Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6265/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh3 tərəfindən verilmiş “mülki işin ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsi barədə” vəsatət təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, 3 cavabdehdən 2-si Xətai rayonunda yaşayış yeri üzrə qeydiyyatda olduğuna və iddiaçı iddia ərizəsini Xətai Rayon Məkəməsinə verdiyinə görə Mülki-Prosessual Məcəllənin 35.1 və 36.2-ci maddələrinin tələbləri baxımından hazırkı iddia ərizəsinə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh3 müqavilə aidiyyətinə istinad edir. Mülki-Prosessual Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Lakin tərəflərin arasında işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə saziş bağlanmayıb. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6265/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6265/2021
18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver