Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6268/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kredit borcunun ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı “"xxxx" X12 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3385/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1321,33 manat əsas borc, 24,3 manat faiz borcu olmaqla, cəmi 1345,63 manat məbləğində borcun və 33,86 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (008)-3385/2023 saylı işi üzrə 11 iyul 2023cü il tarixli qətnaməsi ilə(“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 428.4, 443.1, 448.1, 448.2, 741, 742.1, 743, 1146, 1255, 1306; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən) iddia tələbinin təmin edilməsi, iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 1321,33 manat əsas borc, 24,3 manat faiz borcu olmaqla, cəmi 1345,63 manat məbləğində borc və 33,86 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. 3.İşin icraatı zamanı təqdim edilmiş sübutlardan müəyyən edilir ki: -"xxxx" KB ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə 84 ay müddətinə, illik 29% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür;- AZ-İİ 025919 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2019-cu il tarixində borclu vəfat etmiş, vərəsəlik işi açılmış və Cavabdeh, X5, X1 Socar Nəqliyyat İdarəsi 1 saylı X2 tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş AƏ01-06/269 saylı məktubundan qeyd edilmiş 2691,03 manat pul məbləğində miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; - UB- Bank/PİKMD/1090550 nömrəli, 16 mart 2023-cü il tarixli “X10” ASC tərəfindən elektron olaraq çıxarılmış arayışa əsasən, X3 2980sAHM/18 saylı kredit müqaviləsi üzrə borcu 1345,63 AZN müəyyən edilmişdir; - İddiaçı "xxxx" KB ASC-nin cavabdehə ünvanladığı xəbərdarlıq məktubundan əsasən, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir; - İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 33,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir(iş səh. 4-7, 9-13, 19). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-3385/2023 saylı 11 iyul 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1; Mülki Prosessual Məcəllənin 387.2-cı maddəsinə istinadən qeyd edilmişdir ki, kredit müqaviləsi, mərhum əri X6 ilə bağlanmış və onun adına kredit xətti açılmışdır. Həmin müqavilə barəsində hər hansı məlumatı olmayıb. Bu barədə yalnız məhkəmə qərarını aldıqdan sonra xəbər tutmuşdur. Mərhumdan vərəsəlik üzrə aldığı hissə iddia tələbi ilə nəzərdə tutulmuş məbləğdən daha azdır. Buna görə də, hesab edir ki, həmin kreditin ödənilməsinə görə məsuliyyət daşımır. Məhkəmə prosesi barəsində məlumat almamış və məhkəmə icaslarında iştirakı təmin olunmamışdır. Məhkəmənin olması barədə yalnız yekun məhkəmə qərarı qeydiyyatda olduğu ünvana təqdim olunduqdan sonra xəbər tutmuşdur, vərəsəlik üzrə ona keçən payda passiv öhdəliklər aktivi üstələyir. Buna görə də qeyd edilən borcu ödəmək öhdəliyi daşımır. Müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 7.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, vərəsəlik münasibətləri həddində miras qoyanın borcunun mirasın bölgüsü zamanı cavabdehin və miras şəriklərinin hazırki münasibətlərdən yaranan mülki məsuliyyətindən irəli gələn birgə vəzifələri vardır. 10.Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. 11.Beləliklə,mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir. 12.Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3385/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6268/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6268/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver