Məhkəmə qərarları › İş №2(103)-6274/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6274/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6274/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər xxxxxxxxx MTK-ya, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 23000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxx” MTK ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 23 № li müqaviləyə əsasən cavabdehin inşa etdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində yerləşən 13 M saylı evin 191 saylı mənzilini almışdır. Həmin mənzil digər Cavabdeh3 adına olmuşdur. Cavabdehlə aralarında müqavilə bağlanarkən 1 otaqlı sahəsi 58 kv.m olan həmin mənzilin pulunu, yəni 23000 manat məbləğində pulu kooperativin rəhbəri Cavabdeh2 iştirakı ilə Cavabdeh3 verib. Mənzilin pulunu verdikdən sonra mənzilə köçmək istəyərkən məlum olmuşdur ki, qeyd edilən mənzil ondan əvvəl başqa bir şəxsə satılmışdır. Ona görə də, kooperativin rəhbərliyinə müraciət edərək onu başqa bir mənzillə təmin etməsini tələb etmiş, lakin kooperativ onu başqa mənzillə təmin etməmişdir. Beləliklə, ona aydın olmuşdur ki, cavabdehlər onun pulunu mənimsəmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 23000 (iyirmi üç min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın cavabdehlər "xxxxxxxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər xxxxxxxxx MTK-nın nümayəndəsi, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlər xxxxxxxxx MTK-nın nümayəndəsi, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, “xxxxxxxxx Mənzil-Tikinti Kooperativi ilə payçı İddiaçı arasında bağlanmış “xxxxxxxxx MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 23 № li müqavilədən görünür ki, MTK tərəfindən inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan 1 otaqlı, 58,0 kv.m 191 saylı mənzil İddiaçı adına keçirilir. Mənzilin ümumi dəyəri 23000 manatdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 27 № li arayışa əsasən Kooperativin Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 3 giriş 8 mərtəbəsi, 191 saylı 1 otaqlı (58,0 kv.m) Cavabdeh3 tərəfindən dəyəri ödənilərək alınmış mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına keçirilmişdir və ona məxsusdur. R.Y.Yursunovnanın MTK-nə borcu yoxdur. İşə əlavə edilmiş sənədlərdən və iddiaçının izahatından görünür ki, İddiaçı mübahisə predmeti olan mənzilin alğı-satqı müqaviləsinin öz adına keçirilməsi üçün Cavabdeh3 23000 manat pul vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə X2 qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində inşa edilən binanın 8-ci mərtəbəsində yerləşən 191 saylı və həmin binanın 9-cu mərtəbəsində yerləşən 197 saylı mənzillərinin X1 təhvil verilməsi və mənzillərdən istifadə edilməsində ona edilən maneələrin aradan qaldırılması “xxxxxxxxx” MTK-ya həvalə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 389.1, 389.3, 425.1, 430.1, 442, 567, 646.1 və 646.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iş üzrə Cavabdeh3 tərəfindən “xxxxxxxxx” mənzil tikinti kooperativindən alınmış mübahisəli mənzilin alğı-satqı müqaviləsini İddiaçı Cavabdeh3 23000 manat verməklə öz adına rəsmiləşdirmişdir. Sonradan, məhkəmə aktları ilə mübahisəli mənzilin Cavabdeh3 yox, üçüncü şəxsə məxsus olması müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, mənzil üçün satış məbləğini Cavabdeh3 ödəsə də, mənzil ona təqdim edilməmişdir. Göründüyü kimi, alğı-satqı müqaviləsinin baş tutması üçün satıcı satılan əşyanı (əmlakı) alıcıya təqdim etməli, alıcı isə öz növbəsində razılaşdırılmış pul məbləğini satıcıya verməlidir. Hazırkı işdə alıcı razılaşdırılmış pul məbləğini satıcıya versə də, satıcı tərəfindən satış predmeti olan mənzil təqdim edilə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar