Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6254/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1108/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş və Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər (iş səh.27, 35). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmiş, icraat zamanı həmin ünvana göndərilmiş olsada (iş. səh.9,16-17,23-24,), birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surəti isə ünvan 2 mənzil 24 ünvanına göndərilmiş (səh.31), Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan teleqramda isə ünvan 1 mənzil 1 ünvanı qeyd olunmuşdur (səh.32). Apellyasiya şikayətindəprosessual müddətlər həddində tərəflərin iştirakının (çəkişmənin) təmin edilməsi üçün şikayət verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yer (digər rabitə vasitəsi) göstərilməyərək, apellyasiya şikayətinin məzmununa dair tələblərə riayət edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, işdə fərqli ünvanların əks edilməsi və apellyasiya şikayətində ünvanın qeyd edilməməsi məhkəmə prosesinin tərəflərin iştirakı ilə təmin edilməsi baxımından sui-isifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67 -ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 361-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6254/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6254/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver