Məhkəmə qərarları › İş №2(103)-623/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-623/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-623/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5, Cavabdeh və vəkili X2 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-4966/2012 saylı işi üzrə xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 2011-ci il 10 may tarixli 342-İK/03 nömrəli kredit müqaviləsi tizrə 1554,04 ABŞ dolları əsas, 395,62 ABŞ dolları faiz, 262,71 ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 2212,37 ABŞ dolları milli manat ekvivalentində və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4966/2012 saylı işi üzrə xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanılmış 342-İK/03 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi (səh.12), «xxxx» ASCnin xx.xx.2012-ci il tarixli maliyyə arayışı (səh.9), «xxxx» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2011-ci il tarixli xəbərdarlıq məktubu (səh.37), xx.xx.2012-ci il tarixli ödəniş tapşırığı(səh.8), Cavabdeh tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ərizələr (səh.10-11), xx.xx.2011-ci il tarixli kredit hesabı üzrə qrafik (səh.16), xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi (səh.17), xx.xx.2011-ci il tarixli kassa mədaxil orderi (səh.19), xx.xx.2010-cu il tarixli Cavabdeh kreditin verilməsi barədə sərəncam (səh.21) sübut qismində təqdim edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli iş nömrəsi 2(004)-4960/20İ2 saylı qətnamənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385.1.4, 385.1.2, 385.1.4, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o heç vaxt İddiaçı-dən kredit götürməmişdir. Ümumiyyətlə bununla bağlı xxxxdan ona bildirişdə gəlməyib. Məhkəmə iclası ilə bağlı ona bildiriş gəlməmişdir, əlavə olaraq məhkəmə qətnaməsi daxil olmamış. Məhkəmənin bu qərarı haqda xx.xx.2020-ci il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin icra və probasiya şöbəsi tərəfindən verilən bildiriş əsasında məlumatı olmuşdur. Əgər araşdırma aparılsaydı və məhkəməyə dəvət olunsaydı, müəyyən olunardı ki, ümumivyətlə bankdan bir manat olsa belə indiki dövrə qədər götürməmişdir. Odur ki,apellyasiya instansiyası qarşısında həmin müqavilədə onun tərəfindən imza ona aid olub- olmamsı müəyyən etməsi üçün xəttşünaslıq ekspertizası keçirilməsini tələb edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7343/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2020-ci il tarixli rəydə qeyd edilir ki, Cavabdeh ilə “xxxx” ASC-nin Binəqədi filialı arasında bağlanmış 342-İK/03 nömrəli xx.xx.2011 -ci il tarixli kredit müqaviləsində “Borcalan” qrafasındakı imza; xx.xx.2011 -ci il tarixli ödəniş cədvəlində “Borcalan” qrafasındakı imza; xx.xx.2011 -ci il tarixli kassa məxaric orderinin kserosurətində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 127 (yüz iyirmi yeddi) manat müəyyən edilmişdir (səh.85). Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 ekspert rəyi ilə razı olmadığını, kredit müqaviləsi üzrə borc üzrə tərəfiin ödəniş etdiyini, lakin buna dair əlavə sübutlarının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 331, 355-357, 385-390, 399, 404, 425.1, 427.3, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İddia tərəfinin təqdim etdiyi sübutlarda hesab səhvində fərq olduğundan qətnamənin prosessual (məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi) əsasları ilə ləğv edilməsi üçün əsaslar mövcuddur. Diqqətə çatdırılmalıdır ki, ekspertiza tədqiqatların aparılması və əlavə sübutlar təqdim edilməsi imklanlarının yaradılmasına baxmayaraq müqavilənin bağlanması və ya onun sonradan bəyənməsi, habelə müqavilə və borc münasibətlərinə yönəlik digər sübutlar təqdim edilməmişdir. İlkin olaraq tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən şəxsin iddia edilən hüquqi əsaslarla borclu olmasının müzakirəsi belə yolverilməzdir, halbuki cavabdehin digər əsaslarla belə borclu olması da müəyyən edilmir. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməli, ekspertizanın aparılması ilə əlaqədar məhkəmə xərcləri isə iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4966/2012 saylı işi üzrə xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğdə pul vəsaiti İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar