var idi. Onlar köhnə Aeroport yarmarkasından bura köçürdülər. Ona görə hər kəs özünə yer axtarırdı. Onlar həmin vaxtdan istifadə etmək üçün daha böyük kvadratı olan yer axtarırdılar və soraqlaşıb bu yeri tapdılar. Onlarla eyni kənddən olan X17 məxsus olması bidirilən yeri onun özü ilə razılıq gəlib 2010-cu ilin sonlarında 240 kv. m yeri icarəyə götürdülər. O, bildirdi ki, “bu yeri icarəyə verirəm, lakin müqavilə şərtlərində icarə vermək hüququ olmadığına görə sizdən soruşsalar deyərsiniz ki, Siz mənimlə şərikkisiniz”. Onlar ondan sorusdular ki, “sizin təsdiqlənmiş müqaviləniz varmı? O. da bildirdi ki, mən də Sədərəkliyəm bazar rəhbırliyi də, ona görə heç bir problemim yoxdur. Siz narahat olmayın”. Əkram Həsənov bildirdi ki, “siz aylıq icarə haqqını tam olaraq mənə ödəyəcəksiniz və mən özüm bazarla hesablaşacağam”. Onlar razılaşdılar. Əkrəm onlardan hər ay ona 1800 manat icarə haqqı ödəməklərini istədi və onlar da şifahi qaydada razılaşdlılar. 01.01.2015-ci ildən 01.05.2018-ci il tarixinə qədər ona hər ay 1200 manat ödəyirdilər. Əkrəm, onlara söylədi ki, “mənim vaxtım olmadığına, görə uşaqlarım Orxan və Ayxan gəlib hər ay sizdən pulu götürəcəkdir”. Tez bir zamanda işə başlamaqlarını düşündüklərindən Əkram Həsənovun müqaviləsinin hüquqi statusunu öyrənməyə onlarda vaxt yox idi. Bundan başqa da bazarda heç kim ümumi qəbul olunmuş normalara əsasən bu işlə heç vaxt maraqlanmamış və əlində müqavilə olduğunu deyən hər kəsə inanmışdır. Əkrəm, onlarla heç bir icarə müqaviləsi bağlamadı və aşağıda göstərilən qeyri yaşayış sahəsini onlara göstərdi (Xalça- Sıra lKorpus-2, yer 30/32 120 kv.m və Xalca- Sıra -2, korpus 2, yer 25/27, 120 kv.m. sonradan sıralam nömrələri dəyişdiyinə görə 30/32 saylı yer 26/28 olmuşdur.kv.m isə dəyişməmişdir) və onlar da bu obyektin Əkrəmə məxsus olmasına əmin oldular; Hər iki mağaza xalça fəaliyyəti üçün yararsız olduğuna görə təmir edilməsinə başladılar və 240 kv. m olan obyektin təmirinə 2010- 2011-ci illər ərzində 35.000 manat pul xərclədilər. Ora dəyəri 500.000 manatdan çox olan xalçalar gətirdilər. Həmin vaxt Azərbaycan Manatının ABŞ dollarına olan kursu 1 ABŞ dolan 0.78 manat idi. Hər ay sabit olaraq Əkramın övladlarına 1800 manat ödəyirdilər. Ödəniş aşağıdakı illər üçün bu qaydada olmuşdur: 2010-cu ilin noyabr-dekabr ayı-cəmisi 3600 manat.(ay 1800 manat); 2011, 2012,2013, 2014-cü illər üçün, 48 ay X 1800 manata= 86.400 manat; 2015-ci ilin, yanvar, fevral ayı-cəmisi 3600 manat (ay 1800 manat); 2015-ci ilin mart aymdan-2018-ci ilin may ayına qədər-hər ay 1200 manat olmaqla, 38 ay X 1200 manata= 45600 manat, CƏMİSİ: İddiaçı ödənilən məbləğ 132.000 manat təşkil edir. Onlar fəaliyyət göstərməyə başladıqdan sonra yəni, 2010-cu noyabr, dekabr ayları üzrə Sədərək Firması onlardan icarə haqqı tələb etmədi, belə ki bazar yenicə formalaşmağa başlamışdı və sahibkarlar üçün şərait yaradılırdı. Lakin, onlara bidlirdilər ki 2011-ci ildən başlayaraq icarə haqqı ödəyəcəklər. Amma onlar, yuxarıda qeyd etdikləri kimi 2010-cu ilin 2 ayının pulunu İddiaçı ödəmişdilər. Hər dəfə ay sonu gələndə nəzarətçilər gəlib bizdən aylıq icarə haqqı tələb etdikləri zaman onlar müxtəlif bəhanələr gətirirdilər və icarə müqaviləsi əsasında 1 kv.m üçün 6 manat olmaqla icarə haqqını vermirdilər. Təkcə tərəflərindən Sədərək Firmasına kommunal xərclər (işıq, su və s. zibilin daşınması və mühafizənin təmin edilməsi,) aylıq olaraq cəmi 120 manat olmaqla ödənilirdi. Hər dəfə nəzarətçilər onlara bildirəndə ki borcları çoxalır, onlar narahat olurdular və bu barədə Əkram Həsənova bildirirdilər, Əkrəm, isə onlara deyirdi ki “narahat olmayın bu məsələ mənlikdir, mən özüm bu məsələni rəhbərliklə həll edəcəm, onlarla eyni kənddənəm, qohumuq” və s. Hər dəfə nəzarətçilər gəlib onlardan icarə haqqını soruşduqda onlar nəzarətçilərdən vaxt istəyirdilər və ticarətin zəif getdiyini bəhanə edərək pulun verilməsini yubadırdılar. Amma, heç bir halda yeri icarəyə götürdüklərini demirdilər. 2015-ci ilin fevral ayında manatın devalvasiyası baş verdi, bütün sahibkarlar kimi bu onlara da təsir etdi və bazar rəhbərliyi onların üzərlərinə bu məsələ ilə bağlı çox getmədi və 2015-ci sonlarında 2-ci devalvasiya baş verdiyi zaman müəyyən müddət üçün İddiaçı problemin həll olunub olunmamasını öyrənə bilmədilər. Lakin, aylıq icarə haqqı kimi onlardan icarə pulunu yenə də övladları vasitəsilə almaqda davam edirdi. Manat devalvasiyaya olduqdan sonra ona 2015-ci ilin mart ayından hər ay icarə haqqı olaraq 1200 manat ödəməyə başladılar. Nəhayət, 05.01.2016-cı il tarixində “Sədərək" Firması onlara məktubla borcları barədə yazılı müraciət etdi. Həmin vaxt icarə haqqı üzrə borclarının 86.400 manat olduğunu bir daha bildikdən sonra İddiaçıla əlaqə yaratdılar. Əkrəm, onlara bildirdi ki, “narahat olmayın, mən özüm Firmanın məsul şəxsləri ilə əlaqə yaradıb, məsələni yoluna qoyacağam”. Onlar bu dəfə də Əkrəmə inandılar. Əkrəmə bildirdilər ki, “bizimlə Firma arasında icarə müqaviləsi də mövcudur və orada icarə haqqı 1 kv.m üçün 6 manat müəyyən olunmuşdur. Siz isə bizdən 7 manatdan almısınız”. 2018-ci ilin may ayında onlara məlum oldu ki, İddiaçı Ticarət mərkəzi ilə müqavilə bağlasa da müqavilədə razılaşdırılmış dəyəri Firmaya ödəməmişdir. Bundan başqa onların verdikləri aylıq 1800 və 1200 manat icarə haqqlarından Firmanın kassasına da heç bir vəsaiti mədaxil etməmişdir. Onlar bunu bildikdən sonra Əkrəmlə yenə də əlaqə yaratdılar və Əkrəm, onlara bildirdi ki “siz mənə vaxt verin, mən özüm bu məsələni yoluna qoyacağam”. Onlar Əkrəmdən pullarını tələb etdilər o, isə müxtəlif bəhanələr gətirdi və vaxt istədi. Lakin, məlum olduğu kimi bu iş hələ də həll olunmamış qalır və iş məhkəmədədir. Pullarını da Əkram Həsənov qaytarmamışdır. Firma onlarla 28.01.2015-ci il tarixində icarə müqaviləsi bağlamışdır. Ondan əvvəl də aralarında icarə müqaviləsi olmuşdur. İcarə müqaviləsində icarə qiyməti müəyyən olunmuşdur. Həmin qiymətə eyni zamanda xidmət haqqı da daxildir. 2018-ci ilin may ayından sonra icarə haqqını sabit olaraq Firmanın kassasına ödəməyə başladılar. Bundan sonra Firma rəhbərliyi onlardan yenə də tələb etdi ki, “ticarət obyekti üzrə ödəmədiyiniz əvvəlki illərin aylıq icarə haqqlarını Firmanın kassasına ödəməlisiniz. Ödəməcəyiniz halda ticarət mərkəzinin rəhbərliyi məcbur olub yerin boşaldılmasını tələb edəcəkdir və bizə xidmət dayandırılacaqdır”. Bu barədə Firmanın onlara yazılı müraciəti olmuşdur. Tələb yenə də qüvvədədir. Onlar Firmadan xahiş edərək vaxt istədilər ki, Əkram Həsənovu tapıb pullarını ondan alıb Firmaya verərlər. Lakin, İddiaçı onlara verdiyi vəd yerinə yerinə yetirilmədi. Məhkəmə prosesini bildikdən sonra tam əmin oldular ki, İddiaçı məqsədi onlara pulu qaytarmamaq olmamış, sadəcə onları aldatmışdır. Müstəqil tələb irəli sürən tərəf kimi prosesə qoşulmaqlarının səbəbi də odur ki, məhkəmə prosesində onlara məlum olan sübutları təqdim etməklə öz haqqlarını tələb edərək pullarını İddiaçı ala bilələr. Hal-hazırda onların Firmaya ödəmədikləri keçmiş illər üçün 123840 manat (1kv.m üçün 6 manat olmaqla) manatdan çox bocları yaranmışdır. Onlar bu pulları İddiaçı ödəmişlər və tələbləri odur ki, həmin borc məbləği Əkrəmdən tutulsun və onlara qaytarılsın və həmin pulu da onlar Firmaya ödəməklə borclarını silə bilərlər. Bu pulun ödənilməsini Firma onlardan tələb edir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müqaviləyə əsasən İddiaçı orada heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməmiş və onların hesablarına əsassız varlanmışdır. Göründüyü kimi onlarla Əkrəm arasında müqavilə olmamış, hüquq və öhdəlikləri müəyyən olunmamışdır. Hal-hazirda onların uzun illər ərzində qurduqları biznes təhlükə altındadır. Məhkəmə qərarı ilə onlar öz bizneslərini tam sığortalaya bilərilər. Bu da ondan ibarətdir ki. 10 ildən çox müddətdə tam olaraq onların istifadələrində olan, təmir olunan, biznes fəaliyyətinin həyata keçirilməsi üçün respublikada və onun hüdüdlarından kənarda tanıdılan xalça biznesi istifadələrində olan yerin əllərindən alınması halında (buna da artıq real zəmin yaranmaqdadır) tam iflas ola bilərlər və onlara küllü miqdarda ziyan dəymiş olardı. Buna görə hər iki obyektə onların istifadə hüquqları tanınmalı və Sədərək Firması onlarla uzun muüddətli istifadə hüququ barədə müqavilə bağlamalıdır. Cavabdeh Firması bu müqaviləni onlarla bağlaması üçün məhkəmə qətnaməsi çıxarılmalıdır. Çünki, onlar Sədərək Firmasına icarə müqaviəsinin daimi istifadə hüququ ilə əvəz edilməsini xahiş etdikdə onlar bundan imtina etdilər. Eyni zamanda onların Cavabdeh Firmasına olan borcları Əkram Həsənovdan tutulmalıdır. Belə ki, o heç bir hüququ olmadan onlardan həmin pulu aldatma yolu ilə almışdır. Bunu nəzərə alaraq illik 5% olmaqla İddiaçı özündə saxladığı məbləğə əlavə olaraq 6600 manat da tutulub onlara verilməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(002)- 181/2021 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya, üçüncü şəxslərin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun üçüncü şəxslərə aid edilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-181/2021 saylı iş üzrə 13.04.2021-ci il tarixli qətnaməsininin qismən, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilkin iddia tələblərinin təmin edilməməsi hissəsində ciddi prosessual və maddi hüquq normalarının pozuntusuna yol vermiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Ümumiyyətlə məhkəmə qətnaməsində göstərilən dəlillər işin hallarına uyğun deyildir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar isə birinci instansiya məhkəməsi tərəfindən sübut olunmur. Hesab edir ki, Qaradağ rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və ilk iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi 02 sentyabr 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında 6055 saylı Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə sifarişçi İddiaçı Bakı Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmaq üçün 240 kv. metr sahəyə daimi təyinatı üzrə istifadə hüququ alır. Müqaviləyə görə iddiaçı obyektin hər bir kv. metrinə görə 1000 manat olmaqla ümumilikdə 240.000 manat ödəməli, cavabdeh isə tikinti işlərinin son bəzək-tamamlama işlərinədək mövcud vəziyyətdə təhvil verməlidir. Müqavilənin sonuna edilmiş qeyddən, imzadan və möhürdən görünür ki, 240.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bundan sonra obyekt 2018-ci ilin əvvəllərinə qədər İddiaçı istifadə və sahibliyində olmuşdur. 2018-ci ilin əvvəllərində Həsənov X12 olduğu zaman onun tərəfindən alınmış 240 kv. metrlik sahə Cavabdeh Firması tərəfindən zəbt edilmiş və iddiaçının dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, ona geri qaytarılmamışdır. Cavabdeh Firması öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı güya 02 sentyabr 2010-cu il tarixli, 6055 saylı müqavilə üzrə ödəniş etməmiş, tərəflər arasında müqavilə predmeti olan obyektin təhvil-təsliminə dair akt mövcud deyildir, Ə. Həsənov mübahisə predmeti olan obyektləri Cavabdeh Firmasının razılığı olmadan qanunsuz olaraq icarəyə vermişdir, 01 dekabr 2011-ci il tarixdə İddiaçı Cavabdeh Firması tərəfindən müqavilənin ləğv edilməsinə dair məktub göndərilmiş və bu məktub İddiaçı tərəfindən 02 dekar 2011-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş xəbərnamə ilə alınmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi 01.12.2011-ci il tarixdə ləğv olunmuşdur. İlk iddia tələbi üzrə cavabdehin veridyi izahatından aydın olur ki, müvafiq icarə müqvailəsinin ləğv edilməsinin əsası qismində ilk iddiaçının icarə haqqı ödəməməsi, habelə onların razılığı olmadan müvafiq sahəni üçüncü şəxslərin istifadəsinə verməsi halı səbəb olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı müvafiq icarə sahəsini üçüncü şəxslərin istifadəsinə vermiş və buna görə icarə haqqı almış, Sədərək firmasına icarə haqqı ödəməmişdir. Qeyd edilən hal ilk iddiaçı tərəfin izahatı, üçüncü şəxslərin izahatı və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. İlk iddiaçı müvafiq icarə müqaviləsinin ləğv olunmadığını, 2018-ci il tarixədək, 8 il həmin obyekti özü və üçüncü şəxslərin vasitəsilə istifadə etdiyini, 2018-ci ildən cavabdeh tərəfindən ona maneçilik törədildiyini bildirsə də, həmin hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq icarə sahəsi 28.01.2015-ci il tarixli icarə müqaviləsinə əsasən üçüncü şəxslərin istifadəsinə verilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə ilk iddiaçının müvafiq sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. Halbuki, İddiaçıla Cavabdeh Firması arasında bağlanmış 02 sentyabr 2010-cu il tarixli müqavilədən görünür ki, müqavilənin sonunda cavabdeh tərəfindən tarix (02.09.2010) və məbləğ (240.000 manat) qeyd edilərək imzalanmış və möhürlənmişdir. Müqavilə bağlanandan bir il sonra isə, daha dəqiq desək 02 sentyabr 2011-ci il tarixdə İddiaçı mağazalara dair üzərində Cavabdeh Firmasının möhürü vurulmuş 2 ədəd qeydiyyat vərəqəsi verilmişdir. İş materiallarında olan nümunə qismində tərəflərindən təqdim edilmiş Cavabdeh Firması ilə Sadiqov Zakir adlı şəxs arasında bağlanmış 25 aprel 2017-ci il tarixli müqavilənin sonundakı qeydlərdən də göründüyü kimi Cavabdeh Firması ödənişlərlə bağlı yenə də məbləğ və tarixlər göstərilməklə imza etmiş və möhür vurmuşdur. Bu hal Cavabdeh Firmasının ödənişlə bağlı digər şəxslərə də əlavə sənəd vermədiyini, ciddi hesabat blankı olan sənədlərdən istifadə etmədiyini və müqavilə üzrə edilmiş ödənişləri elə müqavilənin sonunda imza və möhürlə təsdiq etdiyini birbaşa sübut edir. Qeyd edir ki, İddiaçı tərəfindən müqavilə bağlanılan zaman Cavabdeh Firmasına məxsus bir neçə kitabda imza olunmuş və obyektə dair bütün qeydlər həmin kitablarda aparılmışdır. Məhkəmə araşdırması zamanı tərəflərindən vəsatətlə müraciət edilərək, Cavabdeh Firmasında 2010-cu il üzrə müqavilələrin qeydiyyat kitabını, qeydiyyat vərəqələrinin qeydiyyat kitabını və nəzarətçilərin qeydiyyat kitabını, o cümlədən başqa şəxslərlə bağlanmış müqavilələr üzrə edilmiş ödənişləri təsdiq edən ciddi hesabat blankı olan mədaxil orderlərini (qəbzlərini) Cavabdeh Firmasından tələb edilməsi xahiş olunsa da, məhkəmə bu vəsatətlərini təmin etməmişdir. Hətta mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər 10 ildən artıqdır müddətdə kommunal xərclərə görə Cavabdeh Firmasına pul ödədiklərini, lakin heç bir ödəniş sənədinin onlara verilmədiyini bildirmişlər. Məhkəmə araşdırması zamanı Cavabdeh Firmasının nümayəndəsi 02 sentyabr 2010-cu il tarixli ərizənin surətini təqdim etmişdir. Həmin ərizədən görünür ki, ərizənin üzərində, yuxarı hissəsində Cavabdeh Firmasının əməkdaşları tərəfindən imza edilərək, “Azer” və «ləğv olunsun» qeydləri yazılmış və 30.01.2018 tarixi qoyulmuşdur. Cavabdeh Firmasının nümayəndəsi həmin ərizədəki imzanın Firmanın direktoru Yunisə məxsus olduğunu, “Azer” sözünün birbaşa ona aid olduğunu bildirsə də, tarix məsələsinə aydınlıq gətirməmişdir. Onların vəsatətləri əsasında həmin sənədin əsli tələb edildikdə isə sənədin əslində 30.01.2018 tarixinin ülgüc ilə (və ya hər hansı bir başqa vasitə İlə) pozulduğu müəyyən edilmişdir. Tərəflərindən bu xüsusat məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu hala diqqət verməmiş, saxtakarlıq əməlinə göz yumaraq, hətta qəbul etdiyi qətnamədə bu sənədə istinad etsə də, qeyd edilənlərlə bağlı qətnamədə bir ifadə belə yazılmamışdır. Halbuki, məhkəmə ən azından bu halı müəyyənləşdirmək üçün ekspertiza təyin etməli idi. Sədərək” Firması qarşılıqlı iddia ərizəsinə tərəflər arasında bağlanmış 6055 saylı müqaviləyə xitam verilməsi barədə 01 dekabr 2011-ci il tarixli imzasız məktub və həmin məktubun guya iddiaçıya çatdırılmasını təsdiq edən xəbərnamənin kserosurətini əlavə etmişdir. 01 dekabr 2011-ci il tarixli imzasız məktubun əsli cavabdehi məhkəmədə təmsil edən nümayəndə Azər İbrahimov tərəfindən “əsli ilə düzdür” yazılaraq təsdiq edilmişdir. Belə olan halda cavabdeh tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyət yaranır. Bir sənəddə müqavilənin 2011-ci ilin noyabr ayında, igərində (həmin sənəd Cavabdeh Firmasının nümayəndəsi tərəfindən qarşılıqlı iddia ərizəsi verilməmişdən öncə təqdim edilmişdir) isə 2018-ci ilin yanvar ayında ləğv edildiyi Birinci instansiya məhkəməsi bu sənədə istinad edərək, müqaviləyə guya 2011-ci ildə xitam verildiyi qənatinə gəlimişdir. Halbuki iş materiallarında həmin məktubun İddiaçı və ya onun ailə üzvləri tərəfindən alınmasını təsdiq edən heş bir sənəd mövcud deyildir. Digər tərəfdən təqdim edilmiş xəbərnamə tanımadıqları Allahverdiyev Murad adlı şəxs tərəfindən 02 dekabr 2011-ci il tarixdə imzalanmışdır. Qaradağ rayonundan Sabunçu rayonuna dövlət poçtu ilə göndərilən məktubun 1 gün ərzində ünvana çatdırılması inandıncı deyildir. Xəbərnamənin üzərində Binəqədi rayonunda yerləşən 6 saylı Poçt Filialının124 saylı Poçt Şöbəsinin AZ1124 indeksli, 30 noyabr 2011-ci il tarixli və 05 dekabr 2011-ci il tarixli möhürləri vurulmuşdur. Bu hal məktubun həmin poçt filialından 30 noyabr 2011-ci il tarixdə göndərildiyini təsdiq edir. Xəbərnamənin arxa hissəsində isə 5 saylı Poçt Filialının 81 saylı Poçt Şöbəsinin AZ1081 indeksli 02 dekabr 2011-ci il tarixli möhürləri vurulmuşdur. Bu hal məktubun Binəqədi rayon ərazisindən Qaradağ rayon ərazisinə göndərildiyini və 02 dekabr 2011-ci il tarixdə çatdınldığını təsdiq edir. Belə olan halda 01 dekabr 2011-ci il tarixdə tərtib edilmiş məktubun 1 gün öncə, 30 noyabr 2011-ci il tarixdə poçt şöbəsinə necə verildiyi və Sabunçu rayon ərazisinə göndərilən məktubun hansı səbəbdən Qaradağ rayonu ərazisində yerləşən poçt şöbəsi tərəfindən qəbul edildiyi naməlum qaldığını qeyd edtmişdir. Onlara "məlum olmayan səbəblərdən” birinci instansiya məhkəməsi qətnamədə bu xabərnaməyə ümumiyyətlə toxunmadəğənı qeyd etmişdır. Bununla yanaşı işə cavabdehlə Şahin Ələkbərov adlı şəxs arasında guya 28 yanvar 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsi və borc tələbinə dair “Sədərək Firması” tərəfindən yazılmış 05.01.2016-cı il tarixli məktub əlavə edilmişdir. İcarə müqaviləsinin firmanın direktoru Y.Qədimbəyli tərəfindən, məktubun isə icraçı direktor V.Hüseynli tərəfindən imzalandığı göstərilsə də, hər iki imza eynidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin ərizələrinin məzmunundan da göründüyü kimi müstəqil tələb irəli sürən üçüncü şəxslər guya 8 il ərzində “Sədərək" firması və onun əməkdaşlarından (nəzarətçiləri) “qaçdıqlarını”, müxtəlif bəhanələr gətirərək, ödənişlər etməkdən yayındıqlarını və İddiaçı onları aldatdığı üçün ödənişləri firmaya deyil, İddiaçı ödədiklərini bildirmişlər. Belə olan halda “Sədərək" firması ilə onların arasında 28 yanvar 2015-ci il tarixdə hansı səbəbdən icarə müqaviləsi bağlanmasının məntiqi izahını tapmaq mümkün deyil. Bununla yanaşı iddiaya əlavə edilmiş məktubdan görünür ki, quya Cavabdeh Firması müstəqil tələb irəli sürən üçüncü şəxslərə qarşı 05 yanvar 2016-ci il tarixdə 86.400 manat məbləğində icarə pulunun ödənilməsi tələbi ilə müraciət etmiş və sonuncular bu pulun ödənilməsi üçün vaxt istəmişlər. lakin, nədənsə daha 2 il yarım ərzində İddiaçı güya icarə haqqı ödəmişlər. Bu xüsusatlar müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən iddianın məhz Sədərək Firmasının təsiri və təzyiqi ilə irəli sürdüyünü və həmin iddiaya əlavə edilmiş 05 yanvar 2016-cı tarixli məktub və 28 yanvar 2015-ci il tarixli icarə müqaviləsinin də sonradan tərtib edildiyini birbaşa təsdiq edir. Sadalanan xüsusatlar Cavabdeh Firmasının adından məhkəməyə təqdim edilən sənədlərin sonradan tərtib edildiyini, dövlət poçtu tərəfindən verilən 2011-ci il tarixli xəbərnamənin arxa hissəsində isə İddiaçı adının və ünvanının yazıldığı qrafanın əvvəlcə doldurulmadığını və boş olduğunu, yalnız məhkəmə ərəfəsində saxtalaşdırılıraq, İddiaçı adının və ünvanının sonradan oraya qeyd edildiyini, əslində həmin xəbərnamənin tamam başqa bir məktubla, şəxslə və ünvanla bağlı olduğunu, Cavabdeh Firmasının direktoru tərəfindən müqavilənin İddiaçı heç bir xəbər verilmədən qanunsuz olaraq 30 yanvar 2018-ci il tarixdə ləğv edildiyini, bu faktın onların tərəflərindən aşkar olunduqdan sonra isə sənəddə 30.01.2018-ci il tarixinin ülgüc ilə (və ya hər hansı bir başqa vasitə ilə) pozulduğu, müstəqil tələb irəli sürən üçüncü şəxslərlə müqavilə və yazışmaların da məhkəmə ərəfəsində arxa tarixlə tərtib edildiyini birbaşa təsdiq edir. Bu hallar özü-özlüyündə qarşılıqlı iddia ərizəsində yazılanların cəfəngiyyat olduğuna dəlalət edərək, qarşılıqlı iddianın tamami ilə qanunsuz və əsassız olduğunu, müqavilə üzrə İddiaçı tərəfindən pul vəsaitinin hələ müqavilə bağlanılan tarixdə ödənildiyini və Cavabdeh Firması tərəfindən bu günə qədər də müqavilənin ləğvinə dair İddiaçı hər hansı bir məktub göndərmədiyini birbaşa təsdiq edir. Sadalanan saxtakarlıq faktları ilə bağlı birinci instansiya məhkəməsinə tərəflərindən dəfələrlə məlumat verilmiş və hətta xüsusi qərardad qəbul edərək, Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi xahiş olunsa da, məhkəmə bu halların heç birinə əhəmiyyət verməmiş, sübutları lazımi şəkildə, tam, müfəssəl və obyektiv araşdırmadan mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ilk iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, ilk iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsi 01.12.2011-ci il tarixdə ləğv edilmişdir. İlk iddiaçı mübahisə predmeti olan sahəni 2018-ci ilədək istifadə etdiyini, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən ona 2018-ci ildən maneçilik törədildiyini, hüquqlarının 2018-ci ilin yanvar ayından həmin vaxtadan pozulduğunu, müqavilənin 2011ci ildə ləğv edilmədiyini bildirsə də, qeyd edilən hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı ilk ididaçının hüquqlarının məhz 2018-ci il yanvar ayı tarixdən pozulması halını müəyyən etmək mümkün olmamışdır. Mülki qanunvericiliyin tələbinə əsasən isə daşınmaz əmlaka dair müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Bu halda, məhkəmə hesab edir ki, ilk iddiaçı hüquqlarının pozulduğunu hesab etdiyi tarixə dair sübut təqdim etmədiyindənən, iddia müddətinin axımı məhz tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və bu barədə ilk iddiaçıya xəbərdarlıq məktubunun göndərildiyi tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanılmış icarə müqaviləsi 01.12.2011-ci il tarixdə ləğv edilməsi kimi yalnış nəticəyə gəlməklə müddətin axımının başlandığı anı da düzgün müəyyənləşdirməmişdir. İddia ərizəsindən və iş materiallarından da göründüyü kimi iddiaçının mübahisə predmeti olan obyektdən istifadə və sahiblik hüququ 2018-ci ildən pozulmuşdur. Hətta həm qarşılıqlı iddia ərizəsində, həm də Cavabdeh Firmasının təsiri və təzyiqi ilə müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən irəli sürülmüş iddia ərizəsində belə mübahisə predmeti olan obyektə görə İddiaçı 2018-ci ilə qədər ödənişlər edildiyi göstərilmişdir. Bundan əlavə məhkəmə həm qarşılıqlı iddia, həm də müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları üzrə iddia müddətini tətbiq etməməklə də pozuntuya yol vermişdir. Belə ki, qarşılıqlı iddiada mübahisənin əsasını təşkil edən 02 sentyabr 2010cu iltarixli, 6055 saylı müqavilə üzrə İddiaçı tərəfindən ödəniş edilmədiyi və müqavilə predmeti olan mağazaları müqavilə şərtlərinə zidd olaraq Cavabdeh Firmasının razılığı olmadan başqa şəxslərə icarəyə verdiyi üçün müqaviləyə xitam verilməsi xahiş olunur. Müqavilənin 1.4-cü bəndinə görə İddiaçı elə həmin günü 240.000 manatı ödəməli idi. Əgər bu məbləğ ödənilməsə idi Cavabdeh Firması artıq hüququnun pozulduğunu bilməli idi və müqavilənin 3.5-ci bəndinə əsasən 1 ay ərzində müqaviləyə xitam verə bilərdi. Müqavilə predmeti olan mağazaların Cavabdeh Firmasının razılığı olmadan başqa şəxslərə icarəyə verilməsi isə ümumiyyətlə müqavilənin xitamı üçün əsas kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-cü maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi Cavabdeh Firması nəinki müqavilə üzrə iddia irəli sürülməsi üçün qanunvercilikidə nəzərdə tutulmuş müddətləri, hətta ümumi iddia müddətini belə ötürmüşdür. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarına gəlincə isə bildirlər ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər əsassız varlanma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 2 illik kəsici müddəti də ötürmüşlər. Belə ki, Mülki cəllənin “Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi” adlanan 1095-ci maddəsinin tələbinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İlkin iddia tələblərinin əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə gəlincə isə bildirmək istərdik ki, əsas iddia tələbi, yəni mübahisə predmeti olan obyektin İddiaçı verilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, həmin tələbdən irəli gələn əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb də öz növbəsində əsaslı sayılaraq, təmin edilməməlidir. Həmin iddia tələblərinin əsası isə həm iddia ərizəsində, həm də məhkəmə araşdırılması zamanı tərəflərindən MPM-nin 53-cü maddəsinə müvafiq olaraq verilmiş ərizədə təfsilatı ilə göstərildiyini qeyd etmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ticarət Mərkəzi apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 181/2021 saylı iş üzrə 13.04.2021-ci il tarixli qətnaməsininin Cavabdeh Firmasına aid hissədə ləğv edilməsini və Cavabdeh Firmasının qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ticarət Mərkəzi apellyasiya şikayətini onunla əsaslandırır ki, Qaradağ rayon məhkəməsinin qətnaməsi "xxxx" Firması tərəfindən verilən qarşılıqlı iddia ərizəsi hissəsində təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlara məhkəmə qiymət verərkən müəyyən etmişdir ki, "xxxx" Firması ilə Əkram Həsənov arasında bağlanılmış 6055 saylı müqaviləyə 21 noyabr 2011-ci il tarixində xitam verilmişdir. Məhkəmə bu faktı əsas götürərək "xxxx" Firmasının qarşılıqlı iddiasını təmin etməmişdir. Hesab edirlər ki, qarşılıqlı iddia ərizələrində yer alan faktlar məhkəmə qətnaməsində yer alsa idi və təmin edilsə idi, gələcəkdə vətəndaş Əkram Həsənov tərəfindən müqavilədən yaranan problemlərlə bağlı yenə də iddia verilə bilməzdi və məsələ tam həllini tapardı. Qarşılıqlı iddia tələblərinin təmin edilməsi üçün bütün sübutlar məhkəmə baxışında sübuta yetirilmişdir. Həmçinin, Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X16 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-181/2021 saylı iş üzrə 13.04.2021-ci il tarixli qətnaməsininin müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X11 iddia tələbinə aid hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X16 apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə hesab edib ki, hazırki mülki iş üzrə əmlaka dair istifadə hüququnun yaranması əsasında məhz tərəflər arasında bağlanmış müqavilə çıxış edir. Müqavilə isə hər iki tərəfin iradə ifadəsinin nəticəsini özündə etifa edən razılaşmadır. Başqa sözlə, mübahisə predmeti olan sahəyə dair üçüncü şəxslərin istifadə hüququ məhz tərəflər arasında bağlanmış müvafiq icarə müqaviləsinin nəticəsində yaranmışdır. Digər tərəfdən isə fiziki və hüquqi şəxslər hər hansı müqavilənin bağlanmasında azaddırlar. Hər hansı şəxsin üzərinə müqavilə öhtəliyinin qoyulması miilki qanunvericilikdə birbaşa təsbit edilmiş mülki qanunvericiliyin əsas prinsiplərindən biri qismində çıxış edən müqavilə azadlığı prinsipinə ziddir. Qeyd edilənləri əsas gətirərək məhkəmə hesab edib ki, üçüncü şəxslərin iddia tələbi istifadə hüququnun tanınması və müqavilə bağlamaq öhtəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Bildirirlər ki, məhkəmə mülki qanunvericiliyin əsas prinsiplərindən biri qismində çıxış edən müqavilə azadlığı prinsipini əsas gətirərək iddia tələbini təmin etməməsi əsassızdır. Əgər müstəqil tələb irəli sürən üçüncü şəxslər on ildən artıqdır ki, mübahisəli obyektdən istifadə edir və istifadə hüququ cavabdeh tərəfdən tanınmırsa və mübahisə yaranırsa əlbətdə üçüncü şəxslər istifadə hüququnun tənınması üçün məhkəməyə müraciət etməlidirlər. Məhkəmə müqavilə bağlamaq öhtəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddianı təmin etməsədə, istifadə hüququnu tanısa bu müqavilə bağlamaq üçün əsas ola bilər. Məhkəmə qətnamədə qeyd edir ki, üçüncü şəxslər hər ay İddiaçı heç bir əsas olmadan icarə haqqı ödədiklərini, onun həmin icarə haqqını Sədərək firmasına ödəmədiyini, sədərək firmasının həmin pulu onlardan tələb etdiyini bildirərək İddiaçı ödənilmiş 132000 manat məbləğində pulu əsassız olaraq özündə saxlaması halını əsas gətirərək, həmin pul vəsaitini tutaraq onlara ödənilməsini tələb etmiş və iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Lakin üçüncü şəxslər qeyd edilən hallara dair, habelə həmin məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan ələ keçirilməsi məhz cavabdehin hərəkətləri nəticəsində həmin məbləğdə pul vəsaitindən onların məhrum olması hallarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki bu halların sübut edilməsi öhtəliyi məhz, üçüncü şəxslərin üzərinə düşür. Bununla da üçüncü şəxslərin məhz cavabdehin hərəkətləri nəticəsində qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görədə qeyd edilənləri əsas gətirərək məhkəmə hesab edib ki, üçüncü şəxslərin iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Bildirirlər ki, ilkin iddiaçı iddia ərizəsində mübahisəli obyektdən hər ay 1200-1800 manat pul qazanmasını yazaraq təstiq etmiş və ilkin iddiaçının nümayəndəsi məhkəmə iclasında da həmin faktı etiraf etmişdir. İlkin İddiaçıun mübahisəli obyektdən hər ay 1200-1800 manat pul qazanmasını yazaraq iddia ərizəsində yazaraq təstiq etməsini və ilkin iddiaçının nümayəndəsinin məhkəmə iclasında da həmin faktı etitaf etməsini məhkəmə sübut kimi qəbul etməmişdir. Məlumdur ki, son on il ərzində mübahisli obyekti üçüncü şəxslər istifadə etmişlər və hər ay 1200-1800 manat pulu da ona üçüncü şəxslər vermişlər. Qeyd edir ki, üçüncü şəxslər icarə pullarını hər ay İddiaçı oğlanları Orxan və Ayxan vasitəsi ilə vermişlər və bu fakt məhkəmə zalında təstiqini tapmışdır. Eyni zamanda İddiaçı ödənilmiş 132000 manat məbləğində pulu əsassız olaraq özündə saxlaması və “Sədərək" firmasına ödəməsi faktı daha sonra onunla sübut olunur ki, "xxxx" firması üçüncü şəxslərə qarşı məhz 123840 manat ödənilməmiş icarə haqqı tələbi irəli sürmüşdür. Həmçinin, üçüncü şəxslər iddia tələbində "xxxx" firması və üçüncü şəxslərin onların ticarət fəaliyyətinin həyata keçirilməsinə maneçilik törətməsinin qadağan edilməsini tələb etsə də, cavabdehi və digər şəxslərin onların ticarət fəaliyyətinə hansı maneçilik törətməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki bu halların sübut edilməsi öhləliyi məhz üçüncü şəxslərin üzərinə düşür, Beləliklə də cavabdehin hansı hərəkətləri nəticəsində üçüncü şəxslərin ticarət fəaliyyətinə hansı maneçilik törətməsi hallarını müəyyən etmək mümkün olmamışdır. Ona görədə qeyd edilənləri əsas gətirərək məhkəmə hesab edib ki, üçüncü şəxslərin iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Qeyd edir ki, "xxxx" firması əslində ticarət obyektini istifadə elməkdə onlara bir maneçilik törətməyir, yalnız icarə haqlarının vaxtında ödənilməsini tələb edir. Apeliyasiya şikayətinin qeyd edilən dəlillərinə əsasən qətnamənin müstəqil tələb irəli sürən 3-cü şəxslər: X15 və X8 aid hissəsi qanunsuz və əsassızdır, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və hesab edirlər ki, həmin qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilkin iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ticarət Mərkəzinin nümayəndəsi X18 qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh Firmasına aid hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X6 vəkili X20 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 6055№ li 02.09.2010-cu il tarixli müqavilənin məzmunundan aydın olur ki, Cavabdeh firması ilə İddiaçı arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu, satnsiyasının cənubunda, Lökbatan –Xocahəsən yolunun cənub-şərqində tikintisi başa çatmaqda olan Yeni ticarət mərkəzində gələcəkdə ticarət fəaliyyəti ilə mışğul olmaq üçün əriəzdə göstərdiyi sahəyə uyğun olaraq özü işlətmək şərti ilə 50 % güzəşt qiymətlə topdan satış 240 m2 240000 manat daimi təyinatı üzrə istifadə hüququ alır. Sifarişçi obyektin hər bir m2-ə 1000 manat, cəmi 240000 manat ödəməlidir., sifarişçi sifariş verdiyi obyektin işlətmək hüququnun dəyərinin 100%-ni bir dəfəyə 240000 manat, qalan hissəsini isə 02.09.2010-cu ilədək ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh firmasına müvafiq qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinin tələb edilməsinə, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubu ünvanlamış və Firma tərəfindən həmin məktub 14.01.2020-ci il tarixdə təhvil alınmışdır. İş materiallarında olan 02.09.2010-cu il tarixli ərizənin məzmunundan görünür ki, Həsənov X22 rayonu ərazisində inşa ediləcəyi yeni ticarət mərkəzində ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün digər müqavilələrə nisbətən güzəşti qiymətlə 240 m2 sahənin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan 28.01.2015-ci il tarixli icarə müqaviləsinin məzmunundan yadın olur ki, Cavabdeh firması ilə X16 aasında icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Firma Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən 240 kv m. olan mağaza sahəsi kimi 1 il müddətinə icarəyə verilməsini öz üzərinə öhdəlik götürmüş, icarəçi razılaşdırılmış qaydada icarə haqqının ödənilməsini öhədisnə götürmüşdür. İş materiallarından görünür ki, Sədərək X1 və X8 2015-cu il üzrə icarə borcunun (60 ay ərzində 1 kv m üçün icarə haqqı 6 manat olmaqla) ödənilmədiyini, ancaq xidmət haqqı və kommunal xərcin ödənildiyini, icarə borcunun məbləğinin 86400 manat məbləğ təşkil etdiyini, yaranmış borcun qısa vaxt ərzində ödənilməsini, əks halda həmin obyekt üzrəində xidmətin dayandırlacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, X16 fərdi sahibkar qismində fiziki şəxslərin sahibkarlıq uçotu üzrə qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş sənədlərin texniki ekspertizası ilə bağlı 02 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 20 avqust 2021-ci il tarixli 5/801-5/811-4/1039 saylı Ekspertiza Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02.09.2010-cu il tarixli ərizənin yuxarı sol tərəfindəki imzanın altında kimyəvi üsulla silmə aparılaraq həmin hissədə olan yazılar silinmişdir. Həmin hissədəki düzəlişlər yerli və intensiv olduğu üçün, ilkin yazılar müəyyən etmək mümkün olmadı.Tədqiqata təqdim edilmiş 02.09.2011-ci il tarixli Qeydiyyat vərəqələrinin üzərindəki möhür əksləri relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 02.09.2011-ci il tarixli Qeydiyyat vərəqələrinin üzərindəki möhür əksləri təqdim edilmiş mülki işin birinci cildinin 15, 208 vərəqələrində olan 01.03.2020-ci və 08.10.2020-ci il tarixli etibarnamələrədə olan Cavabdeh firmasının möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim olunmuş poçt xəbərnaməsindəki “Bakıxanov qəs. M.Əmirov 34.m.34.X27” əlyazılan rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin xəbərnamənin tarix qrafasındakı “02 12 11” rəqəmlər, “Şəxsən” qrafasındakı “Allahverdiyev Murad” əlyazılan, “Digər qaydada” qrafasındakı əlyazısı və imzalar, “PS-ni rəisi” qrafasındakı “poet” əlyazısı, “Kimə” qrafasındakı “Sədərək firması” əlyazılan, “Hara” qrafasındakı “Bakı 124 Zeynalov F.” əlyazılan rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin xəbərnamədəki “02” və “12” rəqəmlərinin arasındakı imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə diyircəkli qələmlə icra olunmuşdur. Həmin xəbərnamədəki “Bakıxanov qəs.M.Əmirov 34.m.34.X27” əlyazılan ilə tarix qrafasındakı “02 12 11” rəqəmlərinin, “Şəxsən” qrafasındakı “Allahverdiyev Murad” əlyazılarının, “Digər qaydada” qrafasındakı əlyazısının və imzaların, “PS-ni rəisi” qrafasındakı “poet” əlyazısının, “Kimə" qrafasındakı “Sədərək firması” əlyazılarının, “Hara” qrafasındakı “Bakı 124 Zeynalov F.” əlyazılarının və “02”, “12” rəqəmlərinin arasındakı imzanın icra olunmasında istifadə olunan mürəkkəbin rəngləyici maddəsi kimyəvi tərkibinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında fərqlidirlər. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə Ekspertizaya təqdim edilmiş, mülki işin 14-cü və 15-ci səhifələr arasındakı 2011-ci il tarixli poçt xəbərnamənin ön hissəsində “kimə”, “hara” qrafalarındakı yazılar; arxa hissəsində “olan” və “ünvanda yaşayan” qrafalarındakı yazılar və “il tarixdə”, “şəxsən” və PS-nin rəisi (müavin) qrafalarındakı yazılar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh Firmasına ünvanladığı 2(103)-6228/2021 saylı, 09 iyul 2021-ci il tarixli sorğusuna Cavabdeh Firması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qaradağ rayon X24 Hissəsi tərəfindən verilmiş Arayış təqdim edərək sənədlərin tamamı ilə yandığını bildirmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qaradağ rayon X24 Hissəsinin 37/39-287 saylı, 16 iyul 2021-ci il tarixli Arayışına əsasən müəyyən edilmişdir ki, 16.11.2018-ci il tarixdə saat 1146 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində ümumi sahəsi 1400 m2 olan anbarda yanğın baş vermişdir. Yanğın zamanı anbarda 200 m2 sahədə yanar konstruksiya, əşyalar və “Sədərək" firmasına məxsus arxiv sənədləri tamamilə yanmışdır. Arayış Bakı Apellyasiya məhkəməsinə təqdim etmək üçün verilir. İş materialllarında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 2(103)-6228/2021 saylı, 09 iyul 2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 28 iyul 2021-ci il tarixli, **********130900 saylı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" Firmasının (VÖEN **********) təsis sənədlərinin surətinin təqdim edilməsinə dair daxil olmuş müraciətə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, hüquqi şəxsin tələb olunan sənəd sürəti qoşmada sizə təqdim olunur. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edidlməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyrihüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Sədərək Firmasına məxsus olması, habelə həmin sahəyə dair Sədərək Firması ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılması halı işin mübahisəsiz hallarıdır. İlk iddiaçı müvafiq sahənin icarə müqaviləsi əsasında onun sahibliyində olduğunu, 8 il həmin sahəni istifadə etdiyini, hazırda ilk iddia üzrə cavabdehin ona maneçilik törətdiyini əsas gətirərək, həmin sahənin onun sahibliyinə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. İlk iddia tələbi üzrə cavabdeh ilk iddiaçı ilə həmin sahəyə dair icarə müqaviləsinin bağlanıldığını, lakin daha sonra ilk iddiaçının həmin sahəyə görə heç bir icarə haqqı ödəmədiyini, habelə onların razılığı olmadan başqa şəxslərin istifadəsinə verdiyini, buna görə də onunla bağlanılmış icarə müqvailəsinə 01.12.2011-ci il tarixdə xəbərdarlıq etməklə, xitam verdiklərini, daha sonra isə həmin sahəyə dair üçüncü şəxslərlə icarə müqaviləsi bağladıqlarını, habelə ilk iddiaçının iddia müddətini ötürdüyünü əsas gətirərək, ilk iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi üzrə sübutetmə yükü məhz ilk iddiaçının üzərinə düşür. Belə ki, ilk iddiaçı müvafiq sahənin onun qanuni sahibliyində olması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin sahənin onun qanuni sahibliyindən və istifadəsindən çıxması halını sübutetmək öhdəliyini daşıyır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi 01.12.2011-ci il tarixdə ləğv olunmuşdur. ilk iddia tələbi üzrə cavabdehin veridyi izahatından aydın olur ki, müvafiq icarə müqvailəsinin ləğv edilməsinin əsası qimsində ilk iddiaçının icarə haqqı ödəməməsi, habelə onların razılığı olmadan müvafiq sahəni üçüncü şəxslərin istifadəsinə verməsi halı səbəb olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı müvafiq icarə sahəsini üçüncü şəxslərin istifadəsinə vermiş və buna görə icarə haqqı almış, Sədərək firmasına icarə haqqı ödəməmişdır. Qeyd edilən hal ilk iddiaçı tərəfin izahatı, üçüncü şəxslərin izahatı və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. İlk iddiaçı müvafiq icarə müqaviləsinin ləğv olunmadığını, 2018-ci il tarixədək, 8 il həmin obyekti özü və üçüncü şəxslərin vasitəsilə istifadə etdiyini, 2018-ci ildən cavabdeh tərəfindən ona maneçilik törədildiyini bildirsə də, həmin hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq icarə sahəsi 28.01.2015-ci il tarixli icarə müqaviləsinə əsasən üçüncü şəxslərin istifadəsinə verilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə ilk iddiaçının müvafiq sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən şəxs mülkiyyətçi və ya qanuni sahib qismində ona məxsus əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Hazırki halda isə ilk iddiaçının mübahisə predemti olan sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi icarə obyektinin onun sahibliyinə və istifadəsinə qaytarılması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, ilk iddiaçı ilk iddia tələbi üzrə cavabdehin hərəkətləri nəticəsində ona 61200 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, qeyd eidlən məbləğdə ona maddi ziyan vurulması, məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində ona həmin məbləğdə ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, birinci instansiya məhkəməsinin araşdırması zamanı ilk iddia tələbi üzrə cavabdehin hansı təqsilri hərəkətləri nəticəsində ilk iddiaçıya qeyd edilən məbləğdə maddi ziyan vurulması, habelə vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd edilən halaları əsas gətirərək, hesab edir ki, ilk iddia tələbi bu hissəsə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsində də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ilk iddiaçının ilk iddia tələbi üzrə cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, birinnci nstansiya məhkəməsi araşdırması zamanı ilk iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi mənəvi zərər hissəsin də təmin olunmamalıdır. Həmçinin, birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia tələbi üzrə cavabdeh hazırki mülki iş üzrə ilk iddiaçının iddia müddətini ötürdüyünü bildirərək, iddia müddətinin tətbiq edilməklə ilk iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə ilk iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, ilk iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasıı Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsinin araşdırması zamnaı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsi 01.12.2011-ci il tarixdə ləğv edilmişdir. İlk iddiaçı mübahisə predmeti olan sahəni 2018-ci ilədək istifadə etdiyini, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən ona 2018-ci ildən maneçilik törədildiyini, hüquqlarının 2018-ci ilin yanvar ayından həmin vaxtdan pozulduğunu, müqavilənin 2011-ci ildə ləğv edilmədiyini bildirsə də, qeyd edilən hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin araşdırması zamanı ilk ididaçının hüquqlarının məhz 2018-ci il yanvar ayı tarixdən pozulması halını müəyyən etmək mümkün olmamışdır. Mülki qanunvericiliyin tələbinə əsasən isə daşınmaz əmlaka dair müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçı hüquqlarının pozulduğunu hesab etdiyi tarixə dair subut təqdim etmədiyindən, iddia müddətinin axımı məhz tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və bu barədə ilk iddiaçıya xəbərdarlıq məktubunun göndərildiyi tarixdən hesablanmalıdır. İlk iddiaçı müvafiq iddia tələbi üzrə məhkəməyə 14.09.2020-ci il tarixdə mürcaiət etmişdir. Qeyd edilən halları əsas götürərək, mülki qanunvericiliyin tələbini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə ilk iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, ilk iddia tələbi iddia müddəti tətbiq edilməklə də rədd olunmalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyrihüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər: Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Müqavilənin İİ bəndinə əsasən müqavilə imzalandıqdan sonra qüvvəyə minir və müqavilə öhdəliklərinin icrası tam başa çatdıqdan sonra (aktla qəbul edildikdən sonra) və ya tərəflər xitam vermə barədə qarşılıqlı razılığa gəldikdə və ya yeni müqvailə bağlandıqda xitam olunur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 02.09.2010-cu il tarixli 6055№ li müqavilə 01.12.2011-ci il tarixdə qarşılılqı iddiaçı tərəfindən ləğv olunmuşdur. Həmçinin, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq müqvailənin ləğv edilməsinə səbəb ilk iddiaçının icarə haqqı ödəməməsi və üçüncü şəxslərin istifadəsinə verməsi halı səbəb olmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanılmış müvafiq icarə müqaviləsi artıq ləğv edilmiş, bununla da tərəflər arasında həmin müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, tərəflrə arasında bağlanılmış müvafiq icarə müqaviləsi ləğv edildiyindən, artıq həmin müqavilə mövcud olmadığından və bunun nəticəsində həmin müqavilədən irəli gələn hüquq münasibətlərinə, öhdəliklərə xitam verildiyindən, qarşlıqlı iddia tələbi təmin edilməməlidir. Həmçinin, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı qarşlıqlı iddia tələbi üzrə iddiaçının iddia müddətini ötürdüyünü əsas gətiərərk, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməklə, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə qarşılqlı iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilə 01.12.2011-ci il tarixdə ləğv edilmiş olsa da, ilk iddiaçı tərəfindən həmin müqavilə ilə bağlı mübahisəyə dair iddia tələbi ilə 14.09.2020-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının müvafiq müqavilə üzrə hüquqlarının pozulduğu vaxt məhz ilk iddiaçı tərəfindən müvafiq müqavilənin mübahisələndirdiyi vaxt (buna dair iddia tələbi ilə məhkəməyə mürcaiət etdiyi vaxt) əsas götürülməklə müəyyən edilməlidir. Bu halda, məhkəmə kollegiyası qeyd edilən halları əsas götürməklə, mülki qanunvericiliyin tələbini rəhbər tutmaqla, hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də ilk iddiaçının qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olmaqla, tətbiq edilməməlidir. Məhkəmə kollegiyası üçüncü şəxslərin iddia tələbi ilə balı aşağıdakı hüquq normalarının qeyd eidlməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs X16 ilə Sədərək firması arasında mübahisə predmeti olan sahəyə dair 28 yanvar 2015-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üçüncü şəxsin istifadəsinə verilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, həmin sahə hazırda da üçüncü şəxslərin istifadəsindədir. Üçüncü şəxslər 10 ildən çox bir müddətdə həmin sahənin onların istifadəsində olması halını əsas gətirərək, həmin sahənin istifadə olunmasına görə icarə haqqının İddiaçı ödədiklərini, Sədərək firmasına yalnız kommunal xərcləri ödədiklərini əsas gətiərərk, həmin sahəyə dair istifadə hüquqlarının tanınması, daimi istifadə hüququ barədə müqavailə bağlamaq öhdəliyini Sədərək firmaısnın üzərinə qoyulması, 2010-cu ildən 2018-ci ilin may ayı müddətində İddiaçı qanunsuz olaraq özündə saxladığı 132000 manat pul vəsaitini və illik 5 % olmaqla 6600 manat faiz borcun tutularaq onlara ödənilməsi, Sədərək Firması və digər üçüncü şəxslərə onların ticarət fəaliyyətinı maneçilik törədilməsinin qadağan edilməsi tələbini irəli sürmüşdür. İlk iddiaçı hazırki mülki iş üzrə üçüncü şəxslərin iddia tələbi üzrə iddia müddəitinin tətbiq eidlməklə təmin olunmamasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı həmin sahəyə dair üçüncü şəxslərlə icarə müqaviləsinin bağlanıldığını, həmin sahənin hazırda da onların istifadəsində olduğunu, buna dair heç bir maneçiliyin olmadığını əsas gətirərək, üçüncü şəxslərin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə əmlaka dair istifadə hüququnun yaranması əsasında məhz tərəflər arasında bağlanılmış müvafiq müqavilə çıxış edir. Müqavilə isə hər iki tərəfin iradə ifadəsinin nəticəsini özündə ehtiva edən razılaşmadır. Baqşa sözlə, mübahisə predemti olan sahəyə dair üçüncü şəxslərin istifadə hüququ məhz tərəflər arasında bağlanılmış müvafiq icarə müqvailəsinin nəticəsində yaranmışdır. Digər tərəfdən isə fiziki və hüquqi şəxslər hər hansı müqavilənin bağlanmasında azaddırlar. Hər hansı şəxsin üzərinə müqavilə bağlanılmaıs öhdəliyinin qoyulması mülki qanunvericilikdə birbaşa təsbit edilmiş mülki qanunvericiliyin əsas prinsiplərindən biri qismində çıxış edən müqavilə azadlığı prinspinə ziddir. Qeyd edilən halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin iddia tələbi istifadə hüququnun tanınması və müqvailə bağlamaq öhdəliyini cavabdehin üzərinə qoyulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, üçüncü şəxslər hər ay İddiaçı heç bir əsas olmadan icarə haqqı ödədiklərini, onun həmin icarə haqqını Sədərək firmasına ödəmədiyini, Sədərək Firmaısnın həmin pulu onlardan tələb etdiyini bidlirərək, İddiaçı Həsən oğluna ödənilmiş 132000 manat məbləğində pulun əsassız olaqra özündə saxlaması halını əsas gətirərək, həmin pul vəsaitinin tutularaq onlara ödənilməsini tələb etmiş və iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Lakin üçüncü şəxslər qeyd edilən hallara dair, habelə həmin məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan ələ keçirilməsi, məhz cavabdehin hərəkətləri nəticəsində həmin məbləğdə pul vəsaitindən onların məhrum olması hallarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halların sübut edilməsi öhdəliyi məhz üçüncü şəxslərin üzərinə düşür. Bununla da, üçüncü şəxslərin məhz cavabdehin hərəkətləri nəticəsində qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də qeyd edilənləri əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, üçüncü şəxslər iddia tələbində Sədərək firması və üçüncü şəxslərin onların ticarət fəaliyyətinin həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsini tələb etsə də, cavabdehin və digər şəxslərin onların ticarət fəaliyyətinə hansı maneçilik törədilməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halalrın sübut edilməsi öhdəliyi məhz üçüncü şəxslərin üzərinə düşür. Bununla da, cavabdehin hansı hərəkətləri nəticəsində üçüncü şəxslərin ticarət fəaliyyətinə hansı maneçilik törədilməsi hallarını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin idida tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, birinci instansiya məhkəmə araşdırması zamnı müəyyən edilmişdir ki, ilk iddiaçı üçüncü şəxslərin iddia tələbi üzrə iddiaçının iddia müddətini ötürdüyünü əsas gətiərərk, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməklə, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə üçüncü şəxslər tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, ilk iddiaçı tərəfindən mübahisə predmeti olan qeyriyaşayış sahəsinə dair iddia tələbi ilə 14.09.2020-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin hüquqlarının pozulduğu vaxt məhz ilk iddiaçı tərəfindən müvafiq qeyri-yaşayış sahəsinə dair hüquqların mübahisələndirdiyi vaxt (buna dair iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt) əsas götürülməklə müəyyən edilməlidir. Bu halda, məhkəmə kollegiyası qeyd edilən halları əsas götürməklə, mülki qanunvericiliyin tələbini rəhbər tutmaqla, hesab edir ki, üçüncü şəxslər tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də ilk iddiaçının üçüncü şəxslərin iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olmaqla,tətbiq edilməməlidir. Məhkəmə kollegiyası bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, sübutları əsas götürərək, hesab edir ki, ilk İddiaçı cavabdeh “Sədərək" Firmasına qarşı “əmlakın sahibliyə və istifadəsinə verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk iddia ərizəsinin əsassız olduğundan təmin olunmaması, qarşılıqlı iddiaçı Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi” dair qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X6 cavabdehlər İddiaçı və "xxxx" Firmasına qarşı “ qanunsuz icarə haqqının geri qaytarılması, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin əsassız olduğundan təmin olunmaması, ilk iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. İş üzrə hər üç tərəfin Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər müvafiq iddia tələbi ilə oxşar məzmunlu olmaqla onlara yuxarıda qiymət verilmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının vəkilinin ekspertiza təyin edilməsi barədə vəsatəti təmin olunmuşdur.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş kompleks ekspertiza ilə bağlı 02 sentyabr 2021-ci il tarixdə məhkəməyə 20 avqust 2021-ci il tarixli 5/801-5/811-4/1039 saylı Ekspertiza Rəyi daxil olmuşdur.Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İlk iddia üzrə iddiaçının təqdim etdiyi dəlillər (onlara yuxarıda qiymət verilmişdir) və sübutlar iddianın təmin edilməsi üçün kifayət qədər möhkəm, tutarlı olmamışdır, odur ki, həmin dəlil və sübutlarla birgə qiymətləndirilən 20 avqust 2021-ci il tarixli 5/801-5/811- 4/1039 saylı Ekspertiza Rəyinə və digər sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Kollegiya qeyd edir ki, hazırkı mülki iş üzrə ilk iddiaçının müvafiq sahənin qanuni sahibi qismində çıxış etməsi halı müəyyən edilməmişdir.İddiaçıla Cavabdeh Firması arasında bağlanmış 02 sentyabr 2010-cu il tarixli müqavilədən görünür ki, müqavilənin sonunda cavabdeh tərəfindən tarix (02.09.2010) və məbləğ (240.000 manat) qeyd edilərək imzalanmış və möhürlənmişdir.Lakin həmin məbləğin, yəni 240.000 manatın ödənilməsini təsqdiq edəcək ödəniş sənədi nə 1-ci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim olunmamışdır. Müqavilə bağlanandan bir il sonra isə, yəni 02 sentyabr 2011-ci il tarixdə İddiaçı mağazalara dair üzərində Cavabdeh Firmasının möhürü vurulmuş 2 ədəd qeydiyyat vərəqəsi verilməsi ilə bağlı apellyasiyanın dəlilləri üzrə araşdırmanın nəticəsinə dair qeyd olunmalıdır ki, həmin 2 ədəd qeydiyyat vərəqəsi səlahiyyətli şəxs (ümimiyyətlə heç kim tərəfindən) imzalanmadığına görə həmin vaxt və sonrakı dövrlərdə qeyri-yaşayış sahsinin ilk iddiaçının qanuni sahibliyində olmasına dəlalət etmir. Daha sonra apellyasiyanın dəlillərindən biri də odur ki, İddiaçı tərəfindən müqavilə bağlanılan zaman Cavabdeh Firmasına məxsus bir neçə kitabda imza olunmuş və obyektə dair bütün qeydlər həmin kitablarda aparılmışdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının vəkili tərəflərindən verilmiş vəsatət təmin edilərək, Cavabdeh Firmasında 2010-cu il üzrə müqavilələrin qeydiyyat kitabı, qeydiyyat vərəqələrinin qeydiyyat kitabı və nəzarətçilərin qeydiyyat kitabı, o cümlədən başqa şəxslərlə bağlanmış müqavilələr üzrə edilmiş ödənişləri təsdiq edən ciddi hesabat blankı olan mədaxil orderləri (qəbzləri) Cavabdeh Firmasından tələb olunsa da, həmin sənədlərin təqdim olunması mümkün olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh Firmasına ünvanladığı 2(103)- 6228/2021 saylı, 09 iyul 2021-ci il tarixli sorğusuna Cavabdeh Firması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qaradağ rayon X24 Hissəsi tərəfindən verilmiş Arayış təqdim edərək sənədlərin tamamı ilə yandığını bildirmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qaradağ rayon X24 Hissəsinin 37/39-287 saylı, 16 iyul 2021-ci il tarixli Arayışına əsasən müəyyən edilmişdir ki, 16.11.2018-ci il tarixdə saat 1146 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində ümumi sahəsi 1400 m2 olan anbarda yanğın baş vermişdir.Yanğın zamanı anbarda 200 m2 sahədə yanar konstruksiya, əşyalar və “Sədərək" firmasına məxsus arxiv sənədləri tamamilə yanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(002)- 181/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6228/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6228/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver