Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6235/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi X1, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-761/2021saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ hayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 18 noyabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən 7239 manat, vəkilə hüquqi xidmət üçün ödənilmiş 800 manat, əldən çıxmış fayda üçün 2000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 10069 (on min altmış doqquz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 2020-ci ilin sentyabr ayında İddiaçı MMC-yə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 üçün aviabiletlər almışdır. Bunun qarşılığında ödəməli olduğu məbləği isə ödəməmişdir. Tərəflərindən dəfələrlə bu barədə müraciət olunsa da, heç bir nəticə əldə etməmişlər. Nəticədə tərəflər arasında 18 noyabr 2020-ci il tarixdə qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Həmin aktla cavabdeh İddiaçı MMC-yə 7239 manat borcu olduğunu qəbul edərək 07 yanvar 2021-ci il tarixinədək bütün məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş olmamış, iddiaçı təşkilat məcbur olaraq iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirir ki, cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı təşkilat hüquqi xidmətə görə 800 manat məbləğində pul ödəmiş, həmçinin 2000 manat əldən çıxmış fayda qismində zərərə məruz qalmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-761/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 18 noyabr 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən 7239 (yeddi min iki yüz otuz doqquz) manat, hüquqi yardıma görə 400 (dörd yüz) manat olmaqla, cəmi 7639 (yeddi min altı yüz otuz doqquz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh məhkəmə prosesi zamanı iddia tələbində nəzərdə tutulan 10069 AZN məbləğində borcun 7239 AZN hissəsini etiraf etsə də, həmin borcu ödəmək imkanının olmadığını demişdir. Lakin məhkəmə tərəfindən cavabdehin həmin məbləği tam şəkildə ödəməyi barədə qətnamə qəbul etmişdir. Hazırda cavabdehin həmin borcu ödəmək imkanı yoxdur, borcu ancaq hissə-hissə ödəya bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı MMC-nin qanuni təmsilçisi X3, həmçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədilər, iddia tələbində göstərilənləərə uyğun məzmunda izahat verərək, qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-761/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarındaolan İddiaçı MMC və Cavabdeh1 arasında imzalanmış 18.11.2020ci il tarixli, 01/2020 saylı qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMCyə 7239 manat məbləğində borcu vardır. Cavabdeh1 həmin borcu 7 yanvar 2021-ci il tarixinədək hissə-hissə ödəməyə öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC “Mərəndskiy və Partnyorları” Vəkil Bürosuna hüquqi xidmət üçün 800 manat pul ödəmişdir. İş materiallarında olan İddiaçı MMC-nin aviabiletlər barədə çıxarışından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 üçün aviabiletlərə görə 7239,2 manat məbləğində qalıq borc yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.2, 385.1, 442, 448.1, 598.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, tərəflər arasında razılığa əsasən cavabdeh iddiaçıdan 7239 manat məbləğində aviabiletlər almış, 18.11.2020-ci il tarixli üzləşmə aktına əsasən həmin məbləğin 07.01.2021-ci il tarixədək ödənilməsini öz öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən həmin öhdəlik yerinə yetirilməmişdir. Belə olan halda, iddia tələbi 7239 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində tam əsaslıdır. Buna baxmayaraq, iddiaçı tərəf əldən çıxmış fayda qismində 2000 manat məbləğində maddi zərərə məruz qalması barədə hər hansı mötəbər sübut təqdim etməmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 121.1-ci maddələrinə əsasən hüquqi yardımla bağlı hissədə iddianı qismən təmin edərək, 400 manat məbləğində pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kollegiya apellyasiyatorun borcu hissə-hissə ödəməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh qətnamə icraya yönəldikdən, əmlak vəziyyəti müəyyən olunduqdan sonra MPM-nin 231-ci maddəsinə əsasən qətnamənin hissə-hissə icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)- 761/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6235/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6235/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver