Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6241/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(006)-378/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 132 saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş maddi ziyana görə 1662 manat, mənəvi zərərə görə isə 300 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, ev 24, 128 saylı mənzilin mülkiyyətçisidir. 2020-ci ilin mart-aprel aylarında onun mənzilinə bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axmışdır. Su basma nəticəsində onun yataq otağına və mətbəxinə böyük ziyan dəymişdir. Bu hal dəfələrlə olub və hər dəfə də Nəsimi rayonu 16 saylı Mənzil İstismar Sahəsinin mühəndisi, sahə müvəkkili tərəfindən aktlaşdırılıb. Mətbəxdə divar tökülüb və yararsız hala gətirilib. Yataq otağının isə iki divarı sudan qaralıb və aboylar yerindən qopub. Divarların üstü göbələk və mikrob ilə örtülüb. 10.05.2020-ci il tarixdə yataq otağında damın böyük hissəsi yerindən qopmuş və şifonerin üstünə düşmüş, nəticədə onun şifoneri və trümosu zədələnmişdir. Onun mənzilindən yuxarıda 132 saylı mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi su təmini sisteminin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması, cavabdehin məsuliyyətsizliyi nəticəsində olmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüş, ona maddi ziyan dəymişdir. Korlanmış əşyalar onun tərəfindən saxlanılıb və sübut kimi təqdim oluna bilər. Bütün bunlardan əlavə, cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Sağlamlığı pozulmuş, tibbi müalicələr almışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(006)- 378/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin olunmuş, maddi zərərə görə 1662 manat, mənəvi zərərə görə 300 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1992 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin 132 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsinin qoyulması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, ekspertizanın ona məxsus mənzilə baxış keçirilmədən aparılması, iddiaçının ondan əsassız olaraq pul qazanmaq məqsədilə hazırki iddianı qaldırması və s. əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehin qonşu olmaları, müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 24 saylı evin 128 və 132 saylı mənzillərinə sahibi olmaları işin mübahisə olunmayan hallarıdır. İddiaçının tələbinə görə cavabdehə məxsus mənzildən onun mənzilinə su axması halları baş vermiş, nəticədə ona maddi ziyan dəymişdir. İşdə olan 16 saylı MKİS-in rəisi V.Əliyev, mühəndis F.Mirimov və sahə nəzarətçisi F.Hüseynov tərəfindən imzalanaraq tərtib edilmiş 22.05.2020-ci il tarixli aktdan görünür ki, Nəsimi rayonu, X3 küçəsi, ev 24, mənzil 128 ünvanda yaşayan İddiaçı şikayət ərizəsi ilə müraciət etmişdir ki, 132 saylı mənzildə yaşayan Cavabdeh evindən onun mətbəxinə və yataq otağına su axıdılmışdır. 16 saylı MKİS tərəfindən İddiaçı evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, mətbəxin dam örtüyünün bir hissəsinə və yataq otağının dam örtüyünün bir hissəsinə su buraxılmışdır. Nəticədə divarlarda (Yataq otağında dam örtüyünün bir hissəsi qopub tökülüb) bütün bunlara görə Cavabdeh bildirilmişdir ki, göstərilən evin su buraxan yerləri təmin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının (Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2020-ci il tarixli, 10/2772 saylı ekspertiza rəyi) rəyindən görünür ki, iddiaçının və cavabdehin mənzillərinin bir-birinin üstündə yerləşməsini, iddiaçının 128 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu və mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq iddiaçının 128 saylı mənzilinə üst mərtəbədə yerləşən 132 saylı mənzildən suyun sızmasının baş verə bilməsi müəyyən edilir. Lakin, cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmadığına görə, iddiaçının mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Suyun sızması nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 24 saylı evin, 128 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1662 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəyi ilə razılaşmamasını qeyd etsə də, bunu əsaslandırmamış, məhkəmə baxışı zamanı isə ekspertiza rəyinin mötəbərliyinə şübhə yaranmamışdır. Cavabdeh etirazının əsası kimi onun mənzilinə baxış keçirilməməsini göstərsə də, işdə olan sübutlarla (akt, ekspertiza rəyi və s.) suyun məhz cavabdehə məxsus yaşayış sahəsindən axması müəyyən olunur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, iş üzrə əlavə və ya təkrar ekspertizanın təyin olunmasına hər hansı zərurət mövcud deyildir. Həmçinin, işdə olan ekspertiza rəyi və digər sübutlarla iddiaçı tərəfə məxsus mənzilə su axıdılması nəticəsində mənzilin divarına, tavanına və s. zərər dəyməsi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin təqsiri üzündən iddiaçının mənzilinə suyun axıdılması nəticəsində dəymiş ziyanın məbləği mötəbər sübutlarda müəyyən olunmuşdur. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(006)-378/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(006)- 378/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6241/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6241/2021
22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver