Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6237/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Sarıyev Xəyal Əjdər oğlu sədrliyi və məruzəsi ilə, Hakimlər ibarət tərkibdə, Məhkəmə iclas katibi iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı QİZİ Cavabdeh İSMAYİL OĞLU qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4663/2019-009 nömrəli qətnaməsindən şikayətçi tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QİZİ iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, alimentin artırılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4663/2019-009 nömrəli qətnaməsinə əsasən iddia tələbi ____________ edilmişdir. Qətnamədən narazı olan şikayətçi apellyasiya şikayəti verərək nin xx.xx.2019-cu il tarixli, 2(005)-4663/2019-009 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. _______ məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin mümkünlüyünə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materiallarından müəyyən olunmuşdur ki, şikayətçi apellyasiya şikayəti verərkən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. şikayətçi bu barədə məlumat verilmiş və təyin edilmiş məhkəmə iclasına kimi apellyasiya şikayətinə əlavə edilməli olan müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəmə kollegiyasına təqdim etməsi xahiş olunmuşdur. Lakin, şikayətçi məhkəmə iclasına qədər apellyasiya şikayətinə əlavə olunmalı olan müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əassən apellyasiya və kassasiya şikayətləri verilərkən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən alimentin alınması haqqında iddianın qiyməti 1 il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. Yuxarıda göstərilən maddələrin tələbinə əsasən, hazırki iddia tələbinin qiyməti _______manatdan çox olduğundan iddia ərizəsi ilə bağlı __________manat dövlət rüsumu ödənilməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə əsasən _______ manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh isə hazırki apellyasiya şikayətini verərkən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunu, yəni _____ manatı ödəməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qanunda olan həmin birbaşa göstərişə müvafiq olaraq geri qaytarmalı olduğu halda onu baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə müvafiq olaraq, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QİZİ Cavabdeh İSMAYİL OĞLU qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4663/2019-009 nömrəli qətnaməsindən şikayətçi verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakim Hakim
Məhkəmə qərarları › İş №2(103)-6237/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6237/2020
23.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver