Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6233/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, kredit borcunun geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(001)-112/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.08.2014- cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 29376,02 ABŞ dolları əsas borc, 28165,31 ABŞ dolları faiz borcu, 860,31 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 58401,64 ABŞ dolları borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqının tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən, 3 otaqlı, 67.8 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət 52b nömrəli fərdi yaşayış evi və 0.03042 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı İKB ASC-yə yönəldilməsi, əmlakın satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması, satıldıqdan ən geci 1 ay sonra cavabdeh X1 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən, 3 otaqlı, 67.8 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət 52b nömrəli fərdi yaşayış evi və 0.03042 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 22.12.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(001)-112/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmış, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət nəfinə alınması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfin verdiyi şikayət məhkəmənin 13.04.2021-ci tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın qismən ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin Cavabdeh tutulması barədə qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, ekspertiza tədqiqatının dəyəri tam olaraq ASC-dən tutulmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi cavabdeh tərəfindən verilən vəsatət ilə təyin edildiyindən, tədqiqatın dəyəri cavabdehdən tutulmalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı ərizə verərək, iddia ərizəsi üzrə tələb olunan borc məbləğinin ödənilməsi barədə cavabdeh ilə məhkəmədən kənar razılıq əldə olunduğundan MPM-nin 259.0.11-ci maddəsinə əsaslanaraq iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması ilə işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verildiyindən, cavabdeh də öz növbəsində məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılaraq, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmışdır. İddiaçı hazırki şikayətində ekspertiza xərcinin ASC-dən tutulmasından narazılığını bildirərək, cavabdehdən tutulmalı olduğunu qeyd edir. Kollegiya qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası cavabdehin vəsatətinə əsasən yox, məhkəmənin təşəbbüsü ilə təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və məhkəmə tərəfindən iddia ərizəsi baxılmamış saxlanıldığından ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması barədə düzgün nəticəyə gəlmişdir, çünki məhkəmə icraatı məhz iddiaçının təşəbbüsü ilə tamamlanmamış qalmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(001)-112/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6233/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6233/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver