Məhkəmə qərarları › İş №2(103)-6266/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6266/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6266/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi (məruzəçi) ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Məmmədova Şərafət Asif qızından ibаrət tərkibdə, Мəhkəmə iclаs kаtibi X1, İddiaçı Cavabdeh və nümayəndəsi, eyni zamanda vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk və Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və pul tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsаsən işə Bаkı Аpеlyаsiyа Məhкəməsinin binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən еtdi: İddiaçı Cavabdeh qarşı “qeydiyyat vəsiqəsinin ləğvi və mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 40 ünvanlı yaşayış evinin Cavabdeh adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Bakı şəhər ərazi idarəsindən verilmiş xx.xx.2004-cü il tarixli, ÖM seriyalı, 205688 saylı qeydiyyat vəsiqəsinin ləğv olunması və həmin mənzilə onun mülkiyyət hüququnun tanınması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsindən onun adına çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh onun xeyrinə 9100 ABŞ dollarının Azərbaycan manatına uyğun məzənnəsi ilə və 21500 manat pul məbləğinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti yanında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinin verdiyi xx.xx.1988-ci il tarixli, MH seriyalı, 117795 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 32 saylı evin, 2 nömrəli mənzilini 53500000 AZM məbləğində sataraq 6 gün sonra 45000000 AZM məbləğində pulla mübahisəli mənzili almışdır. Aldığı mənzil ünvan 1/40 saylı ünvanında yerləşən iki otaqdan və 28,0 kv.m sahədən ibarət olmuşdur. Həmin zaman hərbiçi olduğu üçün və şəxsiyyət vəsiqəsi olmadığı üçün qeyri rəsmi yaşadığı Cavabdeh Binnət qızının adına sənədləşdirib onun adına evə çıxarış almışdır. O, cavabdehlə rəsmi nikah bağlayaraq yaşamaq istəmişdir. Cavabdeh 2015-ci il tarixdə evdən çıxıb getmişdir. Sonradan cavabdeh onun evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh öz doğma qardaşı Elçin Bayramov ilə planlaşdırmış və onun puluna aldığı mənzili sataraq qazanc əldə etmək istəmişdir. Ancaq sonradan Cavabdeh öz iddiasını geri götürmüşdür. Hazırda o, tələbini dəyişərək evə dair çəkdiyi xərclərin ödənilməsini istəyir. ünvan 1/40 saylı mənzili 9100 ABŞ dollarına almışdır. Ev təmirsiz olduğundan təmir işləri apararaq təmirə 10000 manat pul xərcləmişdir. Komunnal xidmətlərə orta hesabla il ərzində 600 manat təşkil etdiyinə görə 15 il ərzində, yəni evi aldığı xx.xx.2004-cü il tarixdən bu günə kimi 9000 manat ev haqqı ödəmişdir. Digər təmir işlərinə görə təxminən 2500 manat pul sərf etmişdir. Ümumi hesabla onun evin alınmasına 9100 ABŞ dolları və yuxarıda göstərilən təmir və komunnal xidmətlərə görə 21500 manat xərc çəkmişdir. Həmçinin, X3 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərk, İddiaçı ünvan 1 mənzil 40 ünvanından çıxarılması və əldən çıxmış faydaya görə (15x12= 180) 36000 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, həmçinin İddiaçı ünvan 1/40 saylı mənzildən çıxarılması qət edilmiş, ilk və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılılı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsinin ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla həmin hissədə ilk iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin əldən çıxmış faydaya görə (15x12=180) 36000 manat məbləğində pulun İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1/40 saylı mənzili xx xxxxxx 2004-cü il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında almışdır. İş üzrə cavabdeh İddiaçı ilə rəsmi nikah münasibətlərinə girmədən mənzilində müvəqqəti yaşamasına icazə vermişdir. Lakin İddiaçı bu müddət ərzində onun da mənzilində yaşadığı azmış kimi, hal-hazırda ona qarşı belə əsassız iddialarla da çıxış edir. Belə olan halda İddiaçı tam formal olaraq ona məxsus yaşayış evindən istifadə etməklə oradan bütün hüquqi əsaslarda hüquqlarını həyata keçirməyinə mane olur ki, bu da yolverilməz haldır. Belə ki, ilkin olaraq mənzil ABŞ dolları ilə deyil 45000000 AZM manata Cavabdeh tərəfindən alınmışdır. Həmin mənzilə görədə ödənilən 45000000 AZM manatı ona məxsus olmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdilər və şikayətin təmin edilməsini, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla həmin hissədə ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin əldən çıxmış faydaya görə (15x12=180) 36000 manat məbləğində pulun İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ilk iddia tələbinin təmin olunan hissəsində və qarşılıq iddia tələbinin təmin olunmayan hissəsində ləğvini tələb etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissələrdə yoxlayır. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, tərəflərin izahatını dinləyib аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, hеsаb еdir ki, аpеlyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qətnaməsi ilk iddia ərizəsi üzrə iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə ilk iddia tələbi rədd edilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan MH seriyalı 117795 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi ev 32/2 saylı mənzil İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarında olan AN-İ saylı xx xxxx 2004-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi ev 32, 2 saylı mənzil xx xxxx 2004-cü il tarixdə İddiaçı tərəfindən Zülfüqarov Rəşad Gözəl oğluna 53000000 (əlli üç milyon) AZM manata satılmışdır. İş materiallarında olan AN-İ saylı xx xxxxxx 2004-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzili xx xxxxxx 2004-cü il tarixdə X4 tərəfindən Cavabdeh 45000000 (qırx beş milyon) AZM manata satılmışdır. İş materillarında olan ÖM seriyalı 205688 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan X4 ilə İddiaçı arasında yazılmış qəbzdən görünür ki,X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzili 9100 ABŞ dolları məbləğinə satmağı öz öhdəsinə götürür. O, mənzilin sənədlərinin xx.xx.2004-cü il tarixədək hazırlamağı, bunun müqabilində İddiaçı 200 ABŞ dolları məbləğində beh aldığını və əgər alqı-satqı alınmasa behin iki qatını, yəni 400 ABŞ dolları geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC-nin 30.01,2020-ci il tarixli 0127/20/Mİ saylı qiymətləndirmə ilə bağlı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzilinin təmirinə sərf edildiyi ehtimal edilən məbləğ 6100 manat təşkil edir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin edərkən qətnaməni onunla əsaslanmışdır ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi ev 32, 2 saylı mənzil xx xxxx 2004-cü il tarixdə İddiaçı tərəfindən Zülfüqarov Rəşad Gözəl oğluna 53000000 (əlli üç milyon) AZM manata satılmış, bundan sonra X4 mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzilini İddiaçı 9100 ABŞ dolları məbləğinə satmağı öz öhdəsinə götürərək mənzilin sənədlərinin xx.xx.2004-cü il tarixədək hazırlamağı, bunun müqabilində İddiaçı 200 ABŞ dolları məbləğində beh alması və bundan cəmi beş gün sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzilinin xx xxxxxx 2004-cü il tarixdə X4 tərəfindən Cavabdeh 45000000 (qırx beş milyon) AZM manata satılması həmin mənzilin pulunun İddiaçı oğu tərəfindən ödənilməsini birmənalı olaraq təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, X4 tərəfindən mübahisəli mənzilin satılması ilə bağlı sənədlərinin hazırlanması üçün İddiaçı 200 ABŞ dolları məbləğində behin alınması Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzilinin alınmasına dair ödənilmiş 45000000 (qırx beş milyon) AZM manatın məhz İddiaçı tərəfindən özünün şəxsi maddi vəsaiti hesabına verilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzili İddiaçı özünün şəxsi maddi vəsaiti əldə edilməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən ilk iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunun məzmununa görə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməli, onlar qiymətləndirilərkən nəticə sübutların tam kompleksindən çıxarılmalı, sübutlar arasındakı ziddiyyətlər araşdırılmalı, iş üzrə bütün sübutlar sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa imkan verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası, həmçinin apelyasiya şikayətinin qarşılıqlı iddianın əldən çıxmış faydaya görə pulun ödənilməsi tələbinə dair dəlilinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasını əsaslandırmağından birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə əsaslı hesab olunmalıdır. Çünki cavabdeh bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi qismən, yəni ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə ilk iddia ərizəsi üzrə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: Cavabdeh tərəfindən vеrilmiş аpеlyаsiyа şikаyəti qismən təmin еdilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi qismən - Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq ilk iddia üzrə İddiaçı ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə ilk iddia tələbi təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-92/2020 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar