Məhkəmə qərarları › İş №2(103)-6248/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6248/2025

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6248/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 12550.13 manat məbləğində əsas bоrc və 865.33 manat faiz borcu оlmaqla, cəmi 13415.46 manat borcun və 130.9 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ## ###### 2024 il tariхli, 108804- ******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 14500 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə2.ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. ## #### 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12550.13 manat məbləğində əsas bоrc və 865.33 manat faiz borcu оlmaqla, cəmi 13415.46 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 12550.13 manat əsas borc, 527.88 manat faiz olmaqla, cəmi 13078.01 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129.23 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (##.##.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə, 527.88 manat məbləğində) tələb edə bilər. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1, 743.2, 739.3, 740.1, 744.1, 744.2, 421.2, 421.3, 442, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilməsini, bu günədək ödədiyi ödənişlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfinin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı ASC ilə aramızada olan müqaviləyə əsasən kredit borcundan ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat pul ödənilmişdir. Lakin bankın təqdim etdiyi iddia ərizəsində və digər sənədlərdə bu barədə heç bir qeyd yoxdur. Eləcə də məhkəmə qətnaməsində də bu barədə heç nə qeyd edilməmişdir. Bank tərəfindən bu məsələ ilə bağlı məhkəməyə heç bir məlumat verilməmişdir. Qeyd edilənlərə əsasən demək olar ki, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əsasən onun vəziyyətini ağırlaşdıran hallar ilə, sübutlara düzgün hüquqi qiymət verilmədən, işin faktiki halları tam şəkildə araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

6. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

7. İddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ##.##.2024-cü il tarixli, ******-******/* saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə uyğun olaraq bank 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 14500 manat məbləğində borclana kredit xətti açmağı, borcalan isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini, habelə kredit xəttindən istifadəyə görə illik 16.5 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ##.##.2024-cü il tarixli, ******-******/* saylı kredit müqaviləsinə * nömrəli Əlavədən görünür ki, Cavabdeh 36 ay müddətinə ##.##.2024-cü il tarixdən ##.##.2027-ci il tarixədək hər ay 513.36 manat olmaqla, 14500 manat əsas, 3981.13 manat faiz ödəniş edilməlidir.

9. ##.##.2024-ci il tarixli kassa-məxaric orderindən görünür ki, Cavabdeh 14500 manat məbləğində kredit verilmişdir.

10. İddiaçı İddiaçı ASC tərəfindən təqdim edilən ## #### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2024-cü il tarixinə borcalanın banka 12550.13 manat əsas borc və 865.33 manat faiz borcu olmaqla, cəmi 13415.46 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir.

11. İddiaçı İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh ödəniş cədvəli ilə nəzərdə tutulmuş tarixə ödəməli olan olduğu aylıq ödənişi ödəməyərək kredit müqaviləsinin şərtini pozmuşdur. Odur ki, 12550.13 manat əsas borc və 527.88 manat faiz borcu olmaqla, cəmi 13078.01 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməsi tələb edilmiş, manat borcunu ##.##.2025-ci il tarixinədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026cı il tarixli, **/*** №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, ## ###### 2024-cü il tarixli ******-******/* nömrəli istehlak krediti müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, ##.##.2025-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 13.077,45 manat məbləğində müəyyən edilir, o cümlədən: • əsas kredit borcu ------------------ 12.620,49 manat; • faiz borcu --------------------------- 456,97 manat. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi ##.##.2025-ci il tarixdən sonrakı müddətdə Borcalan tərəfindən 4801,0 manat məbləğində ödəniş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunan hissəsində dəyişdirilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin olunan hissəsində yoxlanılması təşkil edir.

15. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2-421.3, 743.1, 743.2, 739.3, 740.1, 740, 744, 448.1-ci maddələri nəzərə alaraq qeyd edir ki, işin faktiki halı odur ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında ##.##.2024-cü il tarixli, ******-******/* saylı kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanılmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdeh Cavabdeh illik 16.5% dərəcəsi ilə, 36 ay müddətinə 14500 manat məbləğində kredit verməyi, cavabdeh kredit müqaviləsi üzrə aldığı kredit məbləğini, habelə kredit məbləğindən istifadəyə görə illik 16.5 faiz dərəcəsi ilə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli, ******-******/* saylı kredit müqaviləsi üzrə iddiaçı İddiaçı ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq cavabdeh Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

16. Məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması ilə bağlı qeyd edir ki, iddiaçı borc barədə cavabdehə bildirişlə müraciət edərkən, maliyyə arayışında göstərilən məbləğ barədə deyil, başqa məbləğ barədə borclunu məlumatlandırmışdır (12550.13 manat əsas borc və 527.88 manat faiz borcu). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair Qərarını nəzərə alaraq hesab edir ki, iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə Bildiriş (xəbərdarlıq) göndərməklə, birtərəfli qaydada iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, **/*** №-li ekspert rəyini, iddiaçının cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli bildirişi nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilməldir. Belə ki, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alaraq hesab edir ki, əsas borc 12550,13 manat (iddia tələbinə uyğun olaraq), faiz borcu isə 456,97 manat (ekspert rəyinə əsasən), ümumilikdə 13007,1manat müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, **/*** №-li ekspert rəyinə əsasən müəyyən edilir ki, cavabdeh ##.##.2025-ci il tarixdən sonra 4801,0 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, iddia tələbi borcun ümumi məbləğindən faktiki ödənilmiş hissə çıxılmaqla, qalıq borc olan 8.206,1 manat (13.007,1 - 4.801,0=8206,1) əsas kredit borcu həcmində təmin edilməlidir. Belə ki, izah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103cü maddələrinin tələblərinə riayət etmiş olur.

18. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin dəyişdirilməsi üçün əsas təşkil edir. 19.MPM-nin 384.0.3-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 20.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi – “Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 12550.13 manat əsas borc, 527.88 manat faiz olmaqla, cəmi 13078.01 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-nin hesabına ödənilsin” hissəsində dəyişdirilsin. Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 8206,10 (səkkiz min iki yüz altı manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-nin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat iddiaçı İddiaçı ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621 Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar