Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6249/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-456/2018 saylı qərardadından cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli 2(011)-456/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh1-dən 24.07.2013-cü il tarixli 917H saylı kredit müqaviləsi üzrə əsas borca görə 3 171 000 ABŞ dolları, faiz borcuna görə 1 717 847,52 ABŞ dolları olmaqla cəmi 4 888 847,52 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 248 manatın İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh1-dən ipoteka predmetlərinin qiymətləndirilməsinə çəkilən xərcə görə 400 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X7 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası) ilkin satış qiyməti ******* manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X7 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası ilkin satış qiyməti ******* manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X7 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ilkin satış qiyməti 12510000 manat, X2 mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən 54,0828 ha torpaq sahəsi ilkin satış qiyməti ******* manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaitindən 4888847,52 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 248 manat İddiaçı-nin hesabına, 400 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMCnin hesabına, 50 manatın dövlət nəfinə keçirilməsi, Bakı şəhəri Nəsimi rayonu X7 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası), Bakı şəhəri Nəsimi rayonu X7 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası, Bakı şəhəri Nəsimi rayonu X7 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə, Şəki rayonu Baş Göynük kəndində yerləşən 54,0828 ha torpaq sahəsi satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. Cavabdeh X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli 2(011)- 456/2018 nömrəli qərardadından şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 2(011)-456/2018 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli 2(011)-456/2018 nömrəli qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra cavabdehlər X3 və Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli 2(011)-456/2018 nömrəli və 18.04.2018-ci il tarixli 2(011)-456/2018 nömrəli qərardadlarından şikayət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(011)-456/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-456/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3.-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, 2(011)-456/2018 nömrəli mülki işin materiallarında məhkəmə tərəfindən 18 aprel 2018-ci il tarixdə qərardad deyil, qətnamə qəbul edilmişdir. Həmçinin. mülki işin materiallarında olan poçt xəbərnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli 2(011)- 456/2018 nömrəli qətnaməsi cavabdeh H.Şərifov tərəfindən rəsmi qaydada 15.05.2018-ci il tarixdə alınmışdır. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli 2(011)- 456/2018 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 456/2018 nömrəli qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. Bununla da müəyyən olunur ki, cavabdehlər qeyri-müəyyən tarixli və məhkəmə tərəfindən qəbul edilməyən qərarlardan şikayətlər verməsi mülki işi uzatmaq xarakteri daşıyır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021ci il tarixli, 2(011)-456/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-456/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6249/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6249/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver