Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6236/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2608/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2608/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1.249,72 manat məbləğində əsas borc və 318.74 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.568,46 manatın İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2608/2022 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2608/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsinə “Cavabdeh 36.09 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin” cümləsi əlavə olunmuşdur. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.5 və 361.1.6cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. Təqdim edilmiş apelyasiya şikayətində cavabdeh qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və hallara istinad etməmişdir. Şikayətçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamışdır. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2608/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6236/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6236/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver