Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-623/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə və girov predmetinin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2072/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə və girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB- 07298 saylı kredit müqaviləsi üzrə kreditə görə 4855,32 manat əsas, faiz borcuna görə 911,25 manat, cərimə borcuna görə 1040 manat olmaqla, borcun cəmi məbləği 6806,57 manat pul və dövlət rüsumu kimi ödənilmiş 89 manat məbləğində pulun tutulması; Cavabdeh qızma məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi - 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi: 106,6 qr. bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 6806,57 manat pul və dövlət rüsumu kimi ödənilmiş 89 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan qızının xx.xx.2021-ci il tarixli, SBLMB-07298 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2072/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 13-0***-******* saylı kredit müqaviləsi üzrə 4855,21 manat əsas borc, 911,25 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla cəmi 5916,46 manat və 89 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi komplekt - 1 ədəd, çəkisi - 17,7 qr, əyarı - 750; Kolye qolbaq dəst - 1 ədəd, çəkisi - 28 qr, əyarı - 583; sep - 1 ədəd, çəkisi - 30 qr, əyarı - 583; saat qolbaq - 1 ədəd, çəkisi - 11,1 qr, əyarı - 583; komplekt - 1 ədəd, çəkisi - 15,7 qr, əyarı - 583; üzük - 1 ədəd, çəkisi - 4,1 qr, əyarı - 583; cəmi 106,6 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə ediləcək məbləğ hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğin Cavabdeh qaytarılması, girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2072/2022 nömrəli mülki iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsinin tutmanın qızı-zinət əşyalarına yönəldilməsi, qızı-zinət əşyalarının hərracdan satılması, satışdan əldə ediləcək məbləğ hesabına mənim banka olan borcumun ödənilməsi, girov əmlakın satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, borcun ödənilməmiş hissəsinin ondan ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, qalan hissələrdə qətnamənin dəyişdililmədən saxlanılması xahiş etmişdir. Hazırda cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, mübahisənin bankla öz aralarında tənzimləndiyini, bu səbəbdən apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 cavabdehlə razılaşdıqlarını bildirdi, ərizənin qəbul edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2072/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2072/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-623/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-623/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver