Məhkəmə qərarları › İş №2(103)-6278/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6278/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6278/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" ASC-nin-nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-676/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən cavabeh "xxxx" ASC-nin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 18068,02 manat əsas borcun, 10991,38 manat faiz borcunun, cəmi 29059,40 manat borcun və 177,18 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-676/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 18068,02 manat əsas borc, 9782,74 manat faiz borcu, cəmi 27850,76 məbləğində kredit borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 169,81 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 7,37 manatının iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 8,3 manatının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından və 191,7 manatı Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabeh "xxxx" ASC-nin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən digər Cavabdeh2 tərəfindən də apellyasiya şikayəti verilmiş və elektron kabinetə yerləşdirilmişdir. Bu səbəbdən də, hazırki mülki işin apellyasiya baxışından çıxarılmağını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 mülki işin apellyasiya baxışından çıxarılmağına etiraz etməmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə mülki işin materiallarını Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh2 tərəfindən 15 oktyabr 2023-cü il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 676/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilərək şikayət elektron kabinet vasitəsilə daxil edilmişdir. Cavabeh "xxxx" ASC-nin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti məhkəmə kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin mümkünlüyünə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin, apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar