Məhkəmə qərarları › İş №2(103)-6230/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6230/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6230/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, ilkin iddia üzrə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair illkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nə qarşı "kredit müqaviləsinin bağlandığı andan ləğv edilmiş hesab edilməsi, ipoteka müqaviləsinin etibarsiz hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3978/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3978/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nin (bundan sonra "X5 Edilməsi Agentliyi” MMC) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair illkin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nə qarşı "kredit müqaviləsinin bağlandığı andan ləğv edilmiş hesab edilməsi, ipoteka müqaviləsinin etibarsiz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı "X5 Edilməsi Agentliyi” MMC apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3978/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. ilkin iddia üzrə iddiaçı "X5 Edilməsi Agentliyi” MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2003/20 saylı qərarı ilə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10380/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərarda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5, 69, 73, 74, 149-152, 416-418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Qarşılıqlı iddia tələbinin rədd edilməsi mübahisələndirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə ilk iddia tələbini rədd edərkən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün səlahiyyətli olubolmamasına qiymət verməyərək prosessual hüquq normalarının tələblərini pozmuşlar. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin Nəsimi filialı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli, 202 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 60 ay müddətinə 108000 manat məbləğində kredit verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, xx.xx.2017-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmişdir. Hazırkı iş üzrə Agentliyin təsisçisi İddiaçı QSC-dir və Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən İddiaçı QSC-yə keçmiş aktivlərin idarə olunmasına iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə İddiaçı QSC-nin nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında İddiaçı QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı "X5 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 9, 14, 69, 73, 74, 149-152, 155-156, 259-cu maddələrinə əsasən müəyyən etmişdir ki, iddiaçı "X5 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru S.Bəkirov imzalamış, lakin sonuncunun mülki prosesdə təmsilçilik səlahiyyətləri mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. Belə ki, prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə İddiaçı QSC-nin nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında İddiaçı QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. Qeyd edilməlidir ki, QSC-nin adından müvafiq etibarnamələr imzalamaq səlahiyyətini təsdiq edən sənəd (sübut) təqdim etmədən, (kassasiya instansiya icraatı zamanı MMC-yə verilən) etibarnamə vermiş, qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslərin, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxsin işçilərinin və ya vəkillərin təmsil olunmaq səlahiyyətlərinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Prosessual cəhətdən kassasiya instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçının subyektiv səlahiyyətlərinin olmaması əsası ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam ləğv edildiyindən və qarşılıqlı tələb ilk iddia ilə bağlı olaraq qarşılıqlı iddia üzrə (cavab verməli olmayan) ilk iddia üzrə iddiaçıya qarşı yönəldiyindən, habelə kassasiya instansiya məhkəməsinin qərarı üzrə nəticəyə dair (apellyasiyanın təkrar baxışında) tərəflərin fərqli prosessual mülahizələri (sübutlar) təqdim edilmədiyindən, MPM-n 149.1, 149.2.2, 192.2.3, 149.4, 150.0.5, 151.1, 152.1.1, 152.1.2, 259.0.12-ci maddələrinin tələblərinə müvafiq hər iki iddia ərizəsinin baxılmamış saxlanılmasını kollegiya qanuni və yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və MPM-in 107-125, 149-152, 259, 260, 384, 385, 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə İddiaçı” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3978/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İlk iddia üzrə İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nin ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair illk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X5 Edilməsi Agentliyi” MMC-nə qarşı "kredit müqaviləsinin bağlandığı andan ləğv edilmiş hesab edilməsi, ipoteka müqaviləsinin etibarsiz hesab edilməsi” tələbinə dair iddia ərizəəri baxılmamış saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar