Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6274/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-4836/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 1171/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və ona 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18% dərəcəsi ilə, 36 ay müddətinə 800 manat məbləğində kredit limiti açılmışdır. Maliyyə arayışına əsasənCavabdehnun İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 528,32 manat əsas, 519,4 manat faiz, 1023,76 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 73,36 manat borc olmaqla, cəmi 2144,84 manat borc hesablanmışdır. 2.İddiaçı Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi lazimi qaydada icra etmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3.İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti(bundan sonra -iddiaçı) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 528,32 manat əsas, 519,4 manat faiz, 1023,76 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 73,36 manat borc olmaqla, cəmi 2144,84 manat borcun və 41,45 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 1171/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən, sonuncuya 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 18% ödəməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh müqavilə üzrə cəmi borcu 2144,84 manat təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********558 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 20 manat məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 iyul 2023-cü il tarixli, 2(008)-4836/2023 saylı qətnaməsi ilə(sədrlik edən-Həqiqət Mahmudova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 528,32 manat əsas, 519,4 manat faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 73,36 manat borc olmaqla, cəmi 1221,08 (bir min iki yüz iyirmi bir manat, səkkiz qəpik) manat məbləğində borc və 32,21 (otuz iki manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 6.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və ona 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18% dərəcəsi ilə, 36 ay müddətinə 800 manat məbləğində kredit limiti açılmışdır. 7.İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 528,32 manat əsas, 519,4 manat faiz, 1023,76 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 73,36 manat borc olmaqla, cəmi 2144,84 manat borc hesablanmışdır. 8.Bundan əlavə, cavabdeh bank qarşısında kredit öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı tərəfindən haqlı olaraq illik 5% dərəcəsi ilə borc hesablanmışdır. 9.Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 528,32 manat əsas, 519,4 manat faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 73,36 manat borc olmaqla, cəmi 1221,08 manat məbləğində kredit borcu tutulmalıdır. 10.Həmçinin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. 11.Buna görə də məhkəmə qeyd etmişdir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. 12.Məhkəmə, həmçinin qeyd etmişdir ki, müddətin keçməsinə görə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. 13.İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 41,45 manat məbləğində dövlət rüsumunun 32,21 manat hissəsi cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçı «Dəmirbank” ASC-nin xeyrinə ödənilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 462.1, 739, 741, 467; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarix Qərarına;“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia müddətinin tətbiq edilməklə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,qanunverciliyin tələbinə görə müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin məhkəmə 3 illik iddia müddətinin 3 il keçməsini nəzərə almamışdır. Yəni xx.xx.2014-cü ildə 36 ay müdətinə verilmiş kreditin müddəti xx.xx.2017-ci ildə başa çatmış, həmin vaxtdan da 3 illik iddia müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. Belə olan vəziyyətdə sonradan Bankın ləğvedicisinin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassız olmuşdur. İddiaçı guya ki cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2018-ci ildə ödəniş edilməsi nəzərə alınsa belə, həmin vaxtdan da 3 illik müddət xx.xx.2021-ci ildə başa çatmışdır. Halbuki, 2017-ci ilin sonlarında Əmanətlərin Sığortalanması Fondu məhz ləğv edilmiş "xxxx" ASC-nin ləğvedicisi kimi tanınmışdı. Tərəflər arasında əvvəlki xx.xx.2014-cüil tarixli kredit müqaviləsi mövcud olmasına və həmin müqavilə üzrə öhdəliklər mövcud olmasına baxmayaraq, bank həmin müqavilədən ümumiyyətlə məlumat verməyib. Sonuncu aldatma yolu ilə bağladığı müqaviləni təqdim etməklə məhkəməni də aldadıb. Dövlət tərəfindən xx.xx.2019-cu ildə 17000 manatadək olan kredit borcları üzrə amnistiya tətbiq edilmiş, bu tip müqavilələr üzrə əsas və kredit borcları silinmiş, qalan əsas borcun isə 5 il müddətinə qaytarılması nəzərdə tutlmuş, bu məqsədlə dövləti bu kimi Banklara külli məbləğdə pul ödəmişdi. Cavabdehin ödənilməmiş krediti ilə bağlı restruktirizasiya tətəbiq edilməsi barədə Bankın ləğvedicisi heç bir sənəd təqdim etməyib. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirərək, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığınımüəyyən etməyib. Kredit borcunun və hesablanmış faizlərin məbləğlərinin müəyyən edilməsi barədə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda, məhkəmə bu barədə qərardad qəbul etməyib. Eləcə də, əsas müqavilədəki imza ona məxsus olsa da, əlavə sazişdəki imzalar ona məxsus deyil. Ola bilər ki, bu müqaviləni onun xəbəri olmadan sonradan tərtib ediblər. Məhkəmə işdə tərəf olsa da cavabdehin iştirakını təmin etməmiş, onun iştirakı olmadan işə baxmışdır. Bəlkə də ola bilər ki, o hər gün səhərdən axşamacan ailəsinin dolanışığını təmin etmək üçün işlədiyinə görə məhkəmə ona məktub göndərib, evdə olmadığıma görə məktub geri qaytarılıb. Amma cavabdehin telefon nömrəsi var idi ki, Bank və ya məhkəmə əvvəlcədən xəbərdar edə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 20.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 21.Maddə 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 22.Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 23.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 27.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 28.Maddə 387.2.2. İşdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri
29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan, tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-4836/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. 32.Belə ki, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh rəsmi qaydada göndərildiyi və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edildiyi, göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığı qeyd olunsa da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, işə sadələşdirilmiş icraat qaydasında baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3 və 284-6.1-ci maddələri ilə əsaslandırmışdır. 33.Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan maddələrinə görə, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 34.İş materiallarında isə cavabdehə ünvanlanmış məhkəmə bildirişi olsa da həmin bildirişlərin cavabdeh tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmur. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir.Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. 36.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. 37.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 1171/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və ona 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18% dərəcəsi ilə, 36 ay müddətinə 800 manat məbləğində kredit limiti açılmışdır. Maliyyə arayışına əsasənCavabdehnun İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 528,32 manat əsas, 519,4 manat faiz, 1023,76 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 73,36 manat borc olmaqla, cəmi 2144,84 manat borc hesablanmışdır. 38.Kredit müqaviləsi üzrə iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə borcu yarandığına görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. 39.Kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən apellyasiya şikayətində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini xahiş edildiyindən, iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd edilməlidir. 40.Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 1171/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, ona xx.xx.2017-ci il tarixdə bağlanmış 1 nömrəli əlavəyə görə öhdəliyin icra müddəti 21 iyun 2020-ci il tarixdə bitmiş, iddia ərizəsi 22 iyun 2023-cü il tarixdə verilməklə iddia müddəti ötürülmüşdür. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 3.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. 43.Göründüyü kimi, iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə 22 iyun 2023-cü ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 44.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
46. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 47.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 48.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borcun tələb edilməsi üçün subyektiv hüquqa malik olsa da, həmin borcun tutulması hissəsində iddia müddəti tətbiq olunmaqla, iddia təmin edilməməlidir. 49.Beləliklə işin müəyyən edilmiş faktiki hallarına və qeyd olunan qanunvericlik normalarına əsasən Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-4836/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. 50.Prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)-4836/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddia ərizəsinə görə ödənilmiş 41,45 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdiyev
Fərrux Qasımov