Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-627/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X69 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştriakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 oktyabr 2018-ciil tarixli, 2(006)-2685/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, (Cavabdeh), İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 52.4 kv.m olan otaqlı 44 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0032 N-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 98.4 kv.m olan 3 otaqlı 47 saylı mənzilə dair 2016-cı il tarixli XC-0035 N-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 9-cu mərtəbə, sahəsi 56.2 kv.m olan 2 otaqlı 57 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0032 N-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 6-cı mərtəbə, sahəsi 73 kv.m olan 2 otaqlı 38 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0059, Abşeron rayonu, Xırdalan 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 66.2 kv.m olan 2 otaqlı 71 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0064 N-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 78.5 kv.m olan 3 otaqlı 42 saylı mənzilə dair 12 noyabr 2016-cı il tarixli XC-0081 Nli, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 5-ci mərtəbə, sahəsi 65 kv.m olan 2 otaqlı 27 saylı mənzilə dair 25 noyabr 2016-cı il tarixli XC-0088 N-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 4-cü mərtəbə, sahəsi 78.5 kv.m olan 3 otaqlı 18 saylı mənzilə dair 10 mart 2017-ci il tarixli XC-0103 N-İi, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 5-ci mərtəbə, sahəsi 73 kv.m olan 2 otaqlı 30 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0115 müqavilə, Abşeron rayonu, Xirdalan şəhəri, 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 52 kv.m2 otaqlı 75 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0046 N-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 8-ci mərtəbə, sahəsi 41.8 kv.m olan 2 otaqlı 66 saylı mənzilə dair 2016-cı il tarixli XC-0047 N-li, Abşeronrayonu, Xirdalan şəhəri, 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 39.6 kv.m olan 1 otaqlı 80 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli, Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən 1 saylı bina 12-ci mərtəbə, sahəsi 60.3 kv.m olan iki otaqlı 85 saylı mənzilə dair XC-0109 Nli, Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən 2 saylı bina 10-cu mərtəbə sahəsi 50.7 kv.m olan iki otaqlı 85 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0112 N-li müqavilələrin bağlandığı andan etibarsız hesab edilməsi, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində "xxxx" MTK-ya vurulmuş maddi ziyanın əvəzi olaraq 616.050 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MTK-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı MTK ilə Cavabdeh və X84 arasında 13 dekabr 2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “İcraçı”, yəni Cavabdeh “Sifarişçi”, yəni İddiaçı MTK üçün təmir-tikinti işləri görməyi öhdəsinə götürmüşdür. Müqavilənin ikinci bəndinə əsasən görülən işin 100 faizi pul şəklində ödənilir və pulun 30 faizi müvəqqəti ev şəklində yazılır. Həmin mənzilləri “İcraçı” satmaq, dəyişmək və ya hər hansı bir görülən işin müqabilində vermək hüququna malik deyildir. 30 faiz evlər yalnız “Sifarişçi” tərəfindən satılaraq “İcraçı”ya ödəniləcəkdir. Qeyd olunan müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən İddiaçı MTK-ya məxsus binada бир нечя mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir. Иддиа тялябиндя гейд олунан müqavilələr Cavabdeh birgə fəaliyyət haqqında müqaviləyə əsasən görməli olduğu işlərin təminatı kimi formal olaraq görünüş üçün və başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Birgə fəaliyyət haqqında müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, işləri yarımçıq görmüşdür. Ona görə də qeyd olunan mənzillərə dair müqavilələr Cavabdeh geri istənilmişdir. Lakin Cavabdeh müqavilələri itirdiyini bildirirək onları geri verməyin mümkünsüz olduğunu bildirmiş və notarial qaydada ərizə verərək həmin mənzillərə dair heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Cavabdeh tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş 18.05.2017-ci il tarixli və 02.06.2017-ci il tarixli ərizələrdən cəmi 4 ədəd ərizə müəyyən olunur ki, cavabdeh qeyd olunan mənzillərdə olan pay hüququndan imtina edir, həmin pay hüququnun satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə etirazı yoxdur) və gələcəkdə göstərilən mənzillər barəsində İddiaçı MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. Bu yaxınlarda məlum olmuşdur ki, qeyd olunan ərizələrin mövcud olmasına baxmayaraq, Cavabdeh ayrı-ayrı vətəndaşları aldadaraq həmin müqavilələr üzrə mənzilləri onlara satmışlar. Halbuki birgə fəaliyyət haqqında müqavilədə həmin mənzilləri satmaq, dəyişmək, həmin mənzillər üzərində sərəncam vermək hüququ cavabdehə verilməmiş və həmin mənzillərə dair bağlanmış müqavilələr görünüş üçün formal olaraq olaraq bağlanmış müqavilələr olmuşdur. Həmin müqavilələr etibarsız olduğu üçün ondan yaranmış hüquqi nəticələlər də etibarsızdır. Bundan əlavə, Cavabdeh MTK-nın keçmiş sədri B.Məmmədovu aldadaraq tikinti üçün tikinti materialları gətirəcəyini bildirmiş, əvəzinə mənzillərə dair müqavilə rəsmiləşdirməyi təklif etmişdir. B.Məmmədov Cavabdeh müxtəlif şəxslərin adlarına müqavilələr imzalamışdır. Halbuki həmin mənzillərə dair heç bir ödəniş olunmamışdır. Onların, yəni B.Məmmədov və Cavabdeh qanunsuz əməllərinə görə barələrində cinayət işi açılmış və həbs qətiimkan tədbiri seçilmişdir. Qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş kifayət qədər əsas vardır. Belə ki, həmin mənzillər üçün cavabdehlər tərəfindən heç bir ödəniş olmamış, mənzillərin dəyəri iddiaçıya ödənilməmişdir. Çünki tərəflər arasında mənzil alqı-satqı münasibətləri deyil, podrat münasibətləri olmuşdur. Tərəflərdə mənzili satmaq və almaq niyyəti olmamışdır. Qeyd olunan müqavilələr digər əqdi pərdələmək və görünüş üçün bağlanmış əqddir. Müqavilələrə nəzər yetirilsə görünür ki, həmin müqavilələrin hər hansı birinə dair maliyyə arayışı tərtib edilməmişdir. Bu bir daha sübut edir ki, həmin müqavilələr formal olaraq görünüş üçün bağlanmışdır. Qanunvericiliyin tələblərinə əsasən Cavabdeh qeyd olunan mənzillərin dəyərini ödədikdən sonra onlara mülkiyyət hüququ əldə edə bilərdi və yalnız bundan sonra həmin mənzillərə dair sərəncam verə bilərdi. Göründüyü kimi, mübahisələndirilən müqavilələr qanunvericiliyin tələblərinə zidd bağlandığı və uydurma əqd olduğu üçün etibarsız hesab edilməlidir. Həmçinin bu yaxınlarda məlum olmuşdur ki, qeyd olunan ərizələrin mövcud olmasına baxmayaraq Cavabdeh ayrı-ayrı vətəndaşları aldatmışdır. Belə ki, 2 saylı Notariat Kontorunun Xüsusi Notariusu İddiaçı MTK-nın tikdiyi binada yerləşən mənzillərə dair Cavabdeh və vətəndaşlar arasında razılaşmış alqı-satqı münasibətlərini əqd kimi yox, ərizə kimi təsdiqləmişdir. Həmin ərizələrdə qeyd olunur ki, Cavabdeh qeyd olunan mənzilləri vətəndaşlara satdı və vətəndaşlar da müəyyən pul məbləği qarşılığında həmin mənzilləri aldılar. Ayrı-ayrı vətəndaşlar da həmin ərizələr notariat tərəfindən təsdiq edildiyinə görə Cavabdeh qurduğu tələyə düşmüşlər, pullarını Cavabdeh vermişlər. Halbuki birgə fəaliyyət haqqında müqavilədə həmin mənzilləri satmaq, dəyişmək, həmin mənzillər üzərində sərəncam vermək hüququ Cavabdeh verilməmiş və həmin mənzillərə dair bağlanmış müqavilələr görünüş üçün formal olaraq bağlanmış müqavilələr olmuşdur. Həmin müqavilələr etibarsız olduğu üçün ondan yaranmış hüquqi nəticələr də etibarsızdır. Cavabdeh həmin mənzilləri satmaq səlahiyyəti olmamışdır. Cavabdeh başqalarına məxsus əmlakı dələduzluqla ələ keçirmək üçün məzmunu əqdin şərhindən ibarət olan ərizə sənədlərini Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq etdirmiş, həmin sənədləri vətəndaşlara mənzil alqı-satqı əqdi adı ilə təqdim edərək onları aldatmış və başqalarının külli miqdarda əmlaklarını ələ keçirmişdir. Sənədlərin məzmununda Cavabdeh özünə məxsus olmayan İddiaçı MTK-nın Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi 1 və 2 saylı binalarda müxtəlif mərtəbələrdə, müxtəlif sahəli, mənzilləri vətəndaşları şirnikləndirmək üçün dəyərindən ucuz qiymətə nisyə şərtlərlə satmasını bildirmişdir. Bu sənədlər təsdiq olunarkən Cavabdeh əlində guya satdığı mənzillərə dair sahiblik, istifadə və sərəncam hüququnu təsdiq edən müqavilə, maliyyə arayışı və ya qeyri sənəd olmamış, belə sənədlər notariata təqdim olunmamışdır. Həmçinin aldanmanın qurbanı olmuş vətəndaşlar həmin mənzillərə baxmaq və sənədləşmə işləri ilə tanış olmaq üçün bir dəfə də olsun İddiaçı MTK-nın ofisinə və ya inşaat meydançasına gəlməmişlər. Həmin vətəndaşlar, həmçinin cavabdehlər aldandıqlarını aşkar etdikdən sonra Cavabdeh və İddiaçı MTK-nın rəhbəri barəsində Korrupsiyaya Qarşı Mübarizə baş İdarəsinə müraciət etmişlər. İddiaçı MTK məcburiyyət qarşısında qalaraq heç bir məsuliyyəti olmaya-olmaya həmin vətəndaşların maddi ziyanını ödəmişdir. Halbuki mənzilləri satan Cavabdeh olmuşdur. Həmin mənzillərin satılmasına dair İddiaçı MTK ilə vətəndaşlar arasında hər hansı bir müqavilə imzalanmamış, İddiaçı MTK-nın həmin vətəndaşlara həmin mənzillərə dair hər hansı bir öhdəliyi olmamışdır. Cavabdeh vətəndaşları aldatmasına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılmış və barəsində həbs qətiimkan tədbiri seçilmişdir. Ümumiyyətlə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı MTK zərərçəkmiş vətəndaşlara 616.050 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı MTKnın hesabına əsassız varlanmış, onun hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Ona görə də hesab edir ki, 616.050 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş еtmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(006)-2685/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 52,4 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0032 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 98,4 kv.m olan 3 otaqlı 47 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0035 №li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 9-cu mərtəbə, sahəsi 56,2 kv.m olan 2 otaqlı 57 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0037 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 6-cı mərtəbə, sahəsi 73 kv.m olan 2 otaqlı 38 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0059 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 66,2 kv.m olan 2 otaqlı 71 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0064 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 78,5 kv.m olan 3 otaqlı 42 saylı mənzilə dair 12 noyabr 2016-cı il tarixli XC-0081 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 5-ci mərtəbə, sahəsi 65 kv.m olan 2 otaqlı 27 saylı mənzilə dair 25 noyabr 2016-cı il tarixli XC-0088 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 4-cü mərtəbə, sahəsi 78,5 kv.m olan 3 otaqlı 18 saylı mənzilə dair 10 mart 2017-ci il tarixli XC-0103 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 5-ci mərtəbə, sahəsi 73 kv.m olan 2 otaqlı 30 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0115 №-li, Abşeron rayonu, Xırdalan şəhəri. 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 52 kv.m olan 2 otaqlı 75 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0046 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 8-ci mərtəbə, sahəsi 41,8 kv.m olan 2 otaqlı 66 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0047 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 39,6 kv.m olan 1 otaqlı 80 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0048 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 12-ci mərtəbə, sahəsi 60,3 kv.m olan 2 otaqlı 85 saylı mənzilə dair XC-0109 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 10-cu mərtəbə, sahəsi 50,7 kv.m olan 2 otaqlı 85 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0112 №-li müqavilələrin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 616.050 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(006)-2685/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya hikayəti onunla əsaslandırılır ki, iş üzrə birinci instansiya məhkəməsi prosesin vaxtı və yeri barədə müvafiq bildirişi cavabdehə göndərməyib və nəticədə cavabdehin məhkəmədə iştirak hüququnu pozmuşdur. Cavabdehlər sırasında bir neçə nəfərin adı qeyd edilsə də, sonra borc yalnız cavabdeh şəxs kimi Cavabdeh tutulmuşdur. Əlavə olaraq qeyd edilməlidir k, qeyd olunan şəxslərə ziyan dəyməsi ilə bağlı Cavabdeh barəsində açılmış cınayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Həmin iş üzrə də zərərçəkmişlər natorial qaydada təstiq olunmuş ərizə ilə müraciət edərək, Cavabdeh qarşı heç bir tələblərinin olmadığını bildirmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-441/2020 saylı iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2685/2018 saylı işi üzrə 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilələrin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilməmiş, audit xidmətinə görə 2000 (iki min) manat məbləğdə pul vəsaitinin İddiaçı MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)-3069/2021 saylı qəraı ilə, İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-441/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətin əsassız olduğunu bildirirək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, yuxarı instansiya məhkəməsinin qeyd etdiyi 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilədən əvvəl bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı qeyd edir ki, tərəflər arasında 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilədən başqa 20 may 2016-cı il tarixdə də birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh hər iki birgə fəaliyyət haqqında şərtlərini pozmuşdur. Bu hal qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə də müəyyən olunub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişləri onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə məhkəmə iclasının təyin olunduğu gün daxil olmuş, bununla da, cavabdeh məhkəmə iclasından məlumatsız olmuşdur. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddia tələbinin əsasını 13.12.2016-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsaslansa da, etibarsızlığını tələb etdiyi müqavilələrdən aşağıda qeyd edilən 4 müqavilə istisna olmaqla qalan müqavilələr 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilədən əvvəlki tarixdə bağlanmışdır. Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən 2 saylı bina 10-cu mərtəbə sahəsi 50.7 kv.m olan iki otaqlı 85 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0109 nömrəli; Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 4-cü mərtəbə, sahəsi 78.5 kv.m olan 3 otaqlı 18 saylı mənzilə dair 10 mart 2017-ci il tarixli XC-0103 nömrəli; Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 5-ci mərtəbə, sahəsi 73 kv.m olan 2 otaqlı 30 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0115 nömrəli; - Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən 2 saylı bina 10-cu mərtəbə sahəsi 50.7 kv.m olan iki otaqlı 85 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0112 nömrəli. Belə olan halda apelyasiya instansiyası məhkəməsi 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilədən əvvəl bağlanmış müqavilələrinin etibarsızlığı ilə bağlı iddiaçının dəlillərinin nədən ibarət olmasını araşdırmalı olduğu halda, bununla bağlı araşdırma aparmamış və həmin dəlillərə hüquqi qiymət verməmişdir. Bundan başqa iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2019-cu il tarixli hökmü ilə Cavabdeh ayrı-ayrı şəxlərə qarşı dələduzluq cinayətini törətməsi, onlardan pul alaraq yuxarıda qeyd edilmiş müqavilələrdə göstərilən mənzillərərin onlara güzəştə gedilməsi ilə bağlı ərizələr verməsi, bunun nəticəsində İddiaçı MTK tərəfindən həmin pulların zərərçəkmiş şəxslərə geri ödənilərək mənzillərin geri qaytarılması müəyən edilmişdir. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişini əsas tutaraq, 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilədən əvvəl bağlanmış müqavilələrinin etibarsızlığı ilə bağlı iddiaçının dəlillərini araşdırarkən müəyən etdi ki, tərəflər arasında 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilədən əvvəl 20 may 2016-cı il tarixdə də, birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Hər iki- 20 may 2016 və 13.12.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilələrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2019-cu il tarixli hökmü ilə qiymət verilməklə yanaşı, iddiaçı tərəfindən müqavilənin əsli məhkəməyə təqdim olunmuşdur. Belə ki, “Sifarişçi” İddiaçı MTK, “Zamin” X84 və “İcraçı” Cavabdeh arasında 20 may 2016-cı il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” beton - qəlib, armatur və digər dəmir materialları, hörgü - suvaq, plastik (ağ) qapı, pəncərə, mənzillərin və blokların giriş qapısı (dəmir), blokların suvağı, malyar işi, mozaikası, perilası (dəmir), fasadın suvağı və malyar işləri, damın izolyasiyasını layihəyə uyğun şəkildə həyata keçirməyi, su, kanalizasiya, elektrik, lift işlərini görməyi öhdəsinə götürmüş, görülən işin dəyərinin 1 kv.m üçün 204 AZN müəyyən edilir. Ödəniş nağd qaydada həyata keçirilir. Ödənişlərin həyata keçirilməyə başlanana qədər ilkin başlanğıc üçün 1000 kv.m mənzil “İcraçı”nın adına rəsmiləşdirilir. Lakin mənzillər “İcraçı”ya satılmır, yalnız girov kimi verilir. Bu səbəbdən mənzillərin qiyməti müəyyənləşdirilmir. Gələcəkdə görülən işlərin ödənişi həyata keçirilmədiyi halda, danışıq yolu əsasında mənzillər qiymətləndirilib hər iki tərəfin razılığı ilə birdəfəlik şəkildə görülən işə müqabil verilə bilər. Barter olunduğu halda, görülən işin 30% qismində vəsait nəğd şəkildə ödənilməlidir. “Sifarişçi” təminat kimi verdiyi mənzilləri satmaq hüququna malikdir. Təminat şəklində verilən mənzillərin ümumi dəyərində iş görüldükdən sonra “İcraçı” tərəfindən hesabat verilir və növbəti işlər üçün ödəniş barədə əlavə müqavilə imzalanır. “Sifarişçi” təminat kimi verdiyi mənzillərin satışını həyata keçirib, dəyərini “İcraçı”ya ödəmək hüququna malikdir. “İcraçı” müqavilədə göstərilən işlərin keyfiyyətinə və vaxtında təhvil verilməsinə məsuliyyət daşıyır. İşlər vaxtında və layiqincə icra edilmədiyi halda, şifahi razılıq əsasında qəbul olunan cərimələr tətbiq oluna bilər. Görülən işlər “Sifarişçi” və “Zamin” tərəfindən qəbul edilərək aktlaşdırıldıqdan sonra təhvil verilmiş, bitmiş sayılır. Manatın məzənnəsində və tikinti materiallarının qiymətində ciddi dəyişiklik baş verdiyi halda müqavilənin şərtlərinə yenidən baxılacaq. Mübahisəli məsələlər Azərbaycan Respublikasının Qanunları çərçivəsində və ya qarşılıqlı anlaşma yolu ilə müzakirə edilib həll olunacaqdır. İş materiallarında olan “Sifarişçi” İddiaçı MTK, “Zamin” X84 və “İcraçı” Cavabdeh arasında bağlanmış 13 dekabr 2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, tərəflər aralarında aşağıdakı şərtlər daxilində birgə fəaliyyət haqqında müqavilə bağlamışlar: “İcraçı” tərəfindən görüləcək işlər: beton - qəlib, armatur və digər dəmir materialları, hörgü - suvaq, plastik (ağ) qapı, pəncərə, mənzillərin və blokların giriş qapısı (dəmir), blokların suvağı, malyar işi, mozaikası, perilası (dəmir), fasadın suvağı və malyar işləri, damın izolyasiyasını layihəyə uyğun şəkildə həyata keçirmək, su, kanalizasiya, elektrik, lift işləri (beton - bu müqavilənin predmeti deyil). Görülən işin 100%-i pul şəkilində ödəniləcək. Ödəniləcək 100% pulun 30%-i müvəqqəti ev şəklində yazılacaq. “İcraçı” yazılan 30% mənzilləri satmaq, dəyişmək və ya hər hansı bir görülən işin müqabilində vermək hüququna malik deyil. 30% şəklində verilən evlər yalnız “Sifarişçi” tərəfindən satılaraq, “İcraçı”ya ödəniləcəkdir. Ümumi işlərin 1 kv.m-nin dəyəri 245 AZN-dir. Binanın 8-ci mərtəbəsi tikildikdən sonra “Sifarişçi” 2017-ci ilin yanvar ayının sonunda “İcraçı” ilə pul şəklində ödənişə başlayaraq, “Sifarişçi” “İcraçı”ya bankdan götürülən vəsait barədə məlumat verəcək. Götürülən vəsaitin 70%-dən az olmamaq şərtiylə “İcraçı”ya ödəniləcəkdir. “Sifarişçi”nin gələcəkdə “İcraçı” ilə görülən işin ödənişi barədə yaranacaq problemlər hər iki tərəfin maraqları nəzərə alınaraq qarşılıqlı anlaşma əsasında müəyyən ediləcək. Evlərin satışında ilkin ödəniş tam şəklində “İcraçı”ya ödəniləcəkdir. Bank hesabında olan pul birinci növbədə smeta dəyərinə qədər tikintiyə yönəldiləcək, smeta dəyərinə qədər bank hesabında olan pulun digər tərəflərə ödənişi qarşılıqlı məlumat razılığı ilə həyata keçiriləcək. “Sifarişçi” təminat kimi verdiyi mənzillərin satışını həyata keçirib, dəyərini “İcraçı”ya ödəmək hüququna malikdir. “İcraçı” müqavilədə göstərilən işlərin keyfiyyətinə və vaxtında təhvil verilməsinə məsuliyyət daşıyır. “Sifarişçi” müqavilədə göstərilən vaxtlarda pulun ödəməsinə məsuliyyət daşıyır. Manatın məzənnəsində və tikinti materiallarının qiymətində ciddi dəyişiklik baş verdiyi halda müqavilənin şərtlərinə yenidən baxılacaq. Mübahisəli məsələlər Azərbaycan Respublikasının Qanunları çərçivəsində və ya qarşılıqlı anlaşma yolu ilə müzakirə edilib həll olunur”. İddiaçı MTK ilə “Payçı” Cavabdeh arasında aşağıdakı müqavilələr bağlanmışdır: XC- 0109 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 1 saylı binada, 12-ci mərtəbədə, sahəsi 60,03 kv.m olan, iki otaqlı, 85 saylı); 26 mart 2016-cı il tarixli XC-0112 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 2 saylı binada, 10-cu mərtəbədə, sahəsi 50,7 kv.m olan, iki otaqlı, 85 saylı yaşayış sahəsi); 21 may 2016-cı il tarixli XC-0032 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 1 saylı binada, 7-ci mərtəbədə, sahəsi 52,4 kv.m olan, iki otaqlı, 44 saylı ); 21 may 2016-cı il tarixli XC-0035 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 1 saylı binada, 7-ci mərtəbədə, sahəsi 98,4 kv.m olan, üç otaqlı, 47 saylı); 21 may 2016-cı il tarixli XC-0037 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 1 saylı binada, 9-cu mərtəbədə, sahəsi 56,2 kv.m olan, iki otaqlı, 57 saylı); 26 oktyabr 2016-cı il tarixli XC-0046 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 2 saylı binada, 9-cu mərtəbədə, sahəsi 52 kv.m olan, iki otaqlı, 75 saylı); 26 oktyabr 2016-cı il tarixli XC-0047 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 2 saylı binada, 8-ci mərtəbədə, sahəsi 41,8 kv.m olan, iki otaqlı, 66 saylı); 26 oktyabr 2016-cı il tarixli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən binada, 9-cu mərtəbədə, sahəsi 39,6 kv.m olan, bir otaqlı, 80 saylı); 26 oktyabr 2016-cı il tarixli XC-0059 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 1 saylı binada, 6-cı mərtəbədə, sahəsi 73 kv.m olan, 2 otaqlı, 38 saylı); 26 oktyabr 2016-cı il tarixli XC-0064 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 2 saylı binada, 9-cu mərtəbədə, sahəsi 66,2 kv.m olan, iki otaqlı, 71 saylı); 12 noyabr 2016-cı il tarixli XC-0081 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 1 saylı binada, 7-ci mərtəbədə, sahəsi 78.5 kv.m olan, üç otaqlı, 42 saylı); 25 noyabr 2016-cı il tarixli XC-0088 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 1 saylı binada, 5-ci mərtəbədə, sahəsi 65 kv.m olan, iki otaqlı, 27 saylı); 10 mart 2017-ci il tarixli XC-0103 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 1 saylı binada, 4-cü mərtəbədə, sahəsi 78,5 kv.m olan, üç otaqlı, 18 saylı); 26 mart 2017-ci il tarixli XC-0115 nömrəli əmlak pay haqqı müqaviləsi (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 1 saylı binada, 5-ci mərtəbədə, sahəsi 73 kv.m olan, iki otaqlı, 30 saylı); Həmin müqavilələrin 2.1-ci bəndində mənzillərin dəyərinin tam ödənildiyi göstərilmişdir. İddiaçı MTK ilə “Payçı” X85 arasında 25 iyul 2016-cı il tarixli XC-0048 nömrəli (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 1 saylı binada, 9-cu mərtəbədə, sahəsi 55,6 kv.m olan, iki otaqlı, 61 saylı) əmlak pay haqqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. İddiaçı MTK ilə Elmira Məmmədova arasında 19 iyul 2016-cı il tarixli XC-0048 nömrəli (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən "MTK"-ya məxsus 1 saylı binada, 7-ci mərtəbədə, sahəsi 70 kv.m olan, iki otaqlı, 42 saylı) əmlak pay haqqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. İddiaçı MTK ilə X86 arasında 22 sentyabr 2016-cı il tarixli XC-0047 nömrəli (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 1 saylı binada, 7-ci mərtəbədə, sahəsi 65 kv.m olan, iki otaqlı, 48 saylı) əmlak pay haqqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. İddiaçı MTK ilə X24 arasında 06 avqust 2016-cı il tarixli XC-0049 nömrəli (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 1 saylı binada, 7-ci mərtəbədə, sahəsi 103 kv.m olan, 3 otaqlı, 50 saylı) və 26 oktyabr 2016-cı il tarixli XC-0049 nömrəli (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 2 saylı binada, 9-cu mərtəbədə, sahəsi 35,2 kv.m olan, 1 otaqlı, 77 saylı) əmlak pay haqqı müqavilələri bağlanmışdır. Müqavilələrin 2.1-ci bəndində mənzillərin dəyərinin tam ödənildiyi göstərilmişdir. İddiaçı MTK ilə X11 arasında 27 yanvar 2017-ci il tarixli XC-0074 nömrəli (Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən “MTK”-ya məxsus 2 saylı binada, 12-ci mərtəbədə, sahəsi 52 kv.m olan, 2 otaqlı, 105 saylı) əmlak pay haqqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. "xxxx" MMC-nin 05.10.2020-ci il tarixli auditor hesabatı (rəy) təqdim edilmiş, ona əsasən, tədqiqata dair prosedurların ardıcıllığı və şərhi nəticələri, tədqiqatın İzahlı Qeydlər bölməsində işə aid materiallar və audit sübutlarını əhatə edən digər məlumatlarla birlikdə audit qarşısında qoyulmuş sualların bütün aspektlərdən cavablandırılması və təsviri yetərli hesab olunur. Audit, podratçı Cavabdeh (AZE ********) müqavilə öhdəliklərinin icrası məqsədilə sifarişçi İddiaçı MTK (vöen: **********) tərəfindən onun adına müvəqqəti yazılmış mənzillərin satışı və təqdim edilməsi barədə hər-hansı hüquqların verilməsinə dair faktlar və sübutlar aşkar etmədi. Audit podratçının onun adına yazılmış mənzillərin satışını sifarişçinin icra etmədiyi pul öhdəliyi səbəbindən həyata keçirdiyi barədə daha əvvəlcə razılaşma, mübahisə və məhkəmə mübahisələri barədə subutlara rast gəlmədi. Ona görə də audit üçün yalnız müqavilə öhdəliklərinin icrasının podratçı tərəfindən pozulduğu və Əmlak Pay Müqaviləsi əsasında onun adına müvəqqəti yazılmış mənzillərin ayrı-ayrı vətəndaşlara satışı məqsədilə aldığı pul vəsaitinin sifarişçi İddiaçı MTK tərəfindən qaytardığına dair hadisələr maliyyə nəticələri doğurur. Beləliklə, Audit yoxlaması nəticəsində müəyyən edildi ki, Podratçı Cavabdeh tərəfindən sifarişçi İddiaçı MTK-ya vurulmuş zərərin miqdarı 646000 manat təşkil edir. "xxxx" MMC-nin 04.11.2020-ci il tarixli auditor hesabatına əsasən, “Podratçı” Cavabdeh Azərbaycan Respulikasının müvafiq qanunvericiliyinə əsasən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmadığı, sahibkarlıq fəaliyyəti məqsədləri üçün müvafiq Bank hesablarına (hesablaşma-hesabı və valyuta hesabları) malik olmadığı üçün mühasibatlıq sənədlərində qarşı tərəflə hesablaşmalara dair əməliyyatlar Milli mühasibat uçotu haqqında qanunvericiliyin və standartların tələblərinə uyğun həyata keçirilə bilməz. Bununla yanaşı qanunvericiliklə müəyyən edilmiş uçot qaydalarına və uçot sisteminə uyğun olmayan heç bir, qaimə, faktura, order, qəbz və digər hesablaşma sənədləri audit sübutları kimi nəzərə alınmır. Ona görə də tədqiqat yalnız təqdim olunmuş iş və materiallar əsasında müəyyən edilən (notarial təsdiq olunmuş sənədlər, tərəflərin imzası ilə təsdiq olunmuş AKT, Razılaşma, Müqavilə) sənədlər əsasında aparıldı. Audit, podratçı Cavabdeh (AZE ********) müqavilə öhdəliklərinin icrası məqsədilə sifarişçi İddiaçı MTK (vöen: **********) tərəfindən onun adına müvəqqəti yazılmış mənzillərin satışı və təqdim edilməsi barədə hər-hansı hüquqların verilməsinə dair faktlar və sübutlar aşkar etmədi. Audit podratçının onun adına yazılmış mənzillərin satışını sifarişçinin icra etmədiyi pul öhdəliyi səbəbindən həyata keçirdiyi barədə daha əvvəlcə razılaşma, mübahisə və məhkəmə mübahisələri barədə subutlara rast gəlmədi. Ona görə də audit üçün yalnız müqavilə öhdəliklərinin icrasının podratçı tərəfindən pozulduğu və Əmlak Payı Haqqı Müqavilələri əsasında onun adına müvəqqəti yazılmış mənzillərin ayrı-ayrı vətəndaşlara satışı məqsədilə aldığı pul vəsaitinin sifarişçi İddiaçı MTK tərəfindən qaytardığına dair hadisələr maliyyə nəticələri doğurur. Beləliklə, Audit yoxlaması nəticəsində müəyyən edildi ki, Podratçı Cavabdeh tərəfindən sifarişçi İddiaçı MTK-ya vurulmuş zərərin miqdarı 646000 manat təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2019-cu il tarixli hökmü ilə Cavabdeh AR Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, “Sifarişçi” İddiaçı MTK, “Zamin” X84 və “İcraçı” Cavabdeh arasında 20 may 2016 və 13 dekabr 2016-cı il tarixlərdə birgə fəaliyyət haqqında müqavilələr bağlanmışdır. 20 may 2016-cı il tarixli müqaviləyə əsasən “İcraçı” beton - qəlib, armatur və digər dəmir materialları, hörgü - suvaq, plastik (ağ) qapı, pəncərə, mənzillərin və blokların giriş qapısı (dəmir), blokların suvağı, malyar işi, mozaikası, perilası (dəmir), fasadın suvağı və malyar işləri, damın izolyasiyasını layihəyə uyğun şəkildə həyata keçirməyi, su, kanalizasiya, elektrik, lift işlərini görməyi öhdəsinə götürmüş, görülən işin dəyərinin 1 kv.m üçün 204 AZN müəyyən edilir. Ödəniş nağd qaydada həyata keçirilir. Ödənişlərin həyata keçirilməyə başlanana qədər ilkin başlanğıc üçün 1000 kv.m mənzil “İcraçı”nın adına rəsmiləşdirilir. Lakin mənzillər “İcraçı”ya satılmır, yalnız girov kimi verilir. Bu səbəbdən mənzillərin qiyməti müəyyənləşdirilmir. Gələcəkdə görülən işlərin ödənişi həyata keçirilmədiyi halda, danışıq yolu əsasında mənzillər qiymətləndirilib hər iki tərəfin razılığı ilə birdəfəlik şəkildə görülən işə müqabil verilə bilər. Barter olunduğu halda, görülən işin 30% qismində vəsait nəğd şəkildə ödənilməlidir. “Sifarişçi” təminat kimi verdiyi mənzilləri satmaq hüququna malikdir. Təminat şəklində verilən mənzillərin ümumi dəyərində iş görüldükdən sonra “İcraçı” tərəfindən hesabat verilir və növbəti işlər üçün ödəniş barədə əlavə müqavilə imzalanır. “Sifarişçi” təminat kimi verdiyi mənzillərin satışını həyata keçirib, dəyərini “İcraçı”ya ödəmək hüququna malikdir. “İcraçı” müqavilədə göstərilən işlərin keyfiyyətinə və vaxtında təhvil verilməsinə məsuliyyət daşıyır. İşlər vaxtında və layiqincə icra edilmədiyi halda, şifahi razılıq əsasında qəbul olunan cərimələr tətbiq oluna bilər. Görülən işlər “Sifarişçi” və “Zamin” tərəfindən qəbul edilərək aktlaşdırıldıqdan sonra təhvil verilmiş, bitmiş sayılır. Manatın məzənnəsində və tikinti materiallarının qiymətində ciddi dəyişiklik baş verdiyi halda müqavilənin şərtlərinə yenidən baxılacaq. Mübahisəli məsələlər Azərbaycan Respublikasının Qanunları çərçivəsində və ya qarşılıqlı anlaşma yolu ilə müzakirə edilib həll olunacaqdır. 13 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən əsasən “İcraçı” beton - qəlib, armatur və digər dəmir materialları, hörgü - suvaq, plastik (ağ) qapı, pəncərə, mənzillərin və blokların giriş qapısı (dəmir), blokların suvağı, malyar işi, mozaikası, perilası (dəmir), fasadın suvağı və malyar işləri, damın izolyasiyasını layihəyə uyğun şəkildə həyata keçirməyi, su, kanalizasiya, elektrik, lift işlərini görməyi öhdəsinə götürmüş, görülən işin dəyərinin 100 faizinin pul şəkilində ödənilməsi, ödəniləcək 100 faiz pulun 30 faizinin müvəqqəti ev şəklində yazılması, “İcraçı”nın yazılan 30 faiz mənzilləri satmaq, dəyişmək və ya hər hansı bir görülən işin müqabilində vermək hüququna malik olmaması, 30 faiz şəklində verilən evlərin yalnız “Sifarişçi” tərəfindən satılaraq “İcraçı”ya ödənilməsi, “Sifarişçi”nin təminat kimi verdiyi mənzillərin satışını həyata keçirib dəyərini “İcraçı”ya ödəmək hüququna malik olması, “İcraçı”nın müqavilədə göstərilən işlərin keyfiyyətinə və vaxtında təhvil verilməsinə məsuliyyət daşıması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, tədqiq edilmiş sübutlara əsasən birgə fəaliyyət haqqında müqavilə şərtləri əsasında İddiaçı MTK tərəfindən Cavabdeh Məhəmmədli oğlu ilə bağlanılmış müqavilələrə əsasən Cavabdeh Məhəmmədli oğluna İddiaçı MTK tərəfindən inşa edilmiş mənzillər verilmiş, lakin Cavabdeh Məhəmmədli oğlunun mənzilləri satmaq səlahiyyəti olmadığı, digər tərəfdən birgə fəaliyyət haqqında müqavilə üzrə İddiaçı MTK tərəfindən görülməli işlərə görə pulun ödənilməsi ilə bağlı öhdəliyin pozulması halı olmadığı halda, Cavabdeh Məhəmmədli oğlu tərəfindən müqavilə şərtləri pozularaq həmin mənzillər notarial qaydada təsdiq edilmiş ərizələrlə müxtəlif şəxslərə müxtəlif məbləğlərdə pul alınması qarşılığında satılmışdır. Kollegiya ilk növbədə, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-yə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (MM-nin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). MM-nin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. MM-də hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, MM-nin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. MM-nin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Kollegiya qeyd edir ki, tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. MM-nin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə araşdırlması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilələrə əsasən bağlanmış Əmlak Pay Müqavilələrinə əsasən mənzillər cavabdehin adına rəsmiləşdirilsə də, ona satılmır, iddiaçı mənzilləri sata bilər. Birgə fəaliyyət haqqında müqavilədə mənzillərin qiymətinin müəyyən edilməməsi qeyd olunduğu halda, Əmlak Pay Müqavilələrində mənzilin dəyərinin tam ödənildiyi qeyd olunmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilələrə əsasən bağlanmış Əmlak Pay Müqavilələri heç bir hüquqi nəticə doğurmadan görünüş üçün bağlanmış əqddir. MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Buna görə də, tərəflər arasında bağlanmış Əmlak Pay Müqavilələri əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Kollegiya vurulmuş maddi zərərin əvəzi olaranq 616.050 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində aşağıdakıları qeyd edir: X87 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 26.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, X.Şükürov tərəfindən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 15000 (on beş min) manat məbləğ vəsait İddiaçı MTK tərəfindən ona Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26 saylı məhəllədə inşa edilmiş 5 saylı binada dəyəri 53105 (əlli üç min yüz beş) manat olan 9A saylı mənzil üçün ilkin ödəniş kimi qəbul edilərək, qalan 38105 (otuz səkkiz min yüz beş) manat qismini 40 ay müddətinə ödəmək öhdəliyini öz üzərinə götürür. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə əvvəlcə ona vəd olunan mənzillə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfındən notariat kontoruna ünvanlanmış 03.04.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, Cavabdeh tərəfındən bildirilmişdir ki, o, İddiaçı MTK-nın Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi 2 saylı binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 50,7 kv.m olan 2 otaqlı 85 saylı mənzilini X38 27500 (iyirmi yeddi min beş yüz) manata satmışdır. Satdığı mənzilə dair 15000 (on beş min) manatın ondan 03 aprel 2017-ci il tarixdə nəğd şəkildə almış, qalan 12500 (on iki min beş yüz) manatı isə 03 aprel 2022-ci il müddətində ödəməsinə heç bir etirazı yoxdur. Qalan məbləği ödədikdən sonra həmin mənzilə dair heç bir iddiası və tələbi olmayacaqdır. X47 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, S.İlyasova tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 30000 (otuz min) manat məbləğ vəsait "xxxx" MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı heç zaman iddiası olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X39 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, V.Manafova tərəfmdən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ödədiyi 22.000 (iyirmi iki min) manat məbləğ vəsait İddiaçı MTK tərəfindən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, "xxxx" MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı, iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən notariat kontoruna ünvanlanmış 29.03.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh tərəfındən bildirilmişdir ki, o, İddiaçı MTKnm Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi 1 saylı binanm 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 60,3 kv.m olan 2 otaqlı 85 saylı mənzilini Manafov 40000 (qırx min) manata satmışdır. Satdığı mənzilə dair 22000 manat ondan 29 mart 2017-ci il tarixdə nəğd şəkildə almış, qalan 180000 manat isə 3 il müddətində ödəməsinə heç bir etirazı yoxdur. Qalan həmin mənzilə dair heç bir iddiası və tələbi olmayacaqdır. X25 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Z.Şirəliyeva tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 15100 (on beş min yüz) manat məbləğ vəsait İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı gələcəkdə İddiaçı MTK-ya qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı heç zaman iddiası olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən notariat kontoruna ünvanlanmış 09.03.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, Cavabdeh tərəfındən bildirilmişdir ki, o, "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi 2 saylı binanın 71 -saylı mənzilini X12 44500 (qırx dörd min beş yüz) manata satmışdır. Satdığı mənzilə dair 8500 (səkkiz min beş yüz) manatın ondan 09 mart 2017-ci il tarixdə nəğd şəkildə almış, qalan 36000 (otuz altı min) manatı isə 5 il müddətində ödəməsinə heç bir etirazı yoxdur. Qalan məbləği ödədikdən sonra həmin mənzilə dair heç bir iddiası və tələbi olmayacaqdır. Cavabdeh tərəfındən notariat kontoruna ünvanlanmış 10.03.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, Cavabdeh tərəfmdən bildirilmişdir ki, o, İddiaçı MTK-nın Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi 1 saylı binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78,5 kv.m olan 2 otaqlı 18 saylı mənzilini X13 36000 (otuz altı min) manata satmışdır. Satdığı mənzilə dair 30000 (otuz min) manatın ondan 10 mart 2017-ci il tarixdə nəğd şəkildə almış, qalan 6000 (altı min) manatı isə 10 sentyabr 2017-ci il müddətində ödəməsinə heç bir etirazı yoxdur. Qalan məbləğ tam ödənildikdən sonra həmin mənzilə dair heç bir iddiası və tələbi olmayacaqdır. X4 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 25.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, Ş.Xankişiyev tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 18600 (on səkkiz min altı yüz) manat məbləğ vəsait İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X48 tərəfındən İddiaçı MTK- ya ünvanlanmış ərizənin surətinə əsasən, o, qaynı X71 "xxxx" MTK-ya müqaviləyə əsasən ödədiyi 28000 manatı almış və onda olan müqaviləni qaytarmışdır, MTK əməkdaşlarının yanında qaynı Rauf telefonla razıhğını bildirmişdir; X49 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 19.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, E.Hüseynov tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 18000 (on səkkiz min) manat məbləğ vəsaitdən 8050 (səkkiz min əlli) manatı İddiaçı MTK tərəfindən ona geri qaytarılmışdır. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X88 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş surətinə əsasən, L.Əhmədova tərəfindən bildirilmişdir ki, Umudlu Cavi tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 18000 İddiaçı MTK tərəfındən tam şəkildə ona geri qaytarılmışdır, bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X40 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 19.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, R.Nuriyev tərəfmdən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ödədiyi 16500 (on altı min beş yüz) manat məbləğ vəsait İddiaçı MTK tərəfmdən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasmı xahiş etmişdir. X14 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, L.Şirinova tərəfmdən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ödədiyi 25000 (iyirmi beş yüz) manat məbləğ vəsait İddiaçı MTK tərəfindən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X96 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, R.Əliyev tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ödədiyi 4950 (dörd min doqquz yüz əlli) manat məbləğ vəsait İddiaçı MTK tərəfindən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X15 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, K.Məmmədyarova tərəfindən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ödədiyi 18800 (on səkkiz min səkkiz yüz) manat məbləğ vəsait İddiaçı MTK tərəfmdən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X26 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, M.Bədəlov tərəfindən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ödədiyi 15000 (on beş min) manat məbləğ vəsait İddiaçı MTK tərəfindən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X1 orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial ərizənin surətinə əsasən, Ş.Ramazanov tərəfindən bildirilmişdir, X27 tərəfmdən ona vəd olunmuş ev üçün 22000 manat məbləğ vəsait İddiaçı MTK tərəfindən tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTKya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X62 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 28.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, B.Həsənov tərəfindən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ödədiyi 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğdə vəsaitin dəyəri 49465 manat olan mənzilin ilkin ödənişi kimi qəbul edilərək, qalan 19965 manatını 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nm hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X9 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 25.12.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, N.Dünyamalıyev tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfmdən ona vəd olunmuş ev üçün ödədiyi 31000 (otuz bir min) manat məbləğdə vəsaitin dəyəri 58.955 manat olan mənzilin ilkin ödənişi kimi qəbul edilərək, qalan 27955 manatmı ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı "xxxx" MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə də pul məbləği ilə bağlı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən notariat kontoruna ünvanlanmış notarial qaydada təsdiq edilmiş 29.03.2017-ci il tarixli ərizənin surətinə əsasən, o, Abşeron rayonu, Xırdalan şəhərində inşa etdiyi binanm 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 103 kv.m. olan 3 otaqlı 87 saylı mənzili X9 50000 manat satmış, satdığı mənzilə dair 27000 manatı 29.03.2017- ci il tarixdə nəğd şəkildə almış, qalan 23000 manatı isə ödəməyə heç bir etirazı olmamışdır. Qalan məbləğ tam ödəndikdən sonra həmin mənzilə dair heç bir iddia və tələbi olmayacaqdır. Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış 18.05.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, Cavabdeh tərəfindən bildirilmişdir ki, o, "xxxx" MTK-nın inşa etdiyi binada admda olan XC-0081 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, tikilməkdə olan A saylı binada yerləşən 78,5 kv.m ümumi sahəsindən ibarət olan 42 nömrəli mənzilindən, XC-0088 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, tikilməkdə olan A saylı binada yerləşən 65 kv.m ümumi sahəsindən ibarət olan 27 nömrəli mənzilindən, XC-0103 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, tikilməkdə olan A saylı binada yerləşən 78,5 kv.m ümumi sahəsindən ibarət olan 18 nömrəli mənzilindən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adma keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzillər barəsində İddiaçı MTK-ya qarşı heç bir iddiası olmayacaq. Hər hansı bir mübahisə yaranarsa, şəxsən özü cavabdehlik daşıyacaqdır. Cavabdeh tərəfindən İddiaçı MTK tərəfindən ona Abşeron rayonu, Xırdalan şəhəri, tikilməkdə olan 1 saylı binada yerləşən 56,2 kv.m ümumi sahəsindən ibarət olan 57 nömrəli mənzilindən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adma keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzillər barəsində "xxxx" MTK-ya qarşı heç bir iddiası olmayacaq. Hər hansı bir mübahisə yaranarsa, şəxsən özü cavabdehlik daşıyacaqdır. Cavabdeh tərəfındən İddiaçı MTK-nın rəhbərliyinə ünvanlanmış 02.06.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş srizənin surətindən görünür ki, Cavabdeh tərəfmdən bildirilmişdir ki, o, İddiaçı MTK-nın inşa etdiyi binada admda olan XC-0115 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, tikilməkdə olan 1 saylı binada yerləşən 73 kv.m ümumi sahəsindən ibarət olan 30 nömrəli mənzilindən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasma, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adma keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzillər barəsində İddiaçı MTK-ya qarşı heç bir iddiası olmayacaq. Hər hansı bir mübahisə yaranarsa, şəxsən özü cavabdehlik daşıyacaqdır. Cavabdeh tərəfındən İddiaçınə ünvanlanmış 18.05.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, Cavabdeh tərəfindən bildirilmişdir ki, o, "xxxx" MTK-nın inşa etdiyi binada admda olan XC-0059 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, tikilməkdə olan A saylı binada yerləşən 73 kv.m ümumi sahəsindən ibarət olan 38 nömrəli mənzilindən, XC-0064 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, tikilməkdə olan B saylı binada yerləşən 66,2 kv.m ümumi sahəsindən ibarət olan 71 nömrəli mənzilindən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarınm satılmasma, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adma keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzillər barəsində İddiaçı MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa, şəxsən özü cavabdehlik daşıyacaqdır. X89 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 24.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, A.Muradov tərəfmdən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 5300 (beş min üç yüz) manat məbləğ vəsait İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTKnın hazırki sədri X70 qarşı nə həmin mənzillə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasmı xahiş etmişdir. X50 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 24.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Ş.İsmayılova tərəfındən bildirilmişdir ki, Cavabdeh ödədiyi pul vəsaitinin 4000 (dörd min) manat hissəsi İddiaçı MTK tərəfındən ona geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X51 tərəfındən ünvanlanmış 20.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş surətinə əsasən, R.Cavadzadə tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ona ödədiyi 5000 manat İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. İddiaçı MTKya, İddiaçı MTK-nın hazırki sədri Əliyev Cavid həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyjəilə hər hansı bir şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X90 tərəfmdən səlahiyyətli orqanlara ünvanlanmış 20.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, A.Hüseynov tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ona ödədiyi 5000 (beş min) manat məbləğ vəsait İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı "xxxx" MTK-ya, "xxxx" MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X63 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 19.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, H.Həsənova tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ona ödədiyi 4700 (dörd min yeddi yüz) manat məbləğ vəsait "xxxx" MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X28 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 19.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, Z.Əhədova tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfindən ona vəd olunmuş ev üçün ona ödədiyi 3000 (üç min) manat məbləğ vəsait İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X29 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 18.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, F.Kərimova tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ona ödədiyi 27000 (iyirmi yeddi min) manat məbləğ vəsait əvəzinə İddiaçı MTK tərəfındən Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa olunan 2 saylı bina, (B bloku) 9-cu mərtəbə, 38.0 kv.m sahəsi olan bir otaqlı 77 saylı mənzili qəbul etmişdir. Bununla bağlı "xxxx" MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X41 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 25.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, S.Zeynalov tərəfındən bildirilmişdir ki, Cavabdeh mənzil almaq məqsədi ilə ödədiyi pul vəsaitinin 5000 (beş min) manat hissəsi İddiaçı MTK tərəfındən ona geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X121 mənzillə bağlı, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X72 ünvanlanmış 02.05.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, S.Abdıyev tərəfindən bildirilmişdir ki, Cavabdeh ödədiyi 36470 (otuz altı min dörd yüz yetmiş) manat məbləğ vəsait əvəzinə İddiaçı MTK tərəfındən Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa olunan 2 saylı bina, (B bloku) 10-cu mərtəbə, 55.0 kv.m sahəsi olan iki otaqlı 83 saylı mənzili qəbul etmişdir. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə mənzillə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X16 tərəfmdən səlahiyyətli orqanlara ünvanlanmış 28.04.2018- ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, P.Məstiyev tərəfındən bildirilmişdir ki, Cavabdeh mənzil almaq məqsədi ilə ödədiyi pul vəsaitinin 3000 (üç min) manat hissəsi İddiaçı MTK tərəfındən ona geri qaytarılmışdır. Bununla bağlı gələcəkdə "xxxx" MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə mənzillə bağlı, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə almmasını xahiş etmişdir. X30 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 17.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, E.Niftəliyev tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ona ödədiyi 36530 (otuz altı min beş yüz otuz) manat məbləğ vəsait əvəzinə İddiaçı MTK tərəfındən BakıSumqayıt yolunun 15-ci kilometrliyində inşa olunan 2 saylı bina, (B bloku) 9-cu mərtəbə, 55.0 kv.m sahəsi olan iki otaqlı 73 saylı mənzili qəbul etmişdir. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə mənzillə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X73 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 16.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, E.Musayev tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ona ödədiyi 10000 (on min) manat məbləğ vəsait əvəzinə İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə almmasını xahiş etmişdir. X52 tərəfındən səlahiyyətli orqanlara ünvanlanmış 17.03.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, V.Nəhmətov tərəfındən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ona ödədiyi 17000 (on yeddi min) manat məbləğ vəsait İddiaçı MTK tərəfındən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasmı xahiş etmişdir. X31 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 16.12.2017-ci il tarixli notarial qaydada surətindən görünür ki, S.Məmmədova tərəfındən bildirilmiş Məhəmmədəli oğlu tərəfındən ona vəd olunmuş ev üçün manat məbləğ vəsait İddiaçı MTK tərəfındən ona ödənilmişdir. Bununla bağlı İddiaçı MTK-ya qarşı nə həmin mənzilllə, nə də pul məbləği ilə bağlı heç zaman iddiası olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. X74 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 10.03.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, T.Nəcəfov tərəfindən bildirilmişdir ki, Cavabdeh tərəfindən 66950 (altmış altı min doqquz yüz əlli) manata görə ona vəd olunan mənzilin əvəzinə İddiaçı MTK tərəfmdən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-ünvan 1 ünvanında yerləşən, 1033 kv.m sahəsi olan mənzili qəbul etmişdir. Bununla bağlı İddiaçı MTK-nın hazırki sədri X53, X42 və "xxxx" MTKdan nə mənzil tələbi ilə bağlı, nə hər hansı digər pul məbləği ilə, nədə ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. X43 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 21.04.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, R.Fərzəliyev tərəfindən bildirilmişdir ki, Cavabdeh tərəfındən ona vəd olunmuş ev üçün ödədiyi 5000 (beş min) manat məbləğ vəsait İddiaçı MTK tərəfmdən ona tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı İddiaçı MTK-ya, İddiaçı MTK-nın hazırki sədri X70 qarşı nə həmin mənzilə, nə pul məbləği ilə bağlı, nə də ümumiyyətlə hər hansı bir iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Əgər olarsa tam olaraq məsuliyyəti öz üzərinə götürür. İşə baxarkən yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı MTK tərəfindən mənzillər satılan vətəndaşlara onlar tərəfindən ödənilmiş pul vəsaitləri mənzillə əvəzləşdirilməklə və ya ödənmiş pullar qaytarılmaqla geri qaytarılmışdır (X54 28.600 manat (əvəzinə mənzil), X64 15.000 manat (əvəzinə mənzil), X32 30.000 manat, X21 22.000 manat, X12 15.100 manat, X2 18.600 manat, X91 28.000 manat, X33 8.050 manat, X65 18.000 manat, X22 16.500 manat, X6 25.000 manat, X75 4.950 manat, X7 18.800 manat, X17 15.000 manat, X10 22.000 manat, X44 29.500 manat (əvəzinə mənzil), X3 31.000 manat (əvəzinə mənzil), X66 5.300 manat, X34 4.000 manat, X35 5.000 manat, X67 5.000 manat, X45 4.700 manat, X18 3.000 manat, X19 27.000 manat (əvəzinə mənzil), X23 5.000 manat, X55 36.470 manat (əvəzinə mənzil), X8 3.000 manat, X20 36.530 manat (əvəzinə mənzil), X56 10.000 manat, X36 17.000 manat, X13 36.000 manat, X57 66.950 manat (əvəzinə mənzil), X43 5.000 manat). Nəticədə Cavabdeh Məhəmmədli oğlu tərəfindən İddiaçı MTK-ya ümumilikdə 616.050 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçıya cavabdeh tərəfindən maddi zərər vurulması auditor hesabatı ilə müəyyən olunur. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2019-cu il tarixli hökmü ilə Cavabdeh ayrı-ayrı şəxlərə qarşı dələduzluq cinayətini törətməsi, onlardan pul alaraq yuxarıda qeyd edilmiş müqavilələrdə göstərilən mənzillərərin onlara güzəştə gedilməsi ilə bağlı ərizələr verməsi, bunun nəticəsində "xxxx" MTK tərəfindən həmin pulların zərərçəkmiş şəxslərə geri ödənilərək mənzillərin geri qaytarılması müəyən edilmişdir. Kollegiya auditor hesabatına tədqiq edilmiş digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin hesabat işdə olan sübutlar əsasında verildiyindən, mötəbər sübut kimi qəbul olunmalıdır. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 616.050 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin mütəxəsisə ödənilməli olan 2000 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 oktyabr 2018-ciil tarixli, 2(006)-2685/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 52,4 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0032 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 98,4 kv.m olan 3 otaqlı 47 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0035 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 9-cu mərtəbə, sahəsi 56,2 kv.m olan 2 otaqlı 57 saylı mənzilə dair 21 may 2016-cı il tarixli XC-0037 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 6-cı mərtəbə, sahəsi 73 kv.m olan 2 otaqlı 38 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0059 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 66,2 kv.m olan 2 otaqlı 71 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0064 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 7-ci mərtəbə, sahəsi 78,5 kv.m olan 3 otaqlı 42 saylı mənzilə dair 12 noyabr 2016-cı il tarixli XC-0081 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 5-ci mərtəbə, sahəsi 65 kv.m olan 2 otaqlı 27 saylı mənzilə dair 25 noyabr 2016-cı il tarixli XC-0088 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 4-cü mərtəbə, sahəsi 78,5 kv.m olan 3 otaqlı 18 saylı mənzilə dair 10 mart 2017-ci il tarixli XC-0103 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 5-ci mərtəbə, sahəsi 73 kv.m olan 2 otaqlı 30 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0115 №-li, Abşeron rayonu, Xırdalan şəhəri. 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 52 kv.m olan 2 otaqlı 75 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0046 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 8-ci mərtəbə, sahəsi 41,8 kv.m olan 2 otaqlı 66 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0047 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 9-cu mərtəbə, sahəsi 39,6 kv.m olan 1 otaqlı 80 saylı mənzilə dair 26 oktyabr 2016-cı il tarixli XC-0048 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı bina, 12-ci mərtəbə, sahəsi 60,3 kv.m olan 2 otaqlı 85 saylı mənzilə dair XC-0109 №-li, Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı bina, 10-cu mərtəbə, sahəsi 50,7 kv.m olan 2 otaqlı 85 saylı mənzilə dair 26 mart 2017-ci il tarixli XC-0112 №-li müqavilələr etibarsız hesab edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 616.050 (altı yüz on altı min əlli) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MTK-ya ödənilsin. Audit xidmətinə görə 2000 (iki min) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" MMCnin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-627/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-627/2022
05.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver